Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5144/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin mümkün hesab edilməsi üçün əsas yoxdur) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçı maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-830/2015 saylı, 29 mart 2015-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişaf və İstismarı Birliyi tərəfindən verilmiş 31 saylı orderə əsasən Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 10 dekabr 1997-ci il tarixli, 1364 saylı sərəncamı ilə Bakı şəhəri, Şüvəlan bağ massivində 51 saylı Bağ tikinti Kooperativinin sahəsi 0,12 ha olan 1476 saylı bağın faktiki ölçülərə uyğun – uzunluğu 40 metr, eni 30 metr olmaqla ona ayrılması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-830/2015 nömrəli, 29 mart 2015-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 10 dekabr 1997-ci il tarixli, 1364 saylı sərəncamı əsasında Bakı Şəhəri İcra Hakimiyyəti Aparatının Bağlar Təsərüfatının İnkişaf və İstismarı Birliyi tərəfindən 31 saylı orderə əsasən İddiaçı verilmiş Bakı şəhəri, Şüvəlan bağ massivində yerləşən 51 saylı Bağ tikinti Kooperativinin tərkibində sahəsi 0,12 ha olan 1476 saylı bağın ölçülərinin uzunluğunun 40 metr, eninin 30 metr olması faktının müəyyən edilməsi qət edilmişdir.
3. Maraqlı şəxs2 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-830/2015 nömrəli, 29 mart 2015-ci il tarixli qətnaməsindən şikayət verərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)-830/2015 saylı iş üzrə qətnaməsinin tamamilə ləğv edilərək ərizənin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etmiş və müddətin buraxılmasınıb üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-830/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs2 prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
5. Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-830/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs2 2(003)-830/2015 saylı işdə maraqlı şəxs olduğunu nəzərə alıb Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərardadının tamamilə ləğv edilib ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-830/2015 saylı, 05 iyul 2024-cü il tarixli qərardadına əsasən Maraqlı şəxs2 tərəfindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-830/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayətin təmin edilməsi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-830/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır.
7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-830/2015 saylı, 05 iyul 2024-cü il tarixli digər qərardadına əsasən buraxılmış müddətin bərpa edilməsi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-830/2015 nömrəli, 29 mart 2015-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq normaları:
8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-830/2015 saylı, 29 mart 2015-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
10. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məcəllənin 357.2-ci maddəsində həmçinin qeyd edilir ki, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.
11. Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsində qeyd edilri ki, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir.
12. Qanunvericiliyin tələbindən göründüyü kimi işdə iştirak etməyən şəxslər tərəfindən apellyasiya şikayəti verildikdə birinci instansiya məhkəməsi tərəfindən ilkin olaraq qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunub toxunmaması məsələsi yoxlanılmalıdır.
13. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən bu hal araşdırılmamış, Maraqlı şəxs2 iş üzrə qəbul edilmiş qətnamə ilə maraqlarına toxunulan şəxs qismində cəlb edilib edilməməsi məsələsi həll edilmədən, onun tərəfindən verilmiş birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəyə münasibət bildirilmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsas yoxdur.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-830/2015 saylı, 29 mart 2015-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev