Məhkəmə qərarları › İş №2(103)-5158/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5158/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5158/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh Qanuni nümayəndə nümayəndəsi və vəkili X1 iştirakı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(005)-615/2021saylı qətnaməsindən cavabdeh Qanuni nümayəndətərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qanuni nümayəndə qarşı “təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilə üzrə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qanuni nümayəndə 5900 (beş min doqquz yüz) manat məbləğində təhsil haqqı borcunun, gecikdirilmiş 647 (altı yüz qırx yeddi) gün üçün 530,41 (beş yüz otuz manat qırx bir qəpik) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(005)-615/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Qanuni nümayəndə 5.900 (beş min doqquz yüz) manat məbləğində təhsil haqqı borcu, gecikdirilmiş 647 (altı yüz qırx yeddi) gün üçün 530,41 (beş yüz otuz manat qırx bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Qanuni nümayəndə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(005)-615/2021 saylı qətnaməsinin ləğv edilməsini, işdə olan sübutlar əsasında ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC Bakı Apellyasiya Məhkəməsinə 04.10.2021-ci il tarixdə ərizə göndərərək, cavabdeh Qanuni nümayəndə tərəfindən iddia tələbinin tam yerinə yetirildiyini, “təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilə üzrə pul tələbi”nə dair iddia tələbindən imtina etdiyini, cavabdehlə barışdığını, bu məsələ ilə əlaqədar gələcəkdə heç bir iddia, tələb və şikayətinin olmayacağını bildirmişdir. Eyni tarixdə cavabdeh Qanuni nümayəndə nümayəndəsi və vəkili X2 Bakı Apellyasiya Məhkəməsinə ərizə göndərərək, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC ilə mövcud mübahisənin aralarında həll edildiyini və ona görə də apellyasiya şikayətindən imtina etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Qanuni nümayəndə nümayəndəsi və vəkili X2 bildirdi ki, tərəflər arasında barışıq olduğu üçün, iddiaçı iddiasından imtina edərək, işin icraatına xitam verilməsini xahiş edir. Eyni zamanda da, cavabdeh apellyasiya şikayətindən imtina edir. Xahiş etdi ki, qətnamə ləğv olunaraq, işin icraatına xitam verilsin. İş üzrə İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, ərizələri və iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə qəbul edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(005)-615/2021saylı qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə olunmalıdır. Həmin Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəlləsinin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu Məcəllənin 19- 20-ci fəsillərində göstərilən əsaslar olduqda apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə qəbul edilməli və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(005)-615/2021 saylı qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1 maddəsinin tələbinə görə şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildirlər. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı iddiaçıdan, 25 manatı cavabdehdən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.4, 391, 400, 402-403, 405.0.2, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(005)-615/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı iddiaçıdan, 25 (iyirmi beş) manatı cavabdehdən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar