Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5157/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-279/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavаbdеhlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə təhvil verilməmiş mənzillərin dəyəri olan 435.620 manat məbləğində pul və ödənilmiş 731 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 436.351 manat məbləğində maddi zərərin və 5000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavаbdеhlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə təhvil verilməmiş mənzillərin dəyəri olan 556.836 manat məbləğində pul və ödənilmiş 731 manat məbləğində və 122 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 557.689 manat məbləğində maddi zərərin və 5000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cü il tarixdə bağlanmış “mənzil tikintisinə və satışına dair” müqaviləyə əsasən dəyəri tam ödənilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə 2020ci ilin axırında tikintisi başa çatdırılmalı olan yüksək mərtəbəli binanın “D" blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 98.5 kv.metr olan 2 saylı və həmin blokun 9-cu mərtəbəsində ümumi sahəsi 90.9 kv.metr olan 5 saylı mənzilərin ona təhvil verilməli idi. Lakin Cavabdeh2 tərəfindən sözügedən mənzillər müqavilədə göstərilən müddətdə tikilərək iddiaçıya təhvil verilməmişdir. Bu səbəbdən iddiaçı məcbur qalaraq Cavabdeh2nə qarşı xx.xx.2019-cü il tarixdə bağlanmış “mənzil tikintisinə və satışına dair” müqaviləyə əsasən dəyəri tam ödənilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə 2020ci ilin axırında tikintisi başa çatdırılmalı olan yüksək mərtəbəli binanın “D" blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 98.5 kv.metr olan 2 saylı və həmin blokun 9-cu mərtəbəsində ümumi sahəsi 90.9 kv.metr olan 5 saylı mənzilərin ona təhvil verilməsi, iddia ərizəsini məhkəməyə verən zaman ödədiyi 426 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə Xətai rayon Məhkəməsində iddia qaldırmışdır. Xətai rayon Məhkəməsinin 2(011) 3142/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən yaşayış binasının “D” blokunun 6-cı mərtəbəsində yerləşən tikinti sahəsi 98.5 kv.m dən ibarət 2 saylı və tikinti sahəsi 90.9 kv.m-dən ibarət 5 saylı mənzillərin İddiaçı oğluna təhvil verilməsi qət edilmişdir. Xətai rayon Məhkəməsinin 2(011) 3142/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və icra vərəqəsi icra olunması üçün aidiyyatı üzrə Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Məlumat üçün bildirmək istəyirik ki, Xətai rayon Məhkəməsinin xx.xx.2022 ci il tarixli qətnaməsi artıq 2 (iki) ildir ki cavabdehlər Cavabdeh2 MMC və onun qanuni təmsilçisi Cavabdeh1 tərəfindən qərəzli olaraq icra edilməməkdədir. Cavabdehlər qətnaməni icra etməməklərini onunla əsaslandırırlar ki, guya “D” blokunu inşa etməmişlər. Halbuki cavabdehlər hal-hazırda Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə başqa adlarla binalar tikib satmaqda və bununla da gəlir ldə etməkdədir. Cavabdehlərin bu qanunsuz və əsassız hərəkətləri nəticəsində İddiaçı külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Xətai rayon Məhkəməsinin 2(011) 3142/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı oğluna təhvil veriləcək ümumi sahənin ölçüsü 98.5 + 90.9 =189.4 kv metr təşkil edir. Tərəfimizdən həmin ərazidə tam təmirsiz mənzilin 1 kv.m-nin 2300 manat olması ekspert rəyi ilə müəyyən olunmuşdur. Həmçinin, İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən cavabdehlərin bu qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçı və onun ailə üzvlərinin keçirdiyi mənəvi iztirab, gərginlik və əsəb pozqunluğu nəticəsində iddiaçıya 5000 manat məbləğində mənəvi ziyan dəymişdir. Maddi zərərin ödənilməsinə dair xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə cavabdehlərə müraciət edilmişdir. Lakin cavabdehlər bugünədək iddiaçının mülkiyyət hüquqlarını pozmaqla yanaşı həmçinin ona dəymiş maddi zərərin ödənilməsindən də qərəzli olaraq boyun qaçırmışdır. Qeyd olunanları nəzərə alaraq, hal-hazırda Xətai rayon Məhkəməsinin 2(011)-3142/2022 saylı qətnaməsi ilə iddiaçıya təhvil veriləcək mənzillərin ümumi dəyəri olan (189.4 * 2300 = 435 620) 435.620 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 731 manat pul, mənəvi zərərə görə 5000 manat olmaqla ümumilikdə 441.351 manat pulun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı oğluna ödənilməlidir.
4. Binəqədi Rayon Məhkəməsinin 2(001)-279/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Elnarə Vəliyeva) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 MMCdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011) 3142/2022 saylı, xx.xx.2022-c il tarixli qətnaməsində göstərilən sahəsi 90,9 kv.m olan mənzilin əvəzinə onun dəyəri olaraq 151803 manat və sahəsi 98,5 kv.m olan mənzilin dəyərinin əvəzinə 164495 manat olmaqla, ümumilikdə 316298 (üç yüz on altı min iki yüz doxsan səkkiz) manat və 606,3 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun Cavabdeh2 MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X5, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayətləri və onun dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayətinin əsas dəlili rayon məhkəməsi mənzilin dəyərini onun hazırkı bazar dəyərinə uyğun olaraq hesablamalı olduğu halda aşağı qiymətlə müəyyən etmişdir, nəticədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Həmçinin mənəvi zərər hissədə də iddia təlbini təmin etməmişdir. Aydın məsələdir ki, 6 il ərzində haqqı ödənilən əmlakı cavabdehdən ala bilməməsi iddiaçıda nigarançılıq, ruhi sarsıntı və iztirab yaratmışdır. Odur ki, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh2 MMC qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi aşağıdakıları qeyd etmişdir.
7. İddiaçı ilə Cavabdeh2 MMC onun arasında bağlanmış xx.xx.2019-cü il tarixli müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə tikilməli olan yüksək mərtəbəli binanın “D" blokunun 2 və 5 saylı mənzilərin dəyərinin əvəzi olaraq ziyan tələb edir.
8. İşin gedişatı zamanı tərəflərindən verilmiş etiraz ərizəsində də qeyd edildiyi kimi, mübahisə predmeti olan, dəyəri tələb olunan mənzillərin yerləşdiyi “D” bloku adlanan “A 4” blokunun Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılması işin mübahisəsiz halıdır. Həmçinin iş materiallarından da görünür ki, qeyd olunan müqavilələr, iddiaçı tərəfin iş üzrə cəlb olunmuş Maraqlı şəxs MTK ilə olan əvvəllər bağlanmış müqavilələrinin ləğv olunması nəticəsində bağlanmış müqavilələrdir. İşin gedişatı zamanı tərəflərindən verilmiş etiraz ərizəsinə onlarla “X14” MTK arasında olan mübahisə əsasında qəbul olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kolegiyasının 2-2(102)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı əlavə olunumuşdur. Həmin qərarda təsbit olunmuş hüquqi mövqeyə görə “mübahisə predmeti olan “D” bloku, yəni “A 4” blokunun tikintisinə icazə verilməməsi işin fors major halıdır. Belə ki, bu icazənin verilməməsi Cavabdeh2 MMC-nin iradəsi xaricindədir və ondan qaynaqlanan səbəb deyil. Cavabdeh2 MMC ilə, “D” bloku, yəni “A 4” blokuna dair müqavilələr bağlanarkən sözügedən qadağa mövcud olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarında, məhkəmə qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcələsinin 448.1, 448.2 və 448.4-cü maddələrinin əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün ha lar üçün cavabdehdir, bir şərtlə ki, bu öhdəliklərin pozulmasında təqsirli olsun. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin”.
9. Qeyd edilənlərdən əlavə, ümumiyyətlə hazırkı iş üzrə icra şöbəsinin müvafiq aktından əlavə hər hansı sənəd iş materialarında mövcud deyil. Bununla bağlı tərəflərindən icra şöbəsinə müvafiq sorğu göndərilsə də, bugünədək icradan cavab məktubu gəlməmişdir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Hesab edir ki, məhkəmə qərar qəbul edərkən, yuxarı instansiya məhkəməsinin mövqeyini əsas götürməli idi. Həmçinin işin gedişatı zamanı tərəflərindən verilmiş vəsatət də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd olunan vəsatətdə bildirilir ki, “mübahisə predmeti olan dəyəri tələb olunan mənzillər, iddiaçı ilə Maraqlı şəxs MTK arasında olan xx.xx.2012-ci il tarixli müqavilənin ləğv olunmasından doğan müqavilədir. Belə ki, vəsatətə əlavə edilən, qeyd olunan, iddiaçı ilə Maraqlı şəxs MTK arasında olan xx.xx.2012-ci il tarixli müqavilə əsasında verilmiş maliyə arayışına və iddiaçı tərəfindən verilən notarial qaydada təsdiq olunmuş ərizəyə nəzər salınsa görərsiniz ki, tərəflərindən iddiaçıya, xx.xx.2019-cü il tarixli müqavilə əsasında veriləcək mənzillər, Maraqlı şəxs MTK-nın sədri Hikmət Yigitdölün, sözügedən “D” blokunda yerləşən payında 200 kv.m çıxılmaqla veriləcəkdir. Maraqlı şəxs MTK-nın sədri Hikmət Yigitdölün “D” blokunda yerləşən payı isə, bizimlə, Maraqlı şəxs MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə öz əksini tapmışdır. Həmin müqavilə də vasətətlə birgə əlavə olunur. Belə ki, həmin müqavilənin 2.5-ci bəndinə əsasən, tərəflərindən "D blokunda tikiləcək, 23 və 24-cü mərtəbələrin bütün sahələrinin cəmi olan 1250 kv.m sahə X1 adına rəsmiləşdirilməli idi. Bakı Kommersiya Məhkəməsində cavabdeh "X14" MTK-nə qarşı iddia tələbi ilə müraciət edərək, aralarında olan xx.xx.2018-ci il tarixli müqavilənin dəyişdirilərək, həmin müqavilənini 2.5-ci bəndində göstərilmiş "D blokunda tikiləcək, 23 və 24-cü mərtəbələrin bütün sahələrinin cəmi olan 1250 kv.m sahə X1 adına rəsmiləşdirilməlidir." hissəsində qüvvədən düşmüş hesab edilərək, həmin hissədə müqavilənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. (halhazırda həmin iş üzrə qəbul olunmuş qətnamə mübahisələndirilərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatındadır. İş no: 2-2(103)-284/2025. Hakim Leyla. Əliyeva) Həmçinin, Maraqlı şəxs MTK-nın sədri Hikmət Yigitdöl, müstəqil tələb irəli sürən edən şəxs qismində işə qoşularaq, “28 avqust 2018-ci il tarixli müqaviləyə əsasən 23 və 24-cü mərtəbələrin bütün sahələrinin cəmi 1250 kvadratmetrə sahənin dəyərinin əvəzi olan ******* AZN (iki milyon beş yüz min) pulun, dövlət rüsumuna görə ödənilmiş 2041 AZN (iki min qırx bir) pulun olmaqla cəmi ******* AZN (iki milyon beş yüz iki min qırx bir ) pulu onlardan tələb edir. Qeyd olunan iş həmin vaxt Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icratında idi. İşin nömrəsi 2-2(113)-2359/2024 idi. Vəsatətə, qeyd olunan iş üzrə olan bildirişi və həmin işin icraata götürülməsinə dair olan qərardadı əlavə etmişdilər. Belə çıxır ki, həm iddiaçı, həm də Maraqlı şəxs MTK-nın sədri Hikmət Yigitdöl eyni sahələrin dəyərini ziyan olaraq onlardan tələb edir. Hansı ki, qeyd etdikləri kimi, tərəflərindən verilmiş iddia tələbi ilə, həmin sahələrin verilməsinə dair olan, onlarla Maraqlı şəxs MTK arasında olan xx.xx.2018-ci il tarixli müqavilənin 2.5-ci bəndi məhkəmə qaydasında mübahisələndirilir. Ona görə də, qeyd etmişdilər ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icratında olan 2-2(113)-2359/2024 saylı işin nəticəsi, icraada olan işin nəticəsinə təsir edəcəyi üçün, iş üzrə icraat dayandırılmalıdır. Lakin məhkəmə buna da heç bir reaksiya verməmişdir. Prosessual pozuntuya yol vermişdir.
10. Qeyd edilənlərə əsasən, qətnamənin qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv olunaraq, ümumiyyətlə iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayətin məzmununa uyğun izahat verərək apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Əlavə olaraq da göstərdi ki, iddiaçının bundan əvvəl həmin mənzillərin ona təhvil verilməsinə dair qüvvədə olan məhkəmə qətnaməsinin mövcudluğu, bu iddianın baxılmasını istisna edə bilməz, həmin qətnamə eyni mənzillərlə bağlı olsa da, həmin qətnamə icra olunmur, vəkil xüsusi olaraq da qeyd etdi ki, hazırkı cavabdehə qarşı oxşar məsələyə dair Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmış qətnamə mövcuddur ki, həmin işdə məhkəmələr hazırkı cavabdehdən mənzillərin əvəzində iddiaçının xeyrinə məhz pulun tutulmasını qət etmişlər.
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, öz şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
14. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: - Qiymətləndirmə və Consulting Mərkəzinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə rəyin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə Cavabdeh2 MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında təmirsiz mənzillərin 1 kv.m-nin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 2300 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə təhvil verilməmiş mənzillərin dəyəri olan 435.620 manat məbləğində pulun ödənilməsi xahiş olunmuş, əks halda 5 gün ərzində məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3142/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən yaşayış binasının “D” blokunun 6-cı mərtəbəsində yerləşən tikinti sahəsi 98.5 kv.m-dən ibarət 2 saylı və tikinti sahəsi 90.9 kv.m-dən ibarət 5 saylı mənzillərin İddiaçı oğluna təhvil verilməsi qət edilmişdir. - xx.xx.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Maraqlı şəxs MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunun 19-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 136,1 kv.m təşkil edən yaşayış sahəsini İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. - xx.xx.2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə Cavabdeh2 MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasındakı ev İddiaçı məxsusdur, ümumi sahəsi 136,1 kv.m təşkil edən yaşayış sahəsinin pay dəyəri 136000 manat tam ödənilmişdir. - Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı Maraqlı şəxs MTK ilə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda yerləşən binanın A1 blokunun 19-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 136,4 kv.m təşkil edən mənzili MTK-ya təhvil vermiş, Maraqlı şəxs MTK-nın hüquqi varisi Cavabdeh2 MMC-nin tikdiyi D blokunda H.Yiğitdölün payından 200 kv.m mənzillə təmin olunmuşdur. xx.xx.2019-cu il tarixdə müqavilə şərtlərinə uyğun formada həmin mənzil ona təqdim olunmuşdur. - xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 2005-ci il 12 oktyabr tarixli 267 saylı Sərəncamına əsasən Maraqlı şəxs MTK-nın qanuni təmsilçisi X2 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində aparılan auditlə müəyyən olunacaq zərərçəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyətinin 2015-ci il 23 oktyabr tarixli 443 saylı sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi Cavabdeh1 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin auditinin başa çatdığı tarixə auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X2 şəriki, Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi Cavabdeh1 qəbul etməsindən və auditin başa çatdırıldığı tarixədək yaranmış audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir. 2. Müqavilənin 2.3-cü bəndinə əsasən Cavabdeh2 MMC “C” blokunun tikintisini 2019-cu ilin sonuna, 2.4-cü bəndinə əsasən digər blokların tikintisini 2020-ci ilin sonuna başa çatdırmağı, 2.5-ci bəndinə əsasən D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrini, cəmi 1.250 kv.m sahəni X3 adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. - Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətindən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, qəti olaraq 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzilin MTK ilə İddiaçı ilə bağlanmış müqavilə əsasında İddiaçı dəymiş ziyanın tam ödənilməsinin nəzərə alınması hökm edilmişdir. - 21.02.2019-cu il tarixli auditor rəyinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli müavilə əsasında Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda yerləşən binanın A1 blokunun 19-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 136,1 kv.m təşkil edən mənzilin dəyəri 136000 manat müəyyən edilmişdir. - 10.05.2023-cü il tarixli bildiriş və icraata başlamaq haqqında icra məmurunun qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmış, eyni tarixli bildirişə əsasən borclu Cavabdeh2 MMC-yə tələbin könüllü icrası haqqında məlumat borclunun ünvanına göndərilmişdir. - 21.05.2025-ci il tarixli qərarın surətindən görünür ki, Xətai rayon İcra Şöbəsinin icra məmuru Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinin arxivində D blokunun tikilməsinə dair icazə sənədi aşkar edilmədiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3142/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. - Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 26 sentyabr tarixli e-2-2(117)- 454/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1.250 kv.m sahənin dəyərinin əvəzi olan 2.000.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, ödənilməmiş 400 manat dövlət rüsumunun cavabdehdən dövlət gəlirinə tutulması qət edilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh2n kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli 2-2(107)-7/2023 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən araşdırılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. - Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-454/2022 nömrəli 2022-ci il 26 sentyabr tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan 2.000.000 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. - İddiaçı X7 cavabdehlər Maraqlı şəxs MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “əmlakın qaytarılması və ya dəyərinin tam şəkildə ödənilməsi” tələblərinə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-3229/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilmiş, dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında (1181-ci məhəllə) inşa edilən yaşayış binasında 90,5 kv m və 98,5 kv.m mənzillərin X8 verilməsi öhdəliyi Cavabdeh2 MMC-yə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) 2(103)-1178/2023 nömrəli iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2876/2023 saylı qərarı ilə (hakimlər Vidadi Məmmədov (sədrlik edən və məruzəçi), Zaur Əliyev və Aqil Abbasov) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1178/2023 nömrəli iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-646/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3229/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilməsi, dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə onların dəyəri olan ümumilikdə 315.630 (üç yüz on beş min altı yüz otuz) manat məbləğində pulun Cavabdeh2 MMC-dən tutularaq iddiaçı X8 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-612/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Maraqlı şəxs MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin olunaraq, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 iyul tarixli 2- 2(107)-54/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3229/2022 nömrəli 7 oktyabr 2022 ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 32 ünvanda (1181-ci məhəllə) inşa edilən yaşayış binasında 90,5 kv.m və 98,5 kv.m. mənzillərin X8 verilməsi öhdəliyi Cavabdeh2 MMC-yə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-646/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Apellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3229/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilmiş, dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə onların dəyəri olan ümumilikdə 315.630 (üç yüz on beş min altı yüz otuz) manat məbləğində pulun Cavabdeh2 MMC-dən tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-3081/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-646/2024 nömrəli 1 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2359/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Maraqlı şəxs Mənzil Tikinti Kooperativinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin dəyişdirilərək, həmin müqavilənin 2.5-ci bəndində göstərilmiş "D blokunda tikiləcək, 23 və 24- cü mərtəbələrin bütün sahələrinin cəmi olan 1250 kv.m sahə X1 adına rəsmiləşdirilməlidir." hissəsində müqavilənin qüvvədən düşmüş hesab edilərək, müqavilənin həmin hissədə ləğv olunması barədə, "xxxx" MTK ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin dəyişdirilərək, həmin müqavilənin 2.6-cı bəndinin “A 2 blokunun vergi, kommunal və digər məsələlərlə bağlı mövcud olan və gələcəkdə yarana biləcək bütün öhdəlikləri o cümlədən bütün debitorları və kreditorları istisna olmaqla, “X14” MTK-nın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdiyi digər binalarla bağlı olan bütün öhdəliklərinin, vergi borclarının, o cümlədən bütün debitor və kreditorlarının icra olunması” hissəsində qüvvədən düşmüş hesab olunaraq, həmin hissədə müqavilənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Mənzil Tikinti Kooperativi Cavabdeh2nə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamı ilə Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamının 1ci bəndi ilə Maraqlı şəxs MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin 0.4984 ha hissəsindən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 126.3 kv.m olan mənzildən, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi ev 18 ünvanında yerləşən ümumi sahəsi 559.3 kv.m olan qeyriyaşayış sahəsindən İnter MMC-nin çıxarılaraq həmin sahələrin Hom-Paş Prestij MTKya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Mənzil Tikinti Kooperativi 09 dekabr 2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə təqdim edərək qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, Maraqlı şəxs Mənzil Tikinti Kooperativinin iddiası baxılmamış saxlanmışdır. X6 Cavabdeh2nə və Cavabdeh1 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə Məhkəməyə müraciət edərək, 28 avqust 2018-ci il tarixli müqaviləyə əsasən 23 və 24-cü mərtəbələrin bütün sahələrinin cəmi 1250 kvadratmetrə sahənin dəyərinin əvəzi olan 3.000.000 manat pulun, dövlət rüsumuna görə ödənilmiş 2041 manat pulun Cavabdeh2 MMC və Cavabdeh1 alınaraq X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2359/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh2 Maraqlı şəxs Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin bəndinin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilmiş, X3 Cavabdeh2 və qeyrisinə qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilmişdir. - İddiaçı Maraqlı şəxs MTK-nın Cavabdeh2 MMC-yə qarşı öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 iyul tarixli 2 2(107)-54/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair Ali Məhkəmənin 2-2(102)-612/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/806 saylı ekspert rəyindən görünür ki, müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Bakı şəhəri, Xətai Rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşası davam etdirilən yaşayış binasında yerləşən mənzillərin 1 kv.metrinin hazırkı orta bazar qiyməti təqribən 2940,0 manat məbləğində müəyyən edilir. 1,0 kv.metr-2950 manat, 1,0 kv.metr-2930 manat, Cəmi (2950+2930):2= 2940,0 manat. QEYD: Bakı şəhəri, Xətai Rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşası davam etdirilən yaşayış binasında yerləşən mənzillərin 1 kv. metrinin 2024-cü ilin mart ayına satışına və qiymətinə dair məlumat olmadığı üçün qiymətlndirmə hazırkı tarixə uyğun qiymətləndirilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:
15. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir.
21. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
22. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
25. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:
26. 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;
27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
29. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
30. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Maddə 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının və cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
36. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir.
37. Hazırkı iş üzrə mübahisəsiz qaydada müəyyən edilən hal ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə ilə sonuncu Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə layihəndirdiyi yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra “D" blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 98.5 kv.metr olan 2 saylı və həmin blokun 9-cu mərtəbəsində ümumi sahəsi 90.9 kv.metr olan 5 saylı yaşayış sahəsini (mənzilləri) tikərək iddiaçıya verməyi öhdəsinə götürmüş, müqavilə könüllü icra edilmədiyindən iddiaçının müraciəti əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının mənzillərin təhvil verilməsinə dair tələbi təmin edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməsi üçün icra şöbəsinə göndərilmiş, lakin cavabdeh tərəfindən müqavilələrdə qeyd olunan “D” blokuna dair lahiyənin ləğv edilməsi səbəbindən qətnamənin icrası mümkün olmamışdır.
38. Hazırkı tələbində iddiaçı qüvvədə olan məhkəmə qətnaməsinə əsasən ona verilməli olan həmin mənzillərin dəyərinin ödənilməsini tələb edir və həmin qətnamənin icra edilməməsinə əsaslanır. Rayon məhkəməsi iddiaçının da bu mövqeyi ilə razılaşmış və mübahisələndirilən qətnaməni qəbul etmişdir.
39. Məhkəmə hesab edir ki, rayon məhkəməsinin həmin mövqeyi əsaslı olmamışdır və prosessual qanunvericiliyin tələblərinə uyğun gəlmir.
40. Konstitusiya Məhkəməsi öz qərarında qeyd etmişdir ki, “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir”. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli qərarı).
41. Cavabdeh tərəf məhz onun təqsirindən kənar, yəni təqsiri olmadan “D” blokunun tikilə bilməməsini öz öhdəliyin icrasının mümkün olmaması kimi dəyərləndirir. Bununla razılaşmayan rayon məhkəməsi qeyd etmişdir ki, əgər müqavilənin faktiki icrası mümkün olmasa belə, iddiaçıya mənzilin dəyəri ödənilməlidir. Belə ki, binanın qeyd olunan blokunun hətta cavabdehin təqsiri olmadan tikilməməsi belə, iddiaçının ziyanına olaraq öhdəliyin icrasından imtina ilə nəticələnə bilməz.
42. MM-in 430.1-ci maddəsinə görə, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
43. Bundan başqa, cavabdeh iddiaya etirazında MM-in 557.1-ci normasına istinad edir. Həmin normaya görə, dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.
44. Hazırkı iş üzrə qeyd edilən hal, yəni məhz cavabdehin iddiaçı qarşısında olan öhdəliyini qismən və ya tamamilə qeyri-mümkün edən dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi aktın olması müəyyən edilmir. Odur ki, hazırkı mübahisənin həllində qeyd edilən norma tətbiq oluna bilməz.
45. Məhkəmə cavabdehin müqavilə öhdəliyini ondan asılı olmayan səbəbdən icra edə bilməməsi xüsusatıyla bağlı xüsusi olaraq qeyd edir ki, mülki işin materiallarında olan iddiaçı Maraqlı şəxs MTK-nın Cavabdeh2 MMC-yə qarşı öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 iyul tarixli 2 2(107)- 54/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair Ali Məhkəmənin 2-2(102)-612/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına istinad etməyi vacib sayır.
46. Həmin qərarın 49-cu bəndində qeyd edilir ki, ...Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı hazırkı mübahisənin düzgün hüquqi həlli üçün aşağıdakı məsələlər üzrə tam, hərtərəfli və obyektiv qiymətləndirmə aparılmalıdır. 1) Dblokunun tikilməməsi nəticəsində cavabdehin 2018-ci il 28 avqust tarixli müqavilə üzrə əldə etməyi arzuladığı nəticəni əldə edib-etmədiyi, 2) İddiaçının müqavilənin 3.4-cü bəndində nəzərdə tutulan öhdəliyini icra edib etməməsinin hazırki iddia tələbi ilə bağlılığı, 3) Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli 1250 kv.m sahədən çıxılmaqla üçüncü şəxslərə sahələr verilməsi barədə müqavilələrin icra edilib-edilmədiyi.
47. Birinci məsələ ilə bağlı cavabdeh etirazının əsası kimi adı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 3 ədəd, 1 girişli, 23 mərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsi ilə bağlı müraciət etdiyini, lakin Komitə tərəfindən 2 ədəd, 1 girişli, 23 mərtəbəli yaşayış binalarının və 4 mərtəbəli qeyri-yaşayış binasının tikintisinə icazə verildiyini, ona görə də D blokunun tikintisinin mümkün olmadığını bildirmiş və Komitənin 23 avqust 2019-cu il tarixli, 23 nömrəli şəhərsalma əsaslandırmalarının təsdiq edilməsi haqqında Sərəncamından çıxarış (cild 2, i. v. 20) təqdim etmişdir (bənd 50).
48. Bununla bağlı iddiaçı yeni apellyasiya baxışında təqdim etdiyi cavabdehin apellyasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, cavabdeh aralarında bağlanmış 2018 ci il 28 avqust tarixli müqavilə üzrə arzu etdiyi nəticələri əldə etmiş, heç bir zərər etməmişdir. Belə ki, FHN-nin Dövlət Ekspertiza Baş İdarəsinin 2007-ci il 12 noyabr tarixli 8434 nömrəli rəyində göstərilmişdir ki, Baş plana əsasən iddiaçıya ayrılmış sahədə A1, A2, B, C1, C2 olmaqla 5 blokdan ibarət olan 16 mərtəbəli yaşayış binaları kompeksi və qeyri-yaşayış sahələri layihələndirilmişdir. Layihədə nəzərdə tutulan 2 bina 2018-ci il 28 avqust tarixli müqavilə imzalananadək tikilmişdir. Geriyə qalan 3 ədəd 16 mərtəbəli binanın əvəzinə cavabdeh 2 ədəd 24-28 mərtəbə binalar tikilməsi üçün yeni layihə almışdır. Yəni cavabdeh tikiləcək sahə baxımından nəticə olaraq heç bir zərər etməmişdir (bənd 51).
49. Göründüyü kimi, tərəflər arasında mövcud öhdəliklə bağlı qüvvədə olan məhkəmə qətnaməsinin icra edilməməsi ilə bağlı cavabdehin istinad etdiyi yeganə dəlil onun binanın “D” blokunu özündən asılı olmayan səbəbdən inşa etməməsidir. Halbuki Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarda Cavabdeh2 MMC-in əlavə binalar tikməsi, bunun nəticəsi olaraq da zərər etmədiyi müəyyən edilmişdir. Bu da həmin qətnamənin icra edilməsinin obyektiv səbəbdən mümkünsüz olmasına dair cavabdeh tərəfin bidirdiklərinin və rayon məhkəməsinin də gəldiyi qənaətin əsassız olduğunu təsdiq edir.
50. Həmçinin o da nəzərə alınmalıdır ki, tərəflər arasındakı müqavilədə iddiaçıya verilməli mənzilin tikiləcək binanın “D” bloku kimi qeyd edilməsi ilə bağlı məsələ həm tərəflər, həm də rayon məhkəməsi tərəfindən lüzumsuz olaraq qabardılmışdır. Aydın məsələdir ki, sifarişçilər üçün mənzilin tikiləcək binanın hansı blokunda və bir çox halarda isə hətta hansı mərtəbəsində yerləşməsi o qədər də önəm daşımır. Elə hazırkı işdə də iddiaçı qətiyyən binanın blokunun necə sıralanmasını, eləcə də ona veriləcək mənzilin yerləşmə mərtəbəsinin mübahisəsini etmir, o, müqavilədə nəzərdə tutlmuş ölçülərdə mənzillərin verilməsi tələb edir ki, bu da istıənilən blokda və istənilən mərtəbədəki mənzillər ola bilər. Hazırkı işdən anlaşılan odur ki, cavabdeh MMC-in inşa etdiyi hətta qonşuluqdakı binanlardan da mənzillərinin verilməsi iddiaçını qane edə bilər. Cavabdehin iddiaçı qarşısında öz öhdəliyini qüvvədə olan məhkəmə qətnaməsinin icrası zamanı bu qaydada da həyata keçirilə bilər.
51. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı)
52. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar (Konstıtusıya Məhkəməsı Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarı).
53. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlər əldə edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı).
54. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı).
55. İnsan Hüquqları üzrə Avopa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə ədalət mühakiməsi araşdırması xəyali hüquqa çevrilir (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar).
56. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə görə, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
57. MPM-in 261.0.1-ci maddəsinə görə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.
58. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mənzillərin təhvil verilməsinə dair tələbin təmin edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan və həmin qətnamənin icrasını istisna edən obyektiv səbəblərin olması müəyyən edilmədiyindən, hətta həmin mənzillərin faktiki olaraq verilməsi mümkün olmasa belə, onun dəyərinin verilməsi məsələsi ayrıca iddia icraatı qaydasında deyil, həmin qətnamənin icrası qaydasında həll edilə bilən məsələ olduğundan, iddiaçının hazırkı iddia tələbinə mülki məhkəmədə - iddia icraatı qaydasında baxılmalı olmaması əsası ilə qətnamə ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir.
59. Məhkəmə kollegiyası iddiaçının vəkilinin eyni cavabdehə qarşı oxşar işdə MMCdən mənzilin verilməməsi səbəbindən onun dəyərinin tutulması barədə Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmış məhkəmə qətnaməsinin mövcudluğuna dair bildirdiyi halla bağlı qeyd edir ki, İddiaçı X7 cavabdehlər Maraqlı şəxs MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “əmlakın qaytarılması və ya dəyərinin tam şəkildə ödənilməsi” tələblərinə dair mülki işdə (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) 2(103)-1178/2023 nömrəli iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsi, AR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 2876/2023 saylı qərarı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-646/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi) yalnız bir məhkəmə aktı mövcuddur və həmin işdə iddiaçı alternativ olaraq ya mənzillərin təhvil verilməsi və ya onun dəyərinin tutulmasını məhkəmədən xahiş etmişdir ki, məhkəmələr də həmin işdə son olaraq mənzillərin dəyərinin ödənilməsinə dair qərar vermişlər. Bununla da müəyyən olunur ki, bu işdə olduğu kimi, həmin işdə mənzillərin verilməsinə dair qüvvədə olan məhkəmə aktı olmamışdır. Nəticə:
60. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir.
61. Eyni zamanda iddiaçıya izah olunmalıdır ki, hazırkı məsələ Xətai Rayon Məhkəməsinin 2(011)-3229/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qüvvədə olan qətnaməsinin icrası qaydasında həll edilməlidir.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
63. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.
65. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
66. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-279/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasına gərə xitam verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş ödənilmiş 853 manat məbləğində dövlət rüsumu İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 427 manat dövlət rüsumu İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 366 manat dövlət rüsumu Cavabdeh2 MMC-yə müvafiq icra qurumu tərəfindən qaytarılsın. İddiaçıya izah olunur ki, o, Xətai Rayon Məhkəməsinin 2(011)-3229/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qüvvədə olan qətnaməsinin icrası tələb etmək hüququna malikdir. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.