Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5068/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1798/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh MTK-ya qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Cavabdeh MTK tərəfindən verilmiş 20 saylı, xx xxxxxx 2017-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və xx.xx.2018-ci il tarixdən başlayaraq almadığı əmək haqqının ödənilməsi, əmək X3 ilə əlaqədar 5000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1798/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qeyd etmişdir ki, işdən çıxarılması barədə əmr cavabdeh tərəfindən ona təqdim edilməmiş, məlumat verilməmişdir. O, Dövlət Əmək Müfəttişliyinin məktubunu məhkəməyə müraciət etməzdən bir neçə gün əvvəl almışdır. Məktubda işdən çıxarılma tarixi göstərilməmişdir. Bunu bilən kimi məhkəmədə iddia qaldırmış, əmrin tarixini isə başqa bir işçinin işdən azad edildiyi tarixi göstərmiş, belə ki, onun da həmin tarixdə işdən çıxarıldığını düşünmüşdür. İşdən sənədləri götürmüş və iddia tələbini dəqiqləşdirmişdir. Məhkəmə məktubun ona nə vaxt çatdığını aydınlaşdırmamışdır. İddiaçı onu da əlavə etdi ki, iddia müddətinin axımı məktubun ona verilməsi tarixi ilə başlamır, belə ki, ona əmr əlavə edilməmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11695/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1798/2019 saylı, xx xxx 2019cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi və Cavabdeh MTK-nin 31 saylı, xx xxxxxxx 2018-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddətinə görə əmək haqqı ödənilməklə həmin müəssisəyə təsərrüfat işləri üzrə rəhbər (komendant) vəzifəsinə bərpa edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh MTK Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq, həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTK-nın kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11695/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, o cavabdeh orqan tərəfindən qanunsuz olaraq işdən azad edilmiş, bu barədə gec öyrənmiş, bir neçə ay əmək haqqı almamış, bununla əlaqədar Dövlət Əmək Müfəttişliyinə şikayət etmiş, sonradan işdən azad edildiyini öyrənmiş, bu barədə xəbər tutduqdan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili A.Rzayev apelyasiya şikayəti ilə razılaşmayaraq, qeyd etdi ki, iddiaçı MTK-da payların 35 faiz hissəsinin sahibi olmuş Nizami Kərimovun bacısı oğludur. Onun qohumları işdən kompensasiya verilməklə azad edilmişdir. İddiaçı işdən azad edildikdən 3 ay sonra məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Azərbaycan RespublikasıƏmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxxxxx 2019-cu il tarixli **********7 saylı məktubundan görünür ki, Cavabdeh MTKnın rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmiş, lakin əmək qanunvericiliyin tələbləri gözlənilməmişdir. Bununla bağlıkooperativin sədri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, 2016-cı il tarixdən Cavabdeh MTK-da ilk öncə mühafizəçi vəzifəsində, daha sonra isə komendant (təsərrüfat müdiri) vəzifəsində çalışmışdır. Sədr səlahiyyətlərini icra edən Fərzəliyeva Aysel xanım tərəfindən protokola əsasən komendantlıq ləğv olunduğu üçün ona işdən azad olunmağınışifahi şəkildə bildirmişdir. Lakin onda olan məlumata əsasən onu işdən ixtisar edərək çıxardıblar. Yuxarıda qeyd etdikləri ilə bağlı ona öncədən heç bir məlumat verilməmişdir. Rəhbərlik tərəfindən onu işdən azad edilməyinin qanuna uyğun olub-olmamasının araşdırılmasını xahiş etmişdir. Azərbaycan RespublikasıƏmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxxxxxx 2018-ci il tarixli, 809 №-li məktubunun surətindən görünür ki, Cavabdeh MTK tərəfindən İddiaçı aid əmək qanunvericiliyi ilə bağlı sənədlərin təqdim edilməsi üçün xx xxxxxxxx 2018-ci il tarixli məktubun qəbul edilməsinə baxmayaraq bu günədək hər hansı bir sənəd təqdim olunmamışdır. Bu səbəbdən İddiaçı xx xxxxxxx 2018-ci il tarixli izahatına əsasən əmək və məzuniyyət haqlarının ödənilməsində aşkar olunmuş qanun pozuntusu iləəlaqədar Cavabdeh MTK-nın rəhbəri barədə Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq İnzibati xəta haqqında xx xxxxxxx 2018-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Qeyd olunanlarla razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun BakıŞəhəri üzrə Hüquqi Şəxslərləİş idarəsinin xx xxxxxxx 2018-ci il tarixli ********* №-li məktubunun surətindən görünür ki, idarədə uçotda olan Cavabdeh MTK (sun: **********3) tərəfindən təqdim edilmiş 2016-cı ilin “məcburi dövlət sosial sığorta haqqıüzrə sığorta olunanlar haqqında məlumatda”, 2017-ci ilin 1-ci, 2-ci, 3-cü, 4-cü rübləri, 2018-ci ilin isə 1-ci rübü üzrə“məcburi dövlət sosial sığorta üzrə hesabata”əsasən İddiaçı (SSN:**********159) 2 (iki) il, 2 (iki) ay sosial sığorta stajı və 896.97 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqqı vardır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinəəsasən, sosial sığorta iləəlaqədar sığortaedilənlə sığortaolunan arasında yaranan mübahisəli məsələlərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinəəsasən Məhkəmələrdə baxıldığıüçün Cavabdeh MTK ilə aralarında yaranmış mübahisəli məsələ iləəlaqədar Məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur. ********** saylı Forma B3 - Məcburi dövlət sosial sığorta haqqıüzrə sığortaolunanlar haqqında məlumat vərəqinin ksero surətindən görünür ki, İddiaçı 2016-cı ildə sığorta olunmuşdur və həmin cədvəldə ona 2016-cı il üzrə hesablanmışəmək haqqı qeyd edilmişdir. Sığortaolunanların hesabları siyahısından İddiaçı çıxarış vərəqəsindən görünür ki, 2017-2018-ci illər üzrə ona əmək haqqı hesablanmışdır. xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin ksero surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilədəəmək haqqının 190 manat olması və ayda bir dəfə ödənilməsi qeyd edilmişdir. Cavabdeh MTK-nın əmək haqqlarıüzrə haqq hesab cədvəlindən görünür ki, İddiaçı müəssisədə komendant kimi əmək müqaviləsi ilə işlədiyi xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək cəmi 6718,59 manat əmək haqqı hesablanmışdır. Cavabdeh MTK-nın əmək haqqlarıüzrə haqq hesab cədvəlindən görünür ki, müəssisədə komendant kimi işləyən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əmək haqqıüzrə kassadan cəmi 4632 manat pul verilmişdir. Cavabdeh MTK-nın işdənçıxarma müavinəti hesablanması cədvəlindən görünür ki, İddiaçı ştat vahidinin ixtisarı iləəlaqədar Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 77.3-ü maddəsinəəsasən işdənçıxarma müavinəti kimi 360 manat hesablanmışdır. Cavabdeh MTK-nın istifadə edilməmiş və son haqq hesab hesablanması cədvəlindən görünür ki, İddiaçı xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək istifadə edilməmiş məzuniyyət və son haqq hesab kimi 375 manat pul hesablanmışdır. İddiaçı xx.xx.2016-cı il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı kooperativdə münasib işlə təmin edilməsi barədə Tikinti Kooperativinin sədri X6 xahiş etmişdir. X2 Edilməsinə ilə BağlıƏmək Müqaviləsi xx xxxxxx 2016-cı il tarixli xxxxxxx000200 №-li bildirişinin surətindən görünür ki, Cavabdeh MTK tərəfindən işəgötürənin səlahiyyətlərini yerinə yetirən X8 ilə işçi İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdəəmək müqaviləsi bağlanmışdır. İddiaçı əmək müqaviləsi üzrə mühafizəçi (bina) vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin (kontraktın) nümunəvi formasının surətindən görünür ki, işəgötürənin səlahiyyətini həyata keçirən Cavabdeh MTK-nın sədri X8 ilə işçi İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdəƏmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci maddəsinəəsasən işçi Cavabdeh MTKda əsas olmaqla muhafizəçi vəzifəsinə (peşəsinə), işə qəbul edilmişdir. İddiaçı xx xxxx 2016-cı il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 2016-cı il tarixdən kooperativin Təsərrüfat işləri üzrə bölmə rəhbəri vəzifəsinə keçirilməsi barədə Cavabdeh MTK-nın rəhbəri X5 xahiş etmişdir. X2 Edilməsinə ilə BağlıƏmək Müqaviləsi xx xxxx 2016-cı il tarixli xxxxxxx000201 №-li bildirişinin surətindən görünür ki, Cavabdeh MTK tərəfindən işəgötürənin səlahiyyətlərini yerinə yetirən X8 ilə işçi İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdəəmək müqaviləsi bağlanmışdır. İddiaçı əmək müqaviləsi üzrə təsərrüfat işləri üzrə rəhbər (komendant) vəzifəsinə təyin edilmişdir. Əmək X3 ilə BağlıƏmək X3 ilə BağlıƏmək Müqaviləsinin xx xxxxxxx 2018-ci il tarixli xxxxxxx000X0 №-li bildirişinin surətindən görünür ki, Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli xxxxxxx000201 №-li əmək müqaviləsinə, xx xxxxxxx 2018-ci il tarixli 31 №-li əmrlə Cavabdeh MTK tərəfindən (70.b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Əmək X3 ilə bağlıəmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatın xx xxxxxxx 2018-ci il tarixli xxxxxxx0002X0 №-li surətindən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmışəmək X3 “xx xxxxxxx 2018” tarixli “xxxxxxx0002X0” nömrəli “Əmək X3 ilə bağlıəmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Cavabdeh MTK-nın xx xxxxxxx 2018-ci il tarixli 31 №-li əmrinin surətindən görünür ki, Cavabdeh MTK-nın maliyyə vəziyyətinin pisləşməsi, MTK-nın müflisləşməsi və ödəniş qabiliyyətinin olmaması, yeni tikilmiş binanın tikinti quraşdırma və tamamlanma işlərinin başa çatmaması və istismara verilməməsi səbəbindən, lüzumsuz ştat vahidinə çevrilən Cavabdeh MTK-da komendant vəzifəsi ixtisar edilmişdir. MTK-nın təsərrüat işləri üzrə rəhbəri (komendantı) İddiaçı Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndi ilə(işçilərin sayı vəştatları ixtisar edildikdə, işəgötürən tərəfindən əmək X3), xx xxxxxxx 2018-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmışX7 verilmişdir. Cavabdeh MTK-nın üzvlərinin xx xxxxxxx 2018-ci il tarixli 02 saylı X1 surətindən görünür ki, MTK-nın yeni ştat cədvəli təsdiq edilmiş, MTK-da maliyyə direktoru, komendant və komendant köməkçisi ştat vahidləri lüzumsuz olduğu üçün ixtisar edilməsi vəştat vahidləri ixtisar edilən işçilərin Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 70 (b) bəndinin tələbləri nəzərə alınmaqla, ixtisar aparılması və onlarla bağlanılmışəmək müqavilələrinə xitam verilməsi qərara alınmışdır. Hüquqi dəyərləndirmə: AzərbaycanRespublikasıMülkiProsessualMəcəlləsinin 372.6-cımaddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkıhalda məhkəməkollegiyasıAzərbaycanRespublikasıMPM-in 372.6cımaddəsinəəsasənbirinciinstansiyaməhkəməsininqətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Belə ki, kasassiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini ləğv edərək qeyd etmişdir ki, ...apellyasiya instansiyası məhkəməsi “Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri adlanan Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri baxımından işin faktiki hallarına tam hüquqi qiymət verməmişdir. Həmin maddənin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri olaraq işçilərin sayının və ya ştatların ixtisar edilməsi təsbit edilmişdir. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mülki iş materiallarının 5-ci səhifəsində olan İddiaçı tərəfindən 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədə aşağıdakılar qeyd olunmuşdur:”... Sədr səlahiyyətlərini icra edən Fərzəliyeva Aysel xanım protokola əsasən komendant ştatı ləğv olunub və siz işdən azad olunduğunu şifahi bildirmişdir. Lakin məndə olan məlumata əsasən məni “işdən ixtisar edərək” çıxardıblar. Yuxarıda qeyd etdiklərim ilə bağlı mənə öncədən heç bir məlumat verilməmişdir. Rəhbərlik tərəfindən məni işdən azad etməyinin qanuna uyğun olmasının tərəfinizdən araşdırılmasını Sizdən xahiş edirəm...”. Lakin iş materiallarından göründüyü kimi iddiaçı işə bərpa tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdeh tərəfindən işdən faktiki olaraq nə vaxt kənarlaşdırıldığını, bununla əlaqədar iddiaçının hansı vaxtdan əmək funksiyalarını yerinə yetirməməsini və bunun nəticəsi olaraq iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin tələbləri baxımından nəzərdə tutulan 1 aylıq iddia müddətinin ötürülübötürülməməsinə tam düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsi ilə razılaşaraq qeyd edir ki, Аzərbаycаn Rеspublikаsı Əmək Məcəlləsinin296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hazırkı iş üzrə iddiaçı xx.xx.2017-ci il tarixli əmrdən xəbərdar olmadığını və bu barədə yalnız Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən bildiyini söyləmişdir. İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir (i/v 1). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbi üzrə qanunla müəyyən olunmuş müddəti üzrsüz səbəbdən buraxmış, həmçinin iş üzrə cаvаbdеh tərəf də müddətin tətbiq edilməsinə dair ərizə vermişdir. Bu baxımdan, rayon məhkəməsi düzgün qənaətə gəlmişdir. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, rayon məhkəməsi iddiaçı tərəfindən bir aylıq müddətin ötürülməsi əsası ilə iddia tələbini təmin etməməkdə haqlı olduğundan apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onların verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətitəmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1798/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-5068/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5068/2020
19.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver