Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5038/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X18, Cavabdeh3 Məmmədhadiyeviçin nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs Dövlət Vergi Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinin xüsusi notariusu X13, Cavabdeh2, Cavabdeh3 Məmmədhadiyeviçə, Cavabdeh4 və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, X6 və X8rşı “payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-635/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı “xxxx” MMC cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinin xüsusi notariusu X13, Cavabdeh2, Cavabdeh3 Məmmədhadiyeviçə və Cavabdeh4, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, X6 və X8rşı “payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 29.06.2020-ci il tarixdə bağlanmış və Bakı şəhəri 21 saylı Notariat ofisində xüsusi notarius X14 tərəfindən təsdiq edilərək, 3M-445 reyestr nömrəsi ilə qeyd edilmiş “Payın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “xxxx” MMC cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinin xüsusi notariusu X13, Cavabdeh2, Cavabdeh3 Məmmədhadiyeviçə və Cavabdeh4, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, X6 və X8rşı “payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 29.06.2020-ci il tarixdə bağlanmış və Bakı şəhəri 21 saylı Notariat ofisinin xüsusi notarius X14 tərəfindən təsdiq edilərək, 3M-445 reyestr nömrəsi ilə qeyd edilmiş “Payın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-635/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədirlik edən: Toğrul Axundov). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-635/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən məhkəmə aktında Bakı şəhəri Yasamal rayon məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1, 52.2, 87.1, 87.10, 93, 337, 389.1, 390.1, 409-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 9-ci maddələrini rəhbər tutaraq, Cavabdeh2 təsis payını özgəninkiləşdirmək istəyini, qanunvericiliyin tələblərinə müvafiq təklif göndərməsini, hüququndan sui-istifadə edibetməməsi barədə mövqeyini 1 ay müddətində bildirməsini, onun təklif məktubuna digər təsisçi X9 və MMC tərəfindən müvafiq münasibət bildirməməsini, qanuni təmsilçi X3 doğma qardaşı olmasını nəzərə alaraq iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. İddia tələbinə belə bir hüquqi qiymət verilməsi elə bil təəssürat yaradır ki, rayon məhkəməsi faktlar əsasında deyil, cavabdeh tərəfin subyektiv mülahizələri əsasında tələbə hüquqi qiymət vermişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bakı şəhəri 21 saylı Notariat ofisində Xüsusi notarius X11 iştirakı ilə, “Satıcı” Cavabdeh2 özünün “xxxx” MMC-nin nizamnamə kapitalının 2 pay, 2 manat pul şəklində olmaqla 10%-lik təsis payını və təsisçilik hüquqlarını 200 (iki yüz) manat məbləğinə “Alıcı" Cavabdeh3 satmasına dair 3M-445 reyestr nömrəli 29.06.2020-ci il tarixli Payın alqı-satqı müqaviləsi bağlanmış və təsdiq edilmişdir. Həmin müqavilənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11,09.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatının 23, 33, 49-cu bəndlərinin, habelə 93.1, 93.3, 337.1, 339.1-ci maddələrinin tələblərinin pozulmaqla bağlanasına dair sübutları sadalama ehtiyac görmürük. Çünki iş üzrə əhəmiyyət kəsb edən sübutlar iş materiallarına əlavə edilmişdir. Cavabdeh2 10% təsis payının 12.02.2020-ci il tarixdə “Səhmləri satın almaqda üstünlük hüququna malik olan şəxsə təklif edilməsi barədə” təklif məktubu digər 90% təsis payına sahib olan X6 və MMC-yə təqdim edilməsinə baxmayaraq münasibət bidirilməməsi yanlış fikirdir. Belə ki, Cavabdeh2 “Səhmləri satın almaqda üstünlük hüququna malik olan şəxsə təklif edilməsi barədə” təklif məktubunu təsisçi X6 "xxxx” MMC-nin faktiki yerləşdiyi ünvan üzrə ünvan 1öndərilməklə kifayətlənməsi və qanuni təmsilçi ilə təsisçinin doğma qardaş olması kimi “fikirlər” tamamilə əsassızdır. Ədalət mühakiməsini həyata keçirən rayon məhkəməsinin qanuni hüquq münasibətlərinə və maddi hüquq normalarına əhəmiyyət verməyərək, “təsisçi ilə qanuni təmsilçinin doğma qardaş olması” kimi fikirlər üzərində yekun məhkəmə aktının tərtib edilməsini qanunsuz hesab edirəm. Tam apellyasiyanın məqsədi məhkəmə səhvlərinin aradan qaldırılmasından və tərəflərin özlərinin yol verdikləri nöqsanların düzəldilməsindən ibarətdir. “Səhmləri satın almaqda üstünlük hüququna malik olan şəxsə təklif edilməsi barədə” təklif məktubu Cavabdeh2 tərəfindən MMC-nə ünvanlanmışdır. Cavabdehin, “digər təsisçi X4 ünvan 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr.167 ünvanda yaşaması” barədə fikirlərinin heç bir əsası və sübutu mövcud deyildir. Bununla bağlı isə rayon məhkəməsi tərəfindən hər hansı bir araşdırma aparılmamışdır. İddia ərizəsinə əlavə edilmiş “Səhmləri satın almaqda üstünlük hüququna malik olan şəxsə təklif edilməsi barədə" Təklif məktubu, poçt qəbzlərindən (AZ1142) və poçt göndərişinin verilməsi haqqında xəbərnamədən (SS643967937AZ, SS643967305AZ) Cavabdeh2 tərəfindən “xxxx” MMC-nin digər təsisçisi X6 göndərilməsi qeyd edilməsinə baxmayaraq ünvan 2 ünvanda qeydiyyatda olan 90% təsis payına sahib olan təsisçi X6 deyil, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev 167 ünvanında yerləşən “xxxx” MMC-nin inzibati ofisinə göndərilmişdir. Halbuki Təklif məktubunda “xxxx” MMC göstərilməmişdir. Nəticədə, 90% təsis payına sahib olan X9 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 93.1, 93.3, 93.4-ci maddələrin nəzərdə tutulmuş digər iştirakçının təsis payını satın almaqla üstünlük hüququna malik olma imkanlarından məhrum olmuşdur. İş materiallarından göründüyü kimi “xxxx” MMC Cavabdeh2 Təklif məktubuna münasibətini rəsmi qaydada poçt vasitəsilə (AZ0102) bildirmiş və SS651880203AZ tranzaksiya nömrəli Poçt göndərişinin verilməsi haqqında xəbərnamə ilə məlumatlandırılmışdır. Cəmiyyətin Təsisçilərinin Ümumi Yığıncağının çağırılması barədə Bildiriş göndərilməklə Cavabdeh2 təklifinə cavab verilmişdir. Həmçinin sözügedən bildiriş digər təsisçi X6 da göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 18.06.2020-ci il tarixli **********3893600 nömrəli məktubla, Cəmiyyətin nizamnamə kapitalının girovda olması, üzərinə həbs qoyulması və digər qaydada yüklü olması barədə kommersiya hüquqi şəxslərin dövlət reyestrində heç bir məlumat aşkar edilməmişdir. Hesab edirik ki, bu məktub qanunsuz aparılmış Payın alqı-satqı notariat hərəkətini pərdələmək məqsədi daşıyır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Səlimov apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərinin təmin edilməsini və qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən Cavabdeh3 Məmmədhadiyeviçin nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdir. Kollegiya iclasında iştrak edən üçüncü şəxs Dövlət Vergi Xidmətinin nümyəndəsi V.Cabbarova işin həllini məhkəmənin mülahizəsinə buraxdı. Kollegiya iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər və üçüncü şəxslər kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da əsaslandırma ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçının subyektiv hüququ olmaması səbəbindən iddia tələbi rədd edilməlidir. Sübutların tədqiqi: İş materiallarında olan, Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 03.06.2020-ci il tarixli, **********378500 nömrəli Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 02.03.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Təsisçiləri-Cavabdeh2 nizamnamə kapitalında 10% və X9 90% pay sahibidirlər. Qanuni təmsilçi X7r. "xxxx" MMC-nin təsisçisi və 10% təsis paylarının sahibi Cavabdeh2 tərəfindən MMC-nin təsisçisi və 90% təsis paylarının sahibi X6 ünvanlanmış “Səhmləri satın almaqda üstünlük hüququna malik olan şəxsə təklif edilməsi barədə” təklif məktubundan görünür ki, Cavabdeh2 "xxxx" MMC-nin təsisçisi və 10% təsis payının sahibi olduğunu, lakin MMC-nin idarə edilməsində, fəaliyyətin göstərilməsində bu günədək heç vaxt iştirak etmədiyini, keçirilən yığıncaqlarda iştirakının təmin edilmədiyini və zəruri şirkət qərarlarının qəbulunda razılığının alınmadığını, şirkətin gəlirləri və mənfəəti barədə ona məlumat verilmədiyini göstərərək, nizamnamə kapitalındakı payını satmaq və cəmiyyətdən çıxmaq niyyətində olduğunu bildirmiş, qanunvericiliyə və yuxarıda qeyd olunanlara əsasən, hazırki təklif məktubunu əldə etdiyi vaxtdan 1 ay müddətində MMC-nin nizamnamə kapitalındakı ona məxsus 10% təsis payını satın almaqda üstünlük hüququndan istifadə edibetməməsi və təsis payını almaq istəyi barədə ona rəsmi şəkildə məlumat verilməsini X2 xahiş etmişdir. Təklif məktubu 22.02.2020-ci il tarixində MMC-də qeydiyyatdan keçmişdir. X10 tərəfindən "xxxx" MMC-nin təsisçiləri X6 və Cavabdeh2 ünvanlanmış 02.03.2020-ci il tarixli bildirişin məzmunundan göründüyü kimi, təsisçilərə Cəmiyyətin 17.04.2020-ci il tarixində keçiriləcək təsisçilərinin ümumi yığıncağının çağrılması barədə bildiriş ünvanlanmışdır. Bildirişdə ümumi yığıncağın gündəliyi, yeri və vaxtı barədə məlumatlar qeyd edilmişdir. “Satıcı” Cavabdeh2 ilə “Alıcı” Cavabdeh3 arasında bağlanmış 29.06.2020-ci il tarixli “Payın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, satıcı “xxxx” MMC-nin nizamnamə kapitalında olan 2 pay, 2 manat pul şəklində olmaqla 10%-lik təsis payını və təsisçilik hüquqlarını 200 manata alıcıya satmışdır. Müqavilə Bakı şəhəri 21 saylı Notariat ofisində xüsusi notarius X14 tərəfindən təsdiq edilərək, reyestrdə 3M-445 nömrə ilə qeyd edilmişdir. Birinci instansiya Məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək, Cavabdeh2 və Cavabdeh3 arasında 29.06.2020-ci il tarixdə bağlanmış və Bakı şəhəri 21 saylı Notariat ofisində xüsusi notarius X14 tərəfindən təsdiq edilərək, 3M-445 reyestr nömrəsi ilə qeyd edilmiş “Payın alqı-satqı müqaviləsi” qanunvericiliyin tələblərinə riayət olunmaqla bağlanması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi mövqeyini “xxxx” MMC-nin təsisçisi Cavabdeh2 özünün nizamnamə kapitalında olan 2 pay, 2 manat pul şəklində 10%-lik təsis payını özgəninkiləşdirmək istədiyini, bu məqsədlə, MMC-nin digər təsisçisi, nizamnamə kapitalında 18 pay, 18 manat pul şəklində olmaqla 90%-lik təsis payı olan X6 12.02.2020-ci il tarixdə “Səhmləri satın almaqda üstünlük hüququna malik olan şəxsə təklif edilməsi barədə” təklif məktubu göndərərək bu hüququndan istifadə edib-etməməsi barədə mövqeyini 1 ay müddətində bildirməsini xahiş etməsini, təklif məktubunun 22.02.2020-ci il tarixində “xxxx” MMC-yə rəsmi qaydada tədim olunmasına baxmayaraq, təsisçi X9 və MMC tərəfindən müvafiq münasibətin bildirilməməsini, MMC-nin təsisçisi, X9 ilə qanuni təmsilçi X3 doğma qardaş olmalarını, bu faktın göstərilən şəxslərin payın özgəninkiləşdirilməsinə dair məlumatlarının olmasını təsdiq etməsini, Cavabdeh2 29.06.2020-ci il tarixli “Payın alqı-satqı müqaviləsi”nə əsasən “xxxx” MMC-nin nizamnamə kapitalında olan 2 pay, 2 manat pul şəklində olmaqla 10%-lik təsis payını və təsisçilik hüquqlarını 200 manata Cavabdeh3 satmasını, müqavilənin Bakı şəhəri 21 saylı Notariat ofisində xüsusi notarius X14 tərəfindən təsdiq edilərək, reyestrdə 3M-445 nömrə ilə qeyd edilməsi ilə əsaslandırmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin hallaraına, apellyasiya şikayətinin dəlillərinə və tərəflərin izahatlarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə doğru nəticəyə gəlmiş olsa da, maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən və qətnaməni doğru əsaslandırmadığından qətnamə ləğv edilməli, iddia başqa əsasla rədd edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mübahisənin mahiyyətinə dair isə kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir: İş materiallarından görünür ki, iddia ərizəsi “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi E.Səlimov tərəfindən imzalanmışdır. İddiaçı iddia tələbində satıcı Cavabdeh2 “xxxx” MMC-nin nizamnamə kapitalının 2 pay, 2 manat pul şəklində olmaqla 10%-lik təsis payını və təsisçilik hüquqlarını 200 manat məbləğində alıcı Cavabdeh3 Məhəmmədhadıyeviçə satması ilə bağlı 29 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsini mübahisələndirir. İddiaçı iddia tələbini və apellyasiya şikayətini onunla əsaslandırır ki, Cavabdeh2 öz payını satarkən digər təsisçi olan X1 almaqda üstünlük hüququnu tanımamışdır. Həmin Məcəllənin 93.3-cü maddəsinə görə, cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Kollegiya iş materialları, apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatlarına əsasən hesab edir ki, iddia tələbi müqavilənin etibarsız hesab edilməsi olsa da, bunun əsası kimi satın almaqda üstünlük hüququnun pozulması göstərilmişdir. Satın almaqda üstünlük hüququnun pozulması məsləsi “xxxx” MMC-nin 90% təsis payına sahib olan təsisçi X4 mənafeyinə toxunduğundan iddia tələbi “xxxx” MMC tərəfindən deyil, X9 tərəfindən verilməli idi. Çünki, təsisçinin təsis payını almağa üstünlük hüququ yalnız digər təsisçi olan Tofiq Heydərova məxsusdur. Odur ki, “xxxx” MMC-nin bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Həmçinin, iddia ərizəsini imzalayan E.X17 belə bir iddia qaldırmaq səlahiyyəti verməmişdir Bundan başqa kollegiya qeyd edilməsini zəruri hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə alıcı Cavabdeh3 Məhəmmədhəsənoviç vicdanlı əldə edən olduğundan həmin alqısatqı müqaviləsi etibarsız hesab edilə bilməz. Mülki Məcəllənin 182.1-ci maddəsinə görə, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə, o cümlədən аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia ərizəsini imzalayan E.Səlimovun iddia ərizəsini verməyə subyektiv hüququ olmadığından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-635/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5038/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5038/2021
04.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver