Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5153/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Emin Mehdiyevdən ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə cavabdehin ərizəsi təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Məhkəmə şikayətin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamə xx.xx.2023-cü ildə cavabdehə məxsus elektron kabinetə yerləşdirilib. Bundan 1 ay 1 gün sonra - xx.xx.2023-cü ildə cavabdeh apellyasiya şikayəti verib. Xətai RM-nin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınıb. Qərardad onunla əsaslandırılıb ki, apellyasiya şikayəti müəyyən edilmiş formaya (MPM-in 2 saylı Əlavəsinə) uyğun verilməyib. Həmin qərardad xx.xx.2023-cü ildə cavabdehə məxsus elektron kabinetə yerləşdirilib. Bundan 2 gün əvvəl - xx.xx.2023-cü ildə isə cavabdeh yenidən apellyasiya şikayəti verib, eyni zamanda apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edib. Cavabdeh şikayətində qeyd edib ki, “Asan imza”dan istifadə qaydalarını bilmir, şikayət isə hüquqşünaslarla müzakirə olunduqdan sonra yazılıb, polis serjantıdır, könüllü olaraq Vətən müharibəsində iştirak edib. Məhkəmə qeyd edilən halları, ilk dəfə apellyasiya şikayəti verilərkən şikayətvermə müddətinin 1 gün ötürülməsini, apellyasiya şikayətinin qaytarılması barədə qərardad qəbul edildikdən sonra isə ağlabatan müddətdə təkrar apellyasiya şikayəti verildiyini nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, müddətin bərpası barədə ərizə təmin olunmalı, müddətin ötürülməsinin səbəbi üzrlü hesab edilməli və müddət bərpa olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunsun. Müddətin bərpası barədə ərizə təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti Cavabdeh münasibətdə bərpa olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5153/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5153/2023
11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver