Məhkəmə qərarları › İş №2(103)-5127/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5127/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5127/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6670/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı cavabdehdən xx.xx.2023-cü il tarixində bağlanmış VİP 19014 saylı nisyə alqı-satqı müqaviləsi və X4 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış VİP 19014 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 556,51 ABŞ dolları, əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 faiz həcmində 139 ABŞ dolları cərimə borcun, ümumilikdə 695,51 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pulun müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6670/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 556.51 (beş yüz əlli altı dollar əlli bir sent) ABŞ dollar, cərimə borcuna görə 139 (yüz otuz doqquz) ABŞ dollar, ümumilikdə, 695.51 (altı yüz doxsan beş dollar əlli bir sent) ABŞ dolları məbləğində ödəniş gününə qüvvədə olan məzənnəyə əsasən azərbaycan manatı Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki manat) manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh alınaraq İddiaçı MMCyə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6670/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək qətnaməyə düzəliş edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh qarşı cavabdehdən xx.xx.2023-cü il tarixində bağlanmış VİP 19014 saylı nisyə alqı-satqı müqaviləsi və X4 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış VİP 19014 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 556.51 ABŞ dolları, əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 faiz həcmində 139 ABŞ dolları cərimə borcun, ümumilikdə 695.51 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pulun müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin halların araşdırmış, iddianı tam təmin edərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilə üzrə əsas borca görə 556.51 (beş yüz əlli altı dollar əlli bir sent) ABŞ dollar,cərimə borcuna görə 139 (yüz otuz doqquz) ABŞ dollar, ümumilikdə, 695.51 (altı yüz doxsan beş dollar əlli bir sent) ABŞ dolları məbləğində ödəniş gününə qüvvədə olan məzənnəyə əsasən azərbaycan manatı Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki manat) manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair 2(011)-6670/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamə qəbul etmişdir. Lakin, qətnamənin nəticə hissəsində məbləğin yalnız Cavabdeh alınması qeyd olunsa da, X2 tutulmasına dair tələb göstərilməmişdir. Halbuki, iddiaçı tərəfindən hər iki cavabdehdən müştərək qaydada tutulma ilə bağlı iddia ərizəsi məhkəməyə təqdim edilmiş və eyni zamanda da məhkəmə prosesində hər iki müqaviləyə baxılmış, araşdırılaraq yekun olaraq iddia tam təmin olunmuşdur. Bütün bunları nəzərə alaraq qətnamədə buraxılmış səhvin düzəldilərək nəticə hissəsinin İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 556.51 (beş yüz əlli altı dollar əlli bir sent) ABŞ dollar, cərimə borcuna görə 139 (yüz otuz doqquz) ABŞ dollar, ümumilikdə, 695.51 (altı yüz doxsan beş dollar əlli bir sent) ABŞ dolları məbləğində ödəniş gününə qüvvədə olan məzənnəyə əsasən Azərbaycan manatı Cavabdeh və X2 müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki manat) manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh və X2 alınaraq İddiaçı MMC-yə ödənilsin kimi düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6670/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6670/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə düzəliş edilməsi barədə ərizəsi təmin edilməmişdir Həmin qərardaddan iddiaçının nümayəndəsi şikayət verərək, qərardadın ləğv edilməsi və qətnaməyə düzəliş edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin haların araşdırmış, iddianı tam təmin edərək İddiaçı MMC ilə X5 arasında bağlanmış nisyə alqı-satqı müqavilə üzrə əsas borca görə 556.51 (beş yüz əli altı dolar əli bir sent) ABŞ dolar,cərimə borcuna görə 139 (yüz otuz doqquz) ABŞ dolar, ümumilikdə, 695.51 (altı yüz doxsan beş dolar əli bir sent) ABŞ doları məbləğində ödəniş gününə qüvvədə olan məzənnəyə əsasən azərbaycan manatı X3 alınaraq İddiaçı MMC-yə ödənilsməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki manat) manat məbləğində pul vəsaiti müştərək qaydada X3 alınaraq İddiaçı MMC-yə ödənilsməsinə dair 2(011)-6670/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamə qəbul etmişdir. Lakin, qətnamənin nəticə hissəsində məbləğin yalnız X3 alınması qeyd olunsa da, X2 tutulmasına dair tələb göstərilməmişdir. Məhkəmənin də qərardadında düzgün qeyd etdiyini kimi hər iki tərəf cavabdeh kimi qeyd olunmuş və bununla bağlı elektron qaydada “pdf” formatında elektron sistemə ərizə yüklənmişdir. Həmin elektron “pdf” formatında ərizəsində hər iki tərəfin cavabdeh kimi göstərmişdir. Belə ki, məhkəmə öz qərarında da həm zaminin həm də cavabdehin idda ərizəsində qeyd edildiyini desə də, yekunda düzəlişdən imtina etmişdir. Halbuki iş materiallarından görünür ki, cavabdehdən müştərək qaydada tutulma ilə bağlı iddia ərizəsi məhkəməyə təqdim edilmiş və eyni zamanda da məhkəmə prosesində hər iki müqaviləyə baxılmış, araşdırılaraq yekun olaraq iddia tam təmin olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6670/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, yalnız Cavabdeh qismində işə cəlb edilmiş, sonuncu mülki prosessual qanunvericliklə müəyyən edilmiş qaydada məhkəmə iclasları barədə məlumatlandırılmış, o məhkəmənin iclaslarında iştirak etmiş, iddia tələbinə münasibətini bildirmiş, nəticədə iddia təmin edilərək tələb edilən pul məbləği cavabdeh qismində cəlb edilmiş Cavabdeh tutulmuşdur. Hazırda iddiaçının nümayəndəsi qətnaməyə düzəliş edilməsi ilə bağlı ərizə ilə müraciət etsə də, ərizənin məzmunundan görünür ki, ərizəçinin tələbi mülki iş üzrə cavabdeh qismində cəlb edilməmiş üçüncü şəxs barəsində qətnamə qəbul edilməsidir. Birinci instansiya məhkəməsi isə düzgün olaraq qeyd etmişdir ki, artıq qanuni qüvvəsini alaraq icraya yönəldilmiş qətnaməyə göstərilən məzmunda düzəliş edilməsi qətnamənin məzmunun dəyişdirilməsi anlamına gəlir. Halbuki, hakim qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər, çıxarılmış qətnaməni elan etmiş hakim onu dəyişdirə bilməz. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6670/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində hər-hansı yanlışlıq edilmədiyindən qətnaməyə düzəliş edilməsinə də zərurət yoxdur. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, qətnamədə texniki xətalar (məsələn, yazı səhvləri, hesablamalarda yanlışlıqlar) aşkar edilərsə, məhkəmə bu xətaları düzəldə bilər. Lakin bu düzəlişlər qətnamənin mahiyyətini dəyişməməlidir. Yəni, qətnamənin hüquqi nəticələrini və tərəflərin hüquqi vəziyyətini dəyişdirən düzəlişlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228-ci maddə çərçivəsində mümkün deyil. Bundan başqa qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnaməyə mahiyyətcə dəyişiklik etmək, faktiki olaraq yeni qətnamə çıxarmaq anlamına gəlir ki, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6670/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Həmçinin şəxs işə cavabdeh qismində cəlb edilməyibsə, onun barəsində qətnamə çıxarılması prosessual baxımdan mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsinə əsasən çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılır və həll edilir. Göründüyü kimi birinci instansiya məhkəməsinin mövqeyi qanunidir və əsaslıdır. Qətnamənin məzmununa üçüncü şəxs barəsində yeni hüquqi nəticə əlavə etmək qətnamənin mahiyyətinin dəyişdirilməsi deməkdir, həmçinin qeyd edilməlidir ki, belə bir dəyişiklik yalnız apellyasiya və ya kassasiya instansiyasında və ya yenidən baxma proseduru çərçivəsində mümkün ola bilərdi ki, iddiaçı qətnamənin qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya qaydasında mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməyə düzəliş edilməməsi barədə qərarı mülki-prosessual qanunvericiliyə tam uyğundur. Ərizəçinin tələbi faktiki olaraq yeni qətnamə çıxarılması mahiyyəti daşıdığından, bu cür düzəliş texniki deyil, mahiyyəti dəyişdirən müdaxilədir və bu, qanunla qadağandır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6670/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar