Məhkəmə qərarları › İş №2(103)-5132/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5132/2022

13.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5132/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlaka hüququların bərpa olunması və maneələrin aradan qaldırılması tələbinə dair Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-490/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərardadından mülki iş üzrə İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlaka hüququların bərpa olunması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını da xahiş etmədiyindən, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)- 490/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)- 490/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-490/2022 saylı qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki iş əvvəl Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hakimi Ə.Səmədovun icraatında olmuş, sonra məhkəmənin hakimi T.Əsədovanın icraatına verilsə də, daha sonra yenə də hakim Ə.Səmədovun icraatına qaytarılmışdır.Onlar işin hakimi T.Əsədovanın icraatında olduğu barədə məlumatlı olduqlarından və işin hakim Ə.Səmədovun icraatına qaytarılmasından gec xəbərdar olduqlarından məhkəmə iclasında iştirak edə bilməmişlər. Kollegiya şikayəti və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-490/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərardadı ləğv olunmalı və ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətdən və iş materiallarından görünür ki, mülki iş əvvəl Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hakimi Ə.Səmədovun icraatında olmuş, sonra məhkəmənin hakimi T.Əsədovanın icraatına verilsə də, daha sonra yenə də hakim Ə.Səmədovun icraatına qaytarılmışdır.Şikayətçilər şikayətdə göstərirlər ki, onlar işin hakimi T.Əsədovanın icraatında olduğu barədə məlumatlı olduqlarından, işin hakim Ə.Səmədovun icraatına qaytarılmasından gec xəbərdar olduqlarından məhkəmə iclasında iştirak edə bilməmişlər.Məhkəmə isə şikayətə baxarkən göstərilən dəlilləri araşdırıb hüquqi qiymət verməmişdir. Mübahisələndirilən qərardaddan şikayətə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Odur ki, Kollegiya hesab edir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)- 490/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərardadı ləğv olunmalı və ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldi: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-490/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərardadı ləğv olunsun və ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qüvvəyə minir. . Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar