Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5109/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-5109/2023 (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X1 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdeh, həmçinin Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində) “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(005)-1833/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-817-2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2515/2018 saylı mülki iş üzrə 12 oktyabr 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni “mənzildən Cavabdeh1 tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də Cavabdeh1 tərəfindən yararsız hala salınmış həmin mənzilin təmirbərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74 550 manatın Cavabdeh1 İddiaçı xeyrinə tutulması" hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 15 nömrəli evin 10 nömrəli mənzilindən Cavabdeh1 tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq cəmi 52.862,80 manat məbləğində pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 may 2016-cı il tarixli qərarı ilə İddiaçı və X3 əlavə kassasiya şikayətləri təmin edilmiş, ünvan 1 ünvanda yerləşən 24 saylı və ünvan 2aylı mənzillərə aid əqdlərin ləğv və etibarsız sayılması hissəsində və həmin mənzillərin Cavabdeh1 sahibliyinə və istifadəsinə qaytarılması hissəsində Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 noyabr 2014-cü il tarixli qətnaməsi və həmin hissələrdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 noyabr 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 23 aprel 2015-ci il tarixli qərarı ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qərarın "xxxx" KB QSC-yə qarşı əmanətçi hüquqlarının bərpa edilməsi hissələrində dəyişdirilmədən saxlanılması, "xxxx" KB QSC-nin əlavə kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
3. “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə görə Cavabdeh1 09 mart 2016-cı ildə 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində qeydiyyat X4 (Əliyeva) ilə nikaha daxil olduğu müəyyən edilmişdir.
4. “Hədiyyə verən” Cavabdeh1lə “hədiyyə alan” Cavabdeh3 əvəzinə X5 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən hədiyyə verən Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən 32 saylı evin 4 otaqlı ümumi sahəsi 90,0 kv.metr olan 43 saylı mənzilini hədiyyə alan Cavabdeh3 bağışlamışdır.
5. “Hədiyyə verən” Cavabdeh3 ilə “hədiyyə alan” Cavabdeh2 arasında bağlanmış 20 avqust 2016-cı il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən hədiyyə verən Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən 32 saylı evin 43 saylı mənzilini hədiyyə alan Cavabdeh2 bağışlamışdır.
6. “Hədiyyə verən” Cavabdeh1lə “hədiyyə alan” Cavabdeh2 arasında bağlanmış 11 iyun 2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, hədiyyə verən Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən 84 saylı evin 3 otaqlı ümumi sahəsi 94,9 kv.metr olan 59 saylı mənzilini hədiyyə alan Cavabdeh2 bağışlamışdır.
7. “Hədiyyə verən” Cavabdeh1lə “hədiyyə alan” Cavabdeh2 arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən hədiyyə verən Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsi, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini hədiyyə alan Cavabdeh2 bağışlamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 8riusu X9 tərəfindən 40-240 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin, ünvan 8riusu X9 tərəfindən 4Ə-232 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 11 06.2017-cı ıl tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin və 1 saylı Bakı “Asan xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X6 tərəfindən 4Ə1049 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin İddiaçı ödədiyi dövlət rüsumunun əvəzi olan 100 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(005)-2515/2018 saylı qətnaməsinə əsasən mənzildən qanunsuz götürülmüş ev əşyalarının dəyərinin əvəzi və mənzilin təmir-bərpasının dəyərinin əvəzi olaraq dəymiş maddi zərər cəmi 74.550,00 manat olaraq qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(103)-817/2021 saylı qətnaməsinə əsasən Nərimanov Rayon Məhkəməsinin müəyyən etdiyi maddi zərərin məbləği azaldılaraq 52.862,8 manat olaraq müəyyən edilmişdir. Ali Məhkəmənin 21 sentyabr 2021ci il tarixli, 2(102)-4715/21 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 817/2021 saylı 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh2 məhkəməyə müraciət edərək, icra icraatı zamanı qəbul edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilərək təqdimatın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-37/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadına əsasən şikayət təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 8(005)- 37/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, həmin qərardadla Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi b/y-nın 40 saylı, 0,12 ha bağ sahəsinin, Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, 84 saylı evin 59 saylı mənzilin və Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 32 saylı evin 43 saylı mənzilin üzərinə qoyulmuş 50% miqdarında həbsin götürülməsi qərara alınmışdır. O, xx.xx.2022-ci il tarixdə mübahisəli qərardadla tanış olduğu zaman xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələrinin mövcudluğundan xəbər tutmuş və xx.xx.2022-ci il tarixdə həmin müqavilələrin surətini əldə etmişdir. Halhazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi" barədə Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələrini mübahisələndirir. xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsində hədiyyə alanın mülkiyyətinə vermişdir. xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsində hədiyyə alanın mülkiyyətinə verilmişdir. xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 ünvan 5 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsində hədiyyə alanın mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna Ali Məhkəmənin 23 aprel 2015-ci il tarixli qərarından tərəfindən əlavə kassasiya şikayəti verildikdən sonrakı dövrdə xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini və xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 bağışlamışdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 20 may 2016-cı il tarixli qərarına əsasən “Bakı şəhəri, Süleyman Rüstəm küçəsi 15 saylı ünvanında yerləşən 10 saylı mənzilə aid əqdlərin ləğv və etibarsız sayılması hissəsində və həmin mənzilin Cavabdeh1 sahibliyinə və istifadəsinə qaytarılması hissəsində” Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 aprel 2015-ci il tarixli qərarı ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin 21 sentyabr 2021-ci il tarixli, 2(102)- 4715/21 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-817/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsində hədiyyə alanın mülkiyyətinə vermişdir. Əslində, xx.xx.2016- cı il tarixdən Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahdadırlar və birgə təsərrüfat idarə edirlər. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin və gələcəkdə ehtimal qanuni qüvvəyə minəcək məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədilə sözügedən bağışlama müqavilələrini bağlamaqla Cavabdeh1 yuxarıda qeyd olunan əmlaklarda ona məxsus olan paylarını arvadı Cavabdeh2 bağışlamışdır. Göründüyü kimi, qeyd olunan xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələri uydurma əqdlərdir. Beləliklə, Cavabdeh1 öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirir, belə halları isə qanunvericilik, o cümlədən Mülki Məcəllə qadağan edir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(103)-817/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi hazırki mübahisəyə baxan məhkəmə üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, Cavabdeh3 cavabdeh, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini üçüncü şəxs qismində işə cəlb edilərək ünvan 5 ünvanında yerləşən mənzil üzrə Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X8 tərəfindən 4Ə-421 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, həmçinin həmin mənzil üzrə ünvan 8riusu X9 tərəfindən 4Ə- 240 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016- cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, habelə ünvan 3 ünvanında yerləşən mənzilin ½ hissəsi üzrə ünvan 8riusu X9 tərəfindən 4Ə-232 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, eləcə də Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsi üzrə 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X6 tərəfindən 4Ə- 1049 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ƏMDX-nin DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ünvan 9 ünvanında yerləşən mənzil üzrə Cavabdeh3 adına verilmiş Seriya RX № ******* olan ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmçinin həmin mənzil üzrə Cavabdeh2 adına verilmiş Seriya RX № ******* olan ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə ünvan 10 ünvanında yerləşən mənzil üzrə Seriya RX № ******* olan ********** qeydiyyat nömrəli xx.xx.2017-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, eləcə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsi üzrə Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ödədiyi dövlət rüsumunun əvəzi olan 100 (yüz) manatın və iddiaçının Vəkil ödədiyi hüquqi yardım haqqının əvəzi olan 100 (yüz) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X8 tərəfindən 4Ə-421 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 ünvan 9 ünvanında yerləşən mənzili hədiyyə alan Cavabdeh3 mülkiyyətinə vermişdir. Həmin mənzil üzrə ƏMDX-nin DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına Seriya RX № ******* olan ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 8riusu X9 tərəfindən 4Ə240 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh3 ünvan 9 ünvanında yerləşən mənzili hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. Həmin mənzil üzrə ƏMDX-nin DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına Seriya RX № ******* olan ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 8riusu X9 tərəfindən 4Ə-232 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 ünvan 3 ünvanında yerləşən mənzilin ona aid 1/2 hissəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. Qeyd olunan mənzilin 1/2 hissəsi üzrə Cavabdeh2 adına ƏMDX-nin DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Seriya RX№1073922 olan ********** qeydiyyat nömrəli xx.xx.2017-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X6 tərəfindən 4Ə- 1049 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. Həmin bağ sahəsi üzrə Cavabdeh2 adına ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
12. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1833/2022 nömrəli, 09 sentyabr 2022ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində) “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı olduğundan müqavilələrin, ümumilikdə isə əqdlərin bağlanması və etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması və bu konteksdə mübahisələndirilən bağışlama müqaviləsinə hüquqi qiymətin verilməsi zəruridir. Odur ki, bağışlanma müqavilələrinin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması halı məhkəmə tərəfindən araşdırılmış, belə bir hüquq pozuntusunun olması aşkar edilməmiş, eyni zamanda iddiaçı tərəfindən sübut edilməmişdir. Bundan başqa məhkəmə iddianı rədd edərkən, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmadığını da qeyd etmişdir.
14. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 331.1, 337.1, 339, 354.2, 666.1, 668.1, 667-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəllənin 337, 339.6 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1833/2022 saylı qətnaməsinin tamamilə ləğv edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində) “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsi mübahisəli qətnamədə iddiaçının bağışlama müqavilələrini mübahisələndirmək üçün subyektiv hüququnun olmağını qeyd etməklə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-817/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsinə əsasən gələcəkdə cavabdehin əmlakının açıq hərracda satılması və satış pulundan iddiaçının xeyrinə 52.862,8 manat pulun tutulmasına mane olmuş, bununla da iddiaçının Mülki Prosesesual Məcəllənin 4.1-ci maddəsində nəzərdə tutulan qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirməyə mane olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(103)-817/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi dövlət hakimiyyəti və vəzifəli şəxsləri üçün məcburi olduğu halda, Nərimanov Rayon Məhkəməsi qeyd olunan məcburiyyəti “heçə sayaraq” Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi ilə ziddiyyət təşkil edən hazırki iş üzrə mübahisəli qətnaməni qəbul etmişdir. Nərimanov Rayon Məhkəməsi yuxarıda qeyd olunanlardan göründüyü kimi, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Nərimanov Rayon Məhkəməsi iddiaçının bağışlama müqavilələrini mübahisələndirmək üçün subyektiv hüququnun olduğunu aydınlaşdırmamışdır. Belə ki, iddiaçının xeyrinə olan qanuni qüvvəyə minmiş və ya gələcəkdə qanuni qüvvəyə minəcək məhkəmə aktının icrasından yayınmaq məqsədilə cavabdehin mübahisəli bağışlama müqavilələri bağlaması ilə həmin müqavilələrin maraqlı şəxs olan iddiaçı tərəfindən mübahisələndirilməsi üçün zərurət meydana gəlir və beləliklə, iddiaçının subyektiv hüququ olduğu sübut edilir. Nərimanov Rayon Məhkəməsi bağışlama müqavilələrinin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulduğu, eyni zamanda belə bir hüquq pozuntusunun olmasının iddiaçı tərəfindən sübut edildiyi halda, bu sübutları pərdələyərək tamamilə zidd qənaətə gəlmiş, bununla da iddiaçının xeyrinə olan qanuni qüvvəyə minmiş və ya gələcəkdə qanuni qüvvəyə minəcək məhkəmə aktının icrasından yayınmaq məqsədilə cavabdehin əmlakını bağışlamasını qanuni hesab etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1833/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişlər.
18. Apelyasiya şikayətinə etirazda göstərilmişdir ki, mübahisələndirilən bağışlama müqavilələri Mülki Məcəllənin 666.1, 668.1.1, 667-ci maddələrinin tələblərinə uyğun olaraq notariat qaydasında bağlanmış, qanunun və tələblərinə əməl edilmiş, müqavilənin bağlanması tərəflərin iradə ifadəsinə uyğun olmuşdur. Mübahisə predmeti müqavilələrin nə ümumi əsaslarla, nə də qanunvericiliyin normalarının tələbləri baxımından etibarsızlığı üçün əsaslar mövcud deyildir. İş materiallarına əsasən müəyyən olunur ki, icra icraatı üzrə tələbkar məhkəməyə müraciət hüququndan sui-istifadə etməklə əsassız olaraq hazırkı tələblə məhkəməyə müraciət edərək dövlətin resurslarının izafi xərclənməsinə və iş üzrə tərəflərinin vaxtının lüzumsuz sərf olunmasına səbəb olmuşdur.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)- 544/2023 saylı qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva sədrlik edən, məruzəçi, Məmməd Məmmədov və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(005)- 1833/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının “məhkəmə aktının icrasından yayınmaq məqsədilə cavabdehlərin mübahisəli bağışlama müqaviləri bağlamasına, bununla da onun tərəf olduğu mülki iş üzrə çıxarılmış məhkəmə aktının icrasına olan hüququnun pozulmasına” dair irəli sürdüyü dəlili heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Halbuki, işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri saymışdır ki, mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsinin, iddia tələbinin bağışlama müqavilələrinin etibarsızlığı ilə bağlı olduğundan həmin müqavilələrə hüquqi qiymətin verilməsinin zəruri olmasına dair sərgilədiyi mövge isə yalnışdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı, iddiaçının iddia tələbi üzrə subyektiv hüquqa malik olmaması öz təsdiqini tapdığı təqdirdə isə hüquqi dəyərləndirməni artıq bitirməlidir, çünki işin həlli üçün bunun heç bir əhəmiyyəti yoxdur.
23. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 337.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır.
d) Kassasiya instansiya məhkəməsindəki icraat
24. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyi 21 sentyabr 2021-ci il tarixdən 15 gün sonra Cavabdeh1 mübahisəli əmlaka dair 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsi bağlayıb. Bağışlama müqaviləsi sözügedən qətnamənin icrasından yayınmaq məqsədi ilə bağlanıb. Bu səbəbdən də sözügedən əmlaklara dair bağlanmış bağışlama müqavilələri etibarsız əqdlərdir. Cavabdeh1 09 sentyabr 2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında bağışlama müqavilələrinin bağlanmasının əsl səbəbinin onun iki böyük qızının üç əmlak üzrə vərəsə olmamalarını təmin etmək olduğunu- söyləməklə dolayısı yolla həmin bağışlama müqavilələrinin etibarsız əqdlər olduğunu ifadə etmiş və bununla da əslində iddianın əsası olan halları qismən etiraf etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırki mülki iş üzrə subyektiv hüququnun olmadığına dair yanlış qənaətə gəlmişdir. Belə ki, iddiaçının hazırki mülki iş üzrə subyektiv hüququnun, o cümlədən öz hərəkətlərinə hüquqi ixtiyarın əsasını Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsi təşkil edir. Qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qətnaməsinin icrası dövlət hakimiyyət orqanları və vəzifəli şəxsləri üçün məcburi olduğu halda, apellyasiya instansiyası məhkəməsi qeyd olunan məcburiyyəti “heçə sayaraq”, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-1905/2023 saylı 16 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (məruzəçi), İspəndiyar Şəfiyev və Vüqar Həsənov) İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)-544/2023 saylı qətnaməsinin qismən iddianın Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 0,12 ha torpaq sahəsində yerləşən, “Rabitəçi” b/y-nin 40 saylı bağ sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisində bağlanmış, 4Ə-1049 saylı reyestrdə qeyd edilmiş 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin, həmin bağ sahəsinə dair Cavabdeh2 adına verilmiş 14 oktyabr 2021-ci il tarixli Çıxarışın ləğv edilməsinin rədd edilməsi hissələrində ləğv edilməsi, mülki iş həmin hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması, qalan mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
27. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur: “Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y- nın 40 saylı, 0,12 ha bağ torpaq sahəsinə münasibətdə istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bu hissədə əlavə araşdırma aparmağa lüzum görmür. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi ilə “mənzildən Cavabdeh1 tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də onun tərəfindən yararsız yala salınmış həmin mənzilin təmirbərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq cəmi 52.862,80 manat pul vəsaiti borclu Cavabdeh1 tutulub kreditor İddiaçı verilməlidir. Hazırda iddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nikahda olmaqla ərarvad olduqlarını, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün borclu Cavabdeh1 bağışlama müqavilələrinə əsasən mübahisəli əmlaklarda olan paylarını arvadı Cavabdeh2 bağışladığını, həmin müqavilələrin uydurma əqdlər olmaqla hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığını göstərib, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 32 saylı evin 43 saylı mənzilinə dair borclu Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli; həmin mənzilə dair sonuncu ilə Cavabdeh2 arasında bağlanmış 20 avqust 2016-cı il tarixli; Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi 84 saylı evin 59 saylı mənzilinin ½ hissəsinə dair borclu Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2017-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsini, habelə Reyestr Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 32 saylı evin 43 saylı mənzilinə dair Cavabdeh3 adına verilmiş 18 avqust 2015-ci il tarixli; həmin mənzilə dair Cavabdeh2 adına verilmiş 01 oktyabr 2016-cı il tarixli və Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, 84 saylı evin 59 saylı mənzilinə dair sonuncunun adına verilmiş 14 iyun 2017-cı il tarixli Çıxarışların ləğv edilməsini iddia edir. Göründüyü kimi, sözügedən daşınaz əmlaklara dair bağışlama müqavilələri qununi qüvvəyə minmiş məhkəmə aktından əvvəlki tarixlərdə bağlanıb və Cavabdeh1 iddiaçının xeyrinə 52.862,80 manat pulun tutulmasına dair məhkəmə aktı isə bağışlama müqavilələrinin bağlanmasından xeyli sonra qəbul edilib. Ona görə də kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin bu hissədə dəllilərini əsassız hesab edir və belə qənatə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Digər, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y- nın 40 saylı, 0,12 ha bağ-torpaq sahəsinə dair borclu Cavabdeh1lə arvadı Cavabdeh2 arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağtorpaq sahəsinə dair sonuncunun adına verilmiş 14 oktyabr 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi tələbinə gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, bu hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Əvvəla, işin mübahisə olunmayan hallarına görə, borclu Cavabdeh1 iddiaçının xeyrinə 52.862,80 manat pulun tutulmasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən 15 gün sonra borclu Cavabdeh1 sözügedən bağ-torpaq sahəsini arvadı Cavabdeh2 bağışlayıb. Apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 337.2-ci maddəsinin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etsə də, həmin normanın təfsirində səhvə yol verib. Belə ki, sözügedən norma müqavilə üzrə tərəf olmayan şəxslərə də müqaviləni mübahisələndirmək hüququ verir və nəzərə alınmalıdır ki, müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxsin də əqdi mübahisələndirmək hüququ vardır. Lakin, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o, halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; vəzifənin icrasını çətinləşdirə bilər. Əqdin, şəxsin hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunub-toxunmadığını müəyyən edərkən ilk növbədə əqdin yaratdığı nəticə əsas götürülməlidir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə üç yerə bölünür: hüquq münasibəti əmələ gəlir; hüquq münasibəti dəyişir və hüquq münasibəti xitam olunur. Eyni zamanda əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna üç element daxildir: münasibətin subyekti; münasibətin obyekti və münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan üç elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar- əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Apellyasiya instansiyası məhkəməsi qətnamədə, sözügedən hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç birinin iddiaçıya aidiyyətinin olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, işin mübahisə olunmayan hallarına görə sözügedən bağışlama müqaviləsi üzrə tərəflər ər-arvaddırlar və qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən borclu Cavabdeh1 kreditor İddiaçı 52.862,80 manat pul ödəməlidir. Göründüyü kimi, borclu Cavabdeh1 sözügedən əmlakını satıb kreditor İddiaçı olan borcunu ödəmək əvəzinə, yuxarıda qeyd olunan qətnamənin qanuni qüvvəyə minməsindən dərhal, yəni 15 gün sonra məhkəmə aktının icrasından yayınmaq üçün açıqaşkar uydurma əqd bağlayaraq mübahisəli bağ-torpaq sahəsini öz arvadı Cavabdeh2 adına keçirib. Halbuki, Mülki Məcəllənin 340.1-ci maddəsinin mənasına görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir...”
e) Proses iştirakçılarının izahatı
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda ifadə verərək onun təmin edilməsini xahiş etdi.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, həmçinin Cavabdeh2 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun məzmunda ifadə verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
30. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
32. Maddə 337.1. Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
33. Maddə 337.2. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
35. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
36. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsi apellyasiya instansiya məhkəməsinin qətnaməsini qismən - iddianın Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 0,12 ha torpaq sahəsində yerləşən, “Rabitəçi” b/y-nin 40 saylı bağ sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisində bağlanmış, 4Ə-1049 saylı reyestrdə qeyd edilmiş 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin, həmin bağ sahəsinə dair Cavabdeh2 adına verilmiş 14 oktyabr 2021-ci il tarixli Çıxarışın ləğv edilməsinin rədd edilməsi hissələrində ləğv etdiyindən, qətnamənin həmin hissədə qanuniliyi və əsaslılığı yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
44. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti baxılan hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
45. Birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmayan kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
46. İşin mübahisə olunmayan hallarına görə, borclu Cavabdeh1 iddiaçının xeyrinə 52.862,80 manat pulun tutulmasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən 15 gün sonra borclu Cavabdeh1 sözügedən bağ-torpaq sahəsini arvadı Cavabdeh2 bağışlayıb.
47. Məhkəmə kollegiyası Ali Məhkəmənin mövqeyini nəzərə alaraq hesab edir ki, baxılan əqdin uydurma əqd olmaqla, iddiaçının qanuni mənafeyinə toxunması mülki iş materialları ilə təsdiq olunur və o, hazırki tələbi irəli sürməkdə haqlıdır.
48. Belə ki, borclu Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə aktını icra edərək 52.862,80 manat pul vəsaitini iddiaçıya ödəmək öhdəliyi vardır və o, bu öhdəlikdən yayınmaq üçün həmin qətnamənin qanuni qüvvəyə minməsindən dərhal sonra mübahisəli bağ-torpaq sahəsini bağışlama müqaviləsi üzrə arvadı Cavabdeh2 adına keçirib.
49. Mülki Məcəllənin 337.2-ci maddəsinin tələblərinə əsasən müqavilə üzrə tərəf olmayan şəxslərə də müqaviləni mübahisələndirmək hüququ verir və nəzərə alınmalıdır ki, müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxsin də əqdi mübahisələndirmək hüququ vardır. Lakin, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o, halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; vəzifənin icrasını çətinləşdirə bilər.
50. Kollegiya qeyd edir ki, borclu Cavabdeh1 sözügedən əmlakını satıb kreditor İddiaçı olan borcunu ödəmək əvəzinə, yuxarıda qeyd olunan qətnamənin qanuni qüvvəyə minməsindən dərhal, yəni 15 gün sonra məhkəmə aktının icrasından yayınmaq üçün açıqaşkar uydurma əqd bağlayaraq mübahisəli bağ-torpaq sahəsini öz arvadı Cavabdeh2 adına keçirib. Halbuki, Mülki Məcəllənin 340.1-ci maddəsinin mənasına görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünür üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
51. Və buna görə də kollegiyanın qənaətinə görə həmin hissədə iddia tələbi təmin olunmalı, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 0,12 ha torpaq sahəsində yerləşən, “Rabitəçi” b/y-nin 40 saylı bağ sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisində bağlanmış, 4Ə-1049 saylı reyestrdə qeyd edilmiş 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməli, həmin bağ sahəsinə dair Cavabdeh2 adına verilmiş 14 oktyabr 2021-ci il tarixli Çıxarış ləğv edilməlidir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
53. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
55. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1833/2022 saylı iş üzrə 09 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən - iddianın Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 0,12 ha torpaq sahəsində yerləşən, “Rabitəçi” b/y-nin 40 saylı bağ sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisində bağlanmış, 4Ə-1049 saylı reyestrdə qeyd edilmiş 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin, həmin bağ sahəsinə dair Cavabdeh2 adına verilmiş 14 oktyabr 2021-ci il tarixli Çıxarışın ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 0,12 ha torpaq sahəsində yerləşən, “Rabitəçi” b/y-nin 40 saylı bağ sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisində bağlanmış, 4Ə-1049 saylı reyestrdə qeyd edilmiş 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin, həmin bağ sahəsinə dair Cavabdeh2 adına verilmiş 14 oktyabr 2021-ci il tarixli Çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Fərrux Qasımov Günay Axundova