Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-516/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X35 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X15 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2, Birinci iş üzrə maraqlarına toxunan şəxs, birləşdirilmiş iş üzrə İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, Birinci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2030/2015 saylı iş üzrə 11 sentyabr 2015-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə, həmçinin, birləşdirilmiş iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-464/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2030/2015 saylı iş üzrə 11 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə qət edilmişdir:” İlk iddia ərizəsi təmin edilsin. Etalon- İnşaat MTK ilə Cavabdeh3 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış Bakı şəhəri Xətai rayonu ünvan 1 Etalon-İnşaat MTK-nın tikilməkdə olan binasının 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 100,3 m2 olan 233 saylı mənzilə dair müqavilə etibarsız hesab edilsin. Əzizbəy-KM MMC ilə Cavabdeh4 arasında xx.xx.2014cü il tarixdə bağlanmış Bakı şəhəri Xətai rayonu ünvan 1 Əzizbəy-KM MMC-nin tikilməkdə olan binasının 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 112,78 m2 olan 233 saylı mənzilə dair müqavilə etibarsız hesab edilsin. Cavabdeh4 Bakı şəhəri Xətai rayonu Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 233 saylı mənzildən çıxarılsın.Bakı şəhəri Xətai rayonu Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 233 saylı mənzil İddiaçı1 təhvil verilsin.İş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 85 manat Cavabdeh3 dövlət nəfinə tutulsun. İş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 85 manat Əzizbəy-KM MMC-dən dövlət nəfinə tutulsun.” Maraqlarına toxunan şəxs İddiaçı2 apellyasiya şikayəti verərək Birinci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2030/2015 saylı iş üzrə 11 sentyabr 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2022-ci il tarixli 2(103)- 7364/2022 saylı qərardadı ilə İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1 Vəsatət təmin olunaraq Bakı şəhər Xətai rayon Məhkəməsinin icraatında olan 2(011)-7106/2022 saylı iş üzrə İddiaçı2 oğunun cavabdehlər Əzizbəy-KM MMC-ə, Etalon-İnşaat MTK-a və İddiaçı1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı mülki işin icraatı dayandırılması qərara alınmışdır. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-464/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilmişdir:” İddiaçı2 Cavabdeh1 MMC-yə, "xxxx" MənzilTikinti Kooperativinə və İddiaçı1 qarşı “"xxxx" MTK ilə İddiaçı1 arasında xx.xx.2009cu il tarixdə bağlanmış “Kooperativ Binada Mənzil Tikintisi Haqqında Müqavilə” və xx.xx.2009-cu il tarixli, "xxxx" MTK tərəfindən tərtib olunaraq İddiaçı1 verilmiş, 230 saylı arayışın etibarsız hesab edilməsi, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış “Mənzil Tikintisi Haqqında Müqavilə”nin etibarsız hesab edilməsi, İddiaçı2 məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllədə tikilmiş, hündür mərtəbəli binanın, 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 112,78 kv.m, 2 (iki) otaqdan ibarət 233 nömrəli mənzilə istifadə və sahibliklə bağlı hər hansı bir müdaxilələrin cavabdehlərə qadağan olunması, mənzildən sərbəst istifadə və sahibliklə bağlı istənilən maneələrin aradan qaldırılması və mənzilə dair iddiaçının həyata keçirmək istədiyi bütün hərəkətlərə görə cavabdehlər tərəfindən hər hansı müdaxilələrin qarşısının alınmasına dair onların üzərinə öhdəlik qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (bir yüz) manatın, eləcə də müvəqqəti təminat tədbiri barədə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumları olmaqla, ümumilikdə 110 (bir yüz on manat) məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi (verilməsi)” barədə ilkin iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı2 özünə aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı2 ilə Cavabdeh1 MMC arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllədə tikilmiş, hündür mərtəbəli binanın, 3-cü girişin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 112,78 kv.m., 2 otaqdan ibarət 233 nömrəli mənzilə 16 noyabr 2012-ci il tarixdə bağlanmış “Mənzil tikintisi haqqında” müqavilə etibarsız hesab edilsin. Qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 100 (yüz) manat İddiaçı2 və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq İddiaçı1 ödənilsin.” İddiaçı2 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 464/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və və ilkin iddia tələblərinin təmin, qarşılıqlı iddia tələblərinin isə tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2023-cü il tarixli qərardadına əsasən Birinci iş üzrə icraatın dayandırılmasına əsas olan hallar aradan qalxdığından iş üzrə icraat təzələnmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4626/2023 saylı, 28 iyul 2023-cü il tarixli qərardadı ilə hər iki iş bir icraatda 2(103)-516/2023 nömrə altında birləşdirilmişdir. Belə ki, Birinci iş üzrə İddiaçı1 cavabdehlər Əzizbəy-KM MMC-yə, Etalon-İnşaat MTK- ya, Cavabdeh3, Cavabdeh4 qarşı Bakı şəhəri Xətai rayonu Xocalı küçəsi 2347-48 məhəllə, 3cü girişin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 233 saylı mənzilə dair Cavabdeh3 ilə Etalon- İnşaat MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin, Cavabdeh4 ilə Əzizbəy-KM MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsinə, Etalon-İnşaat MTK ilə onun bağladığı xx.xx.2009cu il tarixli mənzil tikintisi müqaviləsinə əsasən qeyd olunan mənzilin qeyd-şərtsiz ona təhvil verilməsi vəzifəsinin Əzizbəy-KM MMC-yə həvalə edilməsinə, Cavabdeh4 həmin mənzildən çıxarılmasına dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh3 öz növbəsində cavabdeh İddiaçı1 qarşı Etalon-İnşaat MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı1 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək, izahatında göstərmişdir ki, cavabdeh Etalon-İnşaat MTK ilə bağladığı xx.xx.2009-cu il tarixli mənzil tikinti haqqında müqaviləyə əsasən Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 2347-48 məhəllə 3-cii girişin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 233 saylı mənzilin dəyərini, yəni 38 400 manatı MTK-ya ödəməklə payçı kimi mənzilin sahibi olmuşdur. 2010cu ilin sentyabr ayında Əzizbəy KM MMC-dən ona Etalon-İnşaat MTK ilə müqavilə pozulduğuna və MTK-dan mənzil satışı ilə bağlı bütün səlahiyyətlər alındığına görə mənzilə dair yeni müqavilə bağlanması təklif olunmuşdur. Həmin vaxt o, Rusiyada yaşadığına görə müqavilə bağlamaq səlahiyyətini bibisi qızının əri X51 vermişdir. E.Q.Əsgərov xx.xx.2010-cu ildə Əzizbəy-KM MMC-yə gedərək şirkətlə yeni mənzil tikintisi haqqında 1 müqavilə bağlamışdır. Əvvəlki müqavilənin şərtləri yeni müqavilədə öz əksini tapmışdır. 2009-cu ildən 2014-cü ilədək o, aldığı mənzilə tam sahiblik edərək, mənzildə təmir işləri aparmışdır. Təmir işlərini MMC-nin mühəndisi olan Məhəmməd adlı şəxsin iştirakı ilə görmüşdür. O, Moskva şəhərinə getdiyi üçün ustaların pulunu Məhəmmədə verərək işləri tamamladıqdan sonra ödənilməsini xahiş etmiş, ümumilikdə təmir işlərinə 27000 manat xərcləmişdir. Təmir işlərinin aparılmasına icazəni ona Əzizbəy-KM MMC-nin direktoru Azad Həsənovun MMC-də işləyən arvadı Şəbinə xanım kompüterdə mənzilin sahibi olmasını, ödənişləri aparmasını yoxladıqdan sonra vermişdir.2014-cü ilin sentyabr ayında o, Moskva şəhərində olarkən qohumu E.Q.Əsgərovdan mənzilə baş çəkməsini xahiş etmiş, E.Q.Əsgərov ona zəng edərək mənzilin şüşələrinin quraşdırmadığını demişdir. 2015-ci ilin yanvar ayında qardaşı oğlu C.Quliyev ona zəng edərək kooperativin işi ilə bağlı cinayət işini aparan Vergilər Nazirliyinin müstəntiqinin zəng edərək ona satılan mənzilin başqa şəxslərə satıldığını bildirdiyini demişdir. Bunu yoxlamaq üçün o, qohumu Elmanı mənzilə göndərmiş, Elman mənzilə gələrkən kənar adamların mənzildə olmasını, mənzilin sahibinin Cavabdeh4 olmasını bildirmişlər. Daha sonra Cavabdeh4 onun qohumlarına mənzili Moskvada yaşayan bir şəxsdən aldığını bildirmişdir. Bundan sonra onun qohumları Əzizbəy-KM MMC-nin direktoru Azad Həsənovun yanına gedərək onun mənzilə dair bağladığı müqavilələri ona göstərmişlər. Azad Həsənov mənzilin ona satılmasından xəbərinin olmadığını, həmin mənzilin xx.xx.2014- cü il tarixdə Cavabdeh4 satıldığını bildirmişdir. Onun vəkilili tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, mənzil podratçı şirkət tərəfindən Cavabdeh3, Cavabdeh3 isə mənzili Cavabdeh4 satmışdır. Sorğuya cavab verilən arayışda göstərilən halların heç biri həqiqətə uyğun deyildir. Əzizbəy-KM MMC-yə mənzilin onun tərəfindən alınması məlum olmuşdur. Belə ki, mənzilin onun tərəfindən alınmasına dair bütün sənədlər Əzizbəy-KM MMC-də olmuşdur. Əzizbəy-KM MMC-nin Etalon-İnşaat MTK-ya qarşı qaldırdığı iddiası ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müvafiq qərarına əsasən icra məmurları tərəfindən sənədlərin üzərinə həbs qoyulmuş, həmin sənədlərin içərisində siyahı aşkar edilmişdir. Siyahıda onun adı, şəxsiyyət vəsiqəsinin surəti, müqaviləsi və digər sənədlər aşkar edilmişdir. Bundan əlavə, Vergilər Nazirliyinin İstintaq şöbəsi tərəfindən Əzizbəy-KM MMC-nin ofisində aparılan baxış zamanı onun adma olan müqavilə və digər sənədlər götürülmüş, hazırda istintaq orqanında saxlanılır. Ona görə də Bakı şəhəri Xətai rayonu Xocalı küçəsi 2347-48 məhəllə, 3-cti girişin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 233 saylı mənzilə dair Cavabdeh3 ilə Etalon- İnşaat MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin, Cavabdeh4 ilə Əzizbəy-KM MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsinə, Etalon-İnşaat MTK ilə onun bağladığı xx.xx.2009-cu il tarixli mənzil tikintisi müqaviləsinə əsasən qeyd olunan mənzilin qeyd-şərtsiz ona təhvil verilməsi vəzifəsinin Əzizbəy-KM MMC-yə həvalə edilməsinə, Cavabdeh4 həmin mənzildən çıxarılmasına dair iddia ərizəsinin təmin edilməsini, Cavabdeh3 iddia tələblərindən imtina etdiyindən qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı1 nümayəndəsi Vəkil2 İddiaçı1 izahatı ilə eyni məzmunlu izahat verib ilk iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını, Cavabdeh3 qarşılıqlı iddia ərizəsi üzrə tələblərindən imtina etdiyindən qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini, mülki iş üzrə cavabdeh Əzizbəy-KM MMC-nin direktoru A.S.Həsənovun və Cavabdeh3 hərəkətləri barədə xüsusi qəradadla prokurora xəbər verilməsinə dair xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi X57 ilk iddia ərizəsini qəbul etməyib, qarşlıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh3 Ağdam rayonu erməni qəsbkarları tərəfindən işğal edildikdən yəni, 1993-cü ildən məcburi köçkün düşmüş, 2006-cı ilin oktyabr ayında Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanda Etalon-İnşaat MTK-nın inşa etdiyi 'binasından 233 nömrəli mənzili payçı olaraq xx.xx.2006-cı il tarixli müqavilə əsasında 41120 manata almışdır. Bundan sonra maddi imkanında sıxıntı olduğu üçün Cavabdeh3 həmin mənzili satmaq qərarına gəlmişdir. Bununla bağlı müvafiq işləri apararkən Cavabdeh3 məlum olmuşdur ki, onun mənzil aldığı | bina Etalon-İnşaat MTK tərəfindən sifarişçi təşkilat olan Əzizbəy-KM MMC-yə təhvil vermişdir. Bundan sonra Cavabdeh3 özünə məxsus Bakı şəhəri Xətai rayonu Xocalı küçəsi ev 2347-48 məhəllədə yerləşən 3-cü girişin 7-ci mərtəbəsində olan 233 saylı evi Cavabdeh4 satmışdır. Cavabdeh3 hələ ev tikilməyə başlayandan, yəni 2006-cı ilin oktyabr ayının 14-dən payçı kimi həmin mənzili almışdır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara uyğun gəlməlidir. Mülki Məcəllənin qeyd edilən normasından da görünür ki, Cavabdeh3 2006-cı il tarixdə, yəni Etalon-İnşaat MTK-nm aktiv fəaliyyəti dövründə müqavilə bağlayıb həmin mənzilə sahib olmuş, cavabdeh İddiaçı1 isə Etalon-İnşaat MTK-nm fəaliyyət göstərmədiyi yəni, 2009-cu il tarixdə saxta müqavilə bağlamışdır. Ona görə də, həmin müqavilə etibarsız hesab edilməli və məhkəmə qaydasında ləğv edilməlidir. Fəaliyyəti olmayan bir müəssisə necə əsaslı alqı-satqı müqaviləsi bağlaya bilər. Azərbaycan Respublikası Konstitusiyasmın 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ona görə də X16 ilk iddia ərizəsinin rədd edilməsinə və Etalon-İnşaat MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3 məhkəməyə xx.xx.2015-ci il tarixli ərizə ilə müraciət edərək nümayəndəsi tərəfindən ona məlumat verilmədən verilmiş iddia ərizəsi üzrə iddia tələblərindən imtina etməsini bildirmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh Əzizbəy-KM MMC-nin nümayəndəsi X20 ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2006-cı il tarixli podrat müqaviləsinə əsasən Əzizbəy-KM MMC-nin sifarişi ilə podratçı Etalon-İnşaat MTK tərəfindən ünvan 2 ünvanda çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Podratçı Etalon- İnşaat MTK 2006-cı ildə işə başlamış və xx.xx.2008-ci il tarixdə sifarişçinin məlumatı olmadan podrat müqaviləsi üzrə öhdəliklərini icra etməkdən birtərəfli imtina etmişdir. Bundan sonra tərəflər arasında məhkəmə mübahisəsi başlamışdır. İddiaçı1 tərəfindən təqdim olunan müqavilədən görünür ki, həmin müqavilə MTK-nm fəaliyyəti rəsmi qaydada dayandırıldıqdan sonra xx.xx.2008-ci il tarixdən sonra bağlanmışdır. Eyni ilə həmin tarixdə MTK tərəfindən vətəndaşa 230 saylı arayış verilmişdir. İddiaçı1 adına Əzizbəy-KM MMCnin arxivində hansı sənədlərin mövcud olması MMC-də müvafiq araşdırmalar aparılması səbəbindən müəyyən edilə bilinməmişdir. Lakin layihə sxemdə 112,78 m2 ibarət mənzil aşkar olunmamışdır. İddiaçı1 tərəfindən mənzildə təmir işlərinin aparılması və buna icazə verilməsi ilə bağlı MMC-də hər hansı məlumat aşkar edilməmişdir. Bundan əlavə Etalon- İşaat MTK ilə Cavabdeh3 arasında 103 m2 olan 233 saylı mənzilə dair müqavilə bağlanmış, mənzil Cavabdeh3 tərəfindən X1. Ona görə də ilk iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh Etalon-İnşaat MTK-nin sədri X7 ilk iddia ərizəsini qəbul edib izahatında göstərmişdir ki, cavabdehlər Əzizbəy-KM MMC ilə Cavabdeh3 İddiaçı1 hüquqlarını pozmuş, onların əməllərində dələduzluq və saxta sənədin tərtibinə dair cinayət əməllərinin tərkibi də mövcuddur. Belə ki, Əzizbəy-KM MMC ilə Etalon-İnşaat MTK arasında xx.xx.2006-cı il tarixdə müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamı ilə Xətai rayonu Xocalı küçəsindəki 2347-48 məhəllədə Əzizbəy-KM MMC-yə ayrılmış 0,3 hektar sahədə hündürmərtəbəli binanın tikilməsi ilə bağlı Əzizbəy-KM MMC-nin maddi imkanı olmadığı üçün Etalon- İnşaat MTK ilə aralarında razılıq əldə olunmuşdur. Həmin müqaviləyə əsasən Etalon-İnşaat MTK-nm nizamnaməsinə uyğun olaraq kooperativə qəbul olunmuş payçılarla müvafiq müqavilələr bağlamaq səlahiyyəti olmaqla, bu müqavilənin icrası üzrə bütün işləri müstəqil təşkil etmək hüququ olmuşdur. Əzizbəy-KM MMC ilə Etalon-İnşaat MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin ləğv edilməsi barədə Əzizbəy-KM MMC və Etalon- İnşaat MTK tərəfindən xx.xx.2009-cu il tarixdə qərar qəbul edilmişdir. Qeyd olunan ümumi yığıncaqda Etalon-İnşaat MTK ilə bağlanmış müqavilənin ləğv edilməsi, Etalon-İnşaat MTK-nın fəaliyyətinin tam olaraq dayandırdması, tikintidə qalıq işlərinin aparılmasının Əzizbəy-KM MMC-nin öhdəsində saxlanılması, bu məqsədlə müəssisənin tərkibində təmir tikinti sahəsinin yaradılması və keçmiş Etalon-İnşaat MTK-nm funksiyasının həmin sahəyə həvalə edilməsi, tikintinin bu günə olan texniki vəziyyəti, maliyyə-təsərrüfat fəaliyyəti və bütün sənədlərinə - kargüzarlıq işlərinin ciddi olaraq araşdırıb aktlaşdırılması yekdilliklə qərara alınmışdır. Ümumi iclasın xx.xx.2009-cu il Protokolun müddəalarına əsasən Akt tərtib edilmişdir.Kooperativin payçıları olan X58, X37, X59, X68, X38 və X29 tərəfindən məhkəmədə mübahisələndirilmiş və həmin iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)- 547/2011 saylı, xx.xx.2011-ci il tarixli 2(103)-2002/2011 saylı, xx.xx.2011-ci il tarixli 2( 102)-276/2011 saylı və digər qərarlar qəbul edilmişdir. Qeyd olunan məhkəmə qərarlarına əsasən Etalon-İnşaat MTK tikinti işlərindən kənarlaşdırandan sonra 2011-ci ildən başlayaraq bu günə qədər Əzizbəy-KM MMC Bakı şəhəri Xətai rayonu Xocalı küçəsi 2347-48-ci məhəllədə inşa olmuş hündürmərtəbəli binada özbaşınalıq etməyə başlamışdır. Belə ki, Etalon-İnşaat MTK tərəfindən satılmış evlər digər şəxslərə satılmağa başlamışdır. Faktla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlamış, 2011-ci ildən 2012-ci il tarixinədək Əzizbəy-KM MMC-nin rəhbərliyi və məsul şəxsləri cinayət məsuliyyətinə cəlb olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 178.3.2. 220.1 və sair maddələri ilə təqsirli bilinərək, müxtəlif müddətlərə azadlıqdan məhrum olunmuşlar. 2012-ci ildən sonra da həmin proseslər davam etmiş, müxtəlif səbəblərdən Azərbaycandan kənarda yaşayan kooperativ payçılarının, mənzil sahiblərinin xəbəri olmadan Əzizbəy-KM MMC-nin hazırkı rəhbərliyi dələduzluq edərək onların mənzillərini başqa şəxslərə satmışlar.Hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin icraatında buna oxşar mübahisə ilə bağlı mülki işlər vardır. Bundan başqa Azərbaycan Respublikası Vergilər Nazirliyinin İstintaq İdarəsində Əzizbəy-KM MMC-nin fəaliyyəti ilə bağlı araşdırılan cinayət işində qanunsuz olaraq vaxtı ilə Etalon-İnşaat MTK tərəfindən vətəndaşlara satılmış mənzillər Əzizbəy KM MMC hazırkı rəhbərliyi tərəfindən dələduzluq yolu ilə alınıb başqa şəxslərə satılması faktı ilə bağlı həmin İdarədə araşdırma gedir. Əzizbəy-KM MMC hazırkı rəhbərliyin qanunsuz hərəkətlərindən ziyan çəkən iddiaçı X39 və Cavabdeh4dur.Cavabdeh4 da cavabdeh Əzizbəy-KM MMC tərəfindən aldadılaraq iddiaçı X21 məxsus mənzil ona satılmışdır. Əzizbəy-KM MMC ilə bağlanılmış xx.xx.2006-cı il tarixli müqavilə əsasında verilmiş səlahiyyətlər çərçivəsində Etalon-İnşaat MTK iddiaçı X39 ilə xx.xx.2009-cu il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlayaraq, Bakı şəhəri Xətai rayonu Xocalı küçəsi 2347-48-ci məhəllə 3-cü giriş 7-ci mərtəbəsində yerləşən sahəsi 112,78 m2 olan 2 otaqlı 233 saylı mənzili 38 400 manat ödəməklə payçı kimi həmin mənzilin sahibi olmuşdur. Bu müqavilənin qanuniliyinə heç bir şübhə yoxdur. X9 ilə Etalon-İnşaat MTK arasında bağlanılmış xx.xx.2009-cu il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin əsaslığım şübhə altına almaqdan ötrü Əzizbəy-KM MMC-nin rəhbərliyi bu ilin əvvəllərində mübahisəli mənzilə dair Etalon-İnşaat MTK ilə Cavabdeh3 arasında xx.xx.2006-cı il tarixi ilə saxta müqavilə tərtib etmişdir. Ona görə də ilk iddia ərizəsinin təmin edilməsini, qarşılı iddia ərizəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə Cavabdeh4 ilk iddia ərizəsinin həllini məhkəmənin səlahiyyətinə verərək izahatında göstərmişdir ki, o, özünə mənzil almaq məqsədi ilə Əzizbəy-KM MMC-nin direktoru A.Həsənova müraciət etmiş, həmin vaxt A.Həsənov MMC-yə məxsus binada boş mənzilin olmadığını, lakin Rusiyada yaşayan bir sakinin öz bu binada olan mənzilini satmaq üçün MMC-yə müraciət etməsini, həmin şəxslə əlaqə saxladıqdan sonra ona məlumat veriləcəyini demişdir. Bir müddətdən sonra o, Əzizbəy-KM MMC-yə dəvət olunmuş A.Həsənov onu Cavabdeh3la tanış edərək Cavabdeh3 mənzilini satmaq istədiyini bildirmişdir. Bundan sonra o, mənzilə baxaraq bəyənmiş və Bakı şəhəıi Xətai rayonu Xocalı küçəsi 2347-48 məhəllə, 3-cü girişin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 233 saylı mənzilə dair Cavabdeh3 95 000 ABŞ dollarına almş və bu barədə Əzizbəy-KM MMC ilə xx.xx.2014-cü il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlamışdır.Bir müddətdən sonra İddiaçı1 qohumu mənzilə gələrək mənzilin İddiaçı1 tərəfindən 2009-cu ildə alındığını ona bildirmişdir. O, Əzizbəy-KM MMC- nin direktoruna müraciət edərək bu barədə məlumat vermişdir. Daha sonra o, İddiaçı1 məhkəməyə müraciət etməsini bilib Cavabdeh3 müraciət edib aldığı mənzil mübahisəli olduğundan verdiyi pulu geri qaytarmasını tələb etmiş və Cavabdeh3 ondan aldığı 95 000 ABŞ dollarını 2015-ci ilin may-iyun aylarında hissə-hissə ona qaytarmışdır. Hal-hazırda ona qarşı olan iddia tələbi üzrə qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən Birinci iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci iş üzrə maraqlarına toxunan şəxs, birləşdirilmiş iş üzrə İddiaçı2 Birinci iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-2030/2015 nömrəli Qətnaməsindən apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı2 ilə "xxxx" MMC ararsında 16 noyabr 2012-ci il tarixli "Mənzil tikintisi haqqında müqavilə" imzalanmışdır (bağlanmışdır).Müqavilə bağlanan gündən də mənzil faktiki olaraq ona təhvil verilmiş və onun istifadə və sahibliyində olmuşdur (müqavilə şikayətə əlavə olunur). Çünki müqavilədə nəzərdə tutulan (ödənilməli olan) 79 000 (yetmiş doqquz min) manat məbləği İddiaçı2 tərəfindən bir dəfəyə ödənilmişdir. Pul vəsaiti müqavilənin digər tərəfi olmuş "xxxx" MMCnin adından çıxış edən Fuad Mirzəyevə yerləşdirkləri binanın ofisində şəxsən verilmişdir. Bu barədə də "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixli, 02/114 a nömrəli maliyyə arayışı verilərək, qeyd olunan məbləğin tam ödənilməsi barədə göstərilmişdir (maiiyyə arayışı şikayətə əlavə olunur).Mənzil İddiaçı2 naturada verildikdən sonra, qısa müddət ərzində İddiaçı2 Rusiya Federasiyasına qayıtmışdır.Daha sonra müxtəlif vaxtlarda İddiaçı2 Azərbaycan Respublikasına gəlmiş və hissə-hissə olmaqla mənzilin təmirinə başlamaışdır. Çünki özünün daim burda olmaması, Rusiya Federasiyasında işlərinin mövcudluğu səbəbindən, burada daim oturub mənzilin təmirini həyata keçirməsi mümkün olmamışdır. Hər dəfə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrkən çox vaxt mənzilə baş çəkmək iqtidarında olmamış və gəldikdən sonra da qısa müddət burada qaldığı üçün mənzillə bağlı baş verən hadislərdən xəbəri olmamışdır. Hətta, 2020-cl il ərzində dünyada baş vermiş pandemiya səbəbindən çox müddət qayıda bilməmişdir. Belə ki, sonuncu dəfə mənzilə baş çəkmək istəyərkən mənzilin açarlarının dəyişdirildiyinin şahidi olmuşdur. Bu zaman "xxxx" MMC-nin orada olan səlahiyyətli nümayəndələrinə demiş olsa da, ancaq hərə bir söz dediyindən baş aça bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, artıq haqqında danışılan MMC-nin bir çox rəhbərləri müxtəlif vaxtlarda tutulmuş və bəziləri də hələ çəza çəkməkdə davam edir. Neçə dəfə şifahi qaydada dəflərlə deməsinə baxmayaraq, hərə bir söz dediyindən məcbur olub rəsmi qaydada "xxxx" MMC-yə müraciət etmişdir (xx.xx.2022-ci ii tarixli müraciət məktubu şikayətə əlavə olunur). Müraciətdə mənzilin açarlarının dəyişdirilməsinin səbəbləri, mənzilin açarlarının özünə qaytarılması və hər hansı bir müdaxiləyə son qoyulmasını tələb etmişdir. Müraciət "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 02/50 nömrəli məktubla cavablandırılmışdır.Cavab məktubuna əsasən bildirilmişdir ki, "Nəzərinizə çatdırmaq istəyirik ki, "xxxx" MMC-nin sifarişçi olaraq qeyd olunan binanın tikintisi üçün digər tikinti şirkəti - "xxxx" MTK arasında bir çox məhkəmə mübahisələri olmuş və bu mübahisədən də istifadə edən bəzi şəxslər, hansı ki heç bir hüquqları və səlahiyyətləri olmaya- olmaya müvafiq məhkəmələrə müraciət etmiş, nəticədə bəzi mənzillərin guya onlara aid olmalarını əldə edə bilmişlər. Həqiqətən də Sizə məxsus olan mənzillə əlaqədar, Xətai rayon İcra Şöbəsinin xx.xx.2015ci il tarixli, xx/xx-41524/2 nömrəli məktubu "xxxx" MMC-yə xx.xx.2015-ci /7 tarixdə rəsmi qaydada daxil olmuşdur (mktubun kserosurəti əlavə olunur). Məktuba qoşma olaraq, xx.xx.2015-ci il tarixli, 10766/15 nömrəli icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında Bildiriş və xx.xx.2015-ci il tarixli, 2(011)-2030/2015 nömrəli icra vərəqəsi də əlavə olunmuşdur (hər birinin kserosurəti əlavə olunur). İstinad olunan sənədlərə baxarkən müəyyənləşdirilmişdir ki, Sizə məxsus olan mənzilin Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-2030/2015 nömrəli Qətnaməsi ilə İddiaçı1 adında olan şəxsə təhvil verilməsi və həmin mənzilə aidiyyəti otmayan digər şəxslərlə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və digər tələblər barədə qət olunmuşdur. Ancaq qeyd olunan məhkəmə işində Siz cəlb olunmamısınız və mənzilin həqiqətən Sizə məxsus olması bardə Məhkəməyə ətraflı məlumat verilməmişdir (daha doğrusu, bu barədə məlumatlar məhkəmədən gizlədilmişdir). Əlavə olaraq, onu da qeyd etmək istərdik ki, haqqında danışılan və Sizə məxsus olan mənzil İddiaçı1 verilməsi qət olunmuş olsa da, bu günə qədər hələ də həmin mənzilə gəlməmiş və mənzillə də maraqlanmamışdır. Sadəcə olaraq, Məhkəmənin qeyd edilən qətnaməsinin mövcud olması mənzilə Sizin də buraxılmasını istisna edir və bununla da bağlı, mübahisənin tam və hər tərəfli həlli üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur." Məktub elə İddiaçı2 tərəfindən də "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən ofisindən (mübahisəli mənzilin yerləşdiyi binadan) da şəxsən götürülmüşdür (məktub şikayətə əlavə olunur).Məktub götürülərkən məktuba Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-2030/2015 nömrəli icra vərəqəsinin, xx.xx.2015-ci il tarixli, 10766/15 nömrəli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında Bildirişin, eləcə də Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinin xx.xx.2015-ci il tarixli, xx/xx-41524/2 nömrəli məktubunun kserosurətləri də əlavə olunaraq təqdim olunmuşdur. Məhkəmə qərarları İlə tanış olarkən müəyyən olunuşdur ki, vaxtı ilə "xxxx" MTK tərəfindən "xxxx" MMC-yə məxsus olan mənzilləri satmış şəxslər məhkəməyə müraciət edərək, onlarla "xxxx" MTK arasiında bağlanmış müqavilələrin hüquqi əsaslı olması, "xxxx" MMC-nin tikinti meydançasından uzaqlaşdırılması və s., bununla bağlı iddia tələbləri ilə Xətai rayon Məhkəməsinə müraciət etrmələri və bu müraciətlər üzrə də iddia tələblərinin rədd olunması barədə Xətai rayon Məhkəməsiin xx.xx.2011-ci il tarixli, 2(011)-547 nömrəlıi qətnaməsi qəbul olunmuşdir. Həmin qətnamə ilə təsdiq olunur ki, haqqında danışılan binada yerləşən mənzillərə (eləcə də İddiaçı2 məxsus olan və mübahisə predmeti olan) olan subyektiv hüquq "xxxx" MMC-yə məxsus olmuşdur. Həmin qətnamədən iki dəfə apellyasiya şikayəti verilməsinə baxmayaraq təmin edilməmiş və yekunda Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(102)-2605/2012 nömrəli Qərarı ilə qüvvədə saxlanılmışdır (həmin iş üzrə yekun Ali Məhkəmənin qərarının kserosurəti şikayətə əlavə olunur).Göründüyü kimi, işin halları hissəsində qeyd olunan hallar və nüanslar "xxxx" MMC-nin İddiaçı2 hüquqlarının kobud pozduğu, əmlakının ələ keçirilməsi ilə müşaiyət olunan nəticə və vəziyyətin yaranmasına gətirib çıxartmışdır.Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin tələbinə əsasən, pay hüquqları da əmlak sayılır. MTK və onun rəhbərliyi İddiaçı2 əmlakını heç bir hüquqi əsası olmadan mənimsəməklə digər şəxslərin adlarına rəsmiləşdirmişlər.Bu isə nəticədə Azərbaycan Respublikası cinayət qanunvericiliyi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsindən xəbər verir. Birləşdirilmiş iş üzrə İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK ilə İddiaçı1 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış “Kooperativ Binada Mənzil Tikintisi Haqqında Müqavilə” və xx.xx.2009-cu il tarixli, "xxxx" MTK tərəfindən tərtib olunaraq İddiaçı1 verilmiş, 230 saylı arayışın etibarsız hesab edilməsi, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış “Mənzil Tikintisi Haqqında Müqavilə”nin etibarsız hesab edilməsi, İddiaçı2 məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllədə tikilmiş, hündür mərtəbəli binanın, 3-cü girişinin 7ci mərtəbəsində yerləşən, ümumi sahəsi 112,78 kv.m, 2 (iki) otaqdan ibarət 233 nömrəli mənzilə istifadə və sahibliklə bağlı hər hansı bir müdaxilələrin cavabdehlərə qadağan olunması, mənzildən sərbəst istifadə və sahibliklə bağlı istənilən maneələrin aradan qaldırılması və mənzilə dair iddiaçının həyata keçirmək istədiyi bütün hərəkətlərə görə cavabdehlər tərəfindən hər hansı müdaxilələrin qarşısının alınmasına dair onların üzərinə öhdəlik qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (bir yüz) manatın, eləcə də müvəqqəti təminat tədbiri barədə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumları olmaqla, ümumilikdə 110 (bir yüz on manat) məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ilə "xxxx" MMC arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllədə tikilmiş, hündür mərtəbəli binanın, 3cü girişin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 112,78 kv.m., 2 otaqdan ibarət 233 nömrəli mənzilə 16 noyabr 2012-ci il tarixdə bağlanmış “Mənzil tikintisi haqqında” müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birləşdirilmiş işə dair məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək Birinci iş üzrə verdiyi apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda izahat vermişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə "xxxx" MTK ilə İddiaçı1 arasında xx.xx.2009-cu ildə bağlanmış “Kooperatov Binada Mənzil Tikintisi Haqqında Müqavilə” vəCavabdeh1 MMC ilə İddiaçı1 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış “Mənzil Tikintisi Haqqında Müqavilə” müqavilə etibarsız hesab olunmalıdır, çünki qeyd olunan müqaviləinin hüquqi əhəmiyyəti olmamış, mübahisəli mənzillə bağlı bağlanmış həqiqi müqavilə tərəfi İddiaçı2 olmuşdur, iddiaçının Azərbaycan Respublikasında olmamasından istifadə edərək, onunla bağlanmış müqavilə məhkəmə prosesləri zamanı gizlədilmiş və ona məxsus olan əmlak digər şəxslərin adlarına rəsmiləşdirilmişdir. Həmçinin Vəkil1 bildirmişdir ki, Cavabdeh2 MTK ilə müqavilə bağlanarkən onun müqavilə bağlamaq səlahiyyəti olmamışdır, o podratçı olmuşdur, sərəncam və müqavilə vardır, ona tikmək üçün səlahiyyət verilib, "xxxx" MMC ilə müqavilə bağlanmış, lakin ödəniş edilməmişdir, ödəniş Etalona edilmiş, müqavilə bağlanmışdır, müqaviləni qanuni təmsilçi kimdirsə o imzalamalıdır, lakin İddiaçı1lə olan müqaviləni hər hansı bir təsisçi bağlamışdır, onun da səlahiyyəti olmamışdır, "xxxx"-lə bağlanan müqavilə isə İddiaçı1 tərəfindən bağlanmamışdır, onu nə özü, nə də etibarnamə ilə nümayəndəsi imzalamamışdır, sərhədkeçmə məlumatları da var, onlar təsdiq edirlər ki, bu şəxs həmin tarixdə - 2009-cu ildə ölkədə olmamışdır, necə müqavilə bağlasın, müqavilələr onun tərəfindən imzalanmamışdır, saxtadır, etibarsız hesab edilməlidir, həmçinin həmin dövrdə "xxxx" MTK-nın fəaliyyəti dayandırılmışdır, cinayət məsuliyyətinə cəlb olunmuşdur, İddiaçı2 ilə müqavilə bağlanarakən direktor məzuniyyətdə olmuş, vəzifələrini təsisçiyə ötürmüşdür, bu barədə daxili əmr vardır, "xxxx" MTK Cavabdeh1 MMC-yə qarşı oranın özlərinə aid olması barədə iddia qaldırmış, həmin işi də uduzmuşdurlar, cavabdeh də mənzillə bağlı orada təmir olduğundan xəbəri olduğunu demişdir, mənzilin təmir işlərinin çoxunu – 70- 80%-ni özləri etmişdirlər, hamam və s. təmir olunmuş, kafel-metlax və s. digər işlər görülmüşdür. Sonda Vəkil1 ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı2 adına tərtib olunmuş xx.xx.2012-ci il tarixli “Mənzil tikintisi haqqında müqavilə” nin özü saxtadır, etibarsız hesab olunmalıdır, cavabdeh "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Mənzil tikinti müqaviləsi”nə əsasən İddiaçı1 sifarişçi Cavabdeh1 MMC tərəfindən tikdirilən Xətai rayonu, Xocalı küçəsi, 2347-68-ci məhəllə, 3cü giriş, 7-ci mərtəbədə yerləşən, sahəsi 112.78 kv. Metr olan, 2 otaqlı, 233 №-li mənzili dəyərini 38400 manat ödəməklə payçı kimi həmin mənzilin sahibi olmuşdur, 2010-cu ilin sentyabr ayında Cavabdeh1 MMC-dən İddiaçı1 məlumat verildi ki, "xxxx" MTK ilə müqavilə pozulduğuna və MTK-dan mənzil satışı ilə bağlı bütün səlahiyyətlər alındığına görə mənzilə dair yeni müqavilə bağlanmalıdır, İddiaçı1 həmin vaxtı Rusiyada yaşadığına görə müqaviləni bağlamaq səlahiyyətini bibisi qızının əri X69 verdi, o, xx.xx.2010-cu il tarixdə "xxxx" MMC-yə gedərək, şirkətlə yeni “Mənzil tikinti müqavilə”si bağlamışdır, həmin müqavilə ilə İddiaçı1 "xxxx" MTK ilə mənzilə dair bağlanmış xx.xx.2009-cu tarixli “Mənzil tikinti müqavilə”si bütün şərtləri ilə tamamilə tanınmışdır, müqavilə bağlandığı andan, yəni 2009-cu ildən 2014-cü il tarixədək İddiaçı1 aldığı mənzilə tam sahiblik edərək, mənzildə təmir işlərinə başlamış, təmir işlərinə İddiaçı1 2011-ci ilin iyun ayında başlayıb 2011-cü ilin sentyabr ayınadək aparmışdır, Cavabdeh1 MMC-nin mühəndisi olmuş Məhəmməd adlı şəxsin iştirakı ilə mənzildə elektrik xətlərinin çəkilməsi, sanitar qovşaqlarının quraşdırılması, tavanın alçıpanlanması, divarların şpaklyokalanması işləri görülmüşdür, Quliyev Moskvaya gedərkən mənzildə şpaklyovka işlərini görmüş ustaların pulunu mühəndis Məhəmmədə vermişdir ki, işlər qurtardıqdan sonra onların pulunu versin, ümumilikdə İddiaçı1 təmir işlərinə 27000 ABŞ dolları məbləğində pul xərcləmişdir, təmir işlərinə başlamadan əvvəl Cavabdeh1 MMC-nin həmin dövrdən 2015-ci ilə qədər MMCnin müdiri olmuş A.Həsənovun həyat yoldaşı Səbinə Həsənova mənzilin sahibi olduğumu və İddiaçı1 tərəfindən mənzilə görə tam ödənişin apardığını kompüterdə yoxlayandan sonra İddiaçı1 mənzildə təmirin aparılmasına icazə verilmişdir, 2014-cü ilin sentyabr ayında İddiaçı1 qohumu E.Əsgərovdan xahiş etmişdi ki, mənzilə baş çəksin, şüşələrin qoyulmasını yoxlasın, o, mənzilə gedib, şüşələrin qoyulmadığını görüb İddiaçı1 məlumat verib, xx.xx.2015-ci ildə İddiaçı1 qardaşı oğlu C.Quliyev ona zəng edərək kooperativin işi ilə bağlı cinayət işini aparan müstəntiqi Vergilər Nazirliyinin İstintaq şöbəsinin müstəntiqi Ş.Rüstəmov zəng edib bildirib ki, Məhəmmədin mənzilində başqa biriləri iş görür, güman ki, mənzili başqasına satılmışdır, mənzilin satılıb-satılmaması üçün İddiaçı1 İstintaq orqanına gəlməsi tələb olunurdu, məlumatı yoxlamaq məqsədi ilə İddiaçı1 mənzilə baxış keçirmək üçün E.Əsgərovu ora göndərmişdir, o, mənzilə daxil olarkən orada təmir işlərini aparan bir şəxsi görüb, kim olduğunu maraqlandıqda, bildirmişlər ki, mənzilin sahibi Ramin adlı şəxsin ustasıdır, usta Cavabdeh4 zəng edərək mənzilin başqa sahibini gəlməsini bildirib, təcili mənzilə gəlməsini xahiş etdi, saat yarımdan sonra Cavabdeh4, onun atası Şamo və yanında bir nəfər şəxs gəldi, E.Əsgərov onlara bildirdi ki, mənzilin sahibi var, onlar nə iş görürlər burada, Ş.Hüseynov ona dedi ki, bu mənzili Moskvada yaşayan bir şəxsdən alıblar, lakin həmin şəxsin adını çəkə bilmədilər, bundan sonra onlar Cavabdeh1 MMC-nin direktoru A.Həsənovun yanına gedib, nə baş verdiyi ilə maraqlandılar. Azad Rəhimova İddiaçı1 sənədləri təqdim olunduqda o, mənzilin ona satılmasında xəbəri olmadığını, həmin mənzilin Cavabdeh1 MMC tərəfindən 25 avqust 2014-cü il tarixdə Cavabdeh4 satıldığını E.Əsgərova bildirdi, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC, "xxxx"MTK, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs "xxxx" MTK sədri X4 qarşı “Mənzil tikintisi haqqında müqavilələrinin etibarsız hesab edilməsi, müqavilə üzrə öhdəlilərin icra edilməsi, mənzilin boşaldılması barədə” iddia ərizəsi Xətai rayon Məhkəməsinə müraciət edərək. Xətai rayonu, Xocalı küçəsi, 2347-68-ci məhəllə, 3-cü giriş, 7-ci mərtəbədə yerləşən, 2 otaqlı, 233 №-li mənzilə dair Cavabdeh3 ilə "xxxx" MTK, Cavabdeh4 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli və xx.xx.2014-cü il tarixli mənzil tikintisi haqqında müqavilələri etibarsız hesab edilməsi; "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Mənzil tikinti müqaviləsi”nə əsasən qeyd olunan mənzilin İddiaçı1 qeyd-şərtsiz təhvil verilməsi vəzifəsinin cavabdeh ”Əzizbəy KM” MMC-nin üzərinə qoyulması; Cavabdeh4 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, Xətai rayon Məhkəməsinin 2(011)- 2030/215 №-li, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı1 iddiası tam təmin edilmiş digər şəxslərin İddiaçı1 qarşı qarşılıqlı iddiası rədd edilmişdir və saxta müqavilələr tərtib etməklə İddiaçı1 mənzilinə sahiblənmək cəhdinə görə həmin məhkəmənin xx.xx.2015-ci il tarixli xüsusi qərardadı ilə "xxxx" MMCnin A.Hüseynovun əməlində dələduzluq əməllərin olmasının yoxlanılması barədə prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilmişdir, həmin qərardadla bağlı Baş Prokurorluğu yanında Korrupsiya ilə mübarizə idarəsində araşdırma aparılmış, cinayət işi ilə həbs olunmuş sabiq direktora qarşı həmin epizodla əlavə ittiham verilmişdir, 2010-cu ildə Xətai rayon Məhkəməsinin icraatında olmuş Cavabdeh2 MTK-nın Cavabdeh1 MMC-yə qaldırdığı iddia ilə bağlı mülki işdə məhkəmənin xx.xx.2010-tarixli Qərardadının icrası ilə bağlı Xətai İcra şöbəsinin icra məmuru X17, "xxxx" MTK-nın sədri X2, "xxxx" MTK-nın mühasibi X3, "xxxx" MMC-nin direktoru X30, "xxxx" MMC-nin təsisçisi X22, X52, "xxxx" MMC-nin mühasibi X23 və hal şahidlərinin iştirakı ilə xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Telnov küçəsi 2247-48 məhəllədə yerləşən ofisdə baxış keçirilmiş, baxışın nəticəsi barədə akt tərtib olunaraq, həmin şəxslərin imzası və Xətai rayon İcra şöbəsinin möhürü ilə təsdiq edilmişdir, aktdan müəyyən olunur ki, kabinetdə olan giriş qapısının sol tərəfdəki şkafda mənzil tikinti müqavilələri aşkar olunaraq, siyahıya alınmışdır, siyahıda 7 rəqəmi ilə İddiaçı1 aid xx.xx.2009 tarixli ərizə, müqavilə, ŞV surəti, və 1 ədəd arayış sözləri yazılmışdır, bu halın özü "xxxx" MMC-də İddiaçı1 adına mənzil tikinti müqaviləsinin mövcudluğunu sübut etdir, 2015-ci ildə "xxxx" MMC-nin vergidən yayınması faktı ilə Vergilər Nazirliyinin İstintaq şöbəsində araşdırma aparılmışdır, araşdırma ilə bağlı 2014-cü ilin noyabr ayında şirkətin ofisində baxış keçirilərək, "xxxx" MMC-yə və "xxxx" MMC-yə aid olan mühasibat sənədləri, o cümlədən mənzil tikinti müqavilələri olan qovluqlar və kompüterin prosessoru protokollaşdırılaraq götürülmüşdür, sənədlərin arasında "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə, ona əlavə olunmuş qeyd olunan sənədlər də olmuşdur, istintaq zamanı mən özüm də İddiaçı1 ilə birlikdə istintaq idaerəsində iştirak etmişdir, həmin müqavilə hazırda da istintaq şöbəsində saxlanılır, istintaq zamanı İddiaçı1 sahib olduğu mənzilə dair Cavabdeh3 adına xx.xx.2006-cı il tarixli, Cavabdeh4 xx.xx.2006-cı il tarixli və hazırkı işdə iddiaçı olan İddiaçı2 adına xx.xx.2012-ci il tarixlə "xxxx"MCtərəfindən tərtib olunmuş saxta müqavilələr Vergilər Nazirliyinin İstintaq şöbəsi tərəfindən 2015-ci il tarixdə müsadirə olunaraq götürülmüş sənədlər arasında olmamışdır, mübahisəli mənzilə dair yalnız İddiaçı1lə "xxxx" arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə olmuşdur, "xxxx" MC-nin hazırda şirkətdə yalnız İddiaçı2 xx.xx.2012-ci il tarixdə bağladığı müqavilənin mövcud olması, müqavilənin legitim olması və mənzilin gerçək sahibi İddiaçı2 olması barədə məhkəməyə verdiyi 02/146 №-li xx.xx.2022-ci il tarixli arayışın özü mötəbər hesab olunmur, 2015-ci ildə də İddiaçı1 iddiası üzrə baxılan mülki işdə şirkətin rəhbərliyi israr edirdi ki, mübahisəli mənzilin sahibi əvvəl Cavabdeh3 sonradan isə Cavabdeh4 olması barədə arayış təqdim etmişdir, məhkəmə prosesində Cavabdeh3 ərizə ilə məıhkəməyə müraciət edərək adından saxta müqavilənin tərtib olunmasını və həmin işdə adından İddiaçı1 qarşı tərtib olunmuş qarşılıqlı iddiadan məlumatın olmasını bildirərək, qarşlıqlı iddiadan imtina etmişdir, həmin dövrdə mübahisəli mənzilin İddiaçı2 məxsus olması barədə məhkəməyə arayış təqdim etməmişdir, "xxxx" MTK ilə digər şəxslər arasında 2009-cu ildə mənzil tikinti müqavilələri bağlanmışdır ki, cavabdeh "xxxx" MMC onların heç birini mübahisələndirməmişdir, bu onunla izah olunur ki, həmin şəxslər mənzillərini aldıqdan sonra, mənzillərinə köçüb hazırda orada yaşayırlar, Xətai rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(011)-547 nömrəli qətnaməsinə, AR Ali Məhkəməsinin xx.xx.2012ci il tarixli, 2(102)-2605/2012 nömrəli məhkəmə qərarlarında bina sakinlərinin binanın tikilməsinin tamamlama işlərinin aparılmasını "xxxx" MMC-dəna alınaraq "xxxx" MTK-ya verilməsini tələb etmişlər, iddia təmin olunmamışdır, məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə Xətai rayonu, Xocalı küçəsindəki 2347-48 saylı məhəllədə 0.3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasınn layihələndirilməsi və tikilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir. "xxxx" MMC ilə "xxxx" MTK arasında xx.xx.2006-cı il tarixdə müqavilə bağlanılır və binanın tikintisi, təhvil verilməsi və mənzillərin satışı Cavabdeh2 MTK-ya həvalə olunmuşdur, müqaviləyə tərəflərin razılaşması ilə xx.xx.2009-cu il tarixdə xitam verilmişdir, "xxxx" MTK-da "xxxx" MMC-nin MTK ilə bağladığı xx.xx.2006-cı il tarix müqavilə qüvvədə olduğu müddətdə İddiaçı1 ilə xx.xx.2009-cu il tarixdə “Mənzil tikintisi haqqında” müqavilə bağlayır, "xxxx" MTK-nın hərəkətləri hımin müddətdə tam legetim olmuşdur, bundan başqa bu müqavilənin tanınmasına görə əlavə olaraq "xxxx" MMC ilə İddiaçı1 etibarnamə ilə nümayəndəsi arasında E.Əsgərov digər xx.xx.2010-cu il tarixli “Mənzil tikintisi haqqında” müqavilə bağlanılır, 2(011)-2030/2015 №-li, xx.xx.2015-ci il tarixli qətnamədə eyni hallara və sübutlara istinad olunaraq tam əsaslı, obyektiv nəticəyə gəlinmişdir, İddiaçı2 adına tərtib olunmuş saxta müqavilənin qeyd olduğu tarixdən - 2021-ci ildən mübahisəli mənzilə sahiblik etməsi, həmin mənzildə təmir işləri aparılması halı da uydurmadır, Xətai rayon məhkəməsinin 2(011)-2030/2015 №-li qətnaməsində çıxış edən şahidlər, təqdim edilən sənədlər mənzilin 2009-cu ildən 2015-ci ilədək İddiaçı1 sahibliyində olmasını, onun tərəfindən təmir işlərinin aparılması, sonradan isə mənzilin qanunsuz olaraq "xxxx" tərəfindən Cavabdeh4la xx.xx.2014-cü il tarixlə bağladığı müqavilə həmin şəxsin qanunsuz sahibliyinə keçmişdir, bundan sonra Cavabdeh4 İddiaçı1 apardığı təmir işlərini söküb, mənzildə yeni planlaşdırma işlərini görməklə yenidən təmir işlərini aparmışdır, qətnaməni icra edən icraçılar 2015-ci ildə mənzili yenidən İddiaçı1 sahibliyinə qaytarılmışlar, mənzil İddiaçı1 sahibliyinə qaytarıldıqdan sonra 2015-ci ildə mənzilin açarları R.Cəfərovda saxlanılır, bu onu göstərir ki, mənzil heç bir zaman İddiaçı2 sahibliyində olmamışdır, iddia ərizəsində istinad olunan digər halda odur ki, 2015-ci il tarixdə "xxxx" MMC-nin yuxarıda qeyd olunan məhkəmə araşdırılması zamanı təqdim etdiyi sənəddə də mənzilin Rusiyada yaşayan şəxs tərəfindən mənzilin alınmasından bəhz olunur, İddiaçı2 Rusiyada yaşadığına görə məhz elə həmin adam da odur, İddiaçı2 Bakı sakinidir, Rusiya vətəndaşı olan və Rusiyada yaşayan isə İddiaçı1dir, İddiaçı2 adına xx.xx.2012-ci il tarixdə müqaviləni bu yaxınlarda tərtib olunması şübhə doğurmur, bu müqaviləni tərtib etməklə "xxxx" MMC növbəti dəfə dələduzluq yolu ilə İddiaçı1 məxsus olan mənzili talamaqla ələ keçirmək çalışır. Həmçinin Vəkil2 bildirdi ki, podrat müqavilə bağlanmışdır, müqaviləyə əsasən, Cavabdeh2 MTK-nın satmaq hüququ vardır, 30 sentyabr tarixdə razılıq vardır, sənədlər sübut edir ki, Cavabdeh2 MTK fəaliyyətini dayandırmamışdır, sadəcə sədr vergi ödəməmək üçün bunu saxtalaşdırmışdır, amma əslində fəaliyyəti dayandırmamışdırlar, daha sonra bu aşkara çıxmış, cinayət işi başlanmışdır, əgər onun fəaliyyət yoxdursa vergi ödəməməli idi, ödəmişdirsə deməli fəaliyyəti var, 2011-ci ildə İddiaçı1 mənzili təmir etmişdir, dəmir qapı qoymuşdur, açarı isə qapı qonşusu Rasimə vermişdir, o da mənzildə bəzi materiallar qoymuşdur, daha sonra o materialları çıxarmasını, evi təmir etdiyini bildirmişdir, mənzilə elektrik xətləri, kafel, qovşaq, metlax, alçipanlama, tavan və s. ümumilikdə 27000 dollar xərc çəkilmişdir, "xxxx" MMC-nin rəhbərləri dələduzluğa görə tutulmuşdurlar, onlar boş mənzilləri 2ci, 3-cü dəfə satmışdırlar, özü də bu cinayət işində İddiaçı1lə iştirak etmişdir, mənzil Hüseynov Şamoya da satılmışdır, qətnamədə İddiaçı1 hüququ tanınıb, Cavabdeh3 də guya 2006-cı ildə satmışdırlar, lakin həmin iş üzrə ekspertizada üəyyən olunub ki, möhür skan olunub, imza da saxtadır, Şamoya qədər mənzil İddiaçı1 olmuşdur, 2015-ci ildə açarlar Şamodan alınmış, Məhəmməd açarı üzbəüz qonşusuna vermişdir, evə də o baxmışdır, Cavabdeh1 MMC Cavabdeh2 MTK ilə olan müqavilələrin təzələnməsi üçün onlara müraciət etmişdir, bu işlərlə Səbinə adlı xanım məşğul olmuşdur. Sonda Vəkil2 ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi C.Q.Məmmədov bildirmişdir ki, 2006-cı ildə tikinti ilə bağlı sərəncam alınmışdır, "xxxx" MMC və Cavabdeh2 MTK arasında tikinti sifarişi barədə müqavilə olmuşdur, Cavabdeh2 MTK-ya satmaqla bağlı səlahiyyət verilməmişdir, əmlakdan çıxarış almaq üçün Cavabdeh1 MMC-dən çıxarış alınmalıdır, Cavabdeh2 MTK-nın belə bir səlahiyyəti yoxdur, Elşən mənzili 2012-ci ildə almış, mənzilə gəlib-getmiş, təmir də etmişdir, ev alınanda müəyyən məsələləri şirkət edir, çöl qapı və pəncərələr qoyur, qalan işləri vətəndaşlar edir, mübahisəli mənzil hal-hazırda Cavabdeh1 MMC-nin balansındadır, ona dair kimsə çıxarış almamışdır, məhkəmə qərarı kimin xeyrinə olarsa, mənzil də ona veriləcəkdir, 233 saylı mənzillə bağlı iki müqavilənin olduğu deyilir, amma Cavabdeh1 MMC-nin möhürü yoxdur, təsisçinin müqavilə bağlamaq hüququ olmamışdır, İddiaçı2 ilə müqavilə bağlanarkən direktor məzuniyyətdə olmuş, səlahiyyətini daxili əmrlə təsisçiyə ötürmüşdür, bu barədə Vergilərə müraciət etmişdirlər, məktub göndərmişlər, amma bu barədə qeydiyyat aparılıb-aparılmaması barədə məlumatları yoxdur, bu ondan əvvəl olduğu üçün bu barədə çox məlumatlı deyildir, amma belə bir məktub vardır. Sonda cavabdehin nümayəndəsi C.Q.Məmmədov qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh2 MTK-nın nümayəndəsi Z.Q.Gülmalıyev bildirmişdir ki, 2006-cı ilin may ayından 2010-cu ilə kimi sədr olmuşdur, 3 may 2006-cı il tarixli müqavilə vardır, torpaq Cavabdeh1 MMCnindir, qalan bütün hamısı Cavabdeh2 MTK-ya həvalə olunmuşdur, özləri podratçı olmuş, müqaviləyə əsasən mənzil satmaq hüquqları olmuşdur, 2010-cu ilin sentyabrına kimi fəaliyyət göstərmişdirlər, 2011-ci il tarixli qərar var ki, geri qayıtsınlar, bununla yanaşı Cavabdeh1 MMC ilə aralarında akt vardır, İddiaçı1 mənzilin haqqını onlara ödəmişdir, mənzil 3-cü giriş, 7-ci mərtəbədə yerləşir, həmin müqavilədən sonra "xxxx" MMC ilə də yenidən müqavilə bağlanmış, bununla da onun müqaviləsitəsdiqlənmişdir, vergi borcuna görə özü 3 ay istintaqda olmuş, daha sonra digər payçılar vergi borcunu ödəmiş, azad olunmuşdur, fəaliyyətlərinin dayandırılması payçılarla müqavilə bağlanmasına məhdudiyyət qoymur, pulun bir hissəsini beh kimi onun qohumu alman kimi tanıdıqları şəxs vermiş, qalan hissəsini sonra İddiaçı1 gələrək özü ödəmişdir, müqavilə beh ödənildikdən 10-15 gün sonra İddiaçı1 özü tərəfindən imzalanmışdır, maliyyə arayışı tərtib olunmuşdur, lakin bunun tarixini xatırlamır, ümumilikdə 48000 manat ödəniş olunmuşdur, bunu tərəflər arasında alqı-satqı kimi qiymətləndirirlər, sərəncamda da mənzili sata biləcəkləri barədə qeyd vardır. Qeyd edilən Birləşdirilmiş iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Məmmədov X6 iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-464/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə hər iki verilmiş iddia tələblərini MM-nin qeyd olunan bu normasının üzərindən həll etməyə çalışmışdır . Bunun üçün ilk öncə İddiaçı2 müqavilənin etibarsızlığı məsələsinə qiymət verməyə başlamışdır.Qarşı tərəfin mübahisəli mənzil sahəsinə istifadə və sahiblik etməsini cümləsini öz qətnaməsində göstərməklə etmişdir. Həmçinin qeyd etmişdir ki, İddiaçı1lə bağlanmış müqavilə Elşən Məmmdovla bağlanmış müqavilədən qabaq tarixə bağlandığı üçün, sonradan da öhdəliklər "xxxx" MTK tərəfindən "xxxx" MMC tərəfindəın tanınmışdır ( q ə t n a m ə nin 1 5 - ci s ə hif ə sinin s o n u n c u a b z a sı, d a v a mı 1 6 - cı s ə hif ə d ə ). Ancaq iş materiallarında olan müqavilələrdən görünmür ki, cavabdehlər arasında hansısa öhdəliyin ötürülməsi və ya tanınması barədə nəsə müqavilə olsun? Məhkəmə özü qəsdən belə yanaşmışdır ki, mənzili İddiaçı1 məxsus olmasını göstərə bilsin.Guya ona məxsus olan mənzil sonradan İddiaçı2la bağlandığından, burada da İddiaçı1 dair bağlanmış müqavilənin etibarsızlığı ola bilməz.Bununla belə, Quliyev Məhəmədlə həm "xxxx" MTK arasında, həm də Cavabdeh1 MMC arasında bağlanmış müqavilələrin özü bağlandığı andan etibarsızdır .Belə ki, İddiaçı1 iddia edir ki, mübahisəli mənzilə dair ilk dəfə onunla "xxxx" MTK arasında 18 iyun 2009-ci cu il tarixli müqavilə bağlanmışdır.Ancaq maraqlıdır ki, iş materiallarında da görünür ki, MTK-nın "xxxx" MMC-nin sifarişi ilə inşa etdiyi binada belə səlahiyyəti olmayıb, o yalnız MMC ilə bağlanmış müqaviləyə əsasən, orada binanın bağlanmış müqaviləyə əsasən, orada binanın tikintisini həyata keçirməli idi. Buna baxmayaraq, MTK daha da irəli gedərək, mənzil satışını həyata keçirməkdən belə çəkinməmişdir. İkinci bir tərəfdən, "xxxx" MTK ilə İddiaçı1 müqavilə bağlayarkən həmin tarixdə MTK-nın fəaliyyəti rəsmi qaydada tam dayandırılmışdır . Yəni, "xxxx" MTK-nın müqavilə bağlamaq, mülki hüquq münasibətlərinin subyekti olmaq imkanı müvəqətti olaraq "xxxx". Çünki xx.xx.2008-ci il tarixdə MTK-nın özünün Vergi Orqanına etmiş müraciətdən də bu bir daha görünür . Eləcə də, hazırki iş üzrə məhkəmənin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli, **********923600 nömrəli cavab məktubunda da bu barədə bildirilir.Həmin məktuba əsasən, "xxxx" MTK-nın xx.xx.2008-ci il tarixdən başlayaraq, dövrü qaydada fəaliyyəti dayandırılmışdır . Məhz elə fəaliyyətin dayandırıldığı vaxtlarda da (dövrdə də) İddiaçı1lə MTK arasında müqavilə bağlanmışdır . Bu isə, müqavilənin səlahiyyətli olmayan şəxs tərəfindən bağlanmasını (imzalanmasını) özündə əks etdirdiyindən, müqavilənin hüquqi qüvvəsini əsasız edir . Baxmayaraq ki, işə baxmış məhkəmə qeyd olunan bu sübutları qətnamədə qeyd etməmişdir . Məhkəmənin özünün əldə etdiyi sübutu ortaya ona görə qoymamışdır ki, İddiaçı1 xeyrinə qətnamə çıxarda bilsin. Necə ola bilər ki, fəaliyyəti dayandırılmış hüquqi şəxs müqavilə bağlayır və buna da məhkəmə bilə-bilə göz yumur? Halbuki, həm tərəflərindən təqdim edilmiş sənədlərlə, həm də məhkəmənin özünün əldə etmiş olduğu sənədlərə istinadən, "xxxx" MTK-nin fəaliyyəti dayandırılığı bir dövrdə müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Üçüncü tərəfdən, İddiaçı1 Rusiya Federasiyasının vətəndaşıdır və daimi olaraq Azərbaycan Respublikasında olmur və burada yaşamır . Bunu mülki işin materiallarında olan sənədlərdən, eləcə də onun özünün məhkəmələrdə verdiyi izahat və təqdim etdiyi sənədlərdən birbaşa aydın görmək olur . Qeyd olunan müqavilə bağlanarkən İddiaçı1 ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır .Bu barədə AR Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli, 33/417 nömrəli məktubundan açıq görünür .Yəni, xx.xx.2009-cu il tarixdə Azrəbaycan Respublikasında olmamışdırsa, İddiaçı1 müqavilədə olan imzasını kim çəkmişdir? Əgər şəxs mənzilə dair müqavilə bağlayırsa və müqavilə də Azərbaycan Respublikasında imzalanmışdırsa, onda necə ola bilər ki, müqavilədə onun imzası vardır? Göründüyü kimi, MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə tam etibarsız olan müqavilə olmuşdur . Hətta İddiaçı1 vaxtı ilə Xətai rayon Məhkəməsinə verdiyi iddia ərizəsində, hal-hazırda verdiyi qarşılıqlı iddia ərizəsində müqavilənin onun şəxsən bağlandığını, sonradan da müqavilənin tərtib olunaraq ona təqdim olunduğunu qeyd edir . İddiaçı1 AR-da olmasını təsdiq edən və məhkəmə qətnaməsində də göstərilən müvafiq rəsmi məlumatlara işə baxan məhkəmə ümumiyyətlə nə fikir vermiş, nə də ki münasibət bildirməmişdir ( qətnamə nin 1 3 - cüsəhifəsinin 9 - cu və 1 0 – cu abzasları v ə davamı 1 4 - c ü s ə hifədə). Sadəcə olaraq, qətnamədə qeyd edilmişdir ki, İddiaçı1lə bağlanan müqavilə sonradan hər iki hüquqi şəxs tərəfindən mübahisələndirilməmiş və nəticədə həmin müqavilənin tərəflər arasında iradə və onun bildirilməsi vahidliyi olmuşdur ( q ə t n a m ə nin 1 6 - cı s ə hifəsinin 2 - ci a bzası tam şəkildə ).Belə çıxır ki, məhkəmə ilkin iddia tələbləri üzrə cavabdehlərin mövqeydini müdafiə etməkdən başqa bir iş görməmişdir . İddiaçı2 tərəfindən verilmiş iddia tələbi üzrə "xxxx" MTK və Cavabdeh1 MMC hər ikisi cavabdehlərdi. Bu müqavilələr də İddiaçı2 tərəfindən də mübahisələndirilir . Buarda hər iki hüquqi şəxsin həmin müqavilənin mübahisələndirilməsinə nə ehtiyac? Məgər , İddiaçı2 aldatmış şəxslər öz əleyhlərinə nəsə hüquqi addım atacaqlardı ki? Bu nə məntiq, nə düşüncə ki, işə baxan məhkəmə məsləyə də bu mövqedən yanşmışdır? Dördüncüsü, istər MTK ilə, istərsə də sonradan 2010-cu il tarixdə "xxxx" MMC ilə bağlanmış müqavilələrdə olan və İddiaçı1 adı qrafasında icra olunmuş imzalar tam fərqli imzalardır.Bunu hazırki iş üzrə İddiaçı1 məhkəməyə xx.xx.2022-ci il tarixdə ünvanladığı ərizədə olan imzadan da aydın görmək olur . Əgər həqiqətən də İddiaçı1 qeyd olunan müqavilələri şəxsən imzalamışdırsa, onda bu imzalar fərqli olmamalı idi. Onların hamısı eynilik təşkil etməli idi. Ancaq görünür ki, imzalar arasında kəskin fərqlilik olduğundan, müqavilələrin Məhmməd Quliyev tərəfindən imzalanmadığı nəticəsinə gətirib çıxardır.Bu hallara ümumiyyətlə məhkəmə öz qətnaməsində qiymət verməmişdir. Bu hallar barədə tərəflərindən vaxtı ilə birinci instansiya məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli etirazda qeyd edilməsinə baxmayaraq, məhkəmə bunu yoxlamamış və qəsdən də bu halın üzərindən keçimişdir. İddiaçı1 qarşılıqlı iddia tələbi üzrə irəli sürdüyü hüquqi əsaslardan növbəti addımı "xxxx" MMC ilə bağladığı xx.xx.2010-cu il tarixli müqavilə olmuşdur (hansı ki, həmin müqavilə də hal-hazırda tərəflərindən mübahisələndirilir).Qeyd olunan müqavilənin yuxarıda göstərildiyi kimi, Məhmməd Quliyevə aid olan qrafada imzasının fərqli olması açıq aydın görünür. Bundan başqa, bu müqavilənin şəxsən Məhmməd Quliyev tərəfindən imzalanmadığını özü həm vaxtı ilə Xətai rayon Məhkəməsinə müraciət etdiyi iddia ərizəsində, həm d ə halhazırda vermiş olduğu qarşılıqlı iddia ərizəsində də göstərmişdir.Belə ki, onun özü qeyd edir ki, müqavilə imzalanarkən Rusiyada yaşadığı üçün qohumu Elman Əsgərov adlı şəxslə müqavilənin bağlandığını göstərir . Ancaq mübahisələndirilən müqavilədə Elman Əsgərovun deyil, məhz İddiaçı1 imzası vardır . Digər tərəfdən, əgər Elman Əsgərov adlı şəxs həqiqtən Məhəmmədin adından müqavilə bağlayırdısa, onda bunu təsdiq edəcək heç bir etibarnamə və ya digər sənəd olmamışdır! Çünki imza qrafasında olan imzanın Elman Əsgərova deyil, İddiaçı1 aid olduğu görünür.Bundan başqa, müqavilənin MMC-nin adından imzalayan şəxs hüquqi şəxsin təsisçisi olmuşdur .Bəllidir ki, Məhdud Məsuliyyətli Cəmiyyət mülki hüquq münasibətlərinin iştirakçısı kimi, onun adından iştirak etmək səlahiyyəti ancaq onun idarə orqanına məxsusdur.Bu zaman müqavilələrin bağlanması, MMC-nin adından heç bir maneə olmadan çıxış etmək və s., ancaq cari rəhbərliyi həyata keçirən direktora, müdirə və ya digər şəxsə məxsus olur, bu şərtlə ki, həmin şəxsin buna səlahiyyəti olsun. Ancaq İddiaçı1lə bağlanmş müqavilədə Cəmiyyətin adından təsisçinin iştirak etdiyi görünür . Təsisçinin isə nə mülki qanunverciliklə, nə nizamnamə ilə, nə də ki digər sənədlərlə də buna səlahiyyəti yoxdur . Qeyd olunan Müqavilənin imzalandığı zaman X60 həqiqətən də Cəmiyyətin təsisçisi olmuşdur . Bu barədə olan məlumat məhkəmənin müvafiq sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli, **********809300 nömrəli cavab məktub ilə də təsdiq olunmuşdur. Qaqrşılıqlı iddia ərizəsində işə aid olmayan şəxslərin adının çəkilməsi də İddiaçı1 tələblərinin əsassız olmasını bir daha təsdiq edir . Belə ki, guya İddiaçı1 Cəmiyyətin müdiri Azad Həsənovun arvadı Səbinə Həsənova adlı şəxsə mənzilin sahibi olduğunu qeyd etmiş və bundan sonra da mənzildə təmir işlərinin aparıldığını deyir . Özü də təmir işlərinə də guya 2014-cü il tarixdə başlamışdır . Ancaq tamamilə əsassız və məhkəməni aldatmaqdan başqa bir şey deyildir . Çünki İddiaçı1 ümumiyyətlə mənzildə hansı təmir işlərinin aparılmasını belə bilmir , bəzi məqamları qeyd etməklə kifayətlənmiş və İddiaçı2 tərəfindən mənzildə aparılmış təmir işlərini özünün adına çıxmaq isətmişdir . Buna görə də yalandan mənzilin təmir xərclərini də aşağı göstərmişdir.Bütün bu yuxarıda qeyd olunanlar onu göstərir ki, verilmiş qarşılıqlı iddia ərizəsi vaxtı ilə Xətai rayon Məhkəməsinə İddiaçı1 tərəfindən verilmiş iddia ərizəsinin bir nüsxəsidir . Orada qeyd olunan xüsusatlar hazırki iddia ərizəsində qeyd olunmuş və ancaq ümumi sözlərlə iddia tələbini əsaslandırmağa çalışmışdır . Bu xüsustalara əhəmiyyət verməyən məhkəmə İddiaçı2 nümayəndəsi və vəkilinin dediklərini təhrif etməklə və yekunda da bir cümlə ilə həmin xüsusatların məhkəmə tərəfindən nəzərə alına bilməməsini qeyd etmişdir ( qətn amənin 1 6 – cı səhifəsinin 1 – ci abzasının sonuncu cümləsi). İşə baxan məhkəmə İddiaçı2 gözlənilən mülkiyyət hüquqlarını kobud formada pozmuşdur . Çünki məhkəmənin qəbul etmiş olduğu qətnamə ilk növbədə Konstitusiyanın istinad edilən b u normalarının pozulmasını özündə əks etdirir . Məhkəmə bu azmış kimi, konstitusiyanın qeyd olunan normalarını belə qətnamədə qeyd etmişdir ( qətnamənin 1 6 - cı səhif ə sinin 4 və 5 - ci abzasları tamşəkildə ). İddiaçı2 müqavilə bağlmasını, həmin müqavilə üzrə ödəniş məbləğini tam şəkildə icra etməsini, mənzildə təmir aparmasını, bununla bağlı vaxtı ilə "xxxx" MMC-nin işçisinin vermiş olduğu şahid ifadəsini və bu kimi digər xüsusatların heç birinə əhəmiyyət verməmişdir . Məhkəmə Kollegiyasının iclasında birinci iş üzrə maraqlarına toxunan şəxs, birləşdirilmiş iş üzrə İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1 həm birinci, həm də birləşdirilmiş iş üzrə apellyasiya şikayətlərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 həm birinci, həm də birləşdirilmiş iş üzrə apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiyanın hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətində həm Birinci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2030/2015 saylı iş üzrə 11 sentyabr 2015-ci il tarixli qətnaməsi, həm də Birləşdirilmiş iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-464/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi tam hissədə mübahisələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəllillərini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, həm birinci iş üzrə, həm də birləşdirilmiş iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Kollegiya ilk növbədə birinci iş üzrə iddia tələbinə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Etalon-İnşaat MTK ilə İddiaçı1 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış kooperativ binada mənzil tikintisi haqqında müqavilədən müəyyən olunur ki, kooperativ Bakı şəhəri Xətai rayonu ünvan 1 Etalon-İnşaat MTK-nm tikilməkdə olan binasının 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 112,78 m2 olan 233 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 38400 manatı ödəməyi öhdəsinə götürmüşdür. Etalon-İnşaat MTK-nm xx.xx.2009-cu il tarixli 230 saylı arayışından müəyyən olunur ki, İddiaçı1 Etalon-İnşaat MTK-ya 38400 manat məbləğində pul vəsaitini ödəmişdir. Əzizbəy-KM MMC ilə İddiaçı1 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilədən müəyyən olunur ki, cəmiyyətin Bakı şəhəri Xətai rayonu ünvan 1 Əzizbəy-KM MMC-nin tikilməkdə olan binasının 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 112,78 m" olan 233 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 38400 manatı ödəməyi öhdəsinə götürmüşdür. Etalon-İnşaat MTK ilə Cavabdeh3 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış kooperativ binada mənzil tikintisi haqqında müqavilədən müəyyən olunur ki, kooperativ Bakı şəhəri Xətai rayonu ünvan 1 Etalon-İnşaat MTK-nm tikilməkdə olan binasının 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 100,3 m2 olan 233 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 41120 manatı ödəməyi öhdəsinə götürmüşdür. Etalon-İnşaat MTK-nm arayışından müəyyən olunur ki, Cavabdeh3 Etalon-İnşaat MTK-ya 41120 manat məbləğində pul vəsaitini ödəmişdir. Cavabdeh3 Əzizbəy-KM MMC-yə ünvanladığı xx.xx.2014-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh3 Bakı şəhəri Xətai rayonu Telnov (ünvan 3 ünvanında tikilməkdə olan hündürmərtəbəii yaşayış binasında ona məxsus olan 3-cü girişin 7-ci mərtəbəsində yerləşən sahəsi 112,78 m2 olan 2 otaqlı 233 saylı mənzili Cavabdeh4 adma sənədləşdirilməsinə etiraz etmədiyini, mənzilə görə Cavabdeh4 74100 manat pul vəsaitini almasını bildirmişdir. Əzizbəy-KM MMC ilə Cavabdeh4 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilədən müəyyən olunur ki, cəmiyyətin Bakı şəhəri Xətai rayonu ünvan 1 Əzizbəy-KM MMC-nin tikilməkdə olan binasının 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 112,78 m2 olan 233 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 74100 manatı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11763 saylı xx.xx.2015-ci il tarixli rəyindən müəyyən olunur ki, ekspetizaya təqdim olunmuş İddiaçı1 ilə Etalon-İnşaat MTK adlarında olan xx.xx.2009-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilədə Etalon-İnşaat MTK-nm sədri Gülmalıyev Z.Q. qrafasındakı imza və İddiaçı1 adma olan 230 saylı xx.xx.2009-cu il tarixli arayışda Etalon-İnşaat MTK-nm sədri Gülmalıyev Z.Q. qrafasındakı imza X7 tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş Cavabdeh3 ilə Etalon-İnşaat MTK-nın adlarında olan kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2006-cı il tarixli müqavilənin hər iki nüsxəsində Etalon-İnşaat MTK-nm sədri Gülmalıyev Z.Q. qrafasındakı imzalar və Cavabdeh3 adma olan ödəniş aparılması barədə tarixsiz arayışın hər iki nüsxəsində Etalon-İnşaat MTK-nm sədri Gülmalıyev Z.Q. qrafasındakı imzalar - X7 tərəfindən yox, onun həqiqi imzalarına oxşatmaqla başqa şəxs tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11918\11919 saylı xx.xx.2015-ci il tarixli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş olunmuş Cavabdeh3 ilə Etalon-İnşaat MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə və tarixi olmayan arayışda olan möhür əksləri axınlı printerdə çap edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Cavabdeh3 ilə Etalon- İnşaat MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə və tarixi olmayan arayışda olan möhür əksləri mülki işin materiallarında olan İddiaçı1 ilə Etalon-İnşaat MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədə və xx.xx.2009-cu il tarixli 230 nömrəli arayışda olan eyni məzmunlu möhür əksləri ilə eynilik təşkil etmir. Rəydən daha sonra müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Cavabdeh3 ilə Etalon- İnşaat MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə və tarixi olmayan arayışların mətnləri müvafiq olaraq mülki işin materiallarında olan İddiaçı1 ilə Etalon-İnşaat MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədə və xx.xx.2009-cu il tarixli 230 nömrəli arayışın, X61 ilə Etalon-İnşaat MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin və müxtəlif tarixli arayışların mətnləri ilə eynilik təşkil etmir. Rəydən daha sonra müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 2 ədəd xx.xx.2006-cı il tarixli Etalon-İnşaat MTK Kooperativ Binada Mənzil Tikintisi Haqqında Müqavilə və 2 ədəd Cavabdeh3 adına olan arayışlarda olan əlyazma mətnləri rəngləyici maddələri kimyəvi tərkibinə görə diyircəkli qələm pastalarının rəngləyicilərinə aiddirlər. Blanklarda çap olunmuş mətnlərin rəngləyici maddələri kimyəvi tərkibinə görə texniki qurğularda (surətçıxaran, çoxaldıcı aparat və s.) istifadə olunan rəngləyici maddələrə aiddirlər. Rəydən daha sonra müəyyən olunur ki, müvafiq metodika olmadığına görə 2 ədəd xx.xx.2006-cı il tarixli Etalon-İnşaat MTK Kooperativ Binada Mənzil Tikintisi Haqqında Müqavilə və 2 ədəd Cavabdeh3 adma olan arayışlarda olan əlyazma, çap olunmuş mətnlərin, blankının, kağızının icra vaxtının müəyyənləşdirilməsi üzrə tədqiqat işləri aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil edir. Məhkəmə iclasında şahid X69 ifadəsndə göstəmişdir ki, qohumu M.K. Quliyev 2009-cu ildə Etalon-İnşaat MTK-dan mənzil almış, Rusiyada yaşadığından mənzilin açarını, mənzilin sənədlərini ona verib nəzarət etməsini tapşırmışdır. 2010-cu ildə İddiaçı1 ona Rusiyadan zəng edərək mənzilin müqaviləsini Əzizbəy-MK MMC-nin dəyişmək istədiyini, onun əvəzindən müqavilə bağlamağı tapşırmışdır. 2011-2012-ci illərdə İddiaçı1 mənzilində təmir işləri aparmışdır. 2014-cü ildə o, mənzilə gedərkən mənzilin pəncərələrinin və giriş qapısının dəyişdirildiyini, mənzildə isə bir nəfər ustanın işləməsini görmüşdür. O, mənzilə kim tərəfindən buraxıldıqlarını soruşarkən həmin adamlar mənzili Moskva şəhərində yaşayan Elçin adlı şəxsdən aldıqlarını bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə Kollegiyası qeyd edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (MM -nin 389.1.,390.1.,390.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1,-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İstinad olunan maddi hüquq normasının tələbindən müəyyən olunur ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl edilməlidirlər. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Göründüyü kimi hələ 2009-cu ildə İddiaçı1 tərəfindən alınan və müəyyən təmir işləri aparılan Bakı şəhəri Xətai rayonu Xocalı küçəsi 2347-48 məhəllədə Etalon-İnşaat MTKnm inşa etdiyi binanın 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 233 saylı mənzili Cavabdeh3 saxta müqavilə və arayış əsasında Əzizbəy-KM MMC-nin vasitəsi ilə Cavabdeh4 95 000 ABŞ dollarına satmaqla M.K. Quliyevin mənzil hüquqlarını pozumuşdur. İlk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3 İməhkəməyə təqdim etdiyi xx.xx.2015-ci il tarixli ərizəsi ilə nümayəndəsi tərəfindən ona məlumat verilmədən verilmiş qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbindən imtina etdiyindən Bakı şəhəri Xətai Rayon İMəhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-2030\2015 saylı qərardadı ilə iddiaçı Cavabdeh3 loğlunun cavabdeh İddiaçı1 qarşı Etalon-İnşaat MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilmişdir. Bundan başqa Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2010cu il tarixli və Cavabdeh1 MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilələr Cavabdeh1 MMC-nin adından F.Ə.Mirzəyev tərəfindən imzalanmışdır, F.Ə.Mirzəyev həmin tarixlərdə Cavabdeh1 MMC-nin təsisçisi olmuşdur, xx.xx.2011-ci il tarixində Bakı şəhəri, Telnov küçəsi 2347-48-ci məhəllə Cavabdeh1 MMC-də İddiaçı1 aid xx.xx.2009-cu il tarixi üzrə müqavilə, ş.v surəti və 1 ədəd arayış aşkar olunmuşdur, İddiaçı1 məxsus xx.xx.2010 tarixli müqavilə, "xxxx" MTK-nın 18.06.09 tarixli müqavilənin surəti Cavabdeh1 MMC tərəfindən təsdiq edilmişdir. Bununla belə, mübahisəli mənzilə dair İddiaçı1lə bağlanmış müqavilələrin etibarsız hesab edilməsinə, İddiaçı2 ilə bağlanmış müqavilənin isə etibarlılığına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Kollegiya birləşdirilmiş iş üzrə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1984-cü il təvəllüdlü X53 şahid qismində ifadə verərək bildirmişdir ki, mübahisəli binada 2010-2016-cı ildə tikinti-texniki təhlükəsizliyə nəzarət üzrə rəis işləmişdir, İddiaçı2 tanıyır, həmin yerdən ev almışdır, əşyalar gətirmişdir, 2013-2014-cü ildə binaları özü yoxlamışdır, 2016-cı ildə işdən çıxmışdır, rəsmi işçi olmuşdur, Elşən Moskvada olanda biriki dəfə ondan malları qəbul edərək ustalara verilməsini xahiş etmişdir, daha sonra gəlib ona hörmət etmişdir, 3-cü mərtəbəyə malları kranla qaldırmışdırlar, mənzilin girişi 3-cü blokdandır, 2 otaqlıdır, 6 ya 7ci mərtəbədə yerləşir, İddiaçı1 və Şamonu tanımır, Elşən mənzilin onun olduğunu demişdir, ondan başqa adam müraciət etməmişdir, ancaq Elşən müraciət etmişdir, o keçəl hündür kişidir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1975-ci il təvəllüdlü X59 şahid qismində ifadə verərək bildirmişdir ki, Telnov küçəsi 2347, mənzil 231-də yaşayır, 233-də isə Məhəmməd qalır, özü mənzili 2009-cu ildə Cavabdeh2 MTK-dan almışdır, Cavabdeh2 MTK getdikdən sonra Cavabdeh1 MMC ilə də yenidən müqavilə bağlamış, müqavilələri təzələnmişdir, bina 17-ci mərtəbəlidir, öz mənzili 7-ci mərtəbədədir, aya 15-20 manat kommunal pulu verirlər, həmin pulu da Akif adlı şəxs yığır, 2012-ci ildən həmin mənzildə yaşayır, təmiri təxmini 2 il çəkmişdir, 2011-ci ildə evin açarını aşağıdan komendantdan almışdır, bu zaman Məhəmmədi tanımamışdır, həmin ilin yayında Məhəmməd gəlmiş, 233 saylı mənzilin onun olduğunu demiş və tanış olmuşdurlar, bir mərtəbədə qonşudurlar, 3 ay onu görmüşdür, evini də görmüşdür, ev 2 otaqlı evdir, orada san-texxnik, elektrik, alçipan işlərinin aparıldığını görmüşdür, daha sonra onun Moskvaya getdiyini eşitmişdir, təxminən 2015-ci ildə görmüşdür ki, həmin mənzilin qapısını sındırmışlar və orada təmir gedir, bir nəfər gəlmiş, evi aldığını demişdir, həmin adamdan evi kimdən aldığını soruşmuş, o adam da Məhəmməddən aldığını demişdir, daha sonra dava düşmüş, Məhəmməd demişdir ki, evini satmışdırlar, buna görə məhkəməyə vermişdir, həmin mənzilin qapısını 2-3 dəfə sındırıblar, bir müddətdən sonra Məhəmməd məhkəməni udduğunu demiş, evin açarlarını da birdən evi su basar və s. olar nəzarət etsin deyə ona verərək getmişdir, 3-4 ildir ki, açar özündədir, iki aydan bir mənzilə baş çəkmişdir, ən son 2 ay bundan qabaq orada olmuşdur, daha sonra kilidi dəyişdirmişdirlər, bu barədə Məhəmmədə xəbər vermiş, o da “yəqin ki mənzili yenə başqasına satıblar” demişdir, gələn yeni adamlar mənzildə - qapı, pol, kafel-metlax işlərini görmüşdürlər, bu işlər çöldə olmuşdur, ona görə görmüşdür, ağ qapılar qoymuşdurlar, Məhəmməd bu yaxınlarda ona yenə zəng edərək vəziyyətin nə yerdə olduğunu soruşmuş, onu məhkəməyə çağırdıqlarını demişdir, məhkəmə məsələsini yeni öyrənmişdir, açarı ikinci dəfə məhkəməni udanda ona vermişdir, özü də bəzi əşyalarını – ariston, matras oraya yığmışdır, Məhəmməd onunla +**********7 saylı nömrə ilə vhatsapp vasitəsilə danışmışdır, ona “yeni ilin mübarək”, “qurban bayramın mübarək”, “tez-tez evə nəzarət et”, “birisi iddia verib, sənə demişdim” məzmunlu mesajlar yazmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 126 saylı Sərəncamından görünür ki, Sərəncam ilə ilə Xətai rayonu Xocalı küçəsindəki 2347- 48 məhəllədə Əzizbəy-KM MMC-yə ayrılmış 0,3 hektar sahədə çoxmərtəbəli yaşayış binasının layihələşdirilməsinə və tikilməsinə “Əzizbəy-KM MMC-yə icazə verilmişdir. İş materiallarında olan Əzizbəy-KM MMC ilə Etalon-İnşaat MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixdə müqavilənin surətinə əsasən, Cavabdeh1 MMC Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamı ilə Xətai rayonu Xocalı küçəsindəki 2347-48 məhəllədə ona ayrılmış 0,3 ha sahədə hündür mərtəbəli yaşayış binasının tikilməsi ilə bağlı maddi imkanı olmadığı üçün Etalon-İnşaat MTK ilə aralarında razılıq gəlmişdirlər. Həmin müqaviləyə əsasən Etalon-İnşaat MTK-nın nizamnaməsinə uyğun olaraq kooperativə qəbul olunmuş payçılarla müvafıq müqavilələr bağlamaq öhdəliyi olmuşdur. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh3 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış kooperativ binada mənzil tikintisi haqqında müqavilədən müəyyən olunur ki, kooperativ Bakı şəhəri Xətai rayonu ünvan 1 Etalon-İnşaat MTK-nın tikilməkdə olan binasının 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 100,3 m2 olan 233 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 41120 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK ilə İddiaçı1 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri Xətai rayonu ünvan 1 Etalon-İnşaat MTK-nın tikilməkdə olan binasının 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 112,78 m2 olan 233 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 38400 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2009-cu il tarixli 230 saylı arayışın surətindən görünür ki, İddiaçı1 Etalon-İnşaat MTK-ya 38400 manat məbləğində pul vəsaitini ödəmişdir. İş materiallarında olan Cavabdeh1 MMC ilə "xxxx" MTK-nın xx.xx.2009cu il tarixli birgə yığıncağının qərarına əsasən, Etalon-İnşaat MTK ilə bağlanmış müqavilənin ləğv edilməsi, Etalon-İnşaat MTK-nın fəaliyyətinin tam olaraq dayandırılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh1 MMC-nin təsisçisi X60 ilə İddiaçı1 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, cəmiyyətin Bakı şəhəri Xətai rayonu ünvan 1 Cavabdeh1 MMC-nin tikilməkdə olan binasının 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 112,78 m2 olan 233 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 38400 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2009-cu il tarixli 230 №-li Arayışın surətindən görünür ki, İddiaçı1 "xxxx" MTK-nın kassasına 38400 AZN, yəni 48000 ABŞ dolları vəsait ödəmişdir. İş materiallarında olan Xətai rayon icra şöbəsinin icra məmuru O.İsayev, hal şahidləri X17, "xxxx" MTK-nın sədri X2, "xxxx" MTK-nın baş mühasibi X3, iş icraçısı, X30, Cavabdeh1 MMC-nin təsisçisi X31, direktoru X40, mühasibi X23, hal şahidi Bakı şəhəri, Sarayev küçəsi ev 3, mənzil 91-də yaşayan X24 və Suraxanı rayonu, 3-cü mədən küçəsində yaşayan X10 iştirakı ilə xx.xx.2011-ci il tarixində Bakı şəhəri, Telnov küçəsi 2347-48-ci məhəllə Cavabdeh1 MMC-də tərtib edilmiş Aktın surətindən görünür ki, Xətai rayonu, Xocalı prospekti 2347-48-ci məhəllədə ofisdə və seyfdə olan sənədləri, binanın tikintisi ilə bağlı Cavabdeh1 MMC tərəfindən təsdiq edilmiş bütün sənədlər, o cümlədən MTK-nın payçıları ilə bağlanmış müqavilələrin üzərinə həbs qoyulmasına və həmin sənədlərin siyahısına alınmasına dair Bakı şəhəri, Xocalı prospekti 2347-48-ci məhəllədə yerləşən Cavabdeh1 MMC-nin və "xxxx" MTK-nın yerləşdiyi ünvana gəlmişdirlər, kabinetdə olan giriş qapısının sol tərəfindəki şkafda sadalanan vətəndaşlara, həmçinin İddiaçı1 aid xx.xx.2009-cu il tarixi üzrə müqavilə, ş.v surəti və 1 ədəd arayış aşkar olunmuşdur. İş materiallarında olan 2509 saylı, 03.062011-ci il tarixli icra işi üzrə xx.xx.2011-ci il tarixli Akta əlavədən (Cavabdeh1 MMC tərəfindən təsdiq edilmiş sənədlərin adlar üzrə siyahısı) görünür ki, 3-cü qovluqda İddiaçı1 məxsus xx.xx.2010 tarixli müqavilə, "xxxx" MTK-nın 18.06.09 tarixli müqavilənin surəti qeyd edilmişdir. Həmin sənədlər Cavabdeh1 MMC tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin təsisçi-direktoru X60 ilə İddiaçı2 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilədən görünür ki, cəmiyyətin Bakı şəhəri Xətai rayonu ünvan 1 Əzizbəy-KM MMC-nin tikilməkdə olan binasının 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 112,78 m2 olan 233 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 79000 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 02/114 a №-li Arayışdan görünür ki, İddiaçı2 Əzizbəy-KM MMC-nin kassasına 79000 AZN məbləğində vəsait ödəmişdir. İş materiallarında olan Cavabdeh1 MMC təsisçisi X60 tərəfindən 08 sentyabr 2010-cu il tarixdə təsdiq edilmiş, Bakı şəhəri Vergilər Departamenti Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə qeydə alınmış Cavabdeh1 MMC-nin Nizamnaməsinə edilmiş dəyişikliyin surətindən görünür ki, cəmiyyətin təsisçisi X41r. İş materiallarında olan Cavabdeh1 MMC üzrə 18 avqust 2010-cu il tarixli 01/K saylı əmrin əsli ilə düz surətindən görünür ki, X53 18 avqust 2010-cu il tarixdən Cəmiyyətə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2010-ci il tarixdə verilmiş çıxarışın əsli ilə düz surətindən görünür ki, Cavabdeh1 MMC-də qanuni təmsilçi (əvvəlki) X42r, təsisçi X41r. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2010-cu il tarixdə verilmiş çıxarışın əsli ilə düz surətindən görünür ki, Cavabdeh1 MMC-də qanuni təmsilçi (hazırki) X54r. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2012-ci il tarixdə verilmiş çıxarışın əsli ilə düz surətindən görünür ki, Cavabdeh1 MMC-də qanuni təmsilçi (əvvəlki) X54r, təsisçi X41r. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2012-ci il tarixdə verilmiş çıxarışın əsli ilə düz surətindən görünür ki, Cavabdeh1 MMC-də qanuni təmsilçi (hazırki) X55r. İş materiallarında olan Cavabdeh1 MMC üzrə 01 noyabr 2012-ci il tarixli 010/L №-li Əmrdən görünür ki, X70 01 noyabr 2012-ci il tarixdən xəstəliyi ilə əlaqdar olaraq məzuniyyətdə hesab edilməsi, məzuniyyəti müddətində direktorun səlahiyyətləri təsisçiyə həvalə edilməsi əmr edilmişdir, ümumi şöbənin müdiri X25 01 noyabr 2012-ci il tarixdən növbəti əmək məzuniyyətinə buraxılması əmr edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC üzrə 01 noyabr 2012-ci il tarixli təsisçinin qərarının təsdiq olunmuş surətindən görünür ki, X70 36 gün müddətinə növbəti əmək məzuniyyətinə buraxılması, məzuniyyət müddətində Cəmiyyətin direktorunun səlahiyyətlərinin müvəqqəti icrasının X43 həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh1 MMC üzrə 07 yanvar 2013-cü il tarixli 01 №-li Əmrdən görünür ki, X70 06 yanvar 2013-cü il tarixdən işdə hesab edilmişdir. İş materiallarında olan Cavabdeh3 Əzizbəy-KM MMC-yə ünvanladığı xx.xx.2014-cü il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh3 Bakı şəhəri Xətai rayonu Telnov (ünvan 3 ünvanında tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında ona məxsus olan 3-cü girişin 7-ci mərtəbəsində yerləşən sahəsi 112,78 m2 olan 2 otaqlı 233 saylı mənzili Cavabdeh4 adına sənədləşdirilməsinə etiraz etmədiyini, mənzilə görə Cavabdeh4 74100 manat pul vəsaitini almasını bildirmişdir. İş materiallarında olan Əzizbəy-KM MMC ilə Cavabdeh4 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, cəmiyyətin Bakı şəhəri Xətai rayonu ünvan 1 Əzizbəy-KM MMC-nin tikilməkdə olan binasının 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 112,78 m2 olan 233 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 74100 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 31 yanvar 2011-ci il tarixli 2(011)-547/2011 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X44, X18, X32, X45, X11 və X13 cavabdehlər Əzizbəy-KM MMC-nə və Etalon-İnşaat MTK-ya qarşı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48 saylı məhəllədəki binanın tikintisi ilə əlaqədar Əzizbəy-KM MMC-nin fəaliyyətinin qadağan edilməi, Əzizbəy-KM MMC-nin göstərilən ünvandakı tikinti meydançasından çıxarılması və müqavilə öhdəliklərinə əsasən Etalon- İnşaat MTK-nın üzərinə həmin məhəllədə binanın tikintisinin davam etdirilməsi vəzifəsinin qoyulmasına dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5525/2011 saylı 02 may 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 31 yanvar 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5525/2011 saylı 28 dekabr 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 31 yanvar 2011-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2012-ci il tarixli 2(102)-2605 saylı qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5525 saylı 28 dekabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2030/2015 saylı 11 sentyabr 2015-ci il tarixli Xüsusi qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan 2(011)-2030/2015 saylı mülki işə məhkəmə baxışı zamanı Cavabdeh3 əməllərində Azərbaycan Respublikası CM-nin 178, 320-ci maddələrində, Əzizbəy KM MMC-nin direktoru A.S.Həsənovun əməllərində Azərbaycan Respublikası CM-nin 178, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətlərinin aşkara çıxması barədə Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi qərar alınmışdır. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin 10766/15 saylı xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Xətai rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-2030/2015 saylı 11 sentyabr 2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx/xx-41521/2 saylı xx.xx.2015-ci il tarixli məktubdan görünür ki, icra sənədi, icrata başlanma haqqın xx.xx.2015-ci il tarixli qərar, icra sənədinin surəti və bildiriş könüllü icra edilməsi üçün Cavabdeh1 MMC-yə, "xxxx" MTK-ya, Cavabdeh3 Şamo oğluna, Cavabdeh4 göndərilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən İddiaçı2 ünvanlanmış 14 iyun 2022-ci il tarixli 02/50 №-li məktubun surətindən görünür ki, sonuncuya məxsus olan mənzil İddiaçı1 verilməsi qət olunmuş olsa da bu günə qədər hələ də həmin mənzilə gəlmədiyi və mənzillə də maraqlanmadığı, sadəcə olaraq məhkəmənin qeyd olunan qətnaməsinin mövcud olmasının mənzilə onun İddiaçı2 buraxılmasını istisna etdiyi və bununla bağlı mübahisənin tam və hərtərəfli həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X26r, reyestrdən çıxarışın tarixi xx.xx.2022-ci ildir. İş materiallarında olan Cavabdeh1 MMC üzrə 05 sentyabr 2022-ci il tarixli 02/K saylı Əmrin əsli ilə düz surətindən görünür ki, cəmiyyətin direktoru X12 17 avqust 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, X46 05 sentyabr 2022-ci il tarixdən cəmiyyətə direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC üzrə 08 sentyabr 2022-ci il tarixli 03/K saylı Əmrin əsli ilə düz surətindən görünür ki, X12 Cəmiyyətə direktor müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş 01 oktyabr 2022-ci il tarixli etibarnamənin əsli ilə düz surətindən görünür ki, X46 Cavabdeh1 MMC-nin direktoru vəzifəsini icra etdiyi Cəmiyyətin özü olmadığı müddətlərdə tam olaraq idarə edilməsini, işlərinin aparılmasını X5 həvalə etmişdir, etibarnamə 01 oktyabr 2024-cü il tarixədək etibarlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 06/2310 saylı məktubundan görünür ki, Rusiya Federasiyasının vətəndaşı, xx.xx.1967-ci il təvəllüdlü Magamed Guliev (pasport № 6********) sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx.xx.2015-ci il tarixdə AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 48, “X92” ünvanına qeydiyyata alınmışdır. İş materiallarında olan Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 25 yanvar 2023-cü il tarixli **********742600 saylı məktubdan görünür ki, Cavabdeh1 MMC-nin (VÖEN **********) təsisçisi 10 manat, 100% pay hüququ ilə X70, qanuni təmsilçilik funksiyasına malik direktoru X26r. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən 13 saylı vəkil bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 33/417 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı1 dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2004-giriş, xx.xx.2004-çıxış, xx.xx.2004-giriş, xx.xx.2004-çıxış, xx.xx.2004-giriş, xx.xx.2004-çıxış, xx.xx.2004-giriş, xx.xx.2004-çıxış, xx.xx.2006-giriş, xx.xx.2006-çıxış, xx.xx.2009-giriş, xx.xx.2009-çıxış, xx.xx.2009-giriş, xx.xx.2009-çıxış, xx.xx.2009-giriş, xx.xx.2009-çıxış, xx.xx.2011-giriş, xx.xx.2011-çıxış, xx.xx.2011-giriş, xx.xx.2011-çıxış, xx.xx.2015-giriş, xx.xx.2015-çıxış, xx.xx.2015-giriş, xx.xx.2015-çıxış, xx.xx.2016-giriş, xx.xx.2016-çıxış məlumatları qeydə alınmışdır. İş materiallarında olan Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 07 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 MMC-nin təsisçisi qeydiyyata alındığı vaxtdan xx.xx.2009-cu il tarixədək təsisçisi X62, xx.xx.2010-cu il tarixli payın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2010-cu ildən xx.xx.2013-cü il tarixədək X60 olmuşdur, qanuni təmsilçilik funksiyasına malik direktoru qeydiyyata alındığı vaxtdan xx.xx.2009-cu il tarixədək X62, xx.xx.2010-cu ildən xx.xx.2012-ci il tarixədək X71, xx.xx.2012-ci ildən xx.xx.2015-ci il tarixədək X70 olmuşdur. İş materiallarında olan Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 MTK-nın üzvləri dövlət qeydiyyatına alındığı xx.xx.2006-cı il tarixdən hazırki tarixədək X7, X14, X73, X19 və X8r. Cavabdeh2 MTK-nın sədri xx.xx.2006-cı il tarixdən X7 olmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021ci il tarixli 2-1(102)-26/2021 nömrəli qərarına əsasən dövlət reyestr məlumatlarından X2 adı qanuni təmsilçi kimi çıxarılmışdır. Həmin Məktuba əlavə edilmiş cədvəldən görünür ki, Cavabdeh2 MTK vaxtı çatdığı üçün xx.xx.2010-cu ildə, xx.xx.2012-ci ildə, xx.xx.2012-ci ildə bərpa olunmuşdur. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən məhkəməyə ünvanlanmış 09 mart 2023-cü il tarixli 02/35 №-li məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamına əsasən ünvan 7 ünvanda Cavabdeh1 MMC-yə ayrılmış 0,3 ha torpaq sahəsində 354 mənzildən ibarət çoxmənzilli yaşayış binası inşa edilmiş, bina hal-hazırda dövlət istismarına təhvil verilmədiyi üçün Cavabdeh1 MMC-nin balansındadır və 3-cü giriş, 7-ci mərtəbə, 233 saylı mənzil həmin mənzillərin sırasındadır. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən məhkəməyə ünvanlanmış 09 mart 2023-cü il tarixli 02/34 №-li məktubdan görünür ki, Cavabdeh1 MMC xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, qeydiyyata alındığı vaxt Cəmiyyətin Nizamnaməsi AR-nın Ədliyyə Nizamnaməsində qeydiyyata alınmış və həmin Nizamnamə 22 dekabr 2013-cü il tarixə kimi qüvvədə olmuşdur, 22 dekabr 2014-cü il tarixdə təsisçilərin dəyişməsi ilə əlaqədar olaraq yeni redaksiyada Nizamnamə tərtib olunaraq dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, Vəkil2 tərəfindən xx.xx.2023-cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamı ilə Xətai rayonu, Xocalı küçəsindəki 2347-48 məhəllədə Əzizbəy-KM MMC-yə ayrılmış 0,3 hektar sahədə çoxmərtəbəli yaşayış binasının layihələşdirilməsinə və tikilməsinə “Əzizbəy-KM MMC-yə icazə verilmişdir, Cavabdeh1 MMC ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC həmin sərəncam ilə ona ayrılmış sahədə hündürmərtəbəli yaşayış binasının tikilməsi ilə bağlı maddi imkanı olmadığı üçün binanın "xxxx" MTK tərəfindən tam halda tikilib başa çatdırılması barədə razılığa gəlinmiş və müqavilə üzrə “Etalon-İnşaat MTK”-nın Nizamnaməsinə uyğun olaraq kooperativə qəbul olunmuş payçılarla müvafıq müqavilələr bağlamaq öhdəliyi olmuşdur, “Etalon-İnşaat MTK” ilə İddiaçı1 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən kooperativ Bakı şəhəri Xətai rayonu ünvan 1 Etalon-İnşaat MTK-nın tikilməkdə olan binasının 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 112,78 m2 olan 233 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 38400 manatı ödəməyi öhdəsinə götürmüşdür, İddiaçı1 öz öhdəliyini yerinə yetirərək Etalon-İnşaat MTK-ya 38400 manat məbləğində pul vəsaiti ödəmişdir, Cavabdeh1 MMC ilə "xxxx" MTK-nın xx.xx.2009cu il tarixli birgə yığıncağının qərarına əsasən, "xxxx" MTK ilə bağlanmış müqavilənin ləğv edilməsi, Etalonİnşaat MTK-nın fəaliyyətinin tam olaraq dayandırılması qərara alınmışdır, həmin qərar mübahisələndirilmiş, qüvvədə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-547/2011 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir, xx.xx.2010-cu il tarixdə mübahisəli mənzilə dair Cavabdeh1 MMC ilə İddiaçı1 arasında mənzil tikintisi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən, cəmiyyətin Bakı şəhəri Xətai rayonu ünvan 1 Əzizbəy-KM MMC-nin tikilməkdə olan binasının 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 112,78 m2 olan 233 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 38400 manatı ödəməyi öhdəsinə götürmüşdür, mənzil 2011-ci ildə İddiaçı1 tərəfindən qismən təmir edilmişdir, eyni mənzilin satılmasına dair Cavabdeh1 MMC ilə İddiaçı2 arasında xx.xx.2012-ci il tarixli, qiyməti 79000 manat olan müqavilə bağlanmış, İddiaçı2 Əzizbəy- KM MMC-nin kassasına 79000 manat məbləğində vəsait ödəməsi barədə xx.xx.2012-ci il tarixli 02/114 №-li Arayış verilmişdir, Cavabdeh1 MMC-nin təsisçisi qeydiyyata alındığı vaxtdan xx.xx.2009-cu il tarixədək X62, xx.xx.2010-cu ildən xx.xx.2013-cü il tarixədək X60, qanuni təmsilçilik funksiyasına malik direktoru qeydiyyata alındığı vaxtdan xx.xx.2009-cu il tarixədək X62, xx.xx.2010-cu ildən xx.xx.2012-ci il tarixədək X71, xx.xx.2012-ci ildən xx.xx.2015-ci il tarixədək X70 olmuşdur, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli və Cavabdeh1 MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilələr Cavabdeh1 MMC-nin adından F.Ə.Mirzəyev tərəfindən imzalanmışdır, F.Ə.Mirzəyev həmin tarixlərdə Cavabdeh1 MMC-nin təsisçisi olmuşdur, xx.xx.2011-ci il tarixində Bakı şəhəri, Telnov küçəsi 2347-48-ci məhəllə Cavabdeh1 MMC-də İddiaçı1 aid xx.xx.2009-cu il tarixi üzrə müqavilə, ş.v surəti və 1 ədəd arayış aşkar olunmuşdur, İddiaçı1 məxsus xx.xx.2010 tarixli müqavilə, "xxxx" MTK-nın 18.06.09 tarixli müqavilənin surəti Cavabdeh1 MMC tərəfindən təsdiq edilmişdir. Bununla belə, mübahisəli mənzilə dair İddiaçı1lə bağlanmış müqavilələrin etibarsız hesab edilməsinə, İddiaçı2 ilə bağlanmış müqavilənin isə etibarlılığına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə Kollegiyası, ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisəli mənzilin alqı-satqısına dair müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməsi ilə mənzil xx.xx.2010cu il tarixdə Etalon- tərəfindən İddiaçı1a satıldığından və sonradan həmin müqavilə üzrə öhdəliklər Cavabdeh1 MMC tərəfindən tanındığından, həmçinin bu müqavilələrin etibarsız hesab edilməsinə dair hallar mövcud olmadığından, İddiaçı1 həmin mənzilə əmlak hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 məxsus mənzilə dair sonradan bağlanmış hər hansı əqd etibarlı hesab edilə bilməz və bu, İddiaçı2la "xxxx" MMC arasında bağlanmış müqaviləyə də aiddir. Məhkəmə Kollegiyası, apellyasiya şikayətinin dəlillərinə münasibətdə daha sonra qeyd edir ki, əvvəla, Cavabdeh1 MMC ilə "xxxx" MTK arasında “Cavabdeh1 MMC-yə ayrılmış sahədə hündür mərtəbəli yaşayış binasının "xxxx" MTK tərəfindən tam halda tikilib başa çatdırılması barədə” bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə üzrə “Etalon-İnşaat MTK”nın nizamnaməsinə uyğun olaraq kooperativə qəbul olunmuş payçılarla müvafiq müqavilələr bağlamaq öhdəliyi, onun mübahisəli mənzilə dair hər hansı bir şəxslə müqavilə bağlanması üçün əsas yaradır və buna dair səlahiyyətli tərəflər arasında hər hansı bir mübahisə mövcud deyil və mübahisəli mənzilə İddiaçı1 hüququ, onunla "xxxx" MTK arasında bağlanmış müqavilə əsasında yaranır ki, bu da ondan sonrakı tarixlərdə həmin mənzilə hüquqlara dair təkrar müqavilə bağlanması zəruriliyini aradan qaldırır. Həmçinin, mübahisəli mənzilə dair alıcı-payçı qismində həm İddiaçı1, həm də İddiaçı2la digər tərəfdən satıcı-mülkiyyətçi qismində Cavabdeh1 MMC-nin təsisçisi X60 arasında ayrı-ayrılıqda müqavilə bağlanmışdır ki, bu da səlahiyyət əsasları üzrə analoji halların, tərəflərə münasibətdə fərqli nəzərə alınmasını mümkünsüz edir (Cavabdeh1 MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru xx.xx.2010-cu ildən xx.xx.2012-ci il tarixədək X71, xx.xx.2012-ci ildən xx.xx.2015-ci il tarixədək X70 olmuşdur). Belə olan halda məhkəmə hesab edir ki, vəkilin bu barədə dəlilləri məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə Kollegiyası, ilkin iddia üzrə iddiaçının vəkilinin ”İddiaçı1 müqavilə bağlandığı tarixdə ölkə ərazisində olmaması” barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, mübahisəli müqavilələr İddiaçı1 ilə Cavabdeh1 MMC və "xxxx" MTK arasında bağlanmış, həmin müqavilə onlar tərəfindən mübahisələndirilməmiş, müqavilə tərəfləri arasında iradə və onun bildirilməsi vahidliyi olmuşdur. Belə olan halda məhkəmə Kollegiyası hesab edir ki, şikayətin bu barədə dəlilləri də müqavilələrin etibarsız hesab olunması üçün əsas kimi nəzərə alına bilməz. Məhkəmə Kollegiyası, qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, "xxxx" MTK ilə İddiaçı1 arasında (habelə Cavabdeh1 MMC ilə xx.xx.2010-cu il tarixdə) mübahisəli mənzilin sonuncuya satılmasına dair müqavilə bağlandığından, İddiaçı1 2009-cu ildə mübahisəli mənzilin dəyərini ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququnu əldə etdiyindən, Cavabdeh1 MMC-nin mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməklə, İddiaçı2 ilə mənzilin sonuncuya satılmasına dair müqavilə bağlaması mülki qanunvericiliyin normalarına uyğun olmamışdır. Belə olan halda da, məhkəmə Kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, İddiaçı2 ilə "xxxx" MMC arasında 16 noyabr 2012-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ, İİİ, İV, Vİİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin xx.xx.2018-ci ilədək olan redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. «M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamələri faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamələrin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Birinci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2030/2015 saylı iş üzrə 11 sentyabr 2015-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Birləşdirilmiş iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-464/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Birinci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2030/2015 saylı iş üzrə 11 sentyabr 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Birləşdirilmiş iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-464/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-516/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-516/2023
19.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver