Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5103/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “bağ sahəsinin istifadəyə verilməsi haqqında müqavilənin və bağ sahəsi üzərində mülkiyyət hüququna dair reyestr çıxarışının etibarsız hesab edilməsi, bağ sahəsindəki tikililərin sökülməsi və bağ sahəsindən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 27.01.2020-ci il tarixli qətnaməsindən iddiaçı Rəhim Abbasov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerlşən 2515 “b” nömrəli bağ sahəsinə dair (bundan sonra – bağ sahəsi) Bakı ŞİH X1 və İstismarı Birliyi ilə cavabdehin arasında bağlanmış 19.05.2007-ci il tarixli, 12861 nömrəli istifadə müqaviləsi etibarsız hesab olunsun, müqavilənin əsasında dövlət reyestrində cavabdehin mülkiyyət hüququna dair aparılmış reyestr qeydi və verilmiş reyestr çıxarışı etibarsız hesab olunsun, torpaq sahəsindəki tikililər sökülərək cavabdeh torpaq sahəsindən çıxarılsın və torpaq sahəsi iddiaçının sahibliyinə qaytarılsın. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Bağ sahəsinə dair Bakı ŞİH X1 və İstismarı Birliyi ilə cavabdehin arasında 19.05.2007-ci il tarixli, 12861 nömrəli istifadə müqaviləsi bağlanıb. Həmin müqavilənin, o cümlədən digər sənədin - 01.04.2010-cu il tarixli Torpaq sahəsinin plan və ölçüsünün əsasında 01.05.2010-cu il tarixdə bağ sahəsi üzərində cavabdehin mülkiyyət hüququ dövlət reyesytində qeydə alınıb. Bağ sahəsi hazırda cavabdehin mülkiyyətindədir. Bağ sahəsinə dair iddiaçının atasının adına Bakı ŞİH X1 və İstismarı Birliyi tərəfindən 16 nömrəli order verilib. Orderdən görünür ki, bağ sahəsi Bakı ŞİH-nin 10.03.1992-ci il tarxili, 378 nömrəli qərarı ilə iddiaçının atasına ayrılıb. İddiaçının atası 08.05.2001-ci ildə vəfat edib. Bağ sahəsinə dair iddiaçının atasının adına müqavilə olmayıb. Bağ sahəsinin ayrıldığı zaman qüvvədə olmuş, 09.11.1991-ci il tarixli Torpaq Məcəlləsinin 17-ci maddəsinə, habelə daha sonra qüvvəyə minmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə torpaq sahəsi üzərində icarə hüququnun yaranması üçün səlahiyyətli orqanın qərarı kifayət deyil, həm də müqavilə bağlanmalıdır. Ona görə də iddiaçının atasının bağ torpaq sahəsi üzərində icarə hüququ mövcud olmayıb. Mövcud olmayan icarə hüququ vərəsəlik üzrə keçə bilməz. İddiaçı bağ sahəsi üzərində hər hansı hüquqa malik olmadığına görə birinci instansiya məhkəməsi düzgün olaraq iddianı rədd edib. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 27.01.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5103/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5103/2021
25.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver