Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-516/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, Cavabdeh1 Ağaməmməd oğlunun vəkili Vəkil2 Rəfail oğlunun, İddiaçı, 3-cü şəxs X3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-207/2020 saylı, 11.06.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X7 iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 15.000 manat verilməklə onun və ailə üzvləri X3, X8, X9 və digər Cavabdeh2 15.000 manat verilməklə onun və ailə üzvləri X1, X6, X10 və X11 Bakı şəhəri, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 127 saylı evin 114 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-207/2020 saylı, 11.06.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində vəsaitin iddiaçı X2 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı X12 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı Cavabdeh1 Ağamməd oğlunun nümayəndəsi və vəkili Vəkil2 oğlu iş üzrə icraatın dayandırılması barədə vəsatət təqdim edərək, iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6573/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X13 və qeyriləri cəlb edilməklə) “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbi barədə mülki iş üzrə icraat, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X12) qarşı “cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 05.09.2002-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi, ev 127, mənzil 114-ün 3-cü şəxs X5 adına özəlləşdirilməsi ilə bağlı hərəkətinin qanunsuz hesab edilməklə özəlləşdirmənin nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-516/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X13 və qeyriləri cəlb edilməklə) “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbi barədə mülki iş üzrə icraat təzələnməsi qərara alınmmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətindən imtina olunması barədə ərizə təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Kollegiya iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 3-cü şəxs P.Şahməmmədova apelyyasiya şikayətindən imtina barədə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Kollegiya iclasının vaxtı və yeri barədə Cavabdeh2 və digər 3-cü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmişlər və iştirak etməməlsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən idCavabdeh2 və digər 3-cü şəxslərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-207/2020 saylı, 11.06.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından imtina qəbul olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-207/2020 saylı, 11.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılaraq apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-207/2020 saylı, 11.06.2020-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətindən imtina qəbul edilsin. İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Qətnamə dəyişdirilmədən saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-516/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-516/2021
05.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver