Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5162/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı “mənzilə və onun təmirinə sərf edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-333/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 18.600 manat əsas, 3.000 manat mənəvi zərər, iddia ərizəsinə görə ödənilmiş 155 manat rüsum, cəmi 21.755 manat pul məbləğinin cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-333/2022 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı xeyrinə Cavabdeh1 və X3 müştərək qaydada 16.310 manat pulun və 105 manat məbləğində dövlət rüsumunun, cəmi 16.415 manat pul vəsaitinin tutularaq ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti tələb edilən məbləğdə dövlət rüsumunun ödənilməməsi səbəbindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-333/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması cavabdehlərə izah edilmişdir. Bundan sonra cavabdehlər Cavabdeh1 və X7 müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməklə yenidən apellyasiya şikayəti, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək, buraxılmış müddətin bərpa olunmasını və apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-333/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X4 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-333/2023 saylı qətnaməsindən apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilərək, apellyasiya qaydasında baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-333/2022 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Lakin cavabdehlər həmin qərardaddan qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət verməmiş, qərardadda göstərilən nöqsanları aradan qaldırmamışdılar. Qərardadın qəbul edilməsindən iki ay, qətnamənin qəbul edilməsindən isə 5 ay keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə dövlət rüsumunun ödənilməsini həyata keçirərək, elektron sistem vasitəsi ilə apellyasiya şikayətini vermişdilər. Bu isə artıq müddətin ötürülməsi deməkdir. Müddətin bərpasına dair cavabdehlərin ərizəsindən görünür ki, onlar müddətin üzürlü səbəbdən ötürüldüyünü bildirmir və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından narazı olduqlarını vurğulayırlar. Belə olan halda, prosessual müddətin ötürülməsi üzürlü hesab edilə bilməz. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-333/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməməli, buraxılmış müddətin bərpasından imtina edilməklə, ərizə və apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır; 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından qeyd olunmalıdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-333/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi tərəflərin, o cümlədən Cavabdeh1, habelə onun və digər cavabdeh X4 vəkili və nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş və həmin qətnamədən mülki prosessual qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət çərçivəsində, yəni xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Məhkəmənin 2(007)-333/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış və həmin qərardad Cavabdeh1, habelə onun və digər cavabdeh X4 vəkili və nümayəndəsi X8 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Bundan sonra cavabdehlər xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəni və apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etmişdilər. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdehlər Cavabdeh1 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti tələb edilən məbləğdə dövlət rüsumunun ödənilməməsi səbəbindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-333/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə qaytarılmışdır. Cavabdehlər müddətin bərpası barədə ərizədə apellyasiya şikayətinin əsassız olaraq qaytarıldığını, dövlət rüsumunun qətnamə ilə müəyyən edilmiş məbləğə uyğun olaraq ödənildiyini bildirsələr də, yenidən apellyasiya şikayəti verərkən əlavə olaraq 23 manat məbləğində dövlət rüsumu ödəmişdilər və bu baxımdan nəticə etibarı ilə qərardadla razılaşmışdılar. Lakin apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə ilə qeyd edilən qərardadın yerləşdirildiyi tarixdən (xx.xx.2023-cü il) 2 ay sonra məhkəməyə müraciət etmişdilər. Həmin ərizədə də ötən 2 ay ərzində apellyasiya şikayətinin verilməsini, o cümlədən 23 manat məbləğində dövlət rüsumunun ödənilməsini qeyri-mümkün edən nəinki hər hansı sübut təqdim edilməmiş, ümumiyyətlə bu barədə hər hansı fikir söylənilməmişdir. Başqa sözlə, xx.xx.2023-cü il tarixdən hesablandığı təqdirdə belə, cavabdehlər mülki prosessual qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddətin özünü əlavə olaraq 1 ay da ötürməklə yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdilər. Lakin ötən dövr ərzində bu prosessual hərəkətin yerinə yetirilməsini qeyrimümkün edən və ya çətinləşdirən hər hansı səbəb göstərə bilməmişlər. Bu da öz növbəsində ərizənin təmin edilməməsini, buraxılmış müddətin bərpasından imtina edilməsini və apellyasiya şikayətinin, habelə ərizənin geri qaytarılmasını şərtləndirir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qüvvədə olan mülki-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq, yəni hər hansı əsas olmadan buraxılmış prosessual müddəti bərpa etmişdir. Bu səbəbdən İddiaçı şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-333/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, cavabdehlər Cavabdeh1 və X4 ərizəsi təmin edilməməli, müddətinin bərpasından imtina edilməli, ərizə, habelə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-333/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh1 və X4 apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməsin. Müddətin bərpasından imtina edilsin. Ərizə, habelə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5162/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5162/2023
11.08.2023 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver