Məhkəmə qərarları › İş №2(103)-5133/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5133/2021

26.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5133/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-202/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 yanvar 2009-cu il tarixdən 23 yanvar 2011-ci il tarixinə qədər Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 38 (Abonent kodu: **********8038B) ünvanına hesablanmış 1231.56 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Cavabdehin nümayəndələri yerində baxış keçirərək işıq xəttini sayğacdan ayırmışlar. Onu da, əsas gətirirlər ki, 29 yanvar 2009-cu il tarixdən 23 yanvar 2011-ci il tarixə qədər onun 1231,56 manat borcu vardır. Halbuki, köhnədən qalan və onun ünvanında aid olmayan borca görə işıq xəttini sayğacdan ayırmaq qanunsuzdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-202/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, abonent İddiaçı adına oian **********8038B saylı abonent kodunun təhlili zamanı iddiaçının silinməsi tələb edilən 1231.56 manat borcun 2011-ci il tarixinə sərf edilmiş, lakin ödənilməmiş elektrik enerjisinin dəyəri ilə bağlı oldiğu müəyyən edilmişdir. Azərbaycan Respublikası NK-nin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) "Elektroenergetika haqqında", "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Lakin abonent tərəfindən istehlak etmiş olduğu elektrik enerjisinin dəyərinin ödənilməsini təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyindən, işin halları, şikayətə toplanmış materiallar əsasında baxılmasının mümkünlüyü və MPM-in 376.2-ci maddəsinin tələbləri nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına əsasən X1, habelə onun ailə üzvləri X7, X3 və X4 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüş, 2008-ci ildən Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda məskunlaşmış, onların məskunlaşdıqları ünvanda 18.11.2008-ci il tarixdə sayğac quraşdırılmışdır. İşin müəyyən olunan halı, həmçinin, ondan ibarətdir ki, “xxxx” ASC tərəfindən İddiaçı ərizəsinə cavab olaraq yazılan 02 aprel 2013-cü il tarixli məktubdan görünür ki, İddiaçı Rəsulzadə qəsəbəsi, C.cabbarlı küçəsi, 38 A ünvanlı mənzilin 22 yanvar 2009-cu il tarixdə №132317 saylı aktla qeydə alınaraq **********038B abunə kodu verilmiş, halhazıradək istehlak edilmiş elektrik enerjisinə görə 1231,56 AZN borcu olması ilə bağlı məlumat verilmişdir. 1983 saylı komplekt transformator məntəqəsindən qidalanan elektrik şəbəkəsinin özünüdaşıyan izolyasiyalı naqillərlə yenidən qurulması və sayğaclaşması zamanı yaranmış borca görə ünvana elektrik enerjisinin verilməsi dayandırılmışdır. O, isə qohumu Mehman Quliyev adlı **********8038C kodlu abonentin şəbəkəsinə qoşulmuşdur. Abunə kodu üzrə elektrik sayğacının quraşdırılması üçün elektrik qida xəttinin qohumunun şəbəkəsindən açmaqla şərait yaratması tələb olunmuşdur. 29 yanvar 2009- cu il tarixdən 23 yanvar 2011-ci il tarixinədək ona hesablanmış 1231,56 manat debitor borca yeni qyraşdırılacaq elektrik sayğacının göstəriciləri əsasında müştəri xidmətləri bölməsində baxılması üçün müraciət etməsinin məqsədəuyğun olması barədə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 avqust 2013-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı yaşadığı ünvana sayğac quraşdırılmaqla, elektrik enerjisi ilə təmin edilməsinin cavabdehə həvalə edilməsi barədə iddiasının təmin edilməsi, İddiaçı yaşadığı ünvan 4 ünvanına sayğac quraşdırılmaqla, elektrik enerjisi ilə təmin edilməsi “xxxx” ASCyə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfində verilən FM seriyalı, №040082 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 38 A unvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə payları müəyyən olunmaqla X2, X5 və X8 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Bu barədə 23 saylı reyestr kitabında 3516 səhifədə 14.01.1994-cü il tarixində qeydiyyatdan keçmişdir. İş materiallarında olan **********8038A abonent kodu olan Gülzar Quliyevaya məxsus abonent haqqında olan məlumatdan görünür ki, 03.02.1999-cu il tarixinə sayğac oxunması 1414,05 manat + aktlar üzrə 864,77 manat borc hesbalanmış, hesablanan borcdan 2239,87 manat ödəniş edilmiş, qalıq 38,94 manat borc qalmışdır.Həmin ünvanda 01.01.1994-cü il tarixində, 29.01.2010-cu il tarixində və 11.09.2013-cü il tarixində sayğac dəyişikliyi edilmişdir. İş materiallarında olan **********8038A abonent kodu olan İddiaçı məxsus abonent haqqında olan məlumatdan görünür ki, 29.01.2009-cu il tarixinə abonent hesabına akt hesabına 1231,56 manat borc hesablanmışdır.Həmin ünvanda 30.01.2014-cü il tarixində sayğac dəyişikliyi edilmişdir. İş materiallarında olan Elektrik enerjisinin verilişinin dayandırılması haqqında 04 may 2015-ci il tarixli aktdan görünür ki, **********8038B abonen kodlu sayğacın elektrik enerjisinə 1232 manat borcu olduğu üçün elektrik enerjisinin verilməsi dayandırılmış və ******* № ilə möhürlənmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib edilən Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında 28 yanvar 2014-cü il tarixli, ******* saylı protokoldan görünür ki, istehlakçı İddiaçı M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 38 Z ünvanına M55 tipli, 17193145 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 13 noyabr 2020-ci il tarixli, 10/2694 saylı ekspert rəyindən görünür ki, Abonent kodu **********8038B olan elektrik sayğacı ünvan 5 ünvanında İddiaçı yaşadığı fərdi yaşayış evinə məxsusdur, lakin hazırda həmin elektrik sayğacı ümumi elektrik şəbəkəsindən ayrılmış vəziyyətdədir. ünvan 5 ünvanında yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evində elektrik sayğacından əvvəl qeyri-qanuni qoşulmanın olması aşkar edilməmişdir. ünvan 6 ünvanında İddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik enerjisinin verilişi hal-hazırda qonşu evə məxsus **********50001 kodu altında olan elektrik sayğacından istifadə edilir. Hazırki evə elektrik xətti, həyətə girişdən təxminən 25 metr irəlidə sağ tərəfdə yerləşən qonşu evin divarı ilə çəkilmiş elektrik xəttindən budaqlanma verilməklə çəkilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 38 A unvanında yerləşən mənzildə abonent kodu **********038A olan və Gülzar Quliyevanın adına rəsmiləşdirilən abonent hesabına işıqdan istifadə edilməsinə görə həm sayğac oxunmasına, həmdə tərtib olunmuş aktlar üzrə borc hesablanmışdır. Həmin sayğac 01.01.1994-cü il tarixində, 29.01.2010-cu il tarixində və 11.09.2013-cü il tarixində dəyişdirilmişdir. İddiaçı iddia edir ki, yaşadığı həmin mənzilə sayğac quraşdırılması barədə 2011-ci ildə “xxxx” ASC-yə müraciət etmiş, 2014-cü il tarixində ünvana yeni sayğac quraşdırılmışdır. Həmin ünvana quraşdırılan sayğaca onun tərəfindən qanunsuz müdaxilə olunmamışdır. Ekspertiza rəyi ilə müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evində elektrik sayğacından əvvəl qeyri-qanuni qoşulmanın olması aşkar edilməmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik enerjisinin verilişi hal-hazırda qonşu evə məxsus **********50001 kodu altında olan elektrik sayğacından istifadə edilir. Göründüyü kimi iddiaçı 29 yanvar 2009-cu il tarixdən 23 yanvar 2011-ci il tarixinədək hesablanan və onun ünvanına yeni quraşdırılan sayğaca əlavə borc kimi qeyd edilən 1231,56 manat borcun silinməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Başqa sözlə, elektrik enerjisi üçün tələb olunan borcun real, həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü enerji təchizatçısının, yəni borcu hesablamış təşkilat olan “xxxx” ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, iddiaçıya hesablanmış borc baxımından cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Buna görə də kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini əsas götürməklə, iddia tələbini təmin etmişdir. Belə ki, abonentin saldosundan 29.01.2009-cu il tarixdən 15.05.2012-ci ilədək yaranmış 1231.56 manat borcun səbəbi sayğacsız istifadəyə görə orta sərfiyyata əsasən hesablanmış məbləğ olduğu müəyyən edilir. Lakin ekspertiza tədqiqatının nəticəsinə əsasən iddiaçının yaşadığı fərdi yaşayış evindən sayğacdan kənar qanunsuz qoşulmanın olmadığı təsdiq olunmuşdur. İddiaçı da məhkəmə iclaslarında qonşunun sayğacından razılaşmaqla istifadə etdiyini və sərfiyyata uyğun ödənişlər həyata keçirdiyini etiraf etmişdir. Cavabdeh isə bunun əksinə təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Yəni tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı yuxarıda göstərilən tarix müddəti üçün sərf etdiyi elektrik enerjisinə görə onsuz da ödənişləri həyata keçirmişdir. Bir sözlə iddiaçıdan sərf edilmiş elektrik enerjisinə görə iki dəfə pul tələb edilir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-202/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar