Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5092/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisinə qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “mirasın qəbulu müddətin ötürülməsinin üzürlü saylması və müddətin bərpa edilməsi” tələbinə dair iş üzrə qəbul edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-3436/2022 saylı qətnaməsindən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və tələbin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mərhum babaları xx.xx.1939-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılmasının üzrlü hesab olunmaqla, müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-3436/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, mərhum xx.xx.1939-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılması qət edilmişdir. Bundan sonra X6 həmin mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində tanınması barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-3436/2022 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 3436/2022 saylı qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Daha sonra X7 həmin mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində tanınması və ötürülmüş müddətin üzürlü hesab edilməklə bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-3436/2022 saylı qərardadı ilə 2(003)-3436/2022 saylı mülki iş üzrə X7 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, X7 tərəfindən xx.xx.2022-ci il tarixli, 2(003)- 3436/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilərək, ərizə təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-3436/2022 saylı qətnaməsindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4031/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-3436/2022 saylı qətnaməsindən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra birinci instansiya məhkəməsi üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-3436/2022 saylı qərardadını və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə 50 manat məbləğində dövlət rüsumunun ödəniməsini təstiq edən qəbzi yenidən iş materiallarına əlavə edərək, mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, belə qənaətə gəlir ki, üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4031/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından sonra iş materiallarına əlavə edilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya şikayəti müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədən verildiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4031/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bu da öz növbəsində yuxarıda qeyd edilən sənədlərin, xüsusilə də keçərli olmayan dövlət rüsumunun ödənilməsi barədə qəbzin iş materiallarına əlavə etməklə, mülki işin yenidən apellyasiya instansiya məhkəməsinə göndərilməsini deyil, həmin qərardada uyğun olaraq, aidiyyəti prosessual hərəkətlərin yerinə yetirilməsini şərtləndirir. Başqa sözlə, birinci instansiya məhkəməsi ilk növbədə bu barədə qərardad qəbul etməklə üçüncü şəxsin apellyasiya şikayətini geri qaytarmalı, yenidən apellyasiya şikayəti verildikdən sonra isə onun bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu, o cümlədən dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutların əlavə edildiyini yoxlamalı və nəticəsindən asılı olaraq növbəti prosessual hərəkətləri yerinə yetirməlidir. Lakin bu hərəkətlərin hər hansı biri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər; 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir; 8.6-cı maddəsinə əsasən Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4031/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından sonra iş materiallarına əlavə edilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün (birinci instansiya məhkəməsi bununla bağlı qərardad qəbul etməlidir) mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 366-cı, 399-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-3436/2022 saylı qətnaməsindən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4031/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadından sonra iş materiallarına əlavə edilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5092/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5092/2023
03.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver