Məhkəmə qərarları › İş №2(103)-5134/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5134/2020

28.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5134/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı SOCAR-ın İddiaçıt Birliyinin nümayəndəsi X3, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-203/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı SOCAR-ın İddiaçıt Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı SOCAR-ın İddiaçıt Birliyinin balansında olan torpaq sahəsində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 4, ö/t 66 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçıt Birliyinin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-203/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 4, ö/t 66 ünvanında yerləşən özbaşına tikilinin Cavabdeh vəsaiti hesabına sökülməsi, həmin ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçıt Birliyinin istifadəsinə qaytarılması, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi İddiaçıt Birliyinin xeyrinə 10 (on) manat məbləğində pul tutulması, Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 50 (əlli) manat məbləğində pulun tutulması, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin (“xxxxxxxxxxxx” ASC-nin Xətai filialı, kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesab: AZ37NABZ********************, Hesab: AZ23AİİB**********3701778107, VÖEN: **********) xeyrinə keçirilmiş mütəxəssis rəyinin verilməsinə dair ekspertiza xərcinin əvəzi kimi 75,12 (yetmiş beş manat on iki qəpik) manat məbləğində pulun tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli Səbail rayonu 20 -ci sahə dalan 4 ev 66 1961- ci ildən yaşayış evi kimi mövcuddur. Həmin evin 1993-cü il tarixli texniki pasportundan da görünür ki, həmin ev Qurban Əbdülkərimova məxsus olmuşdur. O, mübahisəli evi hazır almış, mənzilin texniki pasportu var. Mənzili aldığı adam bildirmişdir ki, həmin tikili 53-cü ilin tikilisidir. O, ancaq təmir işləri görmüşdür. Onun istifadəsində olan evin ətrafında çoxlu evlər yerləşir kı, həmin tikililər də keçən əsrin ortalarında inşa olunmuşdur. Onun tərəfindən ozbaşına olaraq iddiaçıya ayrılmış torpaq sahəsində tikinti aparılmamış və o, həmin evi hazır formada almışdır, sadəcə olaraq həmin evdə təmir işləri görmüşdür. Həmin təmir işlərini görərkəndə iddiaçı tərəfindən hər hansı bir etiraz olmamışdır. O, uzun illərdir ki, həmin mənzildə yaşayır. Onun evinin hər bir tərəfində yaşayış evləri mövcuddur. Həmin sakinlər də təsdiq edirlər ki, ona məxsus mənzil 1961-ci ildən yaşayış evi kimi mövcuddur. Mübahisəli ev 80 ildən artıqdır ki, yaşayış evi kimi mövcud olmuş, həmin ev üçünr kommunal xidmətlərin göstərilməsinə dair(qaz, işıq, su ) müqavilələr bağlanmış, həmin evə fasiləsiz və etirazsız sahiblik edilmişdir. O, isə uzun illərdir ki, həmin evdə yaşayır. Bunun təsdiq edən şahidlər də vardır. Həmin şahidlərin dindirilməsi üçün vəsatət qaldırsa da, məhkəmə təmin etməmiş, evə dair ilkin sənədləri, müqavilələri təqdim etsə də məhkəmə bunları qəbul etməyərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 da apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, SOCAR “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin (26 Bakı Komitssarları adına NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X2 İcraiyyə Komitəsi) xx xxx 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə torpaq sahələri ayrılmışdır. Neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi (40.19.603, 49.49.604 koordinatlarda) Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsində cavabdeh tərəfindən zəbt edilərək orada tikinti işləri aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən özbaşına olaraq iddiaçıya ayrılmış torpaq sahəsində tikinti aparılmışdır və həmin tikintinin aparılması üçün qanunda nəzərdə tutulmuş hər hansı icazə alınmamışdır. Bu səbəbdən iddiaçı həmin tikintinin sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təyin edilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, Cavabdeh istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 4, ö/t 66 saylı evin yerləşdiyi torpaq sahəsi “Bibiheybət” NQÇİ ərazisinə aiddir və həmin evin yerləşdiyi torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, iddiaçı torpaq sahəsi üzərində pozulmuş hüquqlarının bərpası ilə bağlı hazırki tələblə məhkəmədə çıxış etməkdə tam haqlıdır. Torpaq Məcəlləsinin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimaiiaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni cavabdehin şikayəti üzrə yoxlanılmalı, digər şəxslərə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, iddiaçı cavabdehin ona ayrılmış torpaq sahəsini zəbt edərək orada özbaşına tikili inşa etməsini göstərsə də istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçıya Bakı şəhər X2 İcraiyyə Komitəsinin xx xxx 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə mübahisəli tikilinin də yerləşdiyi torpaq sahəsinin ayrılmasını cavabdeh də mübahisələndirmir. Yəni, bu işin mübahisəsiz halıdır. Mübahisəli hal isə cavabdehin məhz ona ayrılmış torpaq sahəsini zəbt edib mübahisə predmeti olan evi inşa etməsini iddiaçının bəyan etməsidir. İddiaçı bunu iddia edirsə sübut etməlidir, lakin edə bilmir. Əksinə cavabdehin təqdim etdiyi fərdi mənzil fondunun yaşayış evinə dair texniki pasportundan göünür ki, həmin ev 1959-cu ildə inşa olunmuşdur. Həmin sənəddəki bu məlumat doğru olmasaydı səlahiyyətli dövlət orqanları və vəzifəli şəxslər həmin sənədi möhür və imzaları ilə təsdiq etməzdi. Demək mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçıya ayrılmazdan əvvəl bu tikili mövcud idi, başqa sözlə 1986-cı il təvəllüdlü cavabdehin həmin torpaq sahəsini zəbt edərək özbaşına ev inşa etməsi də mümkünsüzdür. Düzdür, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də bu ev uzun müddət, yəni 60 ildən artıq bir vaxtda yaşayış sahəsi kimi istifadə olunur. Həmin evdə yaşayanlarla bütün kommunal xidmətlərə dair müqavilələr bağlanmış və onlar bu xidmətlərdən istifadə edir. Bunu iddiaçı da mübahisələndirmir. Cavabdehin təqdim etdiyi sübutlardan o da məlum olur ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1994-cü il tarixli Sərəncamında da bu tikilinin texniki pasportunda göstərildiyi kimi Qurban Əbdülkərimova məxsus olduğu təsdiq olunmuşdur. Demək cavabdehin bu tikilini sonradan sonuncudan alması barədə dəlilləri də öz təsdiqini tapmış olur. Mübahisəli tikilinin yanında və ətrafında çoxsaylı yaşayış evlərinin uzun illərdən bəri mövcud olması və yaşayış sahələri kimi istifadə olunması da cavabdehin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapır. Bu tikilinin əhatəsində çoxsaylı yaşayış evlərinin olmasını iddiaçı da təkzib etmir. Lakin niyə məhz cavabdehə qarşı hazırki iddia ilə müraciət etməsinin səbəblərini məhkəmənin diqqətinə çatdırmaq istəmir yaxud çatdıra bilmir. Qeydə alınmasa da cavabdehin də həmin ərazidə yaşayan digər sakinlər kimi həmin evdə ailə üzvləri ilə eyni əsaslarla yaşamaq hüququ vardır. Ola bilsin ki, cavabdeh tərəfindən yaşadığı bu tikili üzərində təmir yaxud bərpa işləri aparılmasına cəhd edilsin, lakin bu hal da iddiaçıya əsas vermir ki, o, bütövlükdə 1959-cu ildə inşa edilmiş evin kompensasiya ödəmədən tam sökülməsini tələb etsin. Belə bir vəziyyətdə cavabdehin də ailə üzvlərilə birlikdə bu evdə yaşadığı halda onlara hər hansı bir məbləğdə kompensasiya ödəmədən tikilinin Cavabdeh vəsaiti hesabına sökülməsi, həmin ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması nə dərəcədə hüququn məqsədinə xidmət edir. Yəni, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Bu cür məhkəmə aktı isə açıq-aşkar görünür ki, hüququn ali məqsədinə xidmət etmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə ədaləti təmin etməyən qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddələrinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-203/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-203/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı SOCAR-ın İddiaçıt Birliyinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası təmin olunmasun. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar