Məhkəmə qərarları › İş №2(103)-5097/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5097/2022

13.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5097/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən 3cü şəxslər Bakı şəhəri 7 saylı dövlət Notariat kontoru və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələrə əsasən verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1893/2021 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1893/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0,0958 ha torpaq sahəsinə dair üzrə ünvan 2əfindən xx.xx.2019-cu il tarixdə təsdiqlənmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər etibarsız hesab edilmiş, həmin şəhadətnamələrin əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən müvafiq dövlət reyestrlərində Cavabdeh2 xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi (1\3 hissədə) ilə, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi (1\3 hissədə) ilə adlarına aparılmış qeydlər və verilmiş çıxarışlar ləğv edilmiş, məhkəmədə iddia qaldırılması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 20,0 manat dövlət rüsumu iddaçıya aid edilməsi qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(007)-1893/2021 saylı qətnaməsindən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1893/2021 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(007)- 1893/2021 saylı qətnaməsindən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1893/2021 saylı qərardadını ləğv edib, prosessual müddətin bərpasına dair vəsatətin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1893/2021 saylı qərardadı ilə Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilən şikayət geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 151.1, 152.1.1, 152.4, 307.1, 307.2, 308-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayəti verilməsi üçün 10 günlük müddət nəzərdə tutulmuşdur və bu müddətin axımı qərardadın tərəfə rəsmi qaydada verildiyi gündən başlayır.Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən xx.xx.2022-ci il tarixli qərardad Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 elektron kabinetinə xx.xx.2022-ci il tarixdə, saat 15:04-də yerləşdirilmişdir. Lakin, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 qanunvericiliyin yuxarıda qeyd olunan normasına əməl etməyərək, birinci instansiya məhkəməsinin qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüş, şikayət xx.xx.2022-ci il tarixdə verilmişdir. xx.xx.2022-ci il tarixli qərardad Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdiyindən və müddət axımı həmin gündən başladığından apellyasiya şikayətinin verilməsi üçün son gün xx.xx.2022-ci il tarixdə bitir. Cavabdeh şikayət vermiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007) 1893/2021 saylı məhkəmə qərardadının ləğv edilməsini, xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsini, prossesual müddət bərpa edilməsini, şikayətə baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 14.2, 88 , 128.3, 129.1, 129.3, 268.1, 269.1, 269.2, 269.3, 372.1, 403-1.5-ci maddələrinə; İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”Konvensiyanın 6-cı maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmənin bu iş üzrə gəldiyi nəticə qanunun tələblərinə uyğun deyildir. Belə ki, xx.xx.2022-ci il tarixindən-xx.xx.2022-ci il tarixinədək olan müddət dövlət tərəfindən Ramazan bayramı ilə əlaqədar qeyri iş günləri kimi müəyyən olunduğundan hesab edir ki, sözügedən qərardaddan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günluk müddəti ötürməmişdir. Belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1893/2021 saylı qərardadından verilən şikayət xx.xx.2022-ci il tarixində elektron sistemə yerləşdirilmişdir. Belə olan halda hesab edir ki, hazırki iş üzrə müddətin axını xx.xx.2022-ci il tarixindən hesablamaqla, (xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixinədək bayram günlərini) qeyri iş günü hesab edilərək, həmin bayram günlərini çıxmaqla, qanunvericilik ilə nəzərdə tutulmuş 10 günlük müddətin sonu xx.xx.2022ci il tarixində bitir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1893/2021 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1 və 396.1-ci maddəsinə əsasən:Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.Məcəllənin 129.3, 129.4, 130-cı maddələrinin tələblərinə görə: Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 363.1.1-1 və 363.1.3-ci maddələrinə əsasən, bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən, habelə müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzrlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə belə müraciət mövcud olmamışdır. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 268, 269, 357, 360- 366, 395,596, 385, 387, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və subyektiv mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1893/2021 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar