Məhkəmə qərarları › İş №2(103)-507/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-507/2023

10.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-507/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (3-cü şəxslər qismində X7, Bakı şəhəri 21 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 iştirakları ilə, İddiaçı (3-cü şəxslər qismində X7, Bakı şəhəri 21 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2022ci il tarixli, 2(009)-39/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə 10 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MTK (bundan sonra, iddiaçı) tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası inşası həyata keçirilir.

2. 2017-ci ildə iddiaçı MTK-nın direktoru X8 ilə X9 arasında ünvan 2 ünvanında yerləşən 20,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçı qarşı tərəfə 252000 manat məbləğində pul vəsaitini hissə-hissə ödəmək öhdəliyini götürmüşdür.

3. Əlavə olaraq müqavilə tərəfləri arasında 08 iyun 2017-ci il tarixli Qarşılıqlı razılaşma bağlanmış, həmin razılaşmaya görə iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinin əvəzində Aygün Budaqovaya MTK tərəfindən inşa edilən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbəsində yerləşən, 140.1 kv.m. sahəsi olan, üç otaqlı, dəyəri 252000 manat olan mənzili girov verməklə, 08 dekabr 2017-ci il tarixədək həmin 252000 manat məbləğində maliyyə vəsaitini hissə-hissə Aygün Budaqovaya ödəməyi, əks halda mənzili tam şəkildə Aygün Budaqovanın mülkiyyətinə verməyi, Aygün Budaqova isə həmin pul vəsaiti ödənildiyi halda, mənzil və ona aid sənədləri tam şəkildə iddiaçıya qaytarmağı öz öhdəliyinə götürmüşdür (Qarşılıqlı razılaşma müqaviləsinin şərtlərinə uyğun olaraq, iddiaçı və X9 arasında olan borc münasibətlərini pərdəmələk məqsədilə, tərəflər arasında qeyd olunan mənzilə dair 08 iyun 2017-ci il tarixli, 102 saylı müqavilə bağlanmışdır).

4. İddiaçı qeyd edilən müqavilə əsasında Aygün Budaqovaya ödəməli olduğu məbləğin (252000 manat) hir hissəsini hissə-hissə ödəmiş, daha sonra Aygün Budaqova və onun həyat yoldaşı Rahib Budaqov MTK-ya müraciət edərək onların Vilayət adlı ailəvi dostları olduğunu, Vilayətin isə faizlə pul verən tanışları olduğunu, həmin şəxlərin MTK-ya faizlə borc pul verə biləcəyini, MTK-nın isə verilən puldan onun qalıq borcunu ödəyə biləcəyini demişdir.

5. Bundan sonra, İddiaçı MTK-nın direktoru X8 və Cavabdeh1 iştirakı ilə tərtib olunmuş 06 mart 2018-ci il tarixli aktdan görünür ki, həqiqətən Cavabdeh1 78 saylı müqavilə əsasında İddiaçı MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən 1-ci blok, 9-cu mərtəbə, 140,1 kv.m. 3 otaqlı mənzilinin 78 saylı müqavilədə 168360 manat həcmində göstərilməsinə baxmayaraq, ödəniləcək 70000 manat pula təminatı kimi girov olaraq Cavabdeh1 adına rəsmiləşdirilir. Belə ki, 70000 manat pulu isə Abdullayev X4 Araz Əzim oğluna ödəməyi öz öhdəsinə götürür. X8 isə 70000 manat pulu 30 aprel 2018-ci il tarixədək geri qaytarmağı öz öhdəsinə götürür. Əgər 70000 manat pul geri qaytarılmazsa, o zaman ünvan 3 ünvanında yerləşən 1-ci blok, 9-cu mərtəbə, 140,1 kv.m. 3 otaqlı mənzil 78 saylı müqavilədə göstərilən qalan məbləğin, yəni 98360 manat X5 ödəməyi öhdəsinə götürür. Razılaşmaya əsasən 78 saylı müqavilədə göstərilən məbləğ tam ödənildikdən sonra həmin mənzil Cavabdeh1 mülkiyyətinə verilir. X8 30 aprel 2018-ci il tarixədək 70000 manat pulu geri Cavabdeh1 ödəyərsə, yuxarıda göstərilən mənzil İddiaçı MTK-nın balansına qaytarılır, yəni verilir. Bundan sonra Cavabdeh1 adına rəsmiləşdirilmiş mənzillə bağlı bütün sənədlər etibarsız hesab olunur.

6. Cavabdeh1 tərəfindən İddiaçı MTK-nın direktoru X5 ünvanlanmış 06 mart 2018ci il tarixli ərizədən görünür ki, İddiaçı MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən 1-ci blok, 9-cu mərtəbə, 140,1 kv.m. 3 otaqlı mənzili 78 saylı, xx.xx.2018-ci il tarixli müqavilə əsasında ona verilmişdir. Yuxarıda göstərilən mənzil rəsmi olaraq ona verilsə də, o, X2 timsalında İddiaçı MTK-ya heç bir maliyyə vəsaiti ödəməmişdir. 78 saylı müqavilədə və maliyyə arayışında göstərilən pul məbləğini o ödəyə bilmədiyi üçün xahiş edir 78 saylı müqaviləni və digər sənədləri etibarsız hesab etsinlər. Onun İddiaçı MTK-ya və onun direktoru X5 heç bir şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır.

7. 12 mart 2018-ci il tarixdə Şahid və X6 da iştirakı ilə iddiiaçı ilə Cavabdeh1 arasında qarşılıqlı razılaşma müqaviləsi bağlanmışdır. Müqavilədən görünür ki, cavabdeh tərəfindən müqavilədə və maliyyə arayışlarında göstərilən məbləğ, yəni 168360 manat pul MTK-ya və Araz Abduləzimova ödənilməmiş, alqı-satqı müqaviləsi və maliyyə arayışı formal olaraq tərtib olunmuşdur.

8. Lakin, cavabdeh qeyd edilən müqavilədən istifadə edərək, iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 25 yanvar 2019-ci il tarixli, 2- 1(81)-679/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin adına mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla Dövlət Reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası təmin edilərək, ünvan 4 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzilin Cavabdeh1 adına mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla Dövlət Reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

9. Bundan sonra, qeyd edilən yaşayış sahəsi Cavabdeh1 adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmış, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, 18 mart 2019-cu il tarixli çıxarış verilmişdir.

10. Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş 13 aprel 2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 135,4 kv.m. olan mənzilini Cavabdeh2 40000 manata satmış, sonuncunun həmin mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, 18 aprel 2019-cu il tarixli çıxarış verilmişdir.

11. İddiaçı məlumatlı olduqdan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2019-ci il tarixli qərarının ləğv olunaraq, 3-cü şəxs qismində icraata cəlb olunması barədə ərizə vermiş, ərizə təmin olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2019-ci il tarixli qərarı ləğv olunmaqla işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Mənzil Tikinti Koorperativi Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 78 say müqavilənin etibarsız hesab olunması və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası inşa olunmuşdur. 2017-ci ildə MTK-nın direktoru X8 ilə X9 arasında ünvan 2 ünvanında yerləşən 20,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilə əsasında MTK-nın direktoru Araz Abduləzimov qarşı tərəfə 252000 manat məbləğində pul vəsaitini hissə-hissə ödəmək öhdəliyini götürmüşdür. Əlavə olaraq tərəflər arasında həmin öhdəliyi rəsmiləşdirmək məqsədilə 08 iyun 2017-ci il tarixli Qarşılıqlı razılaşma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Araz Abduləzimov həmin qeyri-yaşayış sahəsinin əvəzində Aygün Budaqovaya İddiaçı MTK tərəfindən inşa edilən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbəsində yerləşən, 140.1 kv.m. sahəsi olan, üçotaqlı, dəyəri 252000 manat olan mənzili girov verməklə, 08 dekabr 2017-ci il tarixədək həmin 252000 manat məbləğində maliyyə vəsaitini hissə-hissə Aygün Budaqovaya ödəməyi, əks halda, mənzili tam şəkildə Aygün Budaqovanın mülkiyyətinə verməyi, Aygün Budaqova isə həmin pul vəsaiti ödənildiyi halda, mənzil və ona aid sənədləri tam şəkildə MTK-ya qaytarmağı öz öhdəliyinə götürmüşdür. Beləliklə, həmin Qarşılıqlı razılaşma müqaviləsinin şərtlərinə uyğun olaraq, İddiaçı MTK və Aygün Budaqova arasında olan borc münasibətlərini pərdəmələk məqsədilə, tərəflər arasında qeyd olunan mənzilə dair 08 iyun 2017-ci il tarixli, 102 saylı müqavilə bağlanmışdır. İddiaçı MTK Qarşılıqlı razılaşma müqaviləsi əsasında Aygün Budaqovaya ödəməli olduğu məbləği bir müddət hissə-hissə ödəmiş, daha sonra Aygün Budaqova və onun həyat yoldaşı Rahib Budaqov MTK-ya müraciət edərək onların Vilayət adlı ailəvi dostları olduğunu, Vilayətin isə faizlə pul verən tanışları olduğunu, həmin şəxlərin MTK-ya faizlə borc pul verə biləcəyini, MTK-nın isə verilən puldan onun qalıq borcunu ödəyə biləcəyini demişdir. Belə ki, həmin dövrdə MTK-nın Aygün Budaqovaya cəmi 100.000 manat məbləğində borcu qalmışdı. Cavabdeh1 İddiaçı MTK ilə bu şərtlərlə razılığa gəlmişdir ki, o, tanışlarından 70.000 manat məbləğində faizlə pul götürərək MTKya verməli, MTK isə daha sonradan həmin məbləği hissə-hissə ödəmək şərti ilə cavabdehə qaytarmalı idi. Cavabdeh1 MTK-ya bildirmişdir ki, onun Faiq və Tahir adlı tanışları var və həmin 70.000 manat pulu faizlə ona verə bilərlər. Lakin bunun üçün MTK onunla formal olaraq alqı-satqı müqaviləsi bağlamalıdır ki, o, həmin alqı-satqı müqaviləsini qeyd olunan tanışlarına göstərərək onlardan pulu alıb MTK-ya verə bilsin. Cavabdeh bildirmişdir ki, həmin alqı-satqı müqaviləsi yalnız pul almaq məqsədilə, görünüş üçün bağlanacaq, pulu aldıqdan sonra o, müqaviləni MTK-ya geri qaytaracaqdır. Beləliklə, İddiaçı MTK cavabdehin bu istəyi ilə razılaşmalı olmuş və İddiaçı MTK ilə Cavabdeh1 arasında görünüş üçün, heç bir alqı-satqı məqsədi güdmədən və yalnız tərəflər arasındakı əsl münasibətləri pərdələmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbə, sahəsi 140,3 kv.m. olan mənzil barəsində 06 mart 2018-ci il tarixli müqavilə bağlanmışdır. Eyni tarixdə tərtib olunmuş Akt ilə Cavabdeh1 Araz Abduləzimova 70.000 manat məbləğində pul vəsaiti verəcəyi, Araz Abduləzimovun isə həmin 70.000 manat pulu 3 ay ərzində Cavabdeh1 qaytarmaq öhdəliyini götürdüyü, tərəflər arasında bağlanmış müqavilənin məhz həmin öhdəliyin təminatı olaraq bağlandığı müəyyən olunur. Aktda qeyd olunanlara əsasən, Araz Abduləzimov göstərilən məbləği 30 aprel 2018-ci il tarixinədək qaytardığı halda, mənzil MTK-nın balansına qaytarılmalı, məbləğ vaxtında qaytarılmadığı halda isə, Cavabdeh1 müqavilədə göstərilən məbləğin qalıq hissəsini, yəni, 98.360 manat pulu Araz Abduləzimova ödəməli, yalnız hamin məbləğ tam şəkildə ödənildikdən sonra həmin mənzil Cavabdeh1 mülkiyyətinə verilməli idi. Lakin Cavabdeh1 İddiaçı MTK ilə razılaşdığı şərtlərə əməl etməmiş, 70.000 manat məbləğində pul vəsaitini Araz Abduləzimova ödəməmişdir. Ondan pulu ödəməyi və ya müqaviləni geri qaytarmağı tələb olunduqda isə, o, pulu bir neçə gün ərzində ödəyəcəyini demişdir. Buna görə də, 12 mart 2018-ci il tarixdə əlavə 2 nəfərin - Şahid və X6 da iştirakı ilə cavabdehlə qarşılıqlı razılaşma müqaviləsi bağlanmışdır. Müqavilədən aşkar şəkildə görünür ki, cavabdeh tərəfindən müqavilədə və maliyyə arayışlarında göstərilən məbləğ, yəni 168.360 manat pul MTK-ya və Araz Abduləzimova ödənilməmiş, alqı-satqı müqaviləsi və maliyyə arayışı formal olaraq tərtib olunmuşdur. Lakin Cavabdeh1 yenə də razılaşdırılmış məbləği, yəni 70.000 manat pul vəsaitini Araz Abduləzimova ödəməmişdir. Onunla əlaqə saxlandığı zaman, Cavabdeh1 MTK-ya həmin pul vəsaitini əldə edə bilmədiyini, buna görə də, ödəyə bilməyəcəyini demişdir. İddiaçı MTK ondan aralarında bağlanmış yalan əqdi təhvil verməyini istədikdə isə, o, onsuz da həmin əqdin etibarsız olduğunu, heç bir hüquqi əhəmiyyətinin olmadığını, əlavə olaraq isə, müqavilənin özündə qalan nüsxəsini itirdiyini bildirmişdir. Həmçinin məlum edir ki, cavabdeh bir müddət sonra yenidən MTK-ya müraciət edərək, Budaqova Aygün və onun həyat yoldaşı Budaqov Rahiblə aralarında yeni müqavilə bağlanmasını təklif etmişdir. Belə ki, Aygünün ona 100.000 manat məbləğində borcu olduğunu və onun həmin borcu MTK-nın Aygünə olan borcu ilə əvəzləşdirəcəyini, bunun qarşılığında isə Aygünün adına olan mənzilin onun adına keçirilməsini istədiyini bildirmiş, lakin Budaqova Aygün və Budaqov Rahib cavabdehlə müqavilə bağlamaqdan imtina etdikləri üçün həmin razılaşma baş tutmamışdır. Buna baxmayaraq, hazırda onlara məlum olmuşdur ki, Cavabdeh1 tamamilə qanunsuz və əsassız olaraq, 18 mart 2019-cu il tarixdə, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbə, sahəsi 140,3 kv.m. olan mənzili öz adına rəsmiləşdirmiş, mənzilin onun mülkiyyətində olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına ******* saylı çıxarış verilmişdir. Hazırda Cavabdeh1 mənzili digər şəxslərə satıb satmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verilmiş, sorğunun cavabından asılı olaraq, gələcəkdə iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət olunacaqdır. Məsələnin mahiyyətindən göründüyü kimi, cavabdehlə bağlanmış 06 mart 2018-ci il tarixli, 78 saylı müqavilə yalan əqddir və buna görə də, etibarsız hesab olunmalıdır. Belə ki, həmin müqavilə tərəflərin əsl iradə ifadəsini özündə ehtiva etməməklə birlikdə, alqı-satqı, yaxud mənzil tikintisi və satışına dair hər hansı bir hüquqi nəticə yaratmaq niyyəti olmadan, tamamilə tərəflər arasındakı borc münasibətlərini pərdələmək məqsədilə bağlanılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş digər sənədlərlə tam şəkildə sübut olunur ki, Cavabdeh1 həmin müqaviləni bağlayarkən MTK-dan hər hansı bir mənzil almaq məqsədi güdməmiş, eləcə də, onun tərəfindən MTK-nın xəzinəsinə satın almaq istədiyi daşınmaz əmlak qarşılığında heç bir pul məbləği ödənilməmişdir. Göründüyü kimi, mübahisələndirilən müqavilə tərəflərin iradə ifadələrinə uyğun olmayan, onların arasındakı əsl münasibətləri pərdələyən, formal xarakterli və yalan müqavilələrdir. Həmin müqavilə tərəflərin borc münasibətləri çərçivəsində bağlanıldığına və alqı-satqı məqsədi güdmədiyinə gorə, alqı-satqı müqaviləsindən irəli gələn hüquqi nəticələrə səbəb ola bilməzlər.

14. xx.xx.2021-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, 11 mart 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9cu mərtəbə, sahəsi 140,3 kv.m. mənzil barəsində Cavabdeh1 adına çıxarış verilibverilməməsi, həmçinin qeyd olunan mənzillə bağlı bügunədək həyata keçmiş bütün hüquqi hərəkətlər barədə ətraflı məlumat almaq üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə sorğu ilə müraciət etmişlər. Sorğu nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17, 25 saylı mənzil (ümumi sahəsi 135.4 kv.m) Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-679/2019 nömrəli qərarına, İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışına, 78 nömrəli, xx.xx.2018- ci il tarixli müqaviləyə, Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli, 8İ-3046 reyestr nömrəli mənzilin sahəsinin azaldılması haqqında ərizəyə (mənzilin sənəd üzrə 140.1 kv.m sahəsi azalaraq 135.4 kv.m olmuşdur) əsasən xx.xx.2019-cu il tarixdə ilkin olaraq X1 adına keçmişdir. Sözügedən mənzil Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Digər tərəfdən, iş üzrə X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Qeyd olunanlara əsasən 3-cü şəxs qismində X7 3-cü şəxs qismində, Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmaqla, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 06 mart 2018-ci il tarixli, 78 say müqavilənin etibarsız hesab olunması və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışın, eyni zamanda 21 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh2 adına 13 aprel 2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsində icraat zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X7 izahatında göstərmişdir ki, onun Nəsimi rayonu, Mirqasımlı küçəsində obyekti olmuş, övladı xəstə olduğu üçün onun pula ehtiyacı yaranmışdır. Obyektin əvəzində isə ona İddiaçı MTK tərəfindən 3 otaqlı mənzil təklif olunmuş, əmlakın dəyəri 252000 manat məbləğində razılaşdırılmışdır. Bu ev ona pul qarşılığında girov verilmişdi və İddiaçı MTK-nın rəhbəri Araz müəllim hissə-hissə həmin pulu ona ödəyirdi. Əgər pulu tam şəkildə İddiaçı MTK tərəfindən ödənilməsəydi, o zaman ev onun mülkiyyətinə keçəcəkdi. İddiaçı MTK-nın rəhbəri Araz müəllim pulun bir hissəsini ödədikdən sonra, ödəniş edə bilmədiyini və buna görə də, faizə pul verən şəxs axtardığını bildirdi. Həmin vaxtı keçmiş həyat yoldaşı Budaqov Rahib 15 ilə yaxın dostu olan Cavabdeh1 ilə birlikdə Araz müəllimin yanına gedərək, həmin pulu Cavabdeh1 faizə verə biləcəyini bildirdi. Lakin Cavabdeh1 həmin pulun qarşılığında İddiaçı MTK-dan girova mənzil istədi və bildirdi ki, o, lazım olan məbləği başqa şəxsdən götürəcək. İlkin verəcəyi pul isə 70.000 manat təşkil edirdi, həmin məbləğin 20.000 manatı İddiaçı MTK-ya, qalan 50.000 manat məbləğ ona catırdı və bununla həm o, həm də İddiaçı MTK razı idi. Həmin mənzilə dair müqavilə əvvəl onunla, daha sonra isə Cavabdeh1lə bağlandı və maliyyə arayışı verildi. Onun adına müqavilə bağlanandan sonra həmin mənzilə Cavabdeh1 ilə müqavilə bağlanmasına etiraz etmədi. Çünki ona pul lazım idi. Maliyyə arayışında göstərilən məbləğ Cavabdeh1 tərəfindən ödənilməmişdir. Sonra o, keçmiş həyat yoldaşı Budaqov Rahibdən öyrəndi ki, Cavabdeh1 müqavilə əsasında ona verilən mənzilə dair çıxarış alaraq həmin mənzili digər Cavabdeh2 satmışdır. O buna qarşı olduğuna görə dəfələrlə bu barədə Cavabdeh1 öz etirazını bildirdi. İddiaçı MTK-nın rəhbəri Araz müəllim girova qoyulan evi Cavabdeh1 satmamışdır və cavabdehin qanunsuz əməllərindən Araz müəllim də narazı idi. Çünki Cavabdeh1 mənzilə görə heç bir məbləğ ödəməmişdir.

16. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, o, İddiaçı MTK təsisçilərindən biridir. 2017-ci ildə MTK-nın direktoru X12 Budaqova arasında ünvan 6 ünvanında yerləşən 20,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilə əsasında MTK-nın direktoru Araz Abduləzimov qarşı tərəfə 252.000 manat məbləğində pul vəsaitini hissəhissə ödəmək öhdəliyini götürmüşdür. Əlavə olaraq, tərəflər arasında həmin öhdəliyi rəsmiləşdirmək məqsədilə xx.xx.2017-ci il tarixli qarşılıqlı razılaşma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Araz Abduləzimov həmin qeyri-yaşayış sahəsinin əvəzində Aygün Budaqovaya İddiaçı MTK tərəfindən inşa edilən ünvan 4 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbəsində yerləşən, 140.1 kv.m. sahəsi olan, üç otaqlı, dəyəri 252.000 manat olan mənzili girov verməklə xx.xx.2017-ci il tarixədək həmin 252.000 manat məbləğində maliyyə vəsaitini hissə-hissə Aygün Budaqovaya ödəməyi, əks halda mənzili tam şəkildə Aygün Budaqovanın mülkiyyətinə verməyi, Aygün Budaqova isə həmin pul vəsaiti ödənildiyi halda, mənzil və ona aid sənədləri tam şəkildə MTK-ya qaytarmağı öz öhdəliyinə götürmüşdür. Beləliklə, həmin qarşılıqlı razılaşma müqaviləsinin şərtlərinə uyğun olaraq, İddiaçı MTK və Aygün Budaqova arasında olan borc münasibətlərini pərdəmələk məqsədilə, tərəflər arasında qeyd olunan mənzilə dair xx.xx.2017-ci il tarixli, 102 saylı müqavilə bağlanmışdır. İddiaçı MTK qarşılıqlı razılaşma müqaviləsi əsasında Aygün Budaqovaya ödəməli olduğu məbləği bir müddət hissə-hissə ödəmiş, daha sonra Aygün Budaqova və onun həyat yoldaşı Rahib Budaqov MTK-ya müraciət edərək, onların Vilayət adlı ailəvi dostları olduğunu, Vilayətin isə faizlə pul verən tanışları olduğunu, həmin şəxlərin MTK-ya faizlə borc pul verə biləcəyini, MTK-nın isə verilən puldan Aygün Budaqovanın qalıq borcunu ödəyə biləcəyini demişdir. Belə ki, İddiaçı MTK həmin dövrə qədər 152.000 manat ödəmiş, MTK-nın Aygün Budaqovaya cəmi 100.000 manat məbləğində borcu qalmışdı. Cavabdeh1 İddiaçı MTK ilə bu şərtlərlə razılığa gəlmişdir ki, o, tanışlarından 70.000 manat məbləğində faizlə pul götürərək MTK-ya verməli, MTK isə daha sonradan həmin məbləği hissə-hissə ödəmək şərti ilə cavabdehə qaytarmalı idi. Cavabdeh1 MTK-ya bildirmişdir ki, onun Faiq və Tahir adlı tanışları var və həmin 70.000 manat pulu faizlə ona verə bilərlər. Lakin bunun üçün MTK onunla formal olaraq alqı-satqı müqaviləsi bağlamalıdır ki, o, həmin alqı-satqı müqaviləsini qeyd olunan tanışlarına göstərərək onlardan pulu alıb MTKya verə bilsin. Cavabdeh1 bildirmişdir ki, həmin alqı-satqı müqaviləsi yalnız pul almaq məqsədilə, görünüş üçün bağlanacaq, pulu aldıqdan sonra o, müqaviləni MTK-ya geri qaytaracaqdır. Beləliklə, İddiaçı MTK cavabdehin bu istəyi ilə razılaşmalı olmuş və İddiaçı MTK və Cavabdeh1 arasında görünüş üçün, heç bir alqı-satqı məqsədi güdmədən və yalnız tərəflər arasındakı əsl münasibətləri pərdələmək məqsədilə ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbə, sahəsi 140,3 kv.m. olan mənzil barəsində 06 mart 2018-ci il tarixli müqavilə bağlanmışdır. Eyni tarixdə tərtib olunmuş akt ilə Cavabdeh1 Araz Abduləzimova 70.000 manat məbləğində pul vəsaiti verəcəyi, Araz Abduləzimovun isə həmin 70000 manat pulu 3 ay ərzində Cavabdeh1 qaytarmaq öhdəliyini götürdüyü, tərəflər arasında bağlanmış müqavilənin məhz həmin öhdəliyin təminatı olaraq bağlandığı müəyyən olunur. Aktda qeyd olunanlara əsasən, Araz Abduləzimov göstərilən məbləği 30 aprel 2018-ci il tarixədək qaytardığı halda, mənzil MTK-nın balansına qaytarılmalı, məbləğ vaxtında qaytarılmadığı halda, Cavabdeh1 müqavilədə göstərilən məbləğin qalıq hissəsini, yəni 98.360 manat pulu Araz Abduləzimova ödəməli, yalnız həmin məbləğ tam şəkildə ödənildikdən sonra həmin mənzil Cavabdeh1 mülkiyyətinə verilməli idi. Lakin Cavabdeh1 İddiaçı MTK ilə razılaşdığı şərtlərə əməl etməmiş, 70.000 manat məbləğində pul vəsaitini Araz Abduləzimova ödəməmişdir. Ondan pulu ödəməyi və ya müqaviləni geri qaytarmağı tələb olunduqda isə, o, pulu bir neçə gün ərzində ödəyəcəyini demişdir. Buna görə də, 12 mart 2018-ci il tarixdə əlavə olaraq onun və X6 da iştirakı ilə cavabdehlə qarşılıqlı razılaşma müqaviləsi bağlanmışdır. Müqavilədən aşkar şəkildə görünür ki, cavabdeh tərəfindən müqavilədə və maliyyə arayışlarında göstərilən məbləğ, yəni 168.360 manat pul MTK-ya və Araz Abduləzimova ödənilməmiş, alqı-satqı müqaviləsi və maliyyə arayışı formal olaraq tərtib olunmuşdur. Lakin Cavabdeh1 yenə də razılaşdırılmış məbləği, yəni 70.000 manat pul vəsaitini Araz Abduləzimova ödəməmişdir. Onunla əlaqə saxlandığı zaman, Cavabdeh1 MTK-ya həmin pul vəsaitini əldə edə bilmədiyini, buna görə də, ödəyə bilməyəcəyini demişdir. İddiaçı MTK ondan aralarında bağlanmış yalan əqdi təhvil verməyini istədikdə isə, o onsuz da həmin əqdin etibarsız olduğunu, heç bir hüquqi əhəmiyyətinin olmadığını, əlavə olaraq isə, müqavilənin özündə qalan nüsxəsini itirdiyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə, Araz Abduləzimov, o və Cavabdeh1 arasında Qarşılıqlı razılaşma müaviləsi bağlanmışdır. Həmin müqavilədə göstərilmişdir ki, 3 otaqlı mənzil Budaqov Rahib və Budaqova Aygünün borcuna görə Cavabdeh1 adına rəsmiləşdirilib, lakin həmin mənzilə görə Cavabdeh1 MTK-nın direktoru Araz Abduləzimova heç bir vəsait ödəməyib. Həmin müqavilə ilə MTKnın direktoru Araz Abduləzimov və şirkətin digər sahibi kimi o razılaşırlar ki, Budaqov Rahib və Budaqova Aygünün adına olan mənzildən yaranmış Cavabdeh1 100.000 manat borc pulun Budaqovların əvəzinə xx.xx.2020-ci il tarixədək Cavabdeh1 ödəməyi MTK-nın direktoru Araz Abduləzimov öz öhdəsinə götürür. Həmin müqavilə onlar tərəfindən Budaqovlara kömək məqsədilə bağlanılmışdır.

17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(009)-39/2022 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin edilərək, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 78 saylı, xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarış ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri 21 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, mübahisəli evin alqı-satqı müqavilsəinin etibarsız hesab edilməsi barədə iddia həmin əqdin yalan əqd olması motivi ilə verilmişdir. Həqiqətdə, iddiaçı ilə Cavabdeh1 arasında yuxarıda göstərilən məbləğdə borc müqaviləsi mövcud olmuş, borcun təminatı isə mübahisəli yaşayış evi olmuşdur. MTK ilə Cavabdeh1 arasında bağlanmış 06 mart 2018-ci il tarixli, 78 saylı müqavilə tərəflərin əsl iradə ifadəsini özündə ehtiva etməməklə birlikdə, alqı-satqı, yaxud mənzil tikintisi və satışına dair hər hansı bir hüquqi nəticə yaratmaq niyyəti olmadan, tərəflər arasındakı borc münasibətlərini pərdələmək məqsədilə bağlanılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş digər sənədlərlə tam şəkildə sübut olunur ki, Cavabdeh1 həmin müqaviləni bağlayarkən MTK-dan hər hansı bir mənzil almaq məqsədi güdməmiş, eləcə də, onun tərəfindən MTK-nın xəzinəsinə satın almaq istədiyi daşınmaz əmlak qarşılığında heç bir pul məbləği ödənilməmişdir. Göründüyü kimi, mübahisələndirilən müqavilə tərəflərin iradə ifadələrinə uyğun olmayan, onların arasındakı əsl münasibətləri pərdələyən, formal xarakterli və yalan müqavilədir. Həmin müqavilə tərəflərin borc münasibətləri çərçivəsində bağlanıldığına və alqı-satqı məqsədi güdmədiyinə gorə, alqı-satqı müqaviləsindən irəli gələn hüquqi nəticələrə səbəb ola bilməz. Beləliklə, MTK ilə Cavabdeh1 arasında bağlanmış 06 mart 2018-ci il tarixli, 78 saylı müqavilə yalan əqd olduğuna görə etibarsız hesab olunmalıdır. İddiaçı tərəfindən mübahisələndirilən yuxarıda qeyd edilən 06 mart 2018-ci il tarixli, 78 saylı müqavilə etibarsız hesab olunduğu üçün ondan yaranan hüquqi nəticələr, yəni həmin müqavilə əsasında Cavabdeh1 adına daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** saylı, 18 mart 2019-cu il tarixli çıxarış, həmin mənzilə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 13 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh2 adına daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** saylı, 18 aprel 2019-cu il tarixli çıxarış ləğv edilməlidir

19. Məhkəmə iş üzrə gəldiyi nəticəni həmçinin Mülki Məcəlləsinin 324, 340.2, 389 və s. maddələrinə, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bəzi aidiyyəti qərarlarına istinad etməklə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

20. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, əqdin etibarsız olmaması, mübahisəli mənzilin ilkin olaraq 252000 manat pulun müqabilində X3 adına rəsmiləşdirilməsi, sonradan qarşılıqlı razılıq əsasında mənzilin 06 mart 2018-ci il tarixli müqaviləyə əsasən ona satılması, 06 mart 2018-ci il tarixli müqavilənin yalan əqd olmaması, bu halın iddiaçı tərəfindən DİN Baş İstintaq və Təhqiqat İdarəsinə ünvanladığı 16 yanvar 2020-ci il tarixli məktubla da təsdiq olunması, eyni zamanda aralarında sonradan 24 dekabr 2019-cu il tarixli Qarşılıqlı razılaşma müqaviləsinin də bağlanması, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi, müqavilənin 06 mart 2018-ci il tarixdə bağlanması, onun mübahisələndirilməsi üçün 1 illik müddətin keçməsi və s. kimi əsaslandırmışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçnın nümayəndəsi (vəkili) apelyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermişdir.

25. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

27. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

28. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

29. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.http://www.e-qanun.gov.az/alpidata/code/data/0/c_c_8.htm Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

30. MM-nin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.

31. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə xx.xx.2020-ci il və X.Mirzəliyevin şikayəti üzrə xx.xx.2021-ci il tarixli Qərarlar).

32. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları).

33. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər.

Apelyasiya baxışının hədləri

40. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. Qeyd edilməlidir ki, iddia təmin olunmuş, qətnaməni yalnız cavabdehlərdən Cavabdeh1 mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində, ona münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Həmçinin, qətnamə digər Cavabdeh2 tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası qətnaməni “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri 21 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi” hissədə yoxlamağı zəruri hesab etmir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, iddiaçı Cavabdeh1 ilə arasında bağlanmış yalan əqddən (06 mart 2018-ci il tarixli) irəli gələn tələb irəli sürmüşdür. Çünki, cavabdeh yalan (əhəmiyyətsiz) əqddən istifadə edərək daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmuşdur. Bu səbəbdən də həmin əqdin əhəmiyyətsizliyinin məhkəmə tərəfindən təsdiq olunması zərurəti yaranmışdır.

44. İlkin olaraq qeyd edilməlidir ki, müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi).

45. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).

46. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).

47. O da nəzərə alınmalıdır ki, müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

48. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

49. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

50. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

51. Eyni zamanda subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir

52. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsinin bağlanması sahəsində münasibətlər yaranmış, lakin onların arasında bağlanmış 06 mart 2018-ci il tarixli, 78 saylı müqavilə tərəflərin əsl iradə ifadəsini özündə ehtiva etməməklə birlikdə, alqı-satqı, yaxud mənzil tikintisi və satışına dair hər hansı bir hüquqi nəticə yaratmaq niyyəti olmadan, tərəflər arasındakı borc münasibətlərini pərdələmək məqsədilə bağlanılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş digər sənədlərlə tam şəkildə sübut olunur ki, Cavabdeh1 həmin müqaviləni bağlayarkən MTK-dan hər hansı bir mənzil almaq məqsədi güdməmiş, eləcə də, onun tərəfindən MTKnın xəzinəsinə satın almaq istədiyi daşınmaz əmlak qarşılığında heç bir pul məbləği ödənilməmişdir. Göründüyü kimi, mübahisələndirilən müqavilə tərəflərin iradə ifadələrinə uyğun olmayan, onların arasındakı əsl münasibətləri pərdələyən, formal xarakterli və yalan müqavilədir. Həmin müqavilə tərəflərin borc münasibətləri çərçivəsində bağlanıldığına və alqı-satqı məqsədi güdmədiyinə gorə, alqı-satqı müqaviləsindən irəli gələn hüquqi nəticələrə səbəb ola bilməz. Beləliklə, MTK ilə Cavabdeh1 arasında bağlanmış 06 mart 2018-ci il tarixli, 78 saylı müqavilə yalan əqd olduğuna görə etibarsız hesab olunmalı, ondan yaranan hüquqi nəticələr, yəni həmin müqavilə əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** saylı, 18 mart 2019-cu il tarixli çıxarış ləğv edilməlidir.

53. Cavabdeh1 apellyasiya şikayətində 06 mart 2018-ci il tarixli, 78 saylı müqavilənin yalan əqd olmamasını, müqavilədə göstərilən yaşayış sahəsini satın almasını və s. göstərsə də, işdə olan sübutlardan (bax: işin halları hissəyə) açıq aşkar müəyyən olunur ki, qeyd edilən əqd yalan əqd olmaqla, əhəmiyyətsiz olmuşdur.

54. Bu hal həm tərəflər arasında bağlanmış müqavilə, razılaşma və aktlarda, eləcə də cavabdehin iddiaçıya ünvanladığı ərizədə birbaşa əks olunmuşdur.

55. Belə ki, istər tərəflər arasında bağlanmış 06 mart 2018-ci il tarixli aktdan, istər Cavabdeh1 tərəfindən İddiaçı MTK-nın direktoru X5 ünvanlanmış 06 mart 2018-ci il tarixli ərizədən, istər 12 mart 2018-ci il tarixdə Şahid və X6 da iştirakı ilə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış qarşılıqlı razılaşma müqaviləsindən, eləcə də digər əlaqəli sübutlardan (izahatlar və s.) açıq-aşkar görünür ki, İddiaçı MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən 1-ci blok, 9-cu mərtəbə, 140,1 kv.m. 3 otaqlı mənzilinin 78 saylı müqavilədə 168360 manat həcmində göstərilməsinə baxmayaraq, ödəniləcək 70000 manat pula təminatı kimi girov olaraq Cavabdeh1 adına rəsmiləşdirilir. Belə ki, 70000 manat pulu isə Abdullayev X4 Araz Əzim oğluna ödəməyi öz öhdəsinə götürür. X8 isə 70000 manat pulu 30 aprel 2018-ci il tarixədək geri qaytarmağı öz öhdəsinə götürür. Lakin qeyd edilən pul vəsaiti Cavabdeh1 tərəfindən ödənilmədiyindən həm sonuncu iddiaçıya ünvanladığı ərizəsində, həm də sonradan bağlanmış müqavilədə tərəflər 78 saylı müqavilənin və digər sənədlərin etibarsız hala gəlməsini (əvvəldən formal bağlanmasını), cavabdehin İddiaçı MTK-ya və onun direktoru X5 heç bir şikayətinin və tələbinin olmamasını bəyan etmişlər.

56. Cavabdeh qeyd edilən əqdləri, aktı və ərizəni imzalamasını mübahisələndirməmişdir.

57. Cavabdeh apellyasiya şikayətində iddiaçının DİN Baş İstintaq və Təhqiqat İdarəsinə ünvanladığı 16 yanvar 2020-ci il tarixli məktubda aralarında müvafiq müqavilənin bağlanmasını göstərməsini qeyd etmişdir.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassız olmaqla, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla əhəmiyyətsiz əqdi etibarlı hala gətirmir.

59. Bununla yanaşı, işdən görünür ki, Cavabdeh1 ilə üçüncü şəxs Aygün Budaqovanın həyat yoldaşı Rahib Budaqov arasında əvvəldən mübahisə yaranmış, bu istiqamətdə hüquq mühafizə orqanına müraciət olunmuş, cinayət təqibi zamanı iddiaçı yaranmış zərurətlə əlaqədar müqavilə ilə bağlı məlumat təqdim etmişdir. Bu hal isə özüözlüyündə həmin əqdin etibarlı olması anlamına gəlməməlidir.

60. Cavabdehin digər dəlili 24 dekabr 2019-cu il tarixli Qarşılıqlı razılaşma müqaviləsi ilə bağlı olmuşdur (işdə olan həmin Razılaşmaya görə - İddiaçı MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən 1-ci blok, 9-cu mərtəbə, 140,1 kv.m. 3 otaqlı mənzil X6 və X3 borcuna görə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Həmin mənzilə görə Cavabdeh1 İddiaçı MTK-nın direktoru X5 heç bir vəsait ödəməmişdir. İddiaçı MTK-nın direktoru X8 və şirkətin digər sahibi Şahid X6 və X3 adına olan mənzildən yaranmış Cavabdeh1 100000 manat borc pul vəsaitinin X6 və X3 əvəzinə 10.aprel 2020-ci il tarixədək Cavabdeh1 ödəməyi İddiaçı MTK-nın direktoru X8 öz öhdəsinə götürür. Cavabdeh1 müəyyən edilmiş vaxtda pul vəsaitini Araz Abduləzimovdan aldıqdan sonra X3 adına olan mənzili qeyri-şərtsiz İddiaçı MTK-ya qaytarır və bu mənzil ilə bağlı nə şirkətə, nə də onun sahiblərinə heç bir iddia və tələbi olmayacaqdır. xx.xx.2020-ci il tarixədək Cavabdeh1 şirkət və ya onun sahibləri tərəfindən heç bir vəsait ödənilmədikdə mənzil qeyd-şərtsiz Cavabdeh1 verilir və şirkət və onun sahibləri gələcəkdə bu məsələni mübahisələndirə bilməzlər).

61. İddiaçının nümayəndəsi cavabdehin istinad etdiyi həmin razılaşmaya münasibət bildirərək göstərmişdir ki, həmin razılaşma qüvvəyə minməmişdir. Çünki, X11 və X9 onu imzalamamışlar. Razılaşmaya görə iddiaçı məhz həmin şəxslərin borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin, həmin şəxslər razılaşmanı təsdiq etmədiklərindən nəticə əldə olunmamışdır. Bu səbəbdən də cavabdehin həmin razılaşmaya əsaslanması düzgün və əsaslı deyildir.

62. Göründüyü kimi apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassız olmaqla, işdə olan sübutlarla təsdiq olunmur. İşdən görünür ki, həqiqətən cavabdehin istinad etdiyi 24 dekabr 2019-cu il tarixli Qarşılıqlı razılaşma müqaviləsi onun bütün iştirakçıları tərəfindən imzalanmamış, bu səbəbdən də tərəflər üçün məcburi qüvvəyə minməmişdir.

63. Cavabdeh apellyasiya şikayətində həmçinin iddia müddətinin tətbiq olunaraq, iddianın bu əsasla rədd olunmalı olmasını göstərmişdir.

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmayaraq, bir daha bildirir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

65. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

66. Yuxarıda da qeyd edildiyi kimi, tərəflər əqdin etibarsızlığı ilə bağlı iradə ifadələrini qarşılıqlı bəyan etməklə, onu özləri etibarsız hala gətirmişlər. Lakin, buna baxmayaraq cavabdeh iddiaçının məlumatı olmadan, həmin etibarsız əqddən istifadə edərək inzibati məhkəməyə müraciət etmiş və nəticədə yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmuşdur. İddiaçı bundan məlumatlı olduqdan sonra 3-cü şəxs qismində cəlb olunması barədə ərizə vermiş, məhkəmə qərarı ləğv olunmaqla, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddiaçı eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

67. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə əsas ola bilməz.

68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(009)-39/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar