Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5045/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, X1 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1611/2023 nömrəli 16 mart 2023-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs qismində X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(011)-1611/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçıya məxsus olmuş ünvan 1 ünvanında yerləşən 0,0434 ha torpaq sahəsi ilə bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 ilə Cavabdeh1 arasında Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisində bağlanmış 18 fevral 2021-ci il tarixli, 4Ə-139 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrindən Cavabdeh1 adına aparılmış qeydiyyat yazısı və onun adına verilmiş **********89 reyestr nömrəli, 06 mart 2021-ci il tarixli çıxarışın ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 100 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. X4 ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə qətnaməsi ilə maraqlarına toxunulan şəxs qismində tanınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-1611/2023 saylı mülki iş üzrə X4 qətnamə ilə maraqlarına toxunulan şəxs hesab olunmuşdur. Daha sonra X4 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi-vəkili qətnamənin təmsil etdiyi şəxsin maraqlarına toxunduğunu bildirdi. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kollegiya hesab edir ki, qətnamədən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məcəllənin 357.2-ci maddəsində göstərilmişdir ki, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. X4 hazırki qətnamənin onun maraqlarına toxunmasını belə əsaslandırmışdır ki, həmin iş üzrə etibarsız hesab edilmiş alqı-satqı müqaviləsinin predmeti olmuş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0434 ha olan torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən ona satılmış, torpaq üzərində onun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Kollegiya hesab edir ki, qəbul edilmiş qətnamə ilə X1 hüquq və vəzifələrinə toxunması müəyyən edilməmiş və sonuncu tərəfindən müvafiq qətnamə ilə maraqlarına toxunduğunu sübut edə biləcək hər hansı bir əsas məhkəməyə təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, Elsevər Aslanov hazırki işin iştirakçısı olmamışdır. Qətnamə ilə iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 ilə Cavabdeh1 arasında Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisində bağlanmış 18 fevral 2021-ci il tarixli, 4Ə- 139 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və qətnamədən mübahisə tərəfləri şikayət verməmişlər. Həmin qətnamə yalnız həmin işin tərəfləri üçün hüquqi nəticə doğura bilər. Ona görə də apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1611/2023 nömrəli 16 mart 2023-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs qismində X4 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-5045/2023 nömrəli qərardadı ləğv olunsun, iş apellyasiya baxışından çıxarılsın, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5045/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5045/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver