Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5060/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: miras əmlakın vərəsələrin dairəsinə uyğun yenidən bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X39 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X18 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi, miras əmlakın vərəsələrin dairəsinə uyğun yenidən bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1116/2024 saylı 29 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1904/08 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə ərizəçi X5 ərizəsi təmin edilərək X41 1906-cı ildə və onun arvadı Aliyə xanımın 1918-ci il tarixdə Lahıc kəndində ölməsi, doğum tarixinə dair xx.xx.2008-ci il tarixli 9/598 saylı arxiv arayışında adı X45 yazılmış, xx.xx.2008-ci il tarixli 9/443 saylı arxiv arayışında adı X49 Haqverdiyev yazılmış, xx.xx.2008-ci il tarixli 9/441 saylı arxiv arayışında adı Hacı X38 yazılmış, xx.xx.2008-ci il tarixli 9/444 saylı arxiv arayışında adı X21 yazılmış şəxslərin eyni şəxs olması, o cümlədən xx.xx.2008-ci il tarixli 9/598 saylı arxiv arayışında – adı Neymət Dadaş oğlu yazılmış, ölüm haqqında şəhadətnamədə adı – X19 yazılmış, X5 doğum haqqında şəhadətnaməsində adı – X24 yazılmış və X5 şəxsiyyət vəsiqəsində adı Nemət yazılmış şəxslərin eyni şəxs olması faktlarının müəyyən edilməsi qət olunmuşdur.
2. İsmayıllı Rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli, 2(037)-38/2010 saylı qətnaməsi ilə X5 ərizəsi təmin edilmiş, 1929-cu ildə İsmayıllı rayonu Lahıc qəsəbəsi Ərəgit kəndində anadan olmuş, X5 1906-cı ildə İsmayıllı rayonu Ərəgit kəndində vəfat etmiş X41 nəvəsi olması və X48 və X10 miras qalmış, İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınardaşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir.
3. İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli 2(037)-273 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 1929-cu ildə İsmayıllı rayonu Lahıc qəsəbəsi Ərəgit kəndində anadan olmuş X5 1906-cı ildə İsmayıllı rayonu Ərəgit kəndində vəfat etmiş babası X37 miras qalmış, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş mülkü” adlanan 3 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 (sıfır tam yüzdə beş) hektar həyətyanı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ müəyyən edilmiş, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş mülkü” adlanan 3 mərtəbəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması, texniki sənədlərin tərtib olunması, dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Rayon Ərazi İdarəsinə tapşırılmışdır.
4. İsmayıllı Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnamələri əsasında həmin torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə Ağaməşədi Haqverdiyevin adına Daşınmaz əmlakın dövlət reyestrindən 16 avqust 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli Çıxarış verilmişdir. İş materiallarından həmçinin aydın olur ki, İsmayıllı rayon Notariat kontorunda 4Ə3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli “Fərdi yaşayış evinin bağışlanması” müqaviləsinə əsasən Ağaməşədi Haqverdiyev mülkiyyətində olan İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0,05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş üç mərtəbəli 16 otaqlı fərdi yaşayış evini qızı İddiaçı bağışlamış, həmin müqavilə əsasında sözügedən əmlak DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınaraq ona 06 dekabr 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarış verilmişdir.
5. X11 xx.xx.2015-ci ildə Bakı şəhərində ürəyin dayanması səbəbindən vəfat etmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 may 2015-ci il tarixli, 2(107)- 114/2015 saylı qərardadı ilə mərhum X11 hüquq varisi X12 ilə əvəz edilmiş, həmin məhkəmə kollegiyasının 03 iyun 2015-ci il tarixli, 2(107)-114/2015 saylı qətnaməsinə əsasən isə, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Xədicə və Cavabdeh2lər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq İsmayıllı rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli, 2(037)-38/2010 saylı qətnaməsi qismən, X37 və X10 miras qalmış, “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair hissədə ləğv edilmiş, ərizə həmin hissədə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilsə də, şikayət təmin edilməyərək qərardad dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.102015-ci il tarixli, 2(102)-3537 saylı qərarına əsasən).
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2019-cu il tarixli, 2(107)-6/2019 saylı qətnaməsi ilə İsmayıllı rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli 2(037)-273/2010 saylı qətnaməsi də ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, Ağaməşədi Haqverdiyevin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “Hacı Dadaş” mülkü adlanan mülkə və mülkün yerləşdiyi 0,05 hektar torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli, 2(102)-5873/2019 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3167/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 əri və Cavabdeh2 atası olmuş X31 1906-cı ildə İsmayıllı rayonunun Ərəgit kəndində vəfat etmiş X41 nəticəsi və Cavabdeh1 anası olmuş X13 isə nəvəsi olması faktları müəyyən edilmiş, həmin qətnamədən X11 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4855/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-663/15 saylı, xx.xx.2015-ci il tarixli qərarına əsasən).
9. İsmayıllı Rayon Məhkəməsinin 7 aprel 2017-ci il tarixli, 2(037)-65/2017 saylı qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 1906-cı ildə vəfat etmiş X28 vərəsələri olması və X25 miras qalmış İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan miras əmlakın Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin şikayətlər təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır (Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2018-ci il tarixli, 2(107)- 1265/2018 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli, 2(102)- 7084/2018 nömrəli qərarına əsasən).
10. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(037)-81/2020 saylı qətnaməsi ilə İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində Hacı Dadaş mülkü adlanan 3 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsinə dair X5 adına verilmiş 16 avqust 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli Çıxarış ləğv edilmiş, həmin əmlakın İddiaçı bağışlaması barədə İsmayıllı rayon Notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməklə həmin əmlak ilə bağlı İddiaçı adına verilmiş 6 dekabr 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarış ləğv edilmişdir. Həmin məhkəmə qətnaməsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır.
11. İsmayıllı rayon Məhkəməsinin 7 aprel 2017-ci il tarixli, 2(037)-65/2017 saylı qətnaməsi ilə İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində olan Hacı Dadaş mülkü adlanan miras əmlakı Xədicə və Cavabdeh2lərin adına dövlət qeydiyyatına alınaraq onlara müvafiq mülkiyyət sənədləri verilmişdir.
12. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair Cavabdeh1h qızı və Cavabdeh2 adına dövlət reyestrində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, o cümlədən “X37 miras qalmış mülkə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün miras qalmış mülkə dair mərhumun adına arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə bir icraatda birləşdirilmiş iddiasına Şəki İnzibati Məhkəməsində baxılmış, məhkəmənin e-2- 1(116)-2243/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, həmin qərardad yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-476/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərardadına və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-766/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən).
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş 2(102)-3533/23 saylı, xx.xx.2023-cü il tarixli qərarından aydın olur ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-149/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar Xədicə və Cavabdeh2lərin cavabdeh İddiaçı qarşı “daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi” barədə iddia tələbi təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-914/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilərək geri qaytarılmış, həmin qərardaddan verilmiş kassasiya şikayəti də təmin olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair Cavabdeh1 və Cavabdeh2 adına dövlət reyestrində aparılmış qeydiyyatın və Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın (xx.xx.2022-ci il tarixli) etibarsız hesab edilməsi və miras əmlakın vərəsələrin dairəsinə uyğun olaraq yenidən bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia onunla əsaslandırılmışdır ki, 1906-cı il tarixdə İsmayıllı rayonunun Lahıc qəsəbəsinin Ərəgit kəndində vəfat etmiş ulu babası X37 İsmayıllı rayonu, Lahıc qəsəbəsi, Ərəgit kəndində ona məxsus olan miras ev qalmışdır. Həmin evə vərəsə kimi öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon notariat ofisinə ərizə ilə müraciət etmişdir. İsmayıllı rayon notariat ofisinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı 21 may 2022-ci il tarixli 418 saylı məktubunda göstərmişdir ki, “X41 əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair İsmayıllı rayon notariat ofisinə müraciət daxil olmuşdur. X45 1906-cı il tarixində vəfat etmişdir və vərəsələrinin dairəsi müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən mərhumun vərəsəsi İddiaçı olması barədə sizə məlumat verilir. Mərhumdan qalmış hər hansı bir əmlak üçün çıxarış verilməsi üçün Sizə göndərilir”. Bundan sonra həmin məktuba əsaslanaraq, xx.xx.2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, onun - İddiaçı adına mərhum X37 miras qalmış İsmayıllı rayonu, Lahıc qəsəbəsi, Ərəgit kəndində yerləşən mülkə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün miras qalmış mülkə dair mərhumun adına arayış (Çıxarış) verilməsini xahiş etmiş, lakin İdarənin 2 avqust 2022-ci il tarixli **********65 saylı cavab məktubu ilə ərizənin təmin olunmasından imtina edilmişdir. İmtina məktubunda miras əmlakla bağlı məhkəmə mübahisələri olduğu göstərilmiş və nəticədə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)- 65/2017 saylı qətnaməsi əsasında (miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi) miras əmlakın Cavabdeh1 və Cavabdeh2 adına dövlət qeydiyyatına alınaraq müvafiq mülkiyyət sənədləri verilməsi qeyd edilmiş və qeyd olunan səbəblərə görə müraciətin icrasının mümkün olmaması göstərilmişdir. Həmin İdarənin 11 oktyabr 2021-ci il tarixli **********46 saylı sorğuya cavab məktubu ilə vəkilinə bildirilmişdir ki, Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən X41 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bundan sonra vəkili tərəfindən həmin İdarəyə yenidən sorğu göndərilərək, hansı əsaslarla X41 adına qeydiyyata alınmamış daşınmaz əmlaka Cavabdeh1 və Cavabdeh2 adına mülkiyyət hüququ haqqında sənəd verilməsi barədə məlumat verilməsini və həmin mülkiyyət hüququ haqqında sənədin onlara göndərilməsi xahiş edilmişdir. İdarənin 29 avqust 2022-ci il tarixli **********31 saylı məktubu ilə sorğuya konkret cavab verilməmiş və Cavabdeh1 və X16 adına verilmiş mülkiyyət sənədi onlara göndərilməmişdir. 29 sentyabr 2022-ci il tarixdə, Cavabdeh1 və X16 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın (xx.xx.2022) surətini əldə etmişlər. Reyestr Xidmətinin özünün verdiyi məlumatdan görünür ki, X41 adına daşınmaz əmlak dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda əgər X41 adına daşınmaz əmlakla bağlı dövlət qeydiyyatına daxil edilmiş sənədlər yoxdursa, onda reyestr xidməti hansı məlumatların uyğunluğunu yoxlamış və hansı əsaslarla Cavabdeh1 və X16 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış vermişdir? Əldə olan məlumatlara əsasən, Cavabdeh1 və X16 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi üçün həmin əmlaka dair hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmamış və İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evinin Cavabdeh1 və X16 adına dövlət qeydiyyatına alınması və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələbləri kobud şəkildə pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair Cavabdeh1 və Cavabdeh2 adına dövlət reyestrində aparılmış qeydiyyatın və Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi vəzifəsinin həmin ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin e-2- 1(116)-2243/202 nömrəli 23 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-476/2022 nömrəli 26 dekabr 2022-ci il tarixli qərardadı ilə verdiyi apellyasiya şikayəti təmin edilməmiş və həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-766/2023 nömrəli qərarı ilə verdiyi kassasiya şikayəti də təmin edilməyərək apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının həmin qərarının 23-cü bəndində göstərilmişdir ki, hazırkı mübahisənin hüquqi təbiəti vərəsəlik münasibətlərinə əsaslanmaqdadır. Çıxarış da məhz vərəsəlik münasibətləri ilə bağlı məhkəmə qətnaməsi əsasında verilmişdir. İstinad edilən məhkəmə qətnamələrində göstərilir ki, X11 da X41 vərəsəsidir. Təbii ki, onun ölümündən sonra onun varislərinin və həmin əmlakı faktiki idarə edən digər vərəsələrin də həmin miras əmlakdan qanun üzrə pay almaq hüquqları yaranmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyat düzgün aparılmamış və digər vərəsələrin hüquqları pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, mülki qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə verildiyindən, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 və X16 adına aparılmış qeydiyyat və Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarış (xx.xx.2022) etibarsız hesab edilməli, miras əmlak vərəsələrin dairəsinə uyğun olaraq yenidən bölünməlidir.
16. Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və sonuncunun nümayəndəsi (vəkili) Vəkil2 iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı “dövlət reyestrində aparılmış qeydiyyatın və Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın (xx.xx.2022) etibarsız hesab edilməsi və miras əmlakın vərəsələrin dairəsinə uyğun olaraq yenidən bölünməsi”nə dair tələblərini əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Hazırkı iddia tələbləri ilə bağlı tərəflər arasında əvvəllər çoxsaylı məhkəmə mübahisələri olmuş və Xədicə və Cavabdeh2lərin 1906-cı ildə İsmayıllı rayonu, Ərəgit kəndində vəfat etmiş X42 vərəsələləri olması və X25 miras qalmış, İsmayıllı rayonunun Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən “Hacı Dadaş" mülkü adlanan miras əmlakın onlar tərəfindən qəbul edilməsi faktı və onların adına həmin əmlakın X14 və Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış və bu barədə onlara müvafiq sənədlər verilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında həyata keçirilmişdir. Belə ki, İsmayıllı rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli, 2(037)-38/2010 saylı qətnaməsi ilə Ağaməşədi X4 nəvəsi olması və X37 miras qalmış, İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İsmayıllı rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli, 2(037)-273/2010 saylı qətnaməsi ilə Ağaməşədi X3 miras qalmış, “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ müəyyən edilmiş, yaşayış evi və evin yerləşdiyi 0,05 hektar torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması, texniki sənədlərin tərtib olunması, dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınması DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə tapşırılmışdır. Qeyd olunan məhkəmə qətnamələri əsasında həmin torpaq sahəsinə və torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə Ağaməşədi Haqverdiyevin adına Daşınmaz əmlakın dövlət reyestrindən 16 avqust 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli Çıxarış verilmişdir. İsmayıllı rayon Notariat kontorunda 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli “Fərdi yaşayış evinin bağışlanması” müqaviləsinə əsasən Ağaməşədi Haqverdiyev mülkiyyətində olan İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0,05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş üç mərtəbəli 16 otaqlı fərdi yaşayış evini qızı İddiaçı bağışlamış, həmin yaşayış evi və torpaq sahəsi 06 dekabr 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarışa və çıxarışa əlavə edilmiş 407-3028/132 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2015-ci il tarixli, 2(107)- 114/2015 saylı qətnaməsi ilə İsmayıllı rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli, 2(037)-38/2010 saylı qətnaməsi qismən, X37 və X10 miras qalmış, “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınardaşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair hissədə ləğv edilmiş, ərizə həmin hissədə baxılmamış saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2015-ci il tarixli, 2(002)-3537/15 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(037)-65/2017 saylı qətnaməsinə əsasən Xədicə və Cavabdeh2lərin 1906-cı ildə vəfat etmiş X28 vərəsələri olması və X25 miras qalmış İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan miras əmlakın Xədicə və Cavabdeh2lər tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2018-ci il tarixli, 2(107)-1265/2018 saylı qətnaməsi ile X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(037)-65/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli, 2(102)-7084/2018 nömrəli qərarı ilə X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(037)-65/2017 saylı qətnaməsi əsasında İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən “Hacı Dadaş" mülkü adlanan miras əmlak X14 və Cavabdeh2 adına dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(037)-81/2020 saylı qətnaməsi ilə İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən Hacı Dadaş mülkü adlanan 3 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsinə dair X5 adına 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2011-ci il tarixli, MA seryalı ******* nömrəli çxarış ləğv edilmiş, İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən Hacı Dadaş mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsinə dair mülkün X6 bağışlanması barədə İsmayıllı rayonu notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli bağışlanma müqaviləsi etibarsız hesab edilmiş, İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən Hacı Dadaş mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsinə dair İddiaçı adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2011-ci il tarixli MA seryalı ******* nömrəli çıxarış ləğv edilmişdir. Hazırkı iş üzrə İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə 30 sentyabr 2022-ci il tarixdə cavabdeh 9 saylı Qəbələ ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair Xədicə və Cavabdeh2lərin adına dövlət reyestrində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə başqa bir iddia ərizəsi ilə cavabdeh 9 saylı Qəbələ ərazi idarəsinə qarşı Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 1906-cı il tarixdə vəfat etmiş X37 miras qalmış, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair mərhum X41 adına arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş və iddia ərizəsi e-2-1(116)-1925/2022 nömrə ilə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(116)- 1925/2022 nömrəli qərardadı ilə hər iki iş e-2-1(116)-2243/2022 nömrə ilə bir icraatda birləşdirilmiş, iddia tələbləri vahid iddia şəklində “İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair Xədicə və Cavabdeh2lərin adına dövlət reyestrində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 1906-cı il tarixdə vəfat etmiş X37 miras qalmış, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair mərhum X41 adına arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuş və e-2- 1(116)-1925/2022 nömrəli işin icraatına xitam verilmişdir. Şəki İnzibati Məhkəməsinin e-2- 1(116)-2243/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair Xədicə və Cavabdeh2lərin adına dövlət reyestrində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 1906-cı il tarixdə vəfat etmiş X37 miras qalmış, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair mərhum X41 adına arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)- 476/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2243/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının 2-1(102)-766/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-476/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Xədicə və Cavabdeh2lərin 1906-cı ildə İsmayıllı rayonu, Ərəgit kəndində vəfat etmiş X42 vərəsələri olması və X25 miras qalmış, ismayıllı rayonunun Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan miras əmlakın onlar tərəfindən qəbul edilməsi faktı müəyyən olunmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, qeyd olunan qətnamədən hazırkı iş üzrə iddiaçı Aliyə Haqverdiyevə tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qanuni qüvvəyə minmiş qətnamə əsasında İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən, “Hacı Dadaş" mülkü adlanan miras əmlak Xədicə və Cavabdeh2lərin adına dövlət qeydiyyatına alınmış və bu barədə onlara müvafiq sənədlər verilmiş, istər qeyd olunan əvvəlki işlərdə, istərsə də hazırda baxılan işdə həm tərəflər - iddiaçı, cavabdeh inzibati orqan, üçüncü şəxslər, həm mübahisə predmeti olan mülk və həm də iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd eyni, yəni Xədicə və Cavabdeh2lərin adına aparılımış qeydiyyatın və bu barədə dövlət reyestrindən çıxarışın qanunsuz olması ilə bağlı həmin qeydiyyatın və onun nəticələrinin mübahisələndirilməsindən ibarət olmuşdur. Əvvəlki işlərdə və hazırda baxılan işdə həm tərəflər - iddiaçı, cavabdeh inzibati orqan, üçüncü şəxslər, həm mübahisə predmeti olan mülk və həm də iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd eyni, yəni Xədicə və Cavabdeh2lərin adına aparılmış qeydiyyatın və bu barədə dövlət reyestrindən çıxarışın qanunsuz olması ilə bağlı həmin qeydiyyatın və onun nəticələrinin mübahisələndirilməsindən ibarət olması həmçinin aşağıda qeyd olunanlarla da təsdiq olunur. Belə ki, hazırkı iddia ərizəsindən göründüyü iddiaçının birinci tələbi İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair Xədicə və Cavabdeh2lərin adına dövlət reyestində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və ikinci tələbi isə “miras əmlakın vərəsələrin dairəsinə uyğun olaraq yenidən bölünməsi”ndən ibarət olsa da, hər iki iş üzrə tərəflər - iddiaçı, cavabdeh inzibati orqan, həm mübahisə predmeti olan mülk, həm də iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd eyni, yəni Xədicə və Cavabdeh2lərin adına aparılmış qeydiyyatın və bu barədə dövlət reyestrindən çıxarışın qanunsuz olması ilə bağlı həmin qeydiyyatın və onun nəticələrinin mübahisələndirilməsindən ibarətdir. Digər tərəfdən iddiaçının birinci tələbi dövlət reyestində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsindən ibarət olsa da, iddia ərizəsində mülki qanunvericilikdə əqdlərin etibarsız olmasını tənzimləyən hər hansı bir normasına istinad olunmamış, aparılmış qeydiyyatın etibarsız olmasını şərtləndirən hər hansı bir fakta istinad olunmamışdır. İddiaçının Şəki İnzibati Məhkəməsinə ünvanladığı “Xədicə və Cavabdeh2lərin adına aparılımış qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələbinə və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı “Xədicə və Cavabdeh2lərin adına dövlət reyestində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və “miras əmlakın vərəsələrin dairəsinə uyğun olaraq yenidən bölünməsi tələbinə” dair iddia ərizələri çox cüzi istisnalar olmaqla eyni faktlar və hallarla əsaslandırılmışdır. İddiaçının hər iki tələbi ilə bağlı təkrar qeyd edirlər ki, etirazın yuxarıda qeyd olunan hissələrində mübahisə predmeti olan İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən mülkə dair Xədicə və Cavabdeh2lərin vərəsəlik hüquqlarının qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunması ətraflı şərh olunmuşdur və bu hal isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsini və yenidən sübut edilməsini istisna etmiş olur. İddia olunan həmin fərq işin halları ilə deyil, iddia tələbinin fərqli ifadə tərzi ilə bağlıdır. Belə ki, mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(037)-65/2017 saylı qətnaməsi ilə X14 və Cavabdeh2 1906-cı ildə İsmayıllı rayonu, Ərəgit kəndində vəfat etmiş X42 vərəsələləri olması və X25 miras qalmış, İsmayıllı rayonunun Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan miras əmlakın X20 və Cavabdeh2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(037)-65/2017 saylı qətnaməsindən iddiaçı Aliyə Haqverdiyevə tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin şikayətlər təmin edilməmiş, birinci instansiya məhkəməsinin həmin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli, 2(102)-7084/2018 nömrəli qərarının qəbul edilməsi ilə qanuni qüvvəyə minmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(037)-65/2017 saylı qətnaməsi əsasında İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən, “Hacı Dadaş” mülkü adlanan miras əmlak Cavabdeh1 və Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış və bu barədə onlara müvafiq sənədlər verilmişdir. Hazırkı mübahisəyə dair işdə isə iddiaçı sözügedən mülkə dair üçüncü şəxslərin adına dövlət reyestrində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini, 1906-cı il tarixdə vəfat etmiş X37 miras qalmış həmin mülkə dair mərhumun adına arayış (çıxarış) verilməsini tələb etsə də, iddia tələbinin bu şəkildə ifadə olunması əslində iddiaçının nail olmaq istədiyi məqsəd anlamında iddianın mahiyyətini dəyişmir və iddianın mümkünlüyü ilə bağlı prosessual məhdudiyyətlərdən yayınmaq məqsədi ilə vahid hüquqi maraqla ehtiva olunan eyni tələbin pərdələnməsi kimi qiymətləndirilməlidir. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, üçüncü şəxslərin adına aparılmış qeydiyyat və bu barədə çıxarış ləğv olunmadan mərhumun adına reyestrdən müvafiq arayışın (çıxarışın) verilməsi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, istər əvvəlki işdə, istərsə də hazırda baxılan işdə həm tərəflər - iddiaçı, cavabdeh inzibati orqan, üçüncü şəxslər, həm mübahisə predmeti olan mülk və həm də iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd eynidir. Başqa sözlə, hər iki iş üzrə iddiaçının tələbi onun həqiqi niyyəti və hüquqi marağı baxımından üçüncü şəxslərin adına aparılımış qeydiyyatın və bu barədə dövlət reyestrindən çıxarışın ləğvinə yönəlmişdir”. Digər tərəfdən hesab edir ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını yubatmaq məqsədilə hazırkı iddianı qaldırmışdır. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-149/2023 nömrəli, 18.05 2023cü il tarixli qətnaməsi ilə Xədicə və Cavabdeh2lərin ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən 477,40 kv.metr sahəsi olan fərdi yaşayış evinin cavabdeh Aliyə Haqvardiyevanın qeyri qanuni sahibliyindən götürülərək onların birgə sahibliyinə və istifadələrinə verilməsi barədə iddia tələbləri təmin olunmuş, qətnamə qanuni qüvvəsini almış və icraaya yönəldilmişdir. Aliyə Haqverdiyevə qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan icraaya yönəldildikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət edərək, icraaya mane olmağa çalışmışdır. Yuxarıda qeyd olunanların, yəni hazırkı iş və əvvəlki işlər üzrə tərəflərin və mübahisə predmeti olan mülkün eyni olması, eləcə də iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsədinin, yəni Xədicə və Cavabdeh2lərin adına aparılmış qeydiyyatın və bu barədə dövlət reyestrindən çıxarışın qanunsuz olması ilə bağlı həmin qeydiyyatın və onun nəticələrinin mübahisələndirilməsindən ibarət olması, hazırkı iddia ərizəsi və Şəki İnzibati Məhkəməsində baxılmış inzibati işə dair iddia ərizəsində eyni hallar və faktlara istinad olunması, hazırkı iddia ərizəsində mülki qanunvericiliyin əqdlərin etibarsız olmasını tənzimləyən hər hansı bir normasına və aparılmış qeydiyyatın etibarsız olmasını şərtləndirən hər hansı bir fakta istinad olunmaması və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-766/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının 45, 46,47 və 48-ci bəndlərinin tələbləri kontekstində iddiaçı Aliyə Hqverdiyevanın hazırkı iddia tələblərinə qiymət verərək hesab edir ki, MPM-nin 261.0.2-ci maddəsinə əsasən İddiaçı cavabdehlər X20, Cavabdeh2 və üçüncü şəxs 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair X20 və Cavabdeh2 adına dövlət reyestində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (xx.xx.2022) etibarsız hesab edilməsi və miras əmlakın vərəsələrin dairəsinə uyğun olaraq yenidən bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1116/2024 saylı 29 may 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş materialları ilə onun (iddiaçının) mübahisə mövzusu olan miras əmlakını vərəsə kimi faktiki qəbul etdiyi qənaətinə gəlmək mümkün deyildir. Belə ki, işin materiallarından da göründüyü kimi, İsmayıllı Rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli, 2(037)-38/2010 saylı və 28 dekabr 2010-cu il tarixli 2(037)-273 saylı qətnamələri ilə iddiaçının mərhum atası Ağaməşədi Haqverdiyevin 1906-cı ildə vəfat etmiş X41 qanun üzrə vərəsəsi kimi mübahisə mövzusu mülkü qəbul etməsi faktı və onun üzərində mülkiyyət hüququ müəyyən edilərək daşınmaz əmlakın reyestrində müvafiq qeydiyyat aparılsa da, həmin qətnamələr Xədicə və Cavabdeh2lər şikayətləri əsasında sonradan ləğv edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(037)-81/2020 saylı qətnaməsinə əsasən isə həmin əmlaka dair Ağaməşədi Haqverdiyevin, sonradan isə onun qızı İddiaçı adlarına verilmiş çıxarışlar ləğv edilməklə buna uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Göründüyü kimi, müvafiq məhkəmə qətnamələri ilə mübahisələndirilən miras əmlakının iddiaçının mərhum atası Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktı müəyyən edilsə də, həmin qətnamə sonradan ləğv olunmuşdur. Bu baxımdan məhkəmə hesab etmişdir ki, miras əmlakın iddiaçının mərhum atası Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktı müəyyən olunmadığından həmin əmlakın atasından qalan miras kütləsinə daxil olması da mümkün olmamışdır və işin bu halı iddiaçının atasından qalan mirası qəbul etməsi faktının araşdırılmasının zəruri olmadığını göstərməkdədir.
19. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının digər (cavabdehlərin adına xx.xx.2022-ci il tarixdə aparılmış qeydiyyatın və bu barədə çıxarışın etibarsız hesab edilməsi) tələblərinin də əsassız olduğunu vurğulayır; belə ki, iddiaçının mübahisə mövzusu miras əmlakı vərəsə kimi faktiki qəbul etməsinin, bununla da mübahisələndirilən əmlakın miras kütləsinə daxil olmasının müəyyən edilməməsi onun göstərilən iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa sahib olmadığını göstərir.
20. Məhkəmə gəldiyi nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarlarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
21. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 may 2024-cüi il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
22. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə göstərir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, onun bu iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ vardır. Çünki, məsələ yalnız mirasın qəbul edilmə faktının müəyyən edilməsindən getmir. X7 mirası qəbul etməsi faktının müəyyən edilməsi həmin miras əmlakın faktiki qəbul edilməsi, ona sahiblik etməsi və idarə olunması faktına əsasən müəyyən olunmuşdur. Yəni, məhkəmənin qətnaməsi həmin hissədə ləğv olunsa da miras əmlak X11 tərəfindən faktiki qəbul edilib və idarə olunub. Onun ölümündən sonra da o, həmin əmlakı faktiki qəbul edib və bu günə kimi idarə edir. Həmin əmlakın saxlanmasına və təmirinə külli miqdarda vəsait sərf edib. Məhkəmə tərəfindən bütün bu faktlar araşdırılmayıb. Bütün bu barədə materiallar və sübutlar iş materiallarında var. Cavabdehlər tərəfindən həmin əmlakın saxlanılması üçün heç bir iş görülməyib. Məhkəmə qətnamədə gösrtərir ki, mübahisənin obyektiv həlli üçün ilk növbədə mübahisə mövzusu olan mülkün (mirasın) tərəfindən qəbul edilib edilməməsi məsələsi aydınlaşdırılmalıdır. Bildirir ki, məhkəmə tərəfindən mirasın tərəfindən qəbul edilib-edilməməsi məsələsi aydınlaşdırlmamışdır. Miras əmlkın faktiki qəbulu onun konkret hərəkətləri ilə sübut olunur. O, bir vərəsə kimi miras əmlakı faktiki qəbul edərək ona sahiblik edir və miras əmlakı faktiki idarə edir. Bu işə Nərimanov Rayon Məhkəməsində baxıldığı üçün göstərilən faktları yoxlamaq üçün imkan olmamış və yaxud da buna məhkəmənin istəyi olmamışdır. Məhkəmə tərəfindən cavabdehlərin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanılmamışdır. 9 saylı Qəbələ Ərazi İdarəsinin 11 noyabr 2021-ci il tarixli **********46 saylı sorğuya cavab məktubunda bildirilmişdir ki, Xidmətin 9 saylı Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən qeyd olunan X41 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Onda sual olunur: görəsən reyestr xidməti qanunvericiliyin tələbinə uyğun olaraq hansı məlumatların uyğunluğunu yoxlamış və hansı əsaslarla qeydiyyatda olmayan əmlakı cavabdehlərin adına qeydiyyata salmış və Çıxarış vermişdir? Hər hansı bir sənəd uyğunluğu olmadığından məhkəmə tərəfindən həm 9.1.2, həmdə 11.1-ci maddələrin tələbləri pozulmuşdur. Məhkəməyə təqdim edilmiş məhkəmə qətnamələrindən və digər sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli qətnaməsi ilə X2 Hacı Rza oğlunun vərəsəsi kimi tanınmış və qətnamə həmin hissədə qüvvədədir. Bundan əlavə İsmayıllı rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli qətnaməsi ilə həmin miras əmlak üzərində X5 mülkiyyət hüququnu müəyyən etmiş və bundan sonra onun adına Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Məhkəmə tərəfindən hər iki məhkəmə qətnaməsi qətnamədə göstərilsə də, lakin məhkəmə araşdırması həmin istiqamətdə aparılmamışdır. Belə ki, məhkəmə bir faktı nəzərə almamış və araşdırmamışdır, Daşınmaz Əmlakın Dövlət Reyestrindən X5 adına Çıxarış, yalnız onun miras əmlak üzərində mülkiyyət hüququ tanındıqdan sonra verilmişdir, lakin, Cavabdeh1 və Cavabdeh2 adına Çıxarış mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi ilə verilmişdir. Bu necə ola bilər. Belə çıxır ki, qeydiyyat haqqında qanun müxtəlif cür tətbiq edilə bilər və bu kiminsə istəyindən asılı olaraq dəyişə bilir. Onun notariat ofisinə müraciəti və vərəsə kimi tanınması barədə sənəd də mülki işin materiallarında var. Bu barədə iddia ərizəsində geniş məlumat verilib. Bundan başqa, məhkəmənin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarının bu işə tətbiqinin mümkün olmaması barədə gəldiyi nəticəyə etiraz edərək bildirir ki, bu iş üzrə məhkəmə mübahisəsi 2013-cü ildən davam edir və məhkəmənin iddia ərizəsinin qərardan sonra icraata qəbul olunmasına istinad etməsi ilə razı deyil. Belə ki, həmin iddia tələbi o, 2022-ci ildə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə prosesi xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Bundan sonra hazırkı iddia tələbi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunda vərəsəliklə bağlı işə baxıldığını bildiyi halda 25 dekabr 2023-cü il tarixli qərardadla iddia ərizəsini geri qaytarmış və cavabdehlərin qeydiyyatda olduqları ünvan üzrə iddia ərizəsinin verilməli olduğunu göstərmişdir. Həmin qərardad iş materiallarına əlavə olunmuşdur. Hesab edir ki, bu iddia ərizəsi məhkəmədə olmuş və işə obyektiv baxılması üçün o, iddia ərizəsini daşınmaz əmlakın yerləşdiyi yer üzrə İsmayıllı rayon məhkəməsinə vermişdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı bu iddia ərizəsi üzrə işdə tətbiq edilməlidir. Çünki, belə olmadığı halda digər vərəsələrin də hüquqları pozulmuş olacaqdır. Burada əsas məsələ miras əmlakın reyestrdə qeydiyyatının düzgün aparılmamasıdır. Bildirir ki, məhkəmə tərəfindən yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
25. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1116/2024 saylı 29 may 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 26.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1116/2024 saylı 29 may 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 27.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 29.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 31.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən maddi hüquq norması
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 33.139.1-ci və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 34.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 35.324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
36. 337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 37.1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 38.1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 39.1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 40.1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 41.1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 42.1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” 44.Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq sorğusu əsasında konstitusiya işi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab etmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və müxtəlif instansiya məhkəmələrinin icraatında olan mübahisələrə tətbiq olunmalıdır.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
45. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 46.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 47.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 48.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 49.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya baxışının hədləri
50.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 51.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 52.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
53.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
54. Belə ki, iş materiallarından göründüyü kimi 1906-cı ildə İsmayıllı rayonu Ərəgit kəndində vəfat etmiş X41 nəvəsi olması və X48 və X10 miras qalmış, İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə əsas olmuş İsmayıllı Rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli, 2(037)-38/2010 saylı qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 iyun 2015-ci il tarixli, 2(107)-114/2015 saylı qərardadı ilə qismən, sözügedən hissədə ləğv edilmiş, ərizə həmin hissədə baxılmamış saxlanılmışdır.
55. X1 1906-cı ildə İsmayıllı rayonu Ərəgit kəndində vəfat etmiş babası X37 miras qalmış, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş mülkü” adlanan 3 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 (sıfır tam yüzdə beş) hektar həyətyanı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun təsdiq edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli 2(037)-273/2010 saylı qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin 2(107)-6/2019 saylı, 12 aprel 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmişdir.
56. Bundan başqa İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(037)-81/2020 saylı qətnaməsi ilə İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində Hacı Dadaş mülkü adlanan 3 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsinə dair X5 adına verilmiş 16 avqust 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli Çıxarış ləğv edilmiş, həmin əmlakın İddiaçı bağışlaması barədə İsmayıllı rayon Notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməklə həmin əmlak ilə bağlı İddiaçı adına verilmiş 06 dekabr 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarış ləğv edilmişdir. Həmin məhkəmə qətnaməsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır.
57. Eyni zamanda İsmayıllı Rayon Məhkəməsinin 2(037)-149/2023 saylı, 19 may 2023cü il tarixli qətnaməsi ilə iddiaçılar Xədicə və Cavabdeh2lərin cavabdeh İddiaçı qarşı “daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” barədə iddiası təmin olunmuşdur.
58. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququnun yaranmasını tənzimləyən mülki qanunvericiliyin müvafiq maddələrinə görə də, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir, mirasa hüququn yaranmasının əsasını da bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).
59. Qeyd edilənlərə əsasən kollegiya vurğulayır ki, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. İş materiallarından isə görünür ki, iddiaçının miras əmlak olaraq bölünməsini tələb etdiyi “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlak, mərhum X5 öldüyü məqamadək malik olduğu miras aktivinin tərkibinə, həmin əmlakı formal və ya qeyri-formal üsulu ilə qəbul etməsi faktı öz təsdiqini tapmadığından, daxil olmamışdır. Mübahiəsli əmlak mülkiyyət hüququ ilə ona məxsus olmadığından, iddiaçının da vərəsəsi olaraq həmin əmlak üzərində hər hansı hüququn yaranması istisna edilir.
60. İddiaçı apelyasiya şikayətində istinad etdiyi dəlillər də (“Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakı faktiki sahibliyinə qəbul etdiyi, vərəsəlik hüququ əsasında bu daşınmaz əmlak üzərində hüquqlarının rəsmi formada əmələ gəldiyi, həmin əmlaka xeyli vəsait sərf etdiyi və s.) hazırkı iddianın təmin edilməsi üçün əsas deyildir. 61.Məhkəmə kollegiyası iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına istinad etməsi ilə əlaqədar həmçinin qeyd edir ki, Qərardan da göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, bu Qərarda sərgilənmiş hüquqi mövqe yalnız bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. 62.Göründüyü kimi vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bu Qərarının hazırkı mübahisəyə tətbiq olunması yolverilməzdir. 63.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 64.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 65.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 66.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1116/2024 saylı 29 may 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova