Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5093/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə Kərimova Aytən Nadir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı abonentə yazılmış cərimələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnamədən cavabdeh “xxxxxxxx” ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-96/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı (Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 39 b, 37 saylı mənzil) elektrik enerjisi xəttinə qanunsuz qoşulmaya görə hesablanmış 5600 (beş min altı yüz) manat məbləğində borcun silinməsi qət edilmişdir.İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “abonentə yazılmış cərimələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” ASC tərəfindən ona hesablanmış 5 600 manat miqdarında cərimənin və təbii qazdan istifadəyə görə əsas borc olaraq hesablanmış 2 500 manat borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 B, 37 saylı mənzil ona məxsusdur. Həmin mənzildə elektrik enerjisinin istifadəsinə 2 500 manat abonent borcu hesablanmış, bundan əlavə 5 600 manat elektrik enerjisinin qanunsuz istifadəsinə görə cərimə hesablanmışdır. Hesab edir ki, həmin aktlar qanunsuz tərtib edilmiş və ona cərimə hesablanmışdır. O, cərimənin ləğvi ilə bağlı “xxxxxxxx” ASC-yə müraciət etsə də, ona rəsmi cavab verilməmişdir. Himayəsində azyaşlı övladı var, həyat yoldaşı vəfat etmişdir. Maddi vəziyyətləri son dərəcə ağırdır. Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdeh “xxxxxxxx” ASC-nin səlahiyyətli nümayəndəsi Qasımzadə Fuad Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçıkollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Apellyator qətnaməni iddianın təmin olunmuş hissəsində mübahələndirdyndən, qətnmənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı № ******* saylı Çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 39b, 37 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 662 saylı reyestr kitabında 60671 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18340 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, ünvan 1 b, mənzil 37 saylı ünvanı üzrə abunəçi İddiaçı abonentin saldosu cədvəli məlumatlarına əsasən 2.528,53 manat məbləğində borc qalığı müəyyən edilir. İş materiallarında olan “xxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Binəqədi rayonu, Ə.ünvan 2 mənzil 37 ünvanı üzrə (abunə kodu – **********B0037) abonent kimi məcburi köçkün Minə Fərzəliyeva qeydiyyata alınmışdır. Sayğac göstəricisinə əsasən mənzildə 4100,71 manat dəyərində elektrik enerjisi istehlak edildiyi halda, qaçqın və məcburi köçkünlərə nəzərdə tutulan güzəştə əsasən “Qaçqınkom” və abonentin özü tərəfindən 1674,88 manat ödəniş aparılmışdır. Sayğac göstəricisinə əsasən istehlak edilmiş elektrik enerjisi dəyərinin vaxtında ödənilməsinə 2425,83 manat, limitdən artıq sərfiyyata görə 48,64 manat, 2012- 2016-cı illərdə mənzildə sayğacdankənar işlədicilərin müəyyən edilməsi ilə əlaqədar tərtib olunmuş aktlara əsasən 5649,70 manat borc hesablanmışdır (4100,71 manat+5649,70 manat-1674,88 manat=8075,54 manat) Hazırda mənzil üzrə elektrik enerjisi borcu 8075,54 manat təşkil edir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Binəqədi rayonu, Ə.ünvan 2 mənzil 37 ünvanda yerləşən istehlakçı İddiaçı məxsus mənzilə elektrik enerjisi sayğacı quraşdırılmış, elektrik sayğacı baxışdan keçirilən zaman sayğacdan kənar elektrik xəttinə qoşulma halları müəyyən edilərək, aktlar tərtib olunmuş, İddiaçı elektrik enerjisinə görə 5649,70 manat borc hesablanmışdır. Həmçinin görünür ki, iddiaçı sözügedən ünvanda onun tərəfindən elektrik xəttindən sayğacdan kənar elektik xəttinin çəkilmədiyini bildirmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsi isə iddiaçı tərəfindən sayğacdankənar elektrik xəttinin çəkildiyini bildirmiş, lakin bununla bağlı nə birinci instansiya məhkəməsinə, nədə ki, kollegiyanın iclasında bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilən “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci bəndinə görə Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.1-ci bəndinə görə dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.3-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, məhz cavabdeh iddiaçı tərəfindən elektrik enerjisi xəttinə qanunsuz qoşulma halının olmasını sübut etməlidir. Cavabdeh tərəfindən isə bunu təsdiq edən “Elektrik enerjisindən istifadə qaydaları”da nəzərdə tutulmuş sübutlar (aktlar) məhkəməyə təqdim edilməmişdir Kollegiya hesab edir ki, iddiatələbiqismən təminolunmaqla, İddiaçı (Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 39 b, 37 saylı mənzil) elektrik enerjisi xəttinə qanunsuz qoşulmaya görə hesablanmış 5600 (beş min altı yüz) manat məbləğində borcun silinməsini qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsinə heç bir hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh “xxxxxxxx” ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxx 2020-cu il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5093/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5093/2020
06.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver