Məhkəmə qərarları › İş №2(103)-5146/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5146/2024

24.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5146/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh2, Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(003)-1480/2024 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh2, Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli Cavabdeh2 adına açılmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (Reyestr № 2V-60, vərəsəlik işinin nömrəsi: V-26/2023) etibarsız hesab edilməsi, ƏMDKnin yanında DƏDRXnin Bakı Şəhər Ərazi idarəsi tərəfindən həmin şəhadətnamə əsasında Cavabdeh2 adına verilmiş qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı Şəhər Ərazi idarəsi tərəfindən Bakı şəhəri, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 1, ev 19 (yeni qaydalarla:AZ1041, ünvan 1 ünvanda yerləşən X3 adına xüsusi mülkiyyət növünə aid olan, ümumi sahəsi 19.70 kv.m, torpaq sahəsinin ölçüsü (hektarla) 0.039630 ha təşkil edən miras əmlakla bağlı onların 5/6 hissədə, Cavabdeh2 isə 1/6 hissədə paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-1480/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X2 miras qalmış Bakı şəhəri, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 1, ev 19 (yeni qaydalarla: AZ1041, ünvan 1 ünvanda yerləşən əmlaka 1/6 hissədə İddiaçı2, 1/6 hissədə İddiaçı1 və 1/6 hissədə İddiaçı3 miras payları müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 5146/2024 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsində buraxılmış yanlışlığın aradan qaldırılması məqsədi ilə mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən tərəflər məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə kollegiyası işə, o cümlədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin məktubuna tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunun məzmununu nəzərə alıb, hesab edir ki, məktubda göstərilən məsələnin həll edilməsi, yəni iş üzrə qəbul edilmiş qətnamədə buraxılmış yanlışlığın aradan qaldırılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-1480/2024 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı və mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384-cü, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilən, yəni Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)- 1480/2024 saylı qətnaməsində buraxılmış yanlışlığın aradan qaldırılması məsələsinin həlli üçün həmin qətnamədən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar