Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5058/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 firması, Cabbarov Qurban Məhəmməd oğlu və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əqdin etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 ASC-nin nümayəndəsi X5 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1708/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Firmasına, Cabbarov Qurban Məhəmməd oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Firması, Cabbarov Qurban Məhəmməd oğlu və Bank arasında bağlanmış 117869-NEDVİJ-1780 saylı, xx.xx.2013cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cabbarov Qurban Məhəmməd oğlu ilə “Bank VTB (Azərbaycan)" ASC (bundan sonra “Bank'’ və ya "Cavabdeh") arasında bağlanmış 117836-1-9130 saylı, 04 oktyabr 2013-cü il tarixli Baş kredit razılaşmasına əsasən, Cabbarov Qurban Məhəmməd oğluna 04 oktyabr 2023-cü ilədək 5 000 000 (beş milyon) ABŞ dolları həcmində kredit xətti açılmışdır. Baş kredit razılaşmasının təminatı kimi, “Kənan" Firması, Cabbarov Qurban Məhəmməd oğlu və Bank arasında 117869-NEDVİJ-1780 saylı, 04 oktyabr 2013-cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmış və tam mülkiyyət hüququ ilə "Kənan” firmasına məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0.317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175.92 kv.m. ümumi, 2159.01 kv.m. əsas, 2016.92 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi (kommersiya və iaşə obyekti) ipoteka qoyulmuşdur. Bundan sonra, Cabbarov Qurban Məhəmməd oğlu ilə Bank arasında bağlanmış 117836-1-9130/1 saylı, 04 oktyabr 2013-cü il tarixli Kommersiya krediti müqaviləsinə əsasən, Cabbarov Qurban Məhəmməd oğluna 60 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə 1 910 000 (bir milyon doqquz yüz on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bildirir ki, X6 ilə 11 noyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikah dövründə Cavabdeh2 Firmasının 100% payını alqı-satqı yolu ilə Xatirə Hüseynovanın adına almışlar. "xxxx" Firmasının 100% payı 7798 manat əmlak şəklində olmaqla, Azərbaycan Respublikası Vergilər Nazirliyində Xatirə Hüseynovanın adına qeydiyyatdan keçmişdir. Xatirə Hüseynova ilə 5 ildən artıqdır ki, birlikdə yaşamırlar. Bu müddətin böyük bir hissəsini Türkiyədə yaşamışdır. Hazırda əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət etmək istədikdə ona məlum olmuşdur ki, “Kənan" Firmasının nizamnamə kapitalını təşkil edən əmlakı 3-cü şəxs tərəfindən kredit götürülərkən onun məlumatı və razılığı olmadan girov qoyulmuşdur. "Kənan” Firması tərəfindən bağlanmış əqd xüsusi əhəmiyyətli əqddir. Belə ki, Firmanın nizamnamə kapitalını təşkil edən yeganə əmlakıdır. Bununla bağlı ümumi yığıncağın qərarı və onun notarial qaydada təsdiq edilmiş razılığı olmalı idi. Hesab edir ki, Xatirə Hüseynovanın “Kənan" Firmasında olan payı ümumi birgə mülkiyyət hesab edildiyindən nizamnamə kapitalını təşkil edən yeganə əmlakının girov qoyulması barədə müqavilə X1 qərarı ilə və eyni zamanda onun notarial qaydada razılığı alınmaqla bağlana bilərdi. Beləliklə hesab edir ki, “Kənan" Firması, X9 və Bank arasında bağlanmış 117869-NEDVİJ-1780 saylı, 04 oktyabr 2013-cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsi etibarsız hesab edilməlidir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1708/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Səməd Cəfərov) iddia tələbi təmin edilməmişdir.
4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:
5. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır, Məhkəmə Avropa Məhkəməsinin işə aid olmayan bir neçə qərarını nümunə gətirməyinə baxmayaraq iddia edilən mövzuda Avropa Məhkəməsinin heç bir qərarından bəhs etməmişdir. Belə ki, Avropa Məhkəməsi başda olmaqla bütün modern hüquq sistemlərinin bu mövzuda mövqeyi eynidir. Belə ki, hüquqi şəxsin təsisçisinin hüquqi şəxsə aid olan daşınmaz əmlakı ancaq aşağıdakı halların mövcudluğu halında ərin və ya arvadın icazəsi olmadan ipoteka ilə yüklü edə bilər: borc alanla ipoteka qoyan eyni şəxs olmalıdır; borc hüquqi şəxs üçün götürülməlidir; əmlak 3-cü şəxlərin borcu üçün ipoteka edilməməlidir.
6. Göründüyü kimi bütün bu halların heç birinə riayət edilməmiş, hüquq şəxs Cavabdeh2 Firmasının əmlakı şirkət borcu üçün deyil, 3-cü şəxsin borcu üçün ipotek edilmişdir. Bundan əlavə X8 ayrıca bu borca şəxsən də zamin olmuşdur. Bu zaminlik belə Avropa Məhkəməsinin mövqeyinə ziddir. Belə ki, firmanın əmlakından əlavə Xatirə Hüseynova bütün əmlakı ilə də 3-cü şəxsin borcuna zamin olmuşdur ki, bu hal da da ərin və ya arvadın razılığı olmalıdır. Çünki, zaminlik müəssisəsinin bir tərəfi malvarlığının özgəninkiləşdirilməsi vəya borclanma ilə nəticələnməkdədir. Evlilik birliyi daxilində olan bir şəxs yalnız ərin vəya arvadın razılığı ilə 3-cü şəxsin borcları üçün tam zamin ola bilər. Nəsimi Məhkəməsi məsələnin mahiyyətini unudub, əslində mübahisəli məsələyə heç bir aidiyyatı olmayan bir neçə nümunə qərarlarla qətnaməsini doldurmağa çalışmış, hətta bu prossesi də tam həyata keçirə bilməmiş, eyni mövzuları kopyala yapışdır üsulu ilə bir neçə dəfə təkrarlamaqdan başqa işin əhəmiyyətli halları haqqında heç bir ciddi, qanuni, ədalətli və əsaslı arqument irəli sürməmiş, qərar verməmişdir. Sadəcə cavabdehin etirazında yazılanların olduğu kimi köçürülməsi belə məhkəmənin işə ədalətsiz və tərəfsiz mövqeyinin açıq aydın sübutudur. Məhkəmə iddiaçının məhkəmə zalındakı çıxışlarının heç bir kəliməsini belə protokollara salmamış, hətta qətnamədə belə iddiaçının məhkəmə iclasında istifadə etdiyi bir cümlə belə öz əksini tapmamışdır. Bu mövzuda da iddia ərizəsində yazılan bir neçə kəlimə ilə kifayətlənmişdir. Avropa Məhkəməsindən bəhs edən Nəsimi Məhkəməsi tərəflərin məhkəmə çıxışlarının protokollara salınması kimi ən əsas prossesual qaydaya belə əməl etməmişdir. Hətta iddiaçının istinad elədiyi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarını belə tamamilə gözardı etmişdir. Məhkəmə Avropa Məhkəməsinin qərarlarını nümunə gətirməzdən əvvəl unutmuşdur ki, iddia ilə bağlı beynəlxalq hüquq təcrübəsinin bir neçə kəliməsi ilə tanış olsun. Əgər bunu etmiş olsaydı yəqin ki, bu qərarının Avropa Məhkəməsindən geri qayıdacağı və ölkəmiz əleyhinə yeni bir qərar qəbul edilməsində ilkin rolu oynadığına əmin olardı. Hüquqi şəxs sadəcə olaraq mənfəət əldə etmək məqsədilə qurulur, öz əmlakını öz fəaliyyəti üçün istifadə edir və hər bir hüquqi fəaliyyəti öz mənafeləri naminə olur.
7. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsində iclasda qeyd etdikləri heç biri protokolda əks etdirilməmişdir. Belə ki, mübahisə predmeti olan əmlak birgə nikah dövründə əldə olunmuşdur. 2009-cu ildə nikaha daxil olmuş, 2014-cü ildə əmlak əvəzli qaydada əldə edilmiş, yoldaşının adına qeydiyyata alınmışdır. Əmlak ipotekaya qoyulan zaman razılığı alınmamışdır. Üçüncü şəxsin lehinə əmlakın üzərinə girov qoyulması üçün ər və ya arvadın razılığı alınmalıdır. Əgər rayon məhkəməsinin qətnaməsində qeyd edildiyi kimi şirkət ayrı bir subyektdirsə, yoldaşı Xatirə Hüseynova zamin durmazdı, ona görə bu müqavilə etibarsız hesab edilməlidir. Onların digər əmlakları da təhlükə altındadır. Təqribi ******* manat məbləğində borc yaranıb. Girov qoyulmanın 3 şərti də pozulmuşdur. Əmlak Sumqayıtda yerləşir, şadlıq sarayı kimi fəaliyyət göstərir, əmlakın faktiki qiyməti barədə dəqiq məlumat verə bilmir. Həmçinin bildirdi ki, arvadı X.Hüseynova zaminlikdən çıxarılsa qarşı tərəflə barışıq əldə oluna bilər.
9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi F.Hüseynov apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, hazırki iddia onların borc tələbinə dair iş üzrə çıxarılmış qətnamənin icrasının qarşısının alınması məqsədini daşıyır. Bundan qabaq dəfələrlə belə oxşar iddialar qaldırılmışdır. Nəsimi Rayon Məhkəməsində 2016-cı il tarixində əqdin etibarsız hesab edilməsinə dair iddia qaldırılmış, lakin müvafiq qətnamə ilə iddia rədd edilmişdir. Eyni zamanda Bakı Kommersiya Məhkəməsində bu cür iddia qaldırılmışdır. Yəni 2016cı ildən bu cür iddialar qaldırılmış və bunların hamısı qətnamənin icrasını gecikdirmək məqsədi daşıyır. Etibarsızlığın bütün əsasları yoxlanılmış və sübuta yetirilməmişdir. Mübahisə predmeti olan əmlak Hüseynova Xatirəyə deyil, hüquqi şəxsə məxsusdur, X.Hüseynova təsisçidir. Əmlak da hüquqi şəxsin balansındadır. Bütün sənədlər qanunidir və pozuntular aşkar edilməmişdir. Borc 1 milyon 635 min manat məbləğindədir. Əmlak 4 milyon mənat məbləğində dəyərləndirilib, Cavabdeh2 firması, Cabbarov Qurban onların hamısı əlaqəli şəxslərdir. Əgər əlaqələri yox idisə 4 milyon dəyərində əmlak ipotekaya qoyulmazdı, razılıq əsasında əmlak ipotekaya qoyulmuşdur. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
10. Cavabdehlər "xxxx" Firmasına, Cabbarov Qurban Məhəmməd oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər.
11. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
12. Cavabdeh2 firmasının nizamnaməsinin 1.5-ci bəndinə əsasən müəssisənin təsisçisi və əmlakın mülkiyyətçisi Cabbarov Qurban Məhəmməd oğludur.
13. Cavabdeh2 firmasının 24 iyul 2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə F-95 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "Kənan” firmasının təsisçisinin dəyişməsi ilə bağlı nizamnamənin 1.5-ci bəndinə edilmiş dəyişikliyə görə firmanın təsisçisi və əmlakın mülkiyyətçisi X4r.
14. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 firmasının qeydiyyata alındığı tarix xx.xx.1998-ci il; təşkilatı-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət; hüquqi ünvanı Sumqayıt şəhəri, 18-ci mkr; əvvəlki təsisçisi və nizamnamə kapitalındakı paylarının miqdarı Cabbarov Qurban Məhəmməd oğlu - 100%; hazırki təsisçisi və nizamnamə kapitalındakı paylarının miqdarı - X6 - 100%.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH № ******* çıxarışına əsasən Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi, 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası (kommersiya və iaşə obyekti) tam mülkiyyət hüququ üzrə Cavabdeh2 firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
16. Cavabdeh2 firmasının 27 sentyabr 2013-cü il tarixli qərarına əsasən Cabbarov Qurban Məhəmməd oğlunun “Bank VTB (Azərbaycan)" ASC-dən 60 ay müddətinə 1.910.000 ABŞ dolları məbləğində alınacaq kreditin təminatı kimi Cavabdeh2 firması tərəfindən zəmanət verilməsi və firmaya məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının girov qoyulması qərara alınmışdır. Hüquqi şəxsin qərarı firmanın təsisçisi X7 tərəfindən imzalanmış və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
17. Cavabdeh1 ASC ilə Cavabdeh2 firması arasında bağlanmış xx.xx.2013- cü il tarixli 117869-NEDVİJ-1780 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən Cabbarov Qurban Məhəmməd oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 firmasına məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0.317 ha torpaq sahəsində yerləşən 2 girişli. 4175,92 kv.m. ümumi, 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri- yaşayış binası (kommersiya və iaşə obyekti) “Bank VTB (Azərbaycan)" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu T.M.Mustafazadə tərəfindən təsdiq edilmişdir.
18. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* çıxarışına əsasən Cavabdeh2 firmasının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə ünvanlnda olan ümumi sahəsi 4175,92 kv.m. ibarət qeyri-yaşayış binası xx.xx.2013-cü il tarixli BKR əsasən ipoteka ilə yüklü edilmişdir.
19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 7706/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı Cabbarov Qurban Məhəmməd oğlunun Cavabdeh1 ASC-yə qarşı “Cabbarov Qurban Məhəmməd oğlu və Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 117836-1-9130 saylı baş kredit razılaşmasının, xx.xx.2013-cü il tarixli 117826-1-9130/1 saylı kommersiya krediti müqaviləsinin, xx.xx.2013- cü il tarixli 117869-NEDVİJ-1780 saylı əmlak ipoteka müqaviləsi və zaminlik müqavilələrinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilmişdir (i/v 45).
20. Həmin qətnamədən iddiaçı Q.M.Cabbarov tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)- 3988/2017 saylı qətnaməsi ilə təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-7706/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır (i/v 53).
21. Həmin qətnamədən iddiaçı Q.M.Cabbarov tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-8465/2017 saylı qərarı ilə təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-3988/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır (i/v 62).
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-774/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 firmasının Cavabdeh1 ASC-nə qarşı “Cabbarov Qurban Məhəmməd oğlu Cavabdeh2 firması, Cabbarov Qurban Məhəmməd oğlu və Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2013- cü il tarixli 117869-NEDVİJ- 1780 saylı əmlak ipoteka müqaviləsi üzrə ipotekaya, Cavabdeh2 firması ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 117869-G_RAN-109 saylı zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir (i/v 69).
23. Həmin qətnamədən iddiaçı “Kənan' firması tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(103)-227/2021 saylı qətnaməsi ilə təmin olunmamış, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 2(113)-774/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (i/v 80).
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(102)-416/2021 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 firmasının kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)-227/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır (i/v 87).
25. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-35/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı "Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cabbarov Qurban Məhəmməd oğlu, Cavabdeh2 firması və X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi qət edilmişdir (i/v 97).
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-39/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ASCnin apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin qismən ləğv edilməsi və həmin hissədə iddia tələbi təmin edilərək yeni qətnamə qəbul edilməsi, qətnamənin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlər Q.M.Cabbarovun və “Kənan" firmasının apellyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır (i/v 102).
27. Həmin qətnamədən cavabdehlər Cabbarov Qurban Məhəmməd oğlu, Cavabdeh2 firması tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1925/2023 saylı qərarı ilə təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-39/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin
28. 64.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur.
29. 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.
30. 87.7-ci maddəsinə əsasən cəmiyyətin yaradılması ilə bağlı və onun dövlət qeydiyyatına alınmasına qədər yaranmış öhdəliklərinə görə cəmiyyətin təsisçiləri birgə məsuliyyət daşıyırlar.
31. 5.1-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər.
32. 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
39. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
40. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
41. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
46. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
47. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
48. Məhkəmə kollegiyası, tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. X1 əri İddiaçı qeyd olunan ipoteka müqaviləsinin onların birgə nikahları dövründə X2 adına əldə olunan 100% payla X3 məxsus "xxxx" MMC-nin əmlakı hesabına bağlanması və bu müqavilə bağlanarkən İddiaçı razılığı olmaması səbəbindən etibarsız hesab edilməli olduğunu bildirmişdir.
50. Kolegiya birinci instansiya məhkəməsinin möövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququ yoxdur. Belə ki, "xxxx" MMC özü ayrılıqda bir hüquqi şəxs olmaqla mülki hüquqlara və vəzifələrə malikdir. O, mülki hüquqi dövriyyənin iştirakçısı olan bir şəxs kimi özünə məxsus olan əmlakla öhdəliklərini təmin edir. Şirkətin öz əmlakına münasibətdə öhdəliklərinə görə onun təsisçiləri öz şəxsi əmlakları ilə mülki məsuliyyət daşımadığından iddiaçı tərəfindən qeyd olunan ipoteka müqaviləsinin bağlanması zamanı onun razılığının olmasına ehtiyac yoxdur və belə razılığın olmaması səbəbindən müqavilə etibarsız hesab edilə bilməz.
51. Mülki Məcəllənin 52.1-ci maddəsinə görə, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.
52. Beləliklə, kollegiya hazırkı işin hallarını, mülki iş materiallarında 117869- NEDVİJ-1780 saylı, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin etbarsız hesab edilməsi tələbi ilə bağlı çoxsaylı məhkəmə aktlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
55. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
56. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1708/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov