Məhkəmə qərarları › İş №2(103)-5133/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5133/2023

05.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5133/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: apellyasiya icraatına xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili X1 ştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(006)-841/2023 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi ev 7 ünvanda yerləşən 548 nömrəli mənzilə (abonent kodu: **********05480) əsassız olaraq hesablanmış 2737,25 manat məbləğdə cərimənin və sayğacın dəyəri kimi tələb olunan 235,88 manat məbləğdə borcun silinməsi, həmçinin borca görə ödədiyi 125 manat məbləğdə pulun geri alınıb abunə koduna köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(006)- 841/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanı üzrə **********05480 nömrəli abonent koduna hesablanmış cəmi 2637,25 manat borcun əsassız sayılaraq silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

4. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətini geri götürdükləri bildirərək, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qanunazidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.

8. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli, apellyasiya icraatına xitam verilməlidir.

9. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 369-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(006)-841/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraata Cavabdehnə münasibətdə xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar