Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-507/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı2 vəkili Vəkil1 Əbüləli oğlu və Cavabdeh MTK-nın nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı1, X12 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1064/2021 saylı işi üzrə 03 may 2021-ci il tarixli saylı qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar X12, İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.m. olan mənzilin, binanın D blokunun 14-cü mərtəbəsində sahəsi 158 kv.m. olan mənzilin və həmin mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ümumi mülkiyyət kimi dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin Cavabdeh MTK tərəfindən İddiaçı2 və X7 vərəsəsi İddiaçı1 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın C blokunun 15-ci mərtəbəsində sahəsi 139 kv.m. olan mənzilin və həmin mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin Cavabdeh MTK tərəfindən X8 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1064/2021 saylı, 09.03.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Muxurovıç və X3 cavabdeh "HÜQUQ” MTKya qarşı "müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair 2(006)- 2894/2020 saylı mülki iş üzrə iddiaçı X4 Cavabdeh MTK-ya qarşı "müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinin ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışı mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, texniki pasportların verilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.m. olan mənzilin, binanın D blokunun 14-cü mərtəbəsində sahəsi 158 kv.m. olan mənzilin və həmin mənzillərin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən, həmin binanın istismara qəbul aktının, mənzil-tikinti kooperativi binasında mənzillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının, mənzillər üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışlarının İddiaçı2 və X7 vərəsəsi İddiaçı1 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: X16 25.01.2010-cu ildə vəfat etmişdir;- 10.03.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə,25.01.2010-cu il tarixdə vəfat etmiş X7 vərəsəsi - arvadı İddiaçı1dır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 22.02.2007-ci il tarixdə, 08/5- 008 nömrə ilə qeydiyyata alınmış MS-N 000087 seriya nömrəli Mənzil Sertifkatına və Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən 24.02.2016-cı il tarixdə, 01/02- 163 nömrə ilə verilmiş məktuba əsasən öhdəlikləri və yüklülüyü olmayan, nominal dəyəri 126835,20 manat olan, Bakı şəhəri, Xətai prospekti, 38 ünvanındakı binanın B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176.16 kv/m, yaşayış sahəsi 107,62 kv/m, tavanın hündürlüyü 3.3 metr olan 4 otaqlı, 215 nömrəli mənzilə dair Mənzil Sertifkatından ibarətdir; - "HÜQUQ” MTK ilə İddiaçı2 və X16 arasında bağlanmış 18.05.2005-ci il tarixli, 118/43 saylı müqaviləsi ilə, «Kooperativ» obyektin tikintisinin layihə sənədlərinə və tikinti Norma-Qaydalarının tələblərinə uyğun surətdə 1 (bir) il müddətində başa çatdırılmasını, müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın A, B, C, D bloklarında, ümumi sahəsi 1428,5 m2 olan mənzilləri «Payçı»lara təhvil verməyi, ümumi sahəsi 1428,5 m2 olan mənzillərdən hər hansı birinin «Payçı»ların təqdim etdiyi üçüncü şəxsin adına rəsmiləşdirməyi, müqavilə bağlandığı gündən 1 (bir) il müddəti ərzində 1428,5 m2 reallaşdırılmayan (satılmayan) hissəsi 20% yüksək qiymətlə geri götürməyi öhdəsinə götürmüş, Payçılar müqavilənin «3» bəndində müəyyən edilmiş qrafikə əsasən vaxtlıvaxtında «Kooperativ»ə maliyyə vəsaitinin ödənilməsini öhdəsinə götürmüşdür; - "HÜQUQ” MTK üzvlərinin 5 nəfər üzvündən 4 nəfərinin iştirak etdiyi 06 may 2019-cu il tarixli ümumi yığıncağı qərara almışdır ki, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş yaşayış sahəsinin dövlət komissiyası tərəfindən istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin yerinə yetirilməsi məqsədi ilə zəruri işlər yerinə yetirilsin. Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa olunmuş yaşayış sahəsinin dövlət komissiyası tərəfindən istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin yerinə yetirilməsi məqsədi ilə bu sahədə xidmət göstərək şirkətlərlə müqavilələr bağlanılsın. "HÜQUQ” MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərinə (əlavə işlərin) yerinə yetirilməsi məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri olan Kooperativin üzvlərindən və binanı inşa etdirən əsas təsisçilərdən 281 585 manat məbləğində əlavə pay haqqının alınması təmin edilsin. "HÜQUQ” MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərinə (əlavə işlərin) yerinə yetirilməsi məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri olan Kooperativin üzvündən 510 manat məbləğində əlavə pay haqqının alınması təmin edilsin. Kooperativin üzvündən əlavə pay haqqlarının toplanması və dövlət komissiyası tərəfindən irəli sürülən əlavə işlərin yerinə yetirilməsi "xxxx" MMC-yə həvalə edilsin (iş.səh.8,9, 15, 17, 50) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1064/2021 saylı işi üzrə 03 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binasının D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.m. olan mənzil, həmin binanın D blokunun 14-cü mərtəbəsində sahəsi 158 kv.m. olan mənzil və həmin mənzillərin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi binasında mənzillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzillər üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışları Cavabdeh MTK tərəfindən İddiaçı2 və X7 vərəsəsi İddiaçı1 təhvil verilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8, 384.0.4, 389.1, 390.1, 399.1, 405.1, 430.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh tərəf də mübahisəsiz surətdə qəbul edir ki, onun inşa etdiyi binadan iddiaçılar 2005-ci il tarixdə müqavilə əsasında həmçinin binanın D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.m. olan mənzili, binanın D blokunun 14-cü mərtəbəsində sahəsi 158 kv.m. olan mənzili almışlar. İddiaçı tərəf mənzillərin dəyərini tam ödəmələrini göstərsələr də, bununla bağlı müvafiq maliyyə arayışını təqdim edə bilməyərək bunu belə izah etmişlər ki, cavabdeh onlara belə bir arayışı təqdim etməmişdir. Cavabdeh tərəfin isə qeyd edilənlərlə bağlı etirazı maliyyə arayışlarının əslinin MTK tərəfindən imzalandığı, möhürləndiyi formada mənzil sahiblərinə təqdim edildiyi, bu sənədin surətinin MTK-da saxlanılmadığından ibarətdir. Belə ki, hal-hazırda tərəflərindən həmin sənədlərin əslinin və ya surətinin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Təqdim edilən müqavilənin mövcudluğunun iddiaçı ilə cavabdeh tərəfindən mübahisələndirilmədiyini nəzərə almaqla, iddiaçıların cavabdehin inşa etdiyi binada 18.05.2005-ci il tarixli müqavilə əsasında 10 mənzili, həmçinin də binanın D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.m. olan mənzili, binanın D blokunun 14-cü mərtəbəsində sahəsi 158 kv.m. olan mənzili əldə etdikləri işin müəyyən edilmiş halıdır. Məhkəmə cavabdeh tərəfin maliyyə arayışlarının vaxtında iddiaçılara verildiyi və hazırda özündə bu sənədlərin saxlamadığına dair izahatına tənqidi yanaşmışdır. Belə ki, iş materiallarına əsasən iddiaçıların yuxarıda qeyd olunan mənzillər üçün cavabdehə borclu olmaları halı müəyyən edilməmişdir. Əksinə müəyyən edilmişdir ki, iddiaçılar aldıqları 10 mənzilin 8-ni müqavilə şərtlərinə əsasən MTK vasitəsilə üçüncü şəxslərin adlarına rəsmiləşdirmişlər. Bu rəsmiləşdirmənin də yalnız mənzillərin dəyərinin tam ödənilməsi halında baş verməsi faktı şübhəsizdir. Belə olan halda məhkəmə mübahisəli mənzillərin əldə olunmasına dair maliyyə arayışlarının hazırkı vaxta kimi verilməməsinin (və yaxud da maliyyə arayışının verildiyi, lakin özündə surətinin saxlanmadığı) səbəblərinə dair cavabdeh tərəfin irəli sürdüyü dəlilləri əsassız saymışdır."Hüquq” MTK-nın X10 və X9 həmin mənzilləri yaşamaq məqsədilə deyil, investisiya yatırımı kimi almalarına, buna görə də onların aldıqları mənzillərdə təmir işlərinin aparılmasında maraqlı olmamalarına dair dəlillərinə məhkəmə qiymət verərək hesab edir ki, bu halın mövcudluğu belə iddiaçıların mənzillərlə bağlı olan hüquqlarının hər hansı formada cavabdeh tərəfindən məhdudlaşdırılmasına əsas vermir. Belə ki, iddiaçılar mübahisələndirilən mənzillərin müqavilə ilə müəyyən edilmiş dəyərini tam ödədikdən sonra orada yaşayıb-yaşamamasından asılı olmayaraq bu mənzillərə sahib olmaq, istifadə etmək və barəsində sərəncam vermək kimi hüquqları vardır ki, bu hüquqların da məhdudlaşdırılmasına yol verilmir. iddiaçılar tərəfindən kommunal xidmət haqqının və binanın istismarına icazə verilməsi üçün əlavə işlərin görülməli olduğu üçün əlavə pay haqqının ödənilməməsi hazırkı iddianın əsassız olmasını təsdiq etmir. Çünki, tərəflər arasında bağlanmış və hazırda qüvvədə olan müqavilə vardır ki, onun da qanuniliyi keçən müddət ərzində heç bir formada mübahisələndirilmədiyindən orada nəzərdə tutulan şərtlər tərəflər üçün məcburi xarakter daşıyır. Həmçinin də öhdəliyin icrasında birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə qanunvericiliklə yol verilmir. Belə ki, "Hüquq” MTK tərəfindən sakinlərə təhvil verilmiş yaşayış binasının MTK-dan asılı olan və olmayan obyektiv səbəblərdən istismara qəbul edilməməsi, MTK tərəfindən binanın tikintisinə icazələr alınan və bina tikilən zaman onların hazırda qarşılarına qoyulan texniki şərtlərin mövcud olmaması və mənzil sahibləri ilə bağlanan müqavilələrdə bu işlərin nəzərdə tutulmaması iddiaçıların problemi deyildir. Həmçinin MTK tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binasının istismarı ilə bağlı onun qarşısına qoyulmuş tələblərin icrasının birbaşa həyata keçirilməsi, sakinlərin təhlükəsizliyinin daha da gücləndirilməsinə yönəlmiş tələblərin yerinə yetirilməsi üçün sakinlərlərlə (o cümlədən iddiaçılar ilə) aralarında yaranmış və ya yaranan mübahisələrin həlli ayrıca məhkəmə icraatının predmetidir ki, MTK da belə bir müraciət etməyərək hazırki iddia üzrə iddiaçıların haqlı tələblərinə etirazın əsası kimi əsassız dəlillər irəli sürür. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçılar və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və həmin müqavilə ilə bağlı hər hansı tələb də məhz müqavilə şərtləri çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət etməsi iddiçılara aldıqları mənzillərdən istifadə etmələrinə tərəfindən törədilən maneələrin təzahürüdür. Belə ki, cavabdehin mövqeyinə görə əgər iddia müddəti keçmişsə, iddiaçılar pulunu ödəyib aldıqları mənzillərə dair artıq iddia sürə bilməzlər. Məhkəmə cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə qiymət verərək bu ərizəni tam əsassız sayır və qeyd edir ki, mübahisəli mənzil iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmasa da faktiki olaraq onun mülkiyyəti kimi qiymətləndirilir və hazırki mübahisəyə mülkiyyət hüququ ilə bağlı olduğundan iddia müddəti şamil olunmur. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(006)-1064/2021 saylı qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 357.1, 384.0.2, 385.1, 387.1, 388, 389-cu maddələinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 03 may 2021-ci il tarixli 2(006)- 1064/2021 saylı qətnamədə qanunvericilikdə mövcud olan mülkiyyət hüququ və mülkiyyət hüququnun iddia müddətinə tabe olmaması ilə bağlı müddəalara istinad etmişdir. Lakin hazırki iş üzrə İddiaçı1 və İddiaçı2 mübahisəli mənzil üzərində mülkiyyət hüququ mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Lakin hazırki iş üzrə mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeyd etdiyimiz ünsürlərinin heç bir mövcud deyildir. İddiaçı2 və X7 Cavabdeh MTK ilə bağladığı 18.05.2005-cı il tarixli müqavilədən 16 ildən artıq müddət keçmişdir ki, bu günə qədər İddiaçı2 və X7 vərəsəsi İddiaçı1 Bakı şəhəri Xətai prospekti 38 ünvanında yerləşən binanın C blokunun 15-ci mərtəbəsində sahəsi 139 kv.m. olan mənzili təhvil almamışdır. İddiaçılar Nəsimi Rayon Məhkəməsinə isə 26.10.2020-ci il tarixdə müraciət etmişdir, iddiaçılar həmin mənzillərdən istifadə etməmiş və həmin əmlaka faktiki sahiblik həyata keçirməmişlər. Buna görə də hazırki iş üzrə mülkiyyət hüququ ilə bağlı müddəalar tətbiq edə bilməz. Digər tərəfdən İddiaçı2 və X16 ilə Cavabdeh MTK arasında bağlanmış 18.05.2005-cı il tarixli müqavilədən də göründüyü kimi həmin müqavilə bağlanılan zaman Bakı şəhəri Xətai prospekti 38 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının tikintisi başa çatmamışdı. Buna görə də faktiki olaraq mövcud olmayan mənzil üzərində mülkiyyət hüququnun yaranmasından söhbət gedə bilməz . Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.10.2021-ci il tarixli qərardadı ilə iddiaçılar və cavabdeh arasında olan müqavilə münasibətlərdən irəli gələn və iddia edilən mənzillərə olan iddiaçıların tələbinin əmlak (pul-əşya dövriyyəsi) əsasları, tərəflərə və onların varislərinə aid öhdəlikləri (əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə əlaqəli mühasibat uçotu və maliyyə hesabatları) üzrə mübahisənin səciyyəsi, cavabdehin mənzil və ya pul vəsaitlərinin təhvil-təslimi, öhdəliklərin hansı həcmdə yerinə yetirilməsi, cavabdeh tərəfindən öhdəliklərinin (tam) yerinə yetirilmədiyi təqdirdə onun (qalığın əşya-pul ekvivalentində) həcmi və səbəb, şərait və əsaslarının müəyyən edilməsi məqsədi ilə mühasibatlıq ekspertizası təyin edildiyindən tədqiqatının aparılması Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmiş Azərbaycan Respublikası Auditorlar Palatası Sədrinin 23 noyabr 2021-ci il tarixli №46 SDO saylı Sərəncamına uyğun olaraq "xxxx" MMC tərəfindən auditin aparılması üçün Cavabdeh Mənzil Tikinti Kooperativinə (VÖEN: **********) sənədlərin təqdim edilməsinə dair 21 dekabr 2021-ci il tarixdə ll/M-03/2021 saylı məktubla müraciət edilməsinə baxmayaraq Cavabdeh MTK tərəfindən auditə heç bir sənəd təqdim ediməmişdir. Bundan başqa Cavabdeh MTK-nm nümayəndəsi (vəkil) ilə telefon vasitəsi ilə əlaqə saxlanılaraq sənədlərin təqdim edilməsi xahiş edilərkən bildirilmişdir ki, Cavabdeh MTK hazırda fəaliyyətdə deyil və əvvəlki dövr üzrə heç bir sənəd yoxdur.705 saylı X6 uyğun olaraq, bu cür halda auditor maliyyə hesabatlarına dair rəy verməkdən imtina etməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq Cavabdeh Mənzil Tikinti Kooperativində Payçılar və Kooperativ arasında olan müqavilə münasibətlərindən irəli gələn əmlak (əşya-pul dövriyyəsi) əsaslarının və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə dair ekspertiza tədqiqatı aparılmasından və müvafiq auditor rəyinin verilməsindən münasib audit sübutlarının əldə edilməsinin mümkün olmaması səbəbindən imtina edilir . Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, mənzillərin verildiyi şəxslərə dair sənədlərin təqdim edildiyini, müqavilədə pulun ödəniləcəyinin qeyd edildiyini, ancaq pulun verilməsinə aid heç bir sübutun olmadığını, audit tərəfindən tələb olunan sənədlərin təqdim edildiyini, mənzillərin başqa şəxsə verilmədiyini, mənzillərlə bağlı ödəniş sənədinin olmadığını, alıcı və satıcıların 500000 ABŞ dolları ödəyəcəyi və bunun müqabilində mənzillər veriləcəyi barədə razılığa gəldiklərini, lakin alıcıların 500000 ABŞ dollarını ödəmədiyni, mənzillərin ödənilən pula mütənasib olaraq verildiyini, birinci instansiya məhkəməsinə təqdim edilən ərizəyə müvafiq iddia müddətinin müqavilənin tarixindən hesablanmalı olduğunu, birinci instansiya məhkəməsinin icraatı zamanı yazılan protokolla tanış olmadığını,eyni zamanda birnci instansiya məhkəməsinin mənzillərin dəyərinin ödənilməsi ilə bağlı yazılı sorğu verdiyi və sorğuya cavabda mənzillərin dəyərinin ödənilmədiyinin qeyd edildiyini, 18.05.2005-ci il tarixli müqavilənin mübahisələndirmədiklərini, binanın 26.11.2019 tarixdə istismara qəbul edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili Vəkil1 Əbüləli oğlu apellyasiya şikayətini qəbul etməyərək, pulun onlar tərəfindən tam ödənildiyini, mənzillərin isə hamının təhvil verilmədiyini, mənzillərin dəyərinin ödənilməməsi ilə bağlı hər hansı sənədin olmadığını, qarşı tərəfin birinci instansiya məhkəməsinin icraatı zamanı mənzillərə görə borcun olmadığının bildirdiyini, Cavabdeh MTK-nın 29.10.2020-ci il tarixli sorğuya cavab məktubunda X10 və vərəsəsi təmsil edilən şəxs İddiaçı1 olan X16 18.05.2005-ci il tarixli müqaviləyə əsasən ümumi öıçüsü 1428,5 m2 olan 10 mənzil əldə edildiyi və həmin şəxslərin aldıqları 10 mənzildən 8-ni başqa şəxslərə satdıqlarının qeyd edildiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı1, iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Hüquq MTK-nın 29.10.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Hüququnu təmsil etdiyiniz şəxs X10 və vərəsəsi təmsil etdiyiniz şəxs İddiaçı1 olan X16 18 may 2005-ci il tarixli müqaviləyə əsasən ümumi ölçüsü 1428,5 m2 olan 10 mənzil əldə etmişlər. Həmin şəxslər aldıqları 10 mənzildən 8-ni başqa şəxslərə satmışlar. X10 və X16 həmin mənzilləri yaşamaq məqsədilə deyil, investisiya yatırımı kimi almışlar. Buna görə də İddiaçı2 və X16 aldıqları mənzillərdə təmir işlərinin aparılmasında maraqlı olmamışlar. Digər tərəfdən mənzildə təmir işlərinin həyata keçirilməsi üçün dövlət reyestrindən çıxarış tələb olunmur. Göründüyü kimi həmin şəxslərin sahib olduqları mənzilləri təmir etdirib orada yaşamalarına heç bir maneə olmamışdır.Eyni zamanda bildirmək istəyirik ki, dövlət reyestAıdən çıxarışların əldə edilməsi ilə bağlı problemlər Cavabdeh MTK-dan asılı deyildi. Çoxmənzilli yaşayış sahələrinə dövlət reyestrindən çıxarışlar hamıya açıq-aşkar məlum olan səbəblərdən verilmirdi. Bakı şəhərində inşa olunan 400-dən artıq çoxmənzilli yaşayış binalarında bu problemlər mövcud olmuşdur; -Hüquq MTK-nın 16.03.2021-ci il tarixli iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə qeyd edilmişdir ki, İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK- ya qarşı “Bakı şəhəri Xətai prospekti 38 ünvanında yerləşən binanın D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.m. olan mənzilin, binanın D blokunun 14-cü mərtəbəsində sahəsi 158 kv.m olan mənzilin və həmin mənzillərin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən həmin binanın istismara qəbul aktının, mənzil-tikinti kooperativi binasında məznillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının, mənzillər üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışlarının təhvil verilməsi” tələbinə dair mülki iş üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir;-Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli protokolunda iddiaçıların nümayəndəsi -odənişlərlə bağlı təmsil etdiyi şəxslərin müqavilə öhdəliklərini yerinə yetirildiyini, əlavə xərclərlə bağlı onlarda məlumat olmadığını, əlavə xərclərin müqavilədə müəyyən edilmədiyini bildirmişdir; -Cavabdeh MTK-nın 28.04.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Hüquq” MTK ilə tərəflər arasında müqavilə 18.05.2005-ci il tarixdə bağlanılmışdır. Həmin müqavilənin bağlanılmasından 15 ildən artıq müddət keçmişdir. Mövcud qanunvericiliyə əsasən sənədlərin saxlanılma müddəti ötdüyündən mənzil sahibləri ilə Cavabdeh MTK arasında bağlanılmış müqavilələr bu günə qədər saxlanılmamışdır.Maliyyə arayışına gəldikdə isə bildirmək istəyirik ki, maliyyə arayışı bir tərəfin iradəsinin ifadə olunduğu sənəddir. Maliyyə arayışı Cavabdeh MTK tərəfindən imzalanıb, möhürlənir və həmin sənədin əsli mənzil sahiblərinə təqdim edilir. Həmin sənədin surəti isə Cavabdeh MTK-da saxlanılmır.Vaxtilə Cavabdeh MTK-dan mənzil alan şəxslərin Cavabdeh MTK ilə münasibətlərdə hüquqları onlar tərəfindən təqdim edilən (onlarda saxlanılan) müqavilələrin və maliyyə arayışlarının əsli ilə müəyyən olunur. Buna görə də tərəfimizdən həmin sənədlərin əslinin və ya surətinin Məhkəməyə təqdim edilməsi mümkün deyildir.İddiaçı2, X16 ilə Cavabdeh MTK arasında bağlanılmış müqaviləyə əsasən həmin şəxslərə təhvil wilməli olan mənzillərdən 7-si qeyd edilən şəxslər tərəfindən təhvil alınmışdır. 1-i X5 adına rəsmiləşdirilmişdir. X1 tərəfindən həmin mənzil təhvil alınmamışdır. Eyni zamanda Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın D blokunun 16-cı mərtəbəsində sahəsi 158 m2 olan mənzil və həmin binanın D blokunun 14-cii mərtəbəsində sahəsi 158 m2 olan mənzil bu vaxta qədər həmin şəxslərin Cavabdeh MTK-ya müraciət etməmələri ilə bağlı olaraq həmin şəxslərə təhvil verilməmişdir (səh.47, 65, 54,74) Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109-113, Mülki Məcəllənin 109-112, 324, 372-384, 385-388, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) cavabdehə aid edilməlidir. Belə ki, vərəsəlik hissəsində mübahisə olmamış, mənzillərə olan hüquq inkar edilməmiş və münasibətlər yaranan zaman Mülki Məcəllənin qüvvədə olan 178.8-ci maddəsində qeyd edilrdi ki, “Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər”. Müqavilədə nəzərdə tutulmuş iki ay ərzində ödənilməli olan məbləğin ödənilməməsi öhdəliyi üzrə cavabdeh tələb irəli sürməmiş və cavab məktublarında tələbdə qeyd edilən iki mənzilin və sənədləşmənin verilməsinin əlavə xərclərlə əlaqələndirmiş, lakin yenə bu əlavə xərclərin ödənilməsi üzrə tələb irəli sürməmişdir. Məcəllənin 112.4-ci maddəsinə əsasən diqqətə çatdırılmalıdır ki, Kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.4, 110.5, 112.1-ci və 113-cü maddələrinə görə: Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Qeyd edilməlidir ki, apellyasiya şikayəti üzrə özü-özlüyündə ziddiyyət təşkil edən dəlillər etirazın əsası üzrə prosessual uzlaşmanın mövcud olmadığı qənaətini formalaşdırır. Mübahisəli mənzillərin başqa şəxsin sahibliyində olması və müqavilə öhdəlikləri üzrə iddiaçılarının mülki məsuliyyəti barədə cavabdeh sübutlar təqdim (iddianın əksini sübut) etmədiyindən, bağlanmış əqdi mübahisələndirmədiyi vəziyyətdə buna yönəlik dəlillər irəli sürmüşdür. Müqavilə üzrə pulun ödənilməməsi əsaslarını cavabdeh iddiaçılara olan cavab məktubllarında dilə gətirilməmişdir, müqavilənin qüvvəsi isə öhdəliklərin tam həcmdə yerinə yetirilənədək qüvvədə olmasını nəzərdə tutmuşdur. Binanın istismara qəbulu tarixin və müqavilənin qüvvədə olma müddətin nəzərə alaraq kollegiya hesab edir ki, iddia müddətinin ötürülməsi müəyyən edilmir. İddiaçılarla yaranmış münasibətlərin səciyyəsi cavabdehin təqdim etdiyi etirazda (cavab məktubunda) və izahatlarında öz əksini tapmış və bu mövqe iddianın mövqeyi ilə (tələblə) tam uzlaşır. Digər məsələlərə (iddiaçılar tərəfindən əlavə ödənişlərin edilməsi və s.) üzrə cavabdehin tələbi olmadığından hazırki icraat (iddia tələbi, dispozitiv imkan və diskresion səlahiyyətlər) həddində qiymət verilməsi yolverilməzdir. Xüsusən qeyd edilməlidir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi bir daha iddianın qəbul edilməsini, lakin müddətin ötməsi ilə onun rədd edilməsi barədə sonuncunun mövqeyini ifadə etmiş olur. Bu mənada, kooperativin sübutlar təqdim etməməsi və mübahisənin mahiyyətinə dair mövqeyini nümayiş etdirməməsi məhkəmənin qanuni əsaslarla müəyyən edilən mövcud faktlar əsasında qənaətini istisna edə bilmədiyindən, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edilməsini təsbit etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402- 406-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1064/2021 saylı işi üzrə 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-507/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-507/2022
28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver