Məhkəmə qərarları › İş №2(103)-5131/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5131/2022

13.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5131/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(007)-65/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “miras üzərində vərəsəlik hüququnun tanınması, mirasa pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu R.Rüstəmov küçəsi ev 36, mənzil 1 və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Turgenov küçəsi, ev 26 üzərində vərəsəlik hüququnun müəyyən edilməsi və miras üzərində 2/3 hissədə pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(007)-65/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “miras üzərində vərəsəlik hüququnun tanınması, mirasa pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(007)-65/2022 saylı mülki işin icraatının dayandırılması qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasın və şikayətin təmin olunaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1 -ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 05/Q-164/69 nömrəli arayışının surətindən müəyyən olunur ki, İddiaçı barəsində xx.xx.1994-cü il tarixdə 621 nömrəli akt qeydi tərtib olunmuş, atası X2, anası X3r. Valideyinlər barəsində mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Şairə Rzayevanın qanunun tələbindən də göründüyü kimi belə bir iddia qaldırmağa subyektiv hüququnun olmamasına məhkəmə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(007)-65/2022 saylıqərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Cavabdeh Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində olan yanlışlığın aradan qaldırılması” tələbinə dair Bakı İnzibati Məhkəməsində iş olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2(112)-644/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1913/2022 saylı işə baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6443/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, inzibati qaydada işə baxılarkən preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi mümkündür. Belə olan halda tərəflər alasında hüquq münasibətləri başqa xarakter ala və digər hüquqi nəticələrə səbəb ola bilər. Bu isə hazırki iddia tələbi üzrə qəbul ediləcək yekun məhkəmə qərarına təsir etmiş olar. Buna görə də, cavabdeh tərəfin işin icraatının dayandırılması barədə vəsatəti əsaslı sayılaraq, işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-ci maddəsinə əsasən məhkəmə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Nizami Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(007)-65/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar