Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5130/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 və onun nümayəndəsi (vəkili)X4 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı «bağ sahəsinə dair icarə müqaviləsinin etibarsız hesab edilməsi»tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-799/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı «bağ sahəsinə dair icarə müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Binəqədi bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış, Goradil bağlar massivində yerləşən vəsahəsi 0,12 ha olan 453 saylı, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi bələdiyyəsi ilə Cavabdeh1 arasında Goradil bağlar massivində yerləşən, sahəsi 0,12 ha bağ sahəsinə dair 453 saylı, xx.xx.2006-cı il tarixli uzunmüddətli icarə müqaviləsi bağlanmış, sonuncu 2016-cı ilin may ayında həmin bağ sahəsini 80000 manata ona faktiki alqı-satqı qaydasında satmışdır. Bağın pulunu tam ödəmiş, Cavabdeh1 isə bağ sahəsini onun istifadəsinə vermişdir və 2016-cı ilin may ayından etibarən ailə üzvləri ilə birlikdə fasiləsiz və etirazsız olaraq həmin bağda davamlı yaşamağa başlamışdır. Yaşadıqları müddət ərzində bağda dəyəri 17000 manat olan hovuz inşa etdirmiş və dəyəri 4000 manat olan işıqlanma sistemi və daş döşəməsi işləri də gördürmüşdür. 2019-cu ilin təxminən martaprel ayından etibarən bir qohumu ilə Cavabdeh1 münasibəti pozulmuş, sonuncu bunu bəhanə edərək üstündən 3 ilə yaxın vaxt keçəndən sonra bağın pulunun ödənilməsini danmağa başlamışdır. Cavabdeh1 bu hərəkətlərini davam etdirdiyi üçün onun qanunsuz hərəkətlərindən polisə şikayət etmiş və həmin şikayət əsasında polisdə və prokurorluqda araşdırmalar aparılmışdır. Sonradan Cavabdeh1 onun və ailə üzvlərinin mübahisəli bağ sahəsindən çıxarılmaları barədə iddia qaldırmış, həmin işə baxan Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia subyektiv hüququn yaranmadığı səbəbilə əsassız hesab edilərək rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə isə rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Belə ki, əldə edilmiş rəsmi sənədlərlə mübahisə edilən bağ sahəsinin Binəqədi bələdiyyəsinə heç bir aidiyyətinin olmadığı təsdiqini tapmışdır. Binəqədi bələdiyyəsi səlahiyyəti olmadığı halda, bələdiyyə torpağı hesab edilməyən əraziyə dair cavabdeh ilə uzunmüddətli icarə müqaviləsi bağlamışdır və bu formal müqaviləyə istinad edərək onların bağdan çıxarılmalarını tələb etmək üçün Cavabdeh1 subyektiv hüququ yaranmamışdır. Hesab edir ki, ailə üzvlərilə yaşadığı bağ sahəsinə dair Cavabdeh1la Binəqədi bələdiyyəsi arasında bağlanmış 453 saylı, xx.xx.2006-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilməlidir. Bu müqavilə onun qanuni mənafeyinə toxunduğundan onu mübahisə etməyə maraqlı şəxs kimi hüququ vardır. Bələdiyyənin ərazisi olmadığından cavabdehlər arasında bağlanmış 453 saylı, xx.xx.2006-cı il tarixli uzunmüddətli icarə müqaviləsi əhəmiyyətsiz əqddir və etibarsızdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 799/2020 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia təmin olunmuşdur. Cavabdeh1 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin obyektiv araşdırılmaması, torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması əsası ilə iddianın təmin olunması, lakin Əmlak Məsələləri Dövlət Komitəsinin belə bir iddiasının olmaması, iddiaçının özünün torpaq sahəsinə hər hansı hüququnun olmaması, ümumiyyətlə ona qarşı belə bir tələb irəli sürmək üçün subyektiv hüquqlarının olmaması və s. kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd olunmalıdır. İşdə olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış «Binəqədi rayonu Bələdiyyəsinin İnzibati ərazisində olan torpaq sahəsini bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında» xx xxx 2006-cı il tarixli, 453 saylı icarə müqaviləsinin surətindən görünür ki, icarəyəverən Binəqədi rayonu Görədil bağ massivində yerləşən 1200 kv.m olan torpaq sahəsini sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırmaq, meyvə və bəzək ağacları əkməklə yaşıllaşdırma və abadlaşdırma işlərinin aparılması məqsədilə icarədara verməyi, sonuncu isə sadalanan işləri öz vəsaiti hesabına görməklə həmin sahəni qəbul edərək xx xxx 2006-cı ildən xx xxx 2056-cı ilədək hər il üçün 144 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iddianın təmin olunması nəticəsinə gələrkən – mübahisəli torpaq sahəsinin (bağ sahəsi) dövlət mülkiyyətinə aid olması barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli məktubuna əsaslanmış, yəni Binəqədi bələdiyyəsinin özünə aid olmayan torpaq sahəsi üzərində sərəncam hüququnu həyata keçirərək, mübahisəli torpaq sahəsini iddiaçıya icarəyə verməsini, bu səbəbdən də müqavilənin etibarsız olmasını göstərmişdir. Belə ki, həmin məktuba əsasən 1200 kvadrat metr torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2000-ci il tarixli Sərəncamı ilə Binəqədi rayonu Binəqədi bələdiyyəsinə ayrılmış 295,73 hektar ərazinin sərhədlərindən kənarda yerləşməklə dövlət mülkiyyətinə aiddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə müvafiq subyektiv hüquqlara malik olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə yoxlanılmamışdır. Bu səbəbədn də məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1) iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub-olmaması, mübahisə predmeti olan əmlaka (bağ sahəsi) dair əmlak hüquqlarının mövcudluğu (tələb hüququnun mövcudluğu); 2) Əgər yuxarıda qeyd edilən hallar mövcuddursa, cavabdeh tərəfin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilməlidir ki, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)-765/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «cavabdeh və onun ailə üzvlərinin ona məxsus bağ evindən çıxarılması» tələbinə dair iddiası təmin olunmamışdır. Qeyd edilən qətnamə ilə müəyyən olunmuşdur ki, Binəqədi bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında 453 saylı, xx xxx 2006-cı il tarixli müqaviləyə əsasən iddiaçı Cavabdeh1 Binəqədi rayonu, Goradil bağ massivində 1200 m2 sahəni xx xxx 2056-cı il tarixədək icarəyə götürmüşdür. Bundan sonra, iddiaçı və cavabdeh İddiaçı 80000 manata qeyd olunan ünvanda yerləşən evi və içərisində olan əşyaları alqı-satqı etməyə razılığa gəlmişlər. Buna görə də iddiaçı, xx xxx 2016-cı il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 38 saylı notariat kontorunda əmlakın 5 il müddətinə idarə edilməsi və üzərində sərəncam verilməsi hüququ ilə cavabdehə etibarnamə vermişdir. İş materialları ilə müəyyən olunur ki, həmin torpaq sahəsi iddiaçıya yox, Binəqədi bələdiyyəsinə məxsusdur, yalnız icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. Belə olan halda isə həmin torpaq sahəsi hazırda bələdiyyə mülkiyyətində olduğundan iddiaçı yalnız icarə müqaviləsi əsasında ona verilmiş hüquqlar çərçivəsində iddia qaldıra bilər və iddiaçının cavabdehin və onun ailə üzvlərinin bağ evindən çıxarılması barədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Göründüyü kimi, məhkəmə cavabdehin və onun ailə üzvlərinin bağ evindən çıxarılması barədə Cavabdeh1 tələb hüquqlarının mövcud olmaması (həmin hüququn bələdiyyəyə məxsus olması) əsası ilə iddianı rədd etmişdir. MPM-nin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, qanunverici başqa məhkəmənin başqa iş üzrə müəyyən etdiyi halları (faktları) o halda preyudisial hallar, yəni doğruluğu başqa məhkəmələr üçün məcburi olan hallar sayılırlar ki, onlar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində müəyyən olunsunlar və baxılmış iş üzrə iştirakçı olan şəxslərə aid olsunlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda işin mübahisə olunmayan hallarına əsasən iddiaçı ilə cavabdeh arasında mübahisəli bağ sahəsinin faktiki alqı-satqısı barədə razılıq əldə olunsa da,bu istiqamətdə müvafiq sənədləşdirmə işləri aparılmamış,əmlak üzərində iddiaçının hər hansı əmlak hüquqları dövlət qeydiyyatına alınmamışdır. Halbuki,qanunverici (Torpaq Məcəlləsi,Mülki Məcəllə və s.) daşınmaz əmlak üzərində hüquqların yaranması halını və qaydasını dəqiq müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra, TM) 50-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. TM-nin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. TM-nin 55-ci maddəsinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; - hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; - məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; - vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. TM-nin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. TM-nin 68-ci maddəsinin tələbinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-nin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Qanunvericiliyin sadalanan normalarının təhlilindən görünür ki, daşınmaz əmlak kimi torpaq sahələrinə hüquqların yaranması üçün bir-neçə hüquqi əsas eyni vaxtda mövcud olmalıdır. Bunlara; - torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, - planı və ölçüsünün tərtib edilməsi, - torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması, - dövlət qeydiyyatından keçirilməsi aiddir. İşdə olan sübutlardan isə görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi qanunvericiliklə müəyyən olunmuş qaydada onun qanuni istifadəsinə ayrılmamış, müvafiq yer quruluşu işləri aparılmamışdır (torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir). Belə olan halda isə, iddiaçının hazırki iddianı qaldırmağa müvafiq subyektiv (tələb) hüququnun mövcudluğu müəyyən olunmur. Yuxarıda qeyd edilən məhkəmə qətnaməsinin mövcudluğu da iddiaçının hazırki iddia tələbini irəli sürməkdə ona müvafiq tələb hüququnu verməmişdir. Eyni zamanda, əgər mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətində aiddirsə, iddiaçı müvafiq səlahiyyətli orqana müraciət etməklə qanunvericiliklə müəyyən olunmuş qaydada həmin torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirə bilər. Bunun üçün cavabdehin adına verilmiş icarə müqaviləsinin etibarsızlığı tələbini irəli sürməyə də hər hansı zərurət yoxdur. Göründüyü kimi, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə müvafiq subyektiv hüquqlara malik deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslanıdra və sübut edə bilməmişdir. Halbuki,MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Göründüyü kimi,birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını tam və hərtərəfli araşdırmamış,iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş,maddi və prosessual hüquq normalarını pozmuşdur.Belə olan halda isə,qətnamə qanuni və əsaslı sayıla bilməz.Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün tam əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı «bağ sahəsinə dair icarə müqaviləsinin etibarsız hesab edilməsi»tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-799/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-799/2020 saylı qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rafael Eyvazov Hakimlər: Ziya Şirinov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-5130/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5130/2020
08.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver