Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5066/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, e-2(011)-512/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 05 aprel 2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən satıcı hazır un məmulatlarını (şirniyyat) hər kiloqramını 3,60 manata satmağı, alıcı isə öz növbəsində alınan un məmulatlarını (şirniyyat) öz hesabına alıb boşaldılmasını, yerləşdirilməsini və dəyərini ödəməsi öz öhdəsinə götürür.
2. 23 iyun 2022-ci il tarixli üzləşdirmə aktından görünür ki, İddiaçı MMC-yə aid qrafada debet hissəsinə 13433,25, Cavabdeh aid qrafada isə kredit hissəsinə 13433,25 qeyd edilməklə, 23 iyun 2022-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə 13433,25 manat borcu olması qeyd edilmişdir.
3. Bakı şəhəri Xətai rayon Polis idarəsinin İstntaq şöbəsinin 30 avqust 2022-ci il tarixli qərarından görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh ona qarşı dələduzluq etməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilərək pul tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13433,25 manat və dövlət rüsumu kimi ödədiyi 130,3 manat, mediasiya orqanına ödədiyi 210 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırılaraq qeyd olunmuşdur ki, müqavilə onlar tərəfindən imzalandığı andan qüvvəyə minsə də keçən 1 ildən artıq müddət ərzində cavabdeh ona satılmış 36733,25 manat dəyərində olan şirniyyat məhsullarının pulunu tam şəkildə ödəməmişdir. Beləliklə də, cavabdehin şirkətə borcu yaranmış və bununla bağlı aralrında tərtib edilən və imzalanmış 23 iyun 2022-ci il tarixli üzləşdirmə aktına əsasən onun satılmış mallara görə 13433,25 manat məbləğində borcu olması təsdiq edilmişdir. Lakin hazırki vaxta kimi cavabdeh 23 iyun 2022-ci il tarixli üzləşdirmə aktına əsasən etiraf etdiyi borcu qaytarmamışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh ona borclu olduğu məbləği qaytarmaq üçün heç bir əməli addım atmır və ya atmaq istəmir, əvvəlki məhkəmə iclasında cavabdeh üzləşmə aktındakı imzanı təsdiq etmişdir, həmin üzləşmə aktında iddia tələbində qeyd olunan məbləğ öz əksini tapmışdır və o da öz imzası ilə borclu olduğunu təsdiq edir.
6. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, 01 aprel 2022-ci tarixində o, "xxxx" adlanan şirkətin rəhbəri kimi özünü təqdim edən X1 vədinə görə şirniyyat istehsal edən müəssisəyə satış şöbəsinin müdiri vəzifəsinə əmək müqaviləsi ilə qəbul edilməli idi. Lakin, sənədləri təqdim etsə də onunla rəsmi əmək müqaviləsi bağlanmamışdır. Buna baxmayaraq həmin şirkətin işçisi kimi ona şirniyyat ayrılmış və o, mağazalara malları paylamış, pulları yığıb şirkətə təhvil vermişdir. 24 iyun 2022-ci ildə işdən çıxmamışdan öncə E.Çərkəzov tərəfindən verilən mallara görə onunla tam haqq-hesab aparmış, mağazalara verilən 13433,25 manat malan hesabatını vermiş, mal və pul qalıqlarını E.Çərkəzova mühasibin iştirakı ilə təqdim etmişdir. Təqdim etdiyi məlumatlar yoxlanılmış, onun borcu olmadığı və cavabdehə qarşı hər hansı irad olmamışdır. Eyni zamanda İddiaçı MMC adına olan üzləşdirmə aktına imza etdirmişlər. İddiaçı MMC ilə heç bir əlaqəsi olmadığını bildirdikdə E.Çərkəzov heç bir problem olmadığını, eyni adamlar olduğunu, sadəcə 13433,25 manat üzrə haqq-hesabı təsdiq edən sənəd olduğunu bildirmişdir. Daha sonra E.Çərkəzov bu gün İddiaçı MMC tərəfindən mübahisələndirilən eyni məbləğlə bağlı Cavabdeh Xətai rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı E.Çərkəzov göstərilən məbləqdən yalnız 1551 manatın Nahid adlı, 2700 manatın Tural adlı və 1900 manatın Rafiq adlı şəxslər tərəfindən inkar olduğunu bildirmişdir, şikayət ərizəsində qeyd edilən məbləğin qalan hissəsində Cavabdeh şikayətçi olmadığını bildirmişdir. Sonra Nahid, Tural və Rafiq adlı şəxslər E.Çərkəzova qeyd edilən məbləqdə borclu olduqlarını polis orqanına bildirmişlər. Bununla da Cavabdeh E.Çərkəzovun qarşısındakı hesabatı tam təsdiqini tapmışdır. "xxxx" MMC ilə nə əmək, nə də mülki qaydada müqavilə imzalamamışdır. Buna görə jə onun hər hansı öhdəlik və məsuliyyəti yarana bilməz. Eyni ilə E.Çərkəzov onunla nə əmək, nə də mülki müqavilə imzalamamışdır. Belə olan halda onun nəinki İddiaçı MMC, o cümlədən E.Çərkəzov qarşısında öhdəliyi yaranmır. Onu aldatmaqla imzalanmış 23 iyun 2022-ci il tarixli nömrəsiz və qeydiyyatsız üzləşdirmə aktın müqavilə olmadığı təqdirdə heç bir əhəmiyyəti yoxdur və öhdəlik yaratmır. Bundan əlavə eyni “borc” üzrə İddiaçı MMC, o cümlədən E.Çərkəzovun eyni müraciəti anlaşılmazdır. Bundan başqa belə bir borc həqiqətən yaranıbsa Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə görə İddiaçı MMC vergi orqanına 2022-ci ilin vergi hesabatını təqdim edərkən kreditoru və debitoru göstərməklə mülki-hüquq münasibətlərin əmələ gəlməsinin mənbəyini, yəni müvafiq müqaviləyə istinad etməli idi.
7. Birinci instansiya məhkəməsində Cavabdeh 05 aprel 2022-ci il tarixli alqı – satqı müqaviləsinin onun tərəfindən imzalanmadığını bildirdiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(011)-512/2024 nömrəli qərardadına əsasən məhkəmə - xətşünaslıq ekspertizası təyin edilmişdir.
8. Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 4/206 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 79-80-ci vərəqələrində olan İddiaçı MMC ilə Cavabdeh adından olan 05 aprel 2022-ci il tarixli Alqı-Satqı müqaviləsinin 2-ci vərəqində “Mal Alan” hissəsində “Aslanov. E.” yazıları qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, e-2(011)- 512/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Qətnamə onunla əsaslandırlmışdır ki, Cavabdeh 2022-ci ilin aprel ayından İddiaçı MMC-də faktiki olaraq satış nümayəndəsi (ekspeditor) funksiyasını icra etmiş, o cümlədən İddiaçı MMC-nin əsas fəaliyyət sahəsinə aid işləri (xidmətləri) yerinə yetirməklə işə başlamış, o, 2022-ci ilin iyun ayına qədər burada çalışmışdır, həmçinin cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi və 23 iyun 2022-ci il tarixdə üzləşdirmə aktı imzalanmışdır, həmin sənədlərdə də cavabdeh “ekspeditor” kimi göstərilmişdir, cavabdehin gördüyü iş mütəmadi olaraq “Fenix” Groupdan qəbul etdiyi un məmulatlarının müxtəlif mağazalara paylanması və paylanmış məhsulların pulunun toplanaraq geri ödənilməsi olmuşdur, onun yerinə yetirdiyi iş üzrə bəzi mağazalara verdiyi məhsulların pulu qismən toplanmamışdır, onunla İddiaçı MMC arasındakı münasibətlər 2023-cü ilin iyun ayında başa çatmış, həmin tarixdə İddiaçı MMC-nin rəhbərliyi tərəfindən Cavabdeh bildirilmişdir ki, “o, faktiki olaraq işlədiyi satış nümayəndəsi (ekspeditor) vəzifəsindən azad edilir”, bundan sonra Cavabdeh, “Fenix” Groupun direktoru Elşən Çərkəzovu un məmulatlarını paylamış olduğu mağazalara apararaq, sonuncuya mağazaların ödəməli olduğu borclar barədə məlumat vermiş, həmçinin mağazalara bundan sonrakı alqı-satqı münasibətlərini “Fenix” Groupun direktoru Elşən Çərkəzov ilə aparacaqlarını bildirmişdir, məhsul qəbul edən mağazalar da öz növbəsində bundan sonra alqı-satqı münasibətlərini Elşən Çərkəzov ilə aparmış, mövcud olan borclar qismən (3650 manat) ona ödənilmişdir. Elşən Çərkəzov xx.xx.2022-ci il tarixdə Xətai rayon Polis idarəsinə müraciət edərək Cavabdeh “xx.xx.2022-ci il tarixli üzləşdirmə aktı əsasında müəyyən edilmiş 13433,25 manat məbləğində pulu” ödəməməklə dələduzluq etməsini bildirmişdir (hansı ki, bu, həm də hazırkı iddia tələbinin əsasını təşkil edir), Elşən Çərkəzovun müraciəti əsasında aparılmış araşdırma nəticəsində Cavabdeh dələduzluq etməsi faktı öz təsdiqini tapmamışdır, hazırda İddiaçı MMC (onun direktoru Nurəddin Məmmədov) məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsaslanaraq Cavabdeh yaranmış borc öhdəliyi kimi 13433,25 manat pulu tələb edir, 0002071, 0002072, 0002073, 0002074, ******* və d. nömrəli qaimələr üzrə məbləğ 10668 təşkil edir. Bununla belə, Cavabdeh İddiaçı MMC-dən mallar qəbul etməsi və bunun nəticəsində sonuncuya borcu olmasına, Cavabdeh “Fenix” Groupdan qəbul etdiyi mallara dair icra edilməmiş öhdəliyinin olmasına, "xxxx"un öz tələb hüquqlarını İddiaçı MMC-yə ötürməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İddiaçı MMC Cavabdeh ona borcunun olmasına dair sübutetmə vəzifəsi daşıyır, lakin iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Əksinə, iş materiallarında olan şahid ifadələri, cinayət işinin materialları, qaimələr və digər sübutlar əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya hər hansı bir borcu yoxdur. Belə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, cavabdeh İddiaçı MMC-də faktiki olaraq satış nümayəndəsi (ekspeditor) funksiyalarını icra etmiş, o cümlədən İddiaçı MMC-nin əsas fəaliyyət sahəsinə aid işləri (xidmətləri) yerinə yetirmişdir ki, bu da tərəflərin faktiki əmək münasibətlərində olmalarını göstərir, iddia tələbinin faktiki əsası 05 aprel 2022-ci il tarixli müqavilə və 23 iyun 2022-ci il tarixli üzləşdirmə aktıdır, həmin sənədlərdə də cavabdeh “ekspeditor” kimi göstərilmişdir. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, iddiaçının tələb etdiyi borc "xxxx" MMC tərəfindən tələb edilən, üzləşmə aktında ifadə olunan, bütövlükdə isə "xxxx" MMCnin mallarının cavabdeh tərəfindən satışla əlaqədar yaranmış pul məbləğdir, "xxxx"un öz tələb hüquqlarını İddiaçı MMC-yə ötürməsinə dair hallar yoxdur. Belə vəziyyətdə tərəflər arasında mövcud münasibətlərə xitam verilməsi ilə "xxxx" MMC-yə məxsus malların mağazalara paylanması, yaranmış borcların ödənilməsi və hesablaşmaların aparılması ilə bağlı öhdəliklər, münasibətlərdə olduğu şəxslərlə, yəni NUR-N 2020” MMC və "xxxx" MMC ilə qarşılıqlı razılıq əsasında "xxxx" MMC-nin direktoru Elşən Çərkəzova ötürülmüş, həmin münasibətlər sonuncu və müəssisənin digər şəxsləri tərəfindən davam etdirilmiş, bundan sonra isə cavabdehlə "xxxx" arasındakı mülki hüquq münasibətlərindən yaranmış borc məbləği, heç bir hüquqi əsas olmadan, üzləşmə aktı ilə cavabdehin İddiaçı MMC-yə olan borcu kimi rəsmiləşdirilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, həmin sənəd (üzləşmə aktı), cavabdehin iddiaçıya olan borcunu təsdiq edən, bununla da cavabdeh tərəfindən “borcun etiraf” edilməsini ifadə edən sübut kimi nəzərə alına bilməz, əlalxüsus da cavabdeh tərəfdən həmin aktın mübahisələndirildiyi bir vəziyyətdə.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 387.2, 387.3, 528, 529.2, 852.1, 854.1 maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə, qərarın əsaslandırma hissəsində iddia tələbinə münasibətdə qeyd etmişdir ki, bu sübutetmə yükü ilə bağlıdır, İddiaçı MMC Cavabdeh ona borcunun olmasına dair sübutetmə vəzifəsi daşıyır, lakin iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirilir ki, Cavabdeh ilə İddiaçı MMC arasında 05 aprel 2022-ci il tarixdə “alğı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilədən də aydındır ki, MMC satıcı olaraq hazır un məmulatlarını (şirniyyat) hər kq-nı 3,60 manata cavabdehə satmağı, sonuncu isə alıcı olaraq öz növbəsində alınan un məmulatlatını öz hesabına alıb boşaldılmasını, yerləşdirilməsini öz üzərinə götürür, həmçinin Müqavilənin: 2.1-ci bəndinə görə “Satıcı” satacağı un məmulatlarını qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə və qarşılıqlı razılaşdırılmış miqdarda “Alıcı”ya təhvil verilməlidir. - 2.3-cü bəndinə görə “Alıcı” bu müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq həmin şərtlər daxilində malı qəbul edib dəyərini tam şəkildə ödəməlidir. - 3.2-ci bəndinə görə təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılmasıməqsədilə Tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər. - 4.1-ci bəndinə görə hazırki Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Lakin cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə qərarın əsaslandırma hissəsində alqı-satqı müqaviləsindən doğan öhdəliklərə münasibət bildirməmiş, sadəcə qeyd etmişdir ki, iddia tələbinin faktiki əsası alqı-satqı müqaviləsi və üzləşdirmə aktıdır və həmin sənədlərdə cavabdeh ekspeditor kimi göstərilmişdir. Məhkəmənin bu mövqeyi ilə də razılaşmır və bildirilir ki, cavabdehin ekspeditor kimi göstərilməsi həmin alqı-satqı müqaviləsi və üzləşdirmə aktı üzrə cavabdehi üzərinə düşən öhdəlikləri icra etməkdən azad etmir. Hər nə qədər cavabdehin "xxxx" MMC ilə aralarında borc münasibətləri olsa da, cavabdeh sözügedən alqı-satqı müqaviləsi əsasında iddiaçı qarşısında birbaşa öhdəlik daşıyır. "xxxx" MMC ilə aralarında olan münasibətin isə hazırkı məsələyə heç bir aidiyyəti yoxdur. Cavabdeh hazırkı halda ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olnmasını xahiş etdi.
15. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlnılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Maddə 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Maddə 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: yük göndərən ilə daşıyıcı arasında müqavilə; bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; yük alan tərəfindən yükün qəbul edilməsi; müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; daşıyıcının yükə girov hüququ. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarı: “Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.”
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməlidir.
21. Birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslandırdığı hallardan biri odur ki, İddiaçı MMC-də faktiki olaraq satış nümayəndəsi (ekspeditor) funksiyasını icra etmiş, o cümlədən İddiaçı MMC-nin əsas fəaliyyət sahəsinə aid işləri (xidmətləri) yerinə yetirməklə işə başlamış, o, 2022-ci ilin iyun ayına qədər burada çalışmış, cavabdehin gördüyü iş mütəmadi olaraq "xxxx"dan qəbul etdiyi un məmulatlarının müxtəlif mağazalara paylanması və paylanmış məhsulların pulunun toplanaraq geri ödənilməsi olmuşdur. İddiaçı MMC Cavabdeh ona borcunun olmasına dair sübutetmə vəzifəsi daşıyır, lakin iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.
22. İlk növbədə qeyd etmək lazımdır ki, iddianın əsasını təşkil edən sübutlar tərəflər arasında bağlanmış alqı – satqı müqaviləsi və aktdır və hüquqi əsaslandırma da məhz bu istiqamətdə aparılaraq işin hallarına qiymət verilməlidir. Digər tərəfdən əmək münasibətləri ilə mülki hüquqda öhdəlik münasibətləri mahiyyət etibarilə fərqli münasibətlərdir, tərəflər arasında hüquq və vəzifələrin müəyyən olunduğu müqavilə və borcun mövcudluğuna dair tərtib edilmiş akt olduğu halda münasibətlərin əmək münasibətləri kimi qiymətləndirilməsi yolverilməzdir.
23. Mübahisənin həlli üçün ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin və aktın etibarlılığı məsələlərinə diqqət yetirilməlidir.
24. Aktdakı imzanın cavabdehə məxsus olması nə birinci instansiya məhkəməsində,nə də apellyasiya mərhələsində cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
25. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən müqavilədəki imzanın ona məxsus olması mübahisələndirilsə də, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, imza cavabdehə məxsusdur.
26. Qeyd olunanlardan əlavə məhkəmə kollegiyası qeyd edir ki, imzanın ona məxsus olmaması əsasından başqa, cavabdeh tərəfindən də həmin əqdin etibarsızlığı ilə bağlı mübahisələndirməyə əsas verən hər hansı bir digər dəlil (aldatma, zorakılıq, hədə təsiri altında və s.) irəli sürülməmişdir, əqdin əhəmiyyətsizliyi üçün də heç bir əsas mövcud deyildir.
27. Lakin iddiaya etirazda cavabdeh aktı aldatma nəticəsində bağlandığını qeyd etsə də, məhkəmə bu xüsusatı inandırıcı hesab etmir və əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.” Hazırkı mübahisə üzrə qeyd olunan şərtlərin heç biri mövcud deyildir və işin halları ilə aktın aldatma nəticəsində bağlanması təsdini tapmır.
28. Bakı şəhəri Xətai rayon Polis idarəsinin İstntaq şöbəsinin 30 avqust 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, 2022-ci ilin aprel ayından iyun ayının 17-nə qədər olan müddətdə işinin mahiyyəti həmin sexdə hazırlanan şirniyyatların digər mağazalara alqı-satqısından ibarət olmuşdur, həmin mağazaların nağd pul ödəməyə imkanı olmadığı halda onlara nisyə qaydada şirniyyat verirmiş, onların bəzi hallarda verəcəyi məbləğlər qalmışdır. Beləliklə, cavabdeh tərəfindən malların götürülməsi, həmin malların mağazalara təhvil verilməsi, bəzən də borcların yaranması onun özünün izahatı ilə də təsdiqini tapır.
29. Qətnamənin əsaslandırıcı hissəsində ümumi olaraq “iş materiallarında olan şahid ifadələri, cinayət işinin materialları, qaimələr və digər sübutlar əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya hər hansı bir borcu yoxdur.” qeyd edilsə də, məhkəmənin məhz hansı şahid ifadəsinə, cinayət işinin materiallarındakı hansı sübuta, qaiməyə əsasən bu nəticəyə gəlməsini müəyyən etmək mümkün deyildir.
30. Birinci instansiya məhkəməsi daha sonra qətnamədə qeyd etmişdir ki, “həmin sənəd (üzləşmə aktı), cavabdehin iddiaçıya olan borcunu təsdiq edən, bununla da cavabdeh tərəfindən “borcun etiraf” edilməsini ifadə edən sübut kimi nəzərə alına bilməz, əlalxüsus da cavabdeh tərəfdən həmin aktın mübahisələndirildiyi bir vəziyyətdə.”
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin heç bir arqumentə əsaslanmadan gəldiyi bu nəticə ilə də razılaşmır.
32. Mülki qanunvericiliyə əsasən mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir.
33. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında 23 iyun 2022ci il tarixdə cavabdehin iddiaçıya 13433,25 manat məbləğində borcunun olması barədə sadə yazılı formada sənəd tərtib edilmiş və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Bu akta əsasən tərəflər arasında borc razılaşma yolu ilə etiraf olunmuşdur.
34. İddiaçı tərəfindən təqdim olunmuş sübutlar (müqavtilə və akt) əsasında iddianın rədd edilməsi üçün 2 əsasdan biri mövcud olmalıdır: ya həmin sənədlərin etibarsızlığı üçün əsaslar mövcud olmalı, ya da göstərilmiş məbləğin ödənilməsi ilə bağlı sübutlar təqdim edilməlidir. Lakin bu əsaslardan heç biri mövcud deyildir.
35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas verir. Buna görə də qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin olunmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, e-2(011)-512/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, e-2(011)-512/2024 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. 13433,25 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev