Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5077/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil - Tikinti Koopretivinə, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilələrin, reyestrdə aparılmış qeydlərin etibarsız hesab olunmaqla ləğv edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiya şikayətindən imtina Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, Cavabdeh3 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil - Tikinti Koopretivinə, Cavabdeh3 və Cavabdeh2 qarşı müqavilələrin, reyestrdə aparılmış qeydlərin etibarsız hesab olunmaqla ləğv edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(010)-1029/2024 nömrəli qətnaməsindən Cavabdeh3 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küç. 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 205 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh2 Pay haqqının satılması barədə 30 mart 2022-ci il tarixli müqavilənin və bu əsasda aparılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 18 may 2022-ci il tarixli, **********59-05301-083001 reyestr nömrəli, ********** nömrəli qeydin etibarsız hesab olunmaqla ləğv edilməsi, Cavabdeh3 Bakı şəhəri 44 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixli, 4Ə-297 reyestr qeydli bağışlanma müqaviləsinin etibarsız hesab olunması və bu əsasda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış 06 oktyabr 2023-cü il tarixli, **********59-05301-083001 reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi və qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(010)- 1029/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küç. 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 205 kv2 sahədən ibarət qeyri-yaşayış sahəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh2 Pay haqqının satılması barədə 30 mart 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, bu əsasda aparılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********59-05301-083001 reyestr nömrəli, ********** nömrəli qeydinin ləğv edilməsi, Cavabdeh2 tərəfindən Cavabdeh3 Bakı şəhəri 44 saylı Notariat ofisində 04 oktyabr 2023-cü il tarixli, 4Ə-297 reyastr qeydli bağışlanma müqaviləsinin etibarsız hesab olunması, bu əsasda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış 06 oktyabr 2023-cü il tarixli, **********59-05301-083001 reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küç. 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 205 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
3. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Həmçinin, Cavabdeh1 MTK qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh1 MTK-nın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 31 may 2013-cü il tarixli müqaviləsinə əsasən icracı Cavabdeh1 MTK-nin sədri Nümayəndə1 ilə payçı İddiaçı arasında Suraxanırayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 195 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə bağladıqları müqaviləyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 1-ci mənəbədə ümumi sahəsi 224 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olub bir pay kimi verir. Lakin iddiaçının tələb etdiyi yer Cavabdeh2 məxsus olan sahə deyildir. Məhkəmə öz qətnaməsində göstərmişdir ki, yerli baxış zamanı MTK-nın nümayəndəsi iştirak etməmiş, lakin necəsə cavabdehə aid olan sahənin iddiaçının adına olan müqavilə üzrə qeyd edilən sahə ilə eyni yer olduğu qənaətinə gəlmişdir. MTK ilə müqavilə bağlanılan zaman hər bir müqavilə üzrə qeyri-yaşayış sahəsinin verilməsinə dair müvafiq cizgi-plan təqdim edilir. İddiaçıya təqdim edilmiş cizgi-plan üzrə qeyri-yaşayış sahəsi həmin sahə ilə üst-üstə düşmür. Məhkəmə bu hissəni ümumiyyətlə araşdırmayaraq məlum nəticəyə gəlmişdir. Qeyd olunan hallar üzrə məhkəmə ən azından ekspertiza təyin edərək tərəflərə aid olan sahəni müəyyən edə bilərdi. Ümumilikdə həmin ərazi təxminən 1000 kv.m sahəyə malikdir. Cavabdehin adına olan qeyri-yaşayış sahəsinin məhz həmin sahədə yerləşməsi qənaətinə gəlinməsi hüquqa ziddir. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Məhkəmə işə çəkişmə prinsipi əsasında cavabdehi məhkəmə prosesinə cəlb etmədən baxmışdır. Nəticə yalnız iddiaçının təqdim etdiyi əsassız müqavilə əsasında qətnamə qəbul edilmişdir.
6. Cavabdeh1 MTK sonradan ərizə ilə müraciət edərək apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina barədə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından apellyasiya şikayətindən imtina qəbul edilməli və Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir.
9. Göstərilənlərə əsasən və MPM-in 369 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh1 Mənzil – Tikinti Kooperativinin apellyasiya şikayətindən imtinası qəbul edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(010)- 1029/2024 nömrəli qətnaməsindən Cavabdeh1 Mənzil – Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.