Məhkəmə qərarları › İş №2(103)-5169/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5169/2023

15.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5169/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-ya qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “yalan əqd və müqavilə bağlama öhdəliyinin qoyulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil4 Cavabdeh2-nın nümayəndəsi və vəkili Vəkil5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-ya qarşı “kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və müqavilənin iddiaçı ilə bağlanması öhdəliyinin Cavabdeh2-nın üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-898/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "Şahin” MTK ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindfən zərərçəkmiş kimi tanınan İddiaçı arasında bağlanmış 17 aprel 2021-ci il tarixli, 47 nömrəli "Kooperativ mənzil tikintisi haqqında” müqaviləyə əsasən, "Şahin” MTK ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1 -ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilini tikib X3 verilməsinə dair müqavilə bağlamışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən payçının qalıq borcu 1910 AZN təşkil edir. Müqavilənin 3.3-ci bəndinə əsasən son ödəniş tarixi 17 avqust 2021-ci il tarixdir.

2. İddiaçı "Şahin” MTK-ya ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən, o, "Şahin” MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1 -ci giriş, 7-ci mərtəbəsində yerləşən 132,53 kv.m. olan 3 otaqlı 47 saylı mənzildən və mənzilə dair paydan imtina edir. Həmin mənzilə dair "Şahin” MTK ilə bağladığı xx.xx.2021-ci il tarixli 47 nömrəli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və "Şahin” MTK Nizamnaməsinə uyğun tədbir görməyi xahiş edir. Bununla bağlı "Şahin” MTKya qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin Cavabdeh1 adına rəsmiləşməsinə heç bir etirazı yoxdur və bununla bağlı iddia və tələb irəli sürmür.

3. Şahid1 "Şahin” MTK-ya ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2021ci il tarixli ərizəsinə əsasən, "Şahin” MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1 -ci giriş, 7-ci mərtəbəsində yerləşən 132,53 kv.m. olan 3 otaqlı 47 saylı mənzildən və mənzilə dair paydan X1 imtina etməsinə razıdır. X1 "Şahin” MTK ilə bağladığı xx.xx.2021-ci il tarixli 47 nömrəli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və "Şahin” MTK Nizamnaməsinə uyğun tədbir görməyi xahiş edir. Bununla bağlı "Şahin” MTKya qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin Cavabdeh1 adına rəsmiləşməsinə heç bir etirazı yoxdur və bununla bağlı iddia və tələb irəli sürmür.

4. Şahid2 "Şahin” MTK-ya ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2021ci il tarixli ərizəsinə əsasən, "Şahin” MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1 -ci giriş, 7-ci mərtəbəsində yerləşən 132,53 kv.m. olan 3 otaqlı 47 saylı mənzildən və mənzilə dair paydan X1 imtina etməsinə razıdır. X1 "Şahin” MTK ilə bağladığı xx.xx.2021-ci il tarixli 47 nömrəli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və "Şahin” MTK Nizamnaməsinə uyğun tədbir görməyi xahiş edir. Bununla bağlı "Şahin” MTKya qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin Cavabdeh1 adına rəsmiləşməsinə heç bir etirazı yoxdur və bununla bağlı iddia və tələb irəli sürmür.

5. "Şahin” MTK ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli, 47 nömrəli "Kooperativ mənzil tikintisi haqqında” müqavilədən görünür ki, "Şahin” MTK ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1 -ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilini tikib Cavabdeh1 verilməsinə dair müqavilə bağlamışdır.

6. "Şahin” MTK-nın xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, ünvan 1 ünvanında inşa edilən kooperativ yaşayış binası "Şahin” MTK-ya məxsusdur. Bu binanın 1 ci giriş, 7- ci mərtəbəsində tikinti sahəsi 132,53 kv.m, yaşayış sahəsi 68,7 kv.m. olan 3 otaqlı 47 saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-896/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Şahid5 Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək, Şahid5 ilə Cavabdeh1 arasında "Azor İnşaat” MMC-nin 15% təsis payına dair Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış xx.xx.2021 -ci il tarixli reyestrdə 3M-1878 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin "Azor İnşaat” MMC-nin 15% təsis payının Cavabdeh1 satılması hissəsində etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinin hüquqi nəticələrinin ləğv edilməsi, "Azor İnşaat” MMC-nin 15% təsis payına dair Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsi və iddiaçı Şahid5 "Azor İnşaat” MMC-də 15% təsis payı üzərində hüquqlarının bərpa edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5469/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-896/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə icraata xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-ya qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına olan, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1 -ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilinə dair bağlanmış 29 sentyabr 2021-ci il tarixli 47 saylı Kooperativ mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ona 17 aprel 2021-ci il tarixdə Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş şəxs kimi tanındığından "Şahin” MTK tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1 -ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzili 47 saylı müqavilə əsasında verilmişdir. 2021-ci ilin sentyabr ayında oğlu Rövşən ona bildirdi ki, onun tanışı Cavabdeh1 söz vermişdir ki, Rövşənə pul verəcək və birlikdə işləyəcəklər, lakin verəcəyi pula zəmanət olaraq ondan əmlaklar istəyir. Rövşən də Cavabdeh1 onun adına olan mənzili, şirkətdən pay və Zaqatalada qohumlarının evini zəmanət kimi verə biləcəyini, girov müqaviləsi bağlaya biləcəyini bildirdi, lakin Cavabdeh1 bildirdi ki, girov yox, həmin əmlakları onun adına keçirsə razılıq verəcəkdir, iş qurduqdan sonra həmin əmlakları geri qaytarar. Lakin sonradan Cavabdeh1 onun oğlunu və onu aldadaraq pul vermədi və əmlaklarını da geri qaytarmaq istəmir. Dəfələrlə oğlu Rövşən Kamilə əmlakları qaytarmasını bildirsə də, Kamil bundan yayınır. Oğlunun və onun etibarını qazanaraq mənzilini və digər əmlakları mənimsəmişdir. Cavabdeh1 mənzilin onun adına keçirilməsi ilə bağlı onlara ödəniş etməyib, həmin mənzil onun adına formal olaraq keçirilmişdir, bütün bunlar sonradan onlara məlum olmuşdur. Onu da aldadaraq mənzilini əlindən aldığından o da məcbur qalaraq bununla bağlı müqavilənin etibarsız hesab olunmasından ötrü məhkəməyə müraciət edir.

10. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, bildirmişdir ki, hazırkı mərhələdə hesab edir ki, iş üzrə "Şahin” MTK-ya qarşı olan iddia tələbi qeyd olunmalıdır. "Şahin” MTK hazırki işə cavabdeh qismində sonradan vəsatət əsasında cəlb olunduğundan ona qarşı iddia tələbi iddia ərizəsində qeyd olunmamış və ona görə də, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Belə ki, qeyd olunan mənzil İddiaçı 17 aprel 2021-ci il tarixdə Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş şəxs kimi tanındığından "Şahin” MTK tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1- ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzili 47 saylı müqavilə əsasında verilmişdir. Müqavilənin etibarsızlığı tələbi ilə yanaşı yenidən iddiaçı ilə mənzilə dair müqavilə bağlanmalıdır. Buna görə də, "Şahin” MTK tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1 -ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilə dair iddiaçının adına müqavilə bağlanılması öhdəliyinin Cavabdeh2-nın üzərinə qoyulması ilə bağlı iddia tələbinin həcmini artırır.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-898/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia təmin edilmiş, cavabdehlər "Şahin” MTK ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1 -ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilinə dair bağlanmış 29 sentyabr 2021 -ci il tarixli 47 saylı Kooperativ Mənzil Tikintisi Haqqında müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə dair İddiaçı adına müqavilə bağlanılması öhdəliyinin cavabdeh "Şahin” MTK-nın üzərinə qoyulması, cavabdehlər "Şahin” MTK və Cavabdeh1 iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, hazırkı mübahisə üzrə cavabdehlər arasında kooperativ mənzilin tikintisi ilə əlaqədar müqavilənin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının kooperativ mənzilə dair payından imtina ilə bağlı iradə ifadəsi olmamışdır. Belə ki, məhkəmə iclasında izahatlarla və şahid ifadələri müəyyən olunmuşdur ki, iddiaçı oğlu Rövşənin xahişi ilə onunla Cavabdeh1 arasında işbirliyi qurulması və ona görə də, Cavabdeh1 təminat olaraq daşınmaz əmlakın formal olaraq sonuncunun adına keçirilməsinə razılıq vermiş, mənzilin dəyəri nə iddiaçıya, nə də MTK- ya ödənilməmişdir. Eləcə də, məhkəmə iclasında məhkəmə iclasında izahatlarla və şahid ifadələri ilə Rövşənlə Cavabdeh1 arasında işbirliyi qurulması adı ilə Rövşənin qohumuna məxsus Zaqataladakı evin və "Azor İnşaat” MMC-yə payçı kimi (alqı-satqı yolu ilə) daxil edilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər arasında mübahisəli kooperativ mənzilə dair bağlanmış 29 sentyabr 2021-ci il tarixli 47 saylı müqavilə etibarsız hesab edilməli, həmin mənzilə dair İddiaçı adına müqavilə bağlanılması öhdəliyi cavabdeh "Şahin” MTK-nın üzəri qoyulmalıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 340.2, 405.1-1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, "... hazırkı mübahisə üzrə cavabdehlər arasında kooperativ mənzilin tikintisi ilə əlaqədar müqavilənin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının kooperativ mənzilə dair payından imtina ilə bağlı iradə ifadəsi olmamışdır.” Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Mülki hüquqda bu, daxili iradə adlanır. Lakin təkcə daxili iradənin mövcudluğu əqdin bağlanması üçün kifayət deyildir. Bunun üçün həm də daxili iradənin digər şəxslərə bildirilməsi, elan olunması lazımdır. Buna, iradə ifadəsi deyilir. İddiaçı oğlu Şahid1 pula ehtiyacı olduğu üçün Cavabdeh1 dayısına mənzillərini satışa çıxardıqlarını, lakin alıcı olmadığı üçün (alıcı olmamasının səbəbi həmin mənzilin Xırdalanda problemli bina kimi tanınan 8 ildir tikintisi bitməyən binada yerləşməsi olmuşdur və Cavabdeh1 mənzili aldıqdan bir il keçməsinə baxmayaraq hələ də çox cüzi işlər görülmüş və tikintisi bitəcəyi il MTK-dan verilən cavaba əsasən bəlli deyil) Rövşənə mənzili almaqla kömək etməsini ondan xahiş etmişdir. İddiaçının oğlu Şahid1 bildirmişdir ki, onların həm Bayılda, həm də Abşeron rayonunda evləri var və hər ikisini satışa çıxarmışlar, çünki həm atası həmin ərəfədə xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün külli miqdarda pula ehtiyacları var idi, eyni zamanda dediyinə görə yaxşı tikinti işi təklifi olduğu üçün qısa müddətdə həmin işlə gəlir əldə edəcəyini bildirmişdir. Görüşdən sonra Bayılda yerləşən mənzilin guya satıldığını və Xırdalanda yerləşən mənzili satdıqlarını bildirmişdir. Cavabdeh həmin evi almaqla Şahid1 böyük mənada dəstək olmuşdur. Razılıq əldə olunduqdan sonra iddiaçı və onun hər iki oğlu evdəki paylarından imtina etmiş, ərizələri notarial qaydada təsdiqləndikdən və mənzilin dəyərini nağd pul vəsaiti formasında aldıqdan sonra, notarial imtina ərizələrini MTK-ya təqdim etmişlər (imtina ərizələrində pay sahibi və onun övladları paydan imtinadan əlavə həmçinin öz ərizələrində heç bir iddia tələbinin olmadığını və gələcəkdə də olmayacağına dair öhdəlik götürmüşdürlər) və MTK evi qanuni qaydada Cavabdeh1 adına rəsmiləşdirmişdir. Cavabdeh mənzilin qalan pay dəyərini, yəni 77598 manatı MTK-da İddiaçı vermişdir, 1910 manat isə İddiaçı adına qalıq borcun silinməsinə verilmişdir. İddiaçı məhkəməyə verdiyi izahatında qızına məxsus olan, lakin onun adına qeydiyyata alınan mənzilin Cavabdeh1 satılmadığını, girov qoyulduğunu bəyan edir. Məhkəmə nəzərə almalıdır ki, əmlakın girov qoyulması ilə satılması tam başqa müqavilə formalarıdır. Şəxsin iradə ifadəsi hansı əqdlə ehtiva olunursa o əqd də o cür adlandırılır. Şəxsin əmlakı girov qoyaraq qarşı tərəfdən pul almaq niyyəti olsa idi, o bunu çox asan bir şəkildə notarial ipoteka müqaviləsi şəklində rəsmiləşdirməklə edə bilərdi. Halbuki iş materiallarında olan bütün sübutlar hər hansı girov müqaviləsinin deyil payın alğı-satqı müqaviləsinin könüllülük prinsipi əsasında həyata keçirildiyini göstərir. Qətnamədə göstərilmişdir ki, Şahid1 dəfələrlə Cavabdeh1 əmlakların qaytarılmasını bildirsə də Cavabdeh1 bundan yayınmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, mülki iş materiallarında olan çoxsaylı sübutlardan, əsasən whatsapp mobil tətbiqi üzərində Şahid1 ilə Cavabdeh1 arasında 2021ci ilin sentyabr ayından 2022-ci ilin mart ayındadək daima müxtəlif motivli yazışmalar və səs qeydləri var. Bu uzun müddətli dialoqların heç birində 1 dəfə belə olsun Şahid1 Cavabdeh1 əmlakların geri qaytarılmasına dair hər hansı bir müraciət etməyib. Həmçinin xx.xx.2022-ci il tarixdə keçirilən baxış iclası əsnasında cavabdehin vəkilinin "Şahin” MTK-nın vəkili və nümayəndəsi Nümayəndə iddiaçı tərəfin mənzilin alğı-satqısından sonraki 7 (yeddi) ay müddətində MTK-ya müraciət edib etməməsi barədə sualına cavab olaraq belə bir müraciətin olmadığını bildirmişdir. İş materiallarında olan bütün yazılı sübutlar və faktlar iddiaçı tərəfin iradə ifadəsini tam şəkildə əks etdirir. İddiaçı tərəfin notariat kontorunda paydan imtinaya dair razılıq verməsi, sonradan isə MTK ya gedərək müvafiq ərizələri MTKya təqdim etməsi ilə şəxs artıq öz iradə ifadəsini bildirmişdir. Məhkəmə prosesində MTK-nın nümayəndəsi Cavabdeh1 tərəfindən İddiaçı pulun ödənilməsini görmədiklərini bildirsə də qətnamədə bu hal təhrif olunub. MTK nümayəndəsinin fikri qətnamədə dəyişdirilmiş və Cavabdeh1 İddiaçı pul ödəməyib kimi göstərilmişdir. Bundan əlavə, iddiaçı bildirir ki, MTKya ödənilən 1910 manat pul İddiaçı pulu ilə ödənilib. Məhkəmə nəzərə almalı idi ki, müqavilənin şərtinə əsasən Həsənova MTK-ya olan borcunu iki aya yaxın müddətdə gecikdirirdi. Məhz xx.xx.2021-ci il tarixdə pul tapır və ödəyir?! O vəsaiti elə Cavabdeh1 İddiaçı ödəyir, eyni masa arxasında pulu MTK-nın məsul şəxsi qəbul edir və İddiaçı adına olan borcu silərək təsdiqedici sənəd verir. Çünki, İddiaçı adından borc silinməli idi ki, payın alğı-satqısına dair MTK tərəfindən razılıq verilsin. Burada yanılmadan, əqdin hər hansı bir şəkildə pərdələnməsindən söhbət belə gedə bilməz. Əgər cavabdehin iddiaçı qarşısında alğı-satqı müqaviləsinə əsasən pul ödəmək öhdəliyi olmuşdursa və həmin öhdəlik icra olunmamışdırsa iddiaçı həmin pulun ödənilməsini tələb etməli idi. Məhkəmə yanlış olaraq iddiaçının mübahisələndirdiyi müqaviləni yalançı əqd kimi qiymətləndirmişdir. Burada yanılmadan, əqdin hər hansı bir şəkildə pərdələnməsindən söhbət belə gedə bilməz. Məhkəmə tərəfindən əsas əqdin (yəni pərdələnən) əqdin nədə ehtiva olunduğunu əsaslandıra bilməyib, çünki belə bir hal ümumiyyətlə mövcud olmayıb. Məhkəmə tərəfindən əqdin pərdələnməsinə istinad olunsa da bu həqiqəti əks etdirmir. İddiaçı tərəfin notariat kontorunda paydan imtinaya dair razılıq verməsi, sonradan isə MTK-ya gedərək müvafiq ərizələri MTK-ya təqdim etməsi ilə şəxs artıq öz iradə ifadəsini bildirmişdir. 7 ay səssiz qalan iddiaçı tərəf nədənsə 2022-ci ilin mart ayında Cavabdeh1 qarşı iddia qaldırmaq qərarına gəlir. Məhkəmə prosesində də araşdırma zamanı məlum oldu ki, Cavabdeh1 daim ailənin üzvləri ilə sıx münasibərdə olub. Onun tərəfə pul verməli olduğu halda ən azından 1 dəfə belə olsa iddiaçı tərəf bir sms və ya bir səsli ismarıc göndərməklə evin girovda olmasını, hər hansı bir tenderin vəd verildiyi bildirərdi. Təəssüflər olsun ki, Səbail rayon Məhkəməsi mülki qanunvericiliyin bütün norma və tələblərini pozaraq şahid ifadələrinə və iddiaçı tərəfin əsassız istinadına söykənərək bu cür qanunsuz qətnamə çıxarmışdır. Bu cür qətnamələr qeyri-sağlam məhkəmə praktikası formalaşdırır və vətəndaşların qanunvericiliyə, dövlətə və onun tabeliyində olan notariat kontorlarının fəaliyyətinə kölgə salır. Bu qətnamənin mahiyyətində belə çıxır ki, əgər onun 5 şahidi varsa demək istənilən notarial əqdin etibarsızlığı üçün zəmin ver. Bildirir ki, mülki hüquqda konsensual və real əqdlər fərqləndirilir. İş materiallarında MTK tərəfindən verilən yeganə ciddi hesabat blankı maliyyə arayışıdır ki, o da mənzilin tam dəyərinin Cavabdeh1 tərəfindən ödənilməsini isbat edir. Ümumiyyətlə, MTK-ların 99,9 faizində payın alğı-satqısı bank vasitəsi ilə deyil, rəsmiləşdirmə prosesi məhz notarial qaydada təsdiq olunmuş imtina ərizəsi əsasında həyata keçirilir. Yəni payını satmaq istəyən şəxs notarial qaydada ərizəsini MTK-ya təqdim edərək pulunu götürür və bundan sonra pay yeni alıcının adına rəsmiləşir. Məhkəməyə təqdim olunan və iş materiallarına əlavə olunması xahiş olunan MTK-nın birinci verilən arayışa ziddiyyətli olan ikinici arayışında Cavabdeh1 İddiaçı pul ödəməsi faktının həqiqətə uyğun olmaması yazılsa da arayışda payın alğı- satqısının qanunsuz şəkildə aparılması və saxta olması bildirilmir, ki bildirilə də bilməz. Nəzəriə çatdırmaq istəyir ki, MTK tərəfindən birinci verilən arayışda vəsaitin Cavabdeh1 tərəfindən İddiaçı verilməsi qeyd olunur. Çünki MTK ilə Kamil arasında payın alğı-satqısına dair müqavilə bağlanmış və paya görə ödənilməli olan pulun tam şəkildə ödənilməsi və Cavabdeh1 MTK ya borcunun olmamasını sübut edən maliyyə arayışı verilmişdir. Baxış mərhələsi başladıqdan və zərurət əsasında təxirə salındığı mərhələdə MTK-dan yeni və 1-ci arayışa ziddiyyətli arayışının, həmçinin digər sənədlərin mülki iş materiallarına sübut qismində əlavə olunması prosessual baxımından qəbul edilməzdir. Qətnamənin 7-ci səhifəsinin 3 və 4-cü abzaslarında məhkəmə MTK tərəfindən Cavabdeh1 payın alğı-satqısında tam ödəməyə dair maliyyə arayışını sübut qismində qiymətləndirir. Lakin məhkəmə mülki qanunvericiliyin tələbini və ümumiyyətlə payın alğı-satqısına dair mülki dövriyyədə mötəbər sənəd hesab olunan ciddi maliyyə sənədi olan maliyyə arayışına heç bir hüquqi qiymət vermir. Qətnamənin bir neçə hissəsində məhkəmə İddiaçı tərəfindən 1910 manat pul ödənilməsinə təsdiq edici sənəd kimi əsassız sübuta istinad etsə də MTK tərəfindən verilən maliyyə arayışını bir kənara atır. Və nəzərə almır ki, fərz olunsa belə ki, 1910 manat İddiaçı tərəfindən ödənilmiş olsa belə, bu yenə də Cavabdeh1 iddiaçıya mənzilin dəyərini ödəməməsini isbat etmir və İddiaçı MTK-ya borcu bağlandıqdan sonra Cavabdeh1lə "Şahin”MTK arasında bağlanılan xx.xx.2021-ci il tarixli 47 saylı müqaviləyə və verilmiş maliyyə arayışına heç bir hüquqi təsiri yoxdu. Məhkəmə qanuni qüvvəyə minməmiş və hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasında mübahisələndirilən Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)- 896/2022 saylı qətnaməsini əsas götürərək orada olan əsassız və qanunsuz, tam sübuta yetirilməyən və yalnız iddiaçı tərəfə sərf edən halları öz qətnaməsində əks etdirmiş, ona da istinad etmişdir. Lakin xx.xx.2022-ci il tarixdə məhkəmə baxış iclasında dindirilmə zamanı və suallar ünvanlanan əsnada Cavabdeh1 tərəfindən həmin qətnaməyə əsasən iddiaçı tərəfdən dəvət olunan şahidlərin eyni məsələlərə münasibət bildirərkən söylədikləri uyğunsuzluq və yalanları isbat etməsi halları qətnamədə əksini tapmır. Bu hallar videoçəkiliş və səsli yazılarda isbat edilir. xx.xx.2022- ci il tarixdə məhkəmə baxış iclasının açıq olduğunu elan etdikdən sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil1 mülki iş materiallarını sübut qismində əlavə olunması üçün Şahin MTK tərəfindən verilmiş ikinci ziddiyyətli arayışın və İddiaçı Şahin MTK-ya 1910 manat vəsait ödəməsinə dair sənədi hakimə təqdim etmişdir. Müvafiq sübutun iş materiallarına əlavə edilməsi Mülki Prosessual Məcəllənin tələblərinə əsasən ümumiyyətlə məhkəmə tərəfindən rədd edilməli idi. Lakin məhkəmə bu sübutu mülki işə əlavə edib, hətta qətnamədə də olduqca dolğun əsaslandıraraq qətnaməni iddiaçı tərəfin xeyrinə vermişdir. Mülki iş üzrə nə yazılı protokolda, nə də video protokolda xx.xx.2022-ci il tarixli arayışın hansı əsasa görə mülki iş materiallarına sübut qismində əlavə olunmasında dair məhkəmənin heç bir rəsmi münasibəti yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 mənzilə dair razılaşmaların guya tenderə görə edildiyini bildirir və həmin danışıqların sentyabr ayında Xırdalan dairəsində məhkəməyə cəlb olunan şahidlərin iştirakı ilə olduğunu bildirir. Şahid qismində dindirilən Şahid4 isə həmin görüşün Malakan bağının içində olduğunu bildirir. Lakin elə həmin tenderlə əlaqədar olaraq e2(009)-896/2022 saylı məhkəmə ilə bağlı xx.xx.2022-ci il tarixli Qərardadın 4-cü səhifəsinə istinadən şahid qismində dindirilərkən Şahid1 bütün razılaşmaların Xırdalan dairəsində görüşdə olduğunu bildirilir, həmin qərardadın 2-3-cü səhifəsinə istinadən Şahid5 görüşün noyabr ayında, 8-ci səhifəsinə istinadən isə yalançı Şahid3 dindirilməsində bildirişlərinə görə isə həmin görüşün oktyabr ayında baş tutduğu qeyd edilir. Mədinə Bağırovanın sədrliyi xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışi iclasında şahid qismində dindirilməsi zamanı Şahid5 həmin görüşdə sentyabr ayında iştirak etdiyini bildirmişdir və bütün söhbətlərin tenderlə əlaqəli deyil ona məxsus texnikanın alınması üzərində qurulduğunu söyləmişdir. Ən acınacaqlı və ziddiyyətli yalan isə Cavabdeh1 sualını cavablandırarkən Şahid5 Cavabdeh1 2021-ci ilin sentyabr ayından tanıdığını və onunla görüşdüyünü təsdiq etməsidir. Belə ki, e-2(009)-896/2022 məhkəmə ilə bağlı xx.xx.2022-ci il tarixli Qərardadın 2-cü səhifəsinə istinadən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 təkidli sualına cavab olaraq xx.xx.2021 -ci il tarixədək Cavabdeh1lə ümumiyyətlə görüşmədiyini və tanımadığını bildirmişdir. Cavabdeh1 məhkəmələrdə tam fərqli və ziddiyyətli ifadələrinə görə izahat verməsi barədə suala isə cavab verə bilməmişdir, sualdan yayınmışdır. Ümumiyyətlə Xırdalanda heç bir görüş olmamışdır, olmuş olsa belə necə ola bilər ki, oktyabr və ya noyabr görüşünün razılaşması sentyabr ayında yəni arxa tarixlə həyata keçirilsin. Lap deyək ki bu ayları bunlar hamısı birdən səhv salıblar, hətta fəsilləri beləunudublar, "baxmayaraq ki bütün söhbətlər ancaq yaxşı yadlarındadır”, qış ayları deyil avqustun cırcıramasında görüş olub Xırdalanda, axı yenədə düz gəlmir, necə ola bilər ki, bunların dediyinə görə Cavabdeh1 tenderə söz versin, Şahid1 evini keçirsin adına sonra da iddiaçı tərəf görsün ki Cavabdeh1 vədinə əməl etmir, üstəlik də 2 ay sonra Cavabdeh1 şirkətdə pay etibar etsinlər özü də texnikanı düzəltdirmək üçün pul verəcəyinə söz verməyi müqabilində? Axı bu cəfəngiyyatdır. Bunlar həm deyirlər ki, guya Cavabdeh1 pul əvəzi veriblər mənzili və 15% təsisçi payını, həm də iddia edirlər ki, Cavabdeh1 bunlara pul söz vermişdir. Həm pul tələb edib həm də pul söz vermək ikisi də necə ola bilər? Çünki tender sonradan uydurulmuş bir fitnədir, nə iddia ərizəsində nə də bir dənə belə dəlil yoxdur nəinki tender barəsində hətta o barədə söhbətlər barədə. Bundan əlavə Şahid1 şirkətin guya 500 000 manat dəyərində texnikasının olduğunu məhkəmədə bildirib. Şahid5 isə bildirmişdir ki, texnikanın 200000 manat dəyəri olub. Bu qədər böyük uyğunsuzluq qeyd edilən şəxslərin izahatlarının zidiyyətli olduğunu təsdiq edir. Bundan başqa, Şahid1 bildirib ki, guya Cavabdeh1lə işbirliyi qurmamışdan əvvəl həmin texnikanı düzəldirdi. Bu məlumat da yalandır və Şahid1 Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baxılmış e-2(009)-896/2022 saylı iş üzrə verdiyi izahatına ziddir. Həmin izahatda Şahid1 bildirmişdir ki, texnikanın təmirinə Cavabdeh1 alacağı pulun hesabına başlamalı idi. e- 2(009)-896/2022 saylı iş üzrə müəyyən edilmişdir ki, xx.xx.2021 tarixə kimi Şahid1 onun istinad etdiyi texnikanın sahibi olan Azor İnşaat MMC-yə heç bir aidiyyəti yox idi, həmin MMC-də nə vəzifə tuturdu, nə də ki, paya malik idi. Birdə ki, Şahid1 pulu olsaydı o özgənin mülkiyyətində olan texnikanı təmir etməkdənsə anasının Şahin MTK-ya olan 1910 manat borcu ödəyərdi. İddiaçı notarial qaydada təsdiqlənmiş müqaviləni aldanma nəticəsində imzaladığını yazılı sübutlarla təsdiq etməli idi. Bu tələb üzrə şahid ifadəsinə əsasən qətnamənin qəbul edilməsi yolverilməzdir. "Şahin” MTK tərəfindən verilən arayışdan çıxarışı məhkəmənin diqqətinə çatdırır. ...."xx.xx.2021-ci il tarixdə İddiaçı, onun övladları Şahid1 və X11 təkrarən MTK-nın ofisinə gəlmişdirlər və notarial qaydada tələb olunan təsdiq etdikləri ərizələri təqdim etmişdirlər. Cavabdeh1 satılan mənzilin ümumi dəyəri 79.508 manat olmuşdur. Cavabdeh1 KTM”nihaŞ"-nın ofisində yəni xx.xx.2022-ci il tarixdə 77 598 manatı İddiaçı vermiş və 1910 manat İddiaçı MTK-ya olan borcunu bağlamaq üçün ”nihaŞ" MTK-ya ödəmişdir. Bundan sonra Cavabdeh1 ilə"Şahin”MTK arasında xx.xx.2022-ciiltarixli 47 saylı müqavilə imzalanmış və mənzilin pay dəyərinin tam ödənilməs barədə maliyyə arayışı verilmişidir”. Hesab edir ki, məhkəmə mülki işi araşdırarkən şahin ifadələrinə deyil mövcud sübutlara istinad etməli və qanuni qətnamə çıxarmalıdır. Mülki iş üzrə şahid qismində cəlb edilən şəxslərin özləri mənzilin satılmasına notarial qaydada razılıq verdiklərində onların məhkəmədə vermiş olduğu ifadələr əhəmiyyətsizdir. İddiaçı İsmayıl qızı iddia ərizəsində də qeyd etdiyi kimi oğlu Şahid1 ilə Cavabdeh1 arasında maliyyə bağlantısı var. Belə ki, Şahid1 Cavabdeh1 ilə "Azor İnşaat” MMC-də həmtəsisçidirlər. Aralarında olan çoxsaylı görüşlər, telefon danışıqları və whatsapp mobil tətbiqi üzərinə olan yazışmalardan da aydın olur ki, Şahid1 cavabdehə külli miqdarda borcu var. Şahid1 qanunsuz olaraq cavabdehin külli miqdarda borcundan əlavə, cavabdehi aldadaraq 174.200 manat vəsaitini qanunsuz mənimsəmişdir. Bu faktın araşdırılması ilə bağlı müvafiq qaydada prokurorluğa müraciət olunmuş, faktın araşdırılması Nizami rayon Baş Polis İdarəsində davam etdirilir. İddiaçı tələbində aldadıldığını desə də 29 sentyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsindən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu hadisə heç də təsadüfi deyil. Belə ki, iddiaçının oğlu cavabdehin 174.200 manat pulunu mənimsədiyi və Türkiyə Respublikasının İstanbul şəhərinə qaçdığı gün, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu isə ona dəlalət edir ki, böhtan əsaslı qaldırılmış bu iddia ilə əslində iddiaçı tərəf qanunsuz üstünlük əldə etmək qərarına gəlmişdir. Şahid1 isə məhkəmə iclasında iş üzrə şahid qismində dindirilərkən (eynisi ilə e-2(009)- 896/2022 saylı məhkəmə işində) bildirmişdir ki, guya Cavabdeh1 ona tenderdə qalib gəlməyi söz verdiyi üçün mənzili onun adına keçirmişdirlər. İş materiallarında olan e2(009)-896/2022 saylı mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022 tarixli qətnaməsindən görünür ki, bütün şahidlər və Şahid1 həmin uydurulmuş tenderin noyabr ayında baş tutacağını bildirmişlər. Tenderdə qalib gəlmək əvəzində Şahid1 mənzili cavabdehə vermişdirsə o zaman, noyabr ayında tenderdə guya iştirak edəcək müəssisənin nizamnamə kapitalındakı payın cavabdehin adına keçirilməsinə zərurət qalmırdı. Beləliklə, şahidin gətirdiyi əsaslandırma məntiqsizdir və iddiaçının əsaslandırmasını inkar edir. Bundan başqa, iddia ərizəsində "AZOR İnşaat” MMC-də payın alğı-satqısı haqqında mülki mübahisə hazırki işlə, yəni mənzilin alğı-satqısı ilə əlaqələndirir. Buradan belə qənaətə gəlmək olar ki, guya mücərrəd tenderdə qalib gəlinməsi üçün 270.000 min manat "şapka” müqabilində Şahid1 "AZOR İnşaat” MMC-də 15% payı və mənzili Cavabdeh1 adına keçirmişdir. Mənzilin alğı- satqısı 29 sentyabr 2022-ci il tarixdə baş tutmuşdur, "AZOR İNŞAAT’ MMC-də payın alğısatqısı isə 24 noyabr 2022-cili tarixdə baş tutmuşdur. Görsəndiyi kimi, Cavabdeh1 MMCdə 15% payı Şahid1 almamışdır, əksinə Şahid1 eyni gündə üç dəfə artıq 50% payı həmin MMC-də əldə etmişdir. Beləliklə, Şahid1 2021 ilin sentyabr ayının 29-da hələ payçısı olmadığı bir MMCnin mücərrəd tenderdə qalid gəlməsi müqabilində anasının mənzilini cavabdehə verməsi yenə də absurddur, məntiqsizdir. Qətnamədə qeyd olunur ki, "Məhkəmə iclasında müəyən edilmişdir ki, Cavabdeh1 iddiaçının oğlu Rövşənlə iş birliyi qurmaq adı ilə təminat kimi Rövşənin də payçı olduğu "AZOR İnşaat” MMC-yə payçı kimi daxil edilməsi, eləcə də, Rövşənin anası İddiaçı adına olan mənzildən başqa, qohumuna məxsus Zaqataladaki evin Cavabdeh1 adına keçirilməsi Səbail Rayon Məhkəməsinin e-2(009)- 896/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində də özəksini tapmışdır.” Bu qeyddə bir deyil bir neçə düzgün olmayan və qanunsuz məqamlar vardır. Birincisi, məhkəmə qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsinə istinad edir və həmin qətnamə ilə müəyyən edilmiş halları sübut edilmiş hesab edir. Bu əsaslandırma qanunsuzdur. Bundan başqa, məhkəmənin qənaəti işin mübahisəsiz hallarına ziddir. Belə ki:(Faktlar) 1) xx.xx.2021 -ciil tarixdə mənzil cavabdeh Şahin MTK tərəfindən Cavabdeh1 satılması barədə müqavilə təsdiqləndikdə Şahid1 "Azor İnşaat” MMC-də heç bir paya sahib olmayıb. 2) Cavabdeh1 tərəfindən xx.xx.2021 -ci tarixdə Zaqatala şəhərində alınan mənzil Elmir adın da şəxsə məxsus olmayıb, həmin evin sahibi X4 olmuşdur və o Şahid1 qohumu deyildir. X4 tərəfindən həmin mənzilə dair Cavabdeh1 arasında heç bir mübahisə yoxdur. 3) Sabail Rayon Məhkəməsinin e-2(009)-896/2022 saylı xx.xx.2022- ci il tarixli qətnaməsində Zaqataladaki evin Cavabdeh1 adına keçirilməsi faktı özəksini tapmır və həmin işdə bu əqd mübahisə predmeti olmamışdır. 4) Cavabdeh1lə Şahid1 arasında sentyabr ayında, yəni mənzilinalğı-satqısı ərəfəsində heç bir iş birliyi qurmaq barədə danışıqlar olmamışdır və belə danışıqları təsdiq edən heç bir sübut yoxdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-590/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər - X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və V.N.Sadıqov) Kassasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2192/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-590/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdə "Şahin” MTK ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli müqavilənin etibarsız olduğunu (yalan əqdin yuxarıda qeyd olunan şərtlərini) sübuta yetirmək vəzifəsi iddiaçıya aiddirMübahisə olunan 29 sentyabr 2021-ci il tarixli müq. avilənin tərəfləri "Şahin” MTK ilə Cavabdeh1dur. Həmin şəxslər arasında əslində başqa bir razılaşmanın baş tutması, lakin bu razılaşmanın qeyd olunan müqavilə ilə pərdələnməsi halı məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Sözügedən müqavilənin İddiaçı oğlu Şahid1 ilə Cavabdeh1 arasındakı tender razılaşması çərçivəsində sonuncunun xeyrinə təminat məqsədilə bağlanması iddiasına gəldikdə isə qeyd olunmalıdır ki, əvvəla, cavabdeh tərəf belə bir razılaşmanı təsdiq etmir. Bu səbəbdən adları çəkilən şəxslər arasında tenderlə bağlı razılaşmanın olması, bu razılaşma çərçivəsində konkret olaraq kimlərin hansı öhdəliklərinin yaranması və s. kimi hallar mübahisəlidir. İddiaçı həmin hallarla bağlı şahidlərin ifadələrinə istinad etsə də, təkzibedilməz sübutlar (yazılı sənədlər, etiraf və s.) olmadığı halda, yalnız iddiaçının dəvət etdiyi şəxslərin ifadələrinin belə bir müqavilənin bağlanması nəticəsinə gəlmək üçün kifayət etməsi məhkəmələr tərəfindən əsaslandırılmamışdır. Bundan əlavə, təcrübədən məlumdur ki, bir şəxsə aid olan daşınmaz əşya təminat kimi başqa şəxsin adına alqı-satqı ilə o zaman rəsmiləşdirilir ki, satıcının alıcı qarşısında bir öhdəliyi olur (pul borcu və s.). Baxılan işdə isə iddia olunan tender razılaşması üzrə Q. Həsənovanın oğlu Şahid1 konkret bir əmlak və ya pul vəsaiti əldə etməsi, bu səbəbdən Cavabdeh1 qarşısında borclanması müəyyən edilmədiyi kimi, əksinə tender üçün lazım olna vəsaitin Cavabdeh1 tərəfindən qoyulacağının vəd olunduğu bildirilir. Belə olan halda iddia olunan razılaşma çərçivəsində öhdəlik altına Cavabdeh1, yoxsa R. Əmirxanlının düşdüyünə, mövcud vəziyyətdə iddiaçının öz mənzili ilə təminat verməsinin inandırıcılığına məhkəmələr tərəfindən lazımi şəkildə qiymət verilməmişdir. Baxılan işdə məhkəmələr yalan əqdin bağlanması barədə mövqelərini ümumi şəkildə bildirsələr də, müqavilə tərəflərinin qarşısında yalnış təssəvür yaratmağa çalışdıqları üçüncü şəxsin kim olmasını, həmin şəxsin hansı məqsədlə aldadılmasını, bundan əldə ediləcək faydanın (mənfəətin) nədən ibarət olmasını, xüsusilə də yazılı əqdin tərəfləri olan Cavabdeh2-nın və Cavabdeh1 bu cür davranışlar etmək qəsdini konkret və mötəbər sübutlarla əsaslandırmamış, iddia olunan təminat razılaşmasının hansı səbəbdən real münasibətlərə uyğun sənədləşdirilməməsi, buna dair hansı maneənin olması ağlabatan dəlillərlə izah olunmamışdır. 84. O da nəzərdən qaçırılmamalıdır ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında müqavilə bağlananadək iddiaçı mübahisəli mənzilə olan pay hüququndan imtina etməsi və mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsinə razı olmasına dair yazılı ərizə vermişdir. Bir qayda olaraq belə ərizənin mülki hüquqi nəticə(lər) yaratması şübhə doğurmur. MTK da məhz bu ərizəni aldıqdan sonra 29 sentyabr 2021-ci il tarixli müqaviləni rəsmiləşdirmişdir. Buna baxmayaraq, məhkəmələr həmin ərizənin hazırkı mübahisə baxımından əhəmiyyətini, onun hər hansı hüquqi nəticə yaradıb-yaratmadığını, iddiaçının istinad etdiyi faktiki hallar baxımından etibarlı olub-olmamasını, nəticə etibarilə iddianın həllinə təsirini müzakirə etməmişlər. Beləliklə, göstərilən xüsusatlara qiymət verilmədən, tətbiq olunan maddi hüquq normasının konkret dispozisiya şərtləri ilə işin sübuta yetən faktiki halları arasındakı uyğunluq əsaslandırılmadan, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağlanmış əqdlərin etibarlılığının mübahisəli mülahizələrlə şübhə altına qoyulması və buradan hərəkətlə yalnız bir tərəfin bildirdikləri əsasında müqavilənin (yalan) etibarsız sayılması qanuni və əsaslı nəticə hesab oluna bilməz.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Təkrar məhkəmə iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil4 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətin təmin olunmasını xahiş etmişdilər.

22. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

23. Məhkəmə iclasında iştirak edən Cavabdeh2-nın nümayəndəsi və vəkili Vəkil5 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

d) Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında izah etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnamə yalnız Cavabdeh1 aid hissədə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

31. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.

32. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə, həmçinin kassasiya instansiya məhkəməsinin qərarında göstərilənləri nəzərə almaqla araşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

33. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

34. İddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, mübahisəli mənzilə dair "Şahin” MTK və Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli müqavilə sonuncu ilə oğlu Şahid1 arasında tenderlə bağlı razılaşma ilə əlaqədar rəsmiləşdirilmiş, tender razılaşmasının təminatı kimi özünə məxsus mənzilin Cavabdeh1 adına keçirilməsi üçün ərizə ilə mənzilə dair payından imtina etmiş, o və ailə üzvləri mənzilin cavabdehin adına sənədləşdirilməsinə razılıqlarını bildirmiş, sonra isə MTK ilə Cavabdeh1 arasında sözügedən müqavilə bağlanmışdır.

35. Cavabdeh1 isə qeyd olunanları təkzib edərək mübahisəli mənzilin dəyərini ödəyərək onu qanunvericiliyə uyğun qaydada aldığını bildirmişdir.

36. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

37. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

38. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

39. Hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) ola biləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (MM-nin 341-ci maddəsi). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir. Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər.

40. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur”.

42. X6 Məhkəməsi həmçinin vurğulamışdır ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir”.

43. İşin materiallarından görünür ki, "Şahin” MTK tərəfindən "KERMUR" İxtisaslaşdırılmiş Vəkil Bürosunun sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda Cavabdeh1 "ŞAHİN” MTK-nın ofisində yəni xx.xx.2021 tarixdə 77.598 (yetmiş yeddi min beş yüz doxsan səkkiz) manatı İddiaçı vermiş və 1.910 (min doqquz yüz on) manatı İddiaçı (xx.xx.2021-ci il tarixli 47 nömrəli müqaviləyə əsasən) Cavabdeh2-ya olan borcunu bağlamaq üçün Cavabdeh2-ya ödəmişdir. Bundan sonra Cavabdeh1 ilə "ŞAHİN” MTK arasında 47 nömrəli 29 sentyabr 2021-ci il tarixli müqavilənin imzalanması və mənzilin pay dəyərinin tam ödənilməsi barədə ona maliyyə arayışı verilməsi göstərilsə də, "Şahin” MTK tərəfindən Vəkil1 sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda bu faktlar təkzib edilmişdir. Belə ki, sonuncu məktubda MTK göstərmişdir ki, 1910 manat Cavabdeh2-nın xəzinədarlığına İddiaçı tərəfindən ödənilmişdir. Araşdırma zamanı o da müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə və sonrakı tarixlərdə Cavabdeh2 tərəfindən ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 1 -ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilin alğı-satqısı ilə bağlı Cavabdeh1 tərəfindən 77.598 manat Cavabdeh2-nın ofisində İddiaçı ödənilməmişdir. Eyni zamanda sözügedən mənzilin alınması ilə bağlı Cavabdeh2-ya Cavabdeh1 tərəfindən pul ödənilməmişdir.

44. Həmçinin məktubda göstərilmişdir ki, 02 saylı 22 iyun 2022-ci il tarixli cavab məktubunda qeyd olunanlardan aşağıdakı hallar Cavabdeh2-ya həmin sorğunu təqdim edən şəxsin sözləri əsasında tərtib olunduğundan, 1910 manat qalıq borcunun Cavabdeh1 tərəfindən Cavabdeh2-ya ödənilməsi və Cavabdeh1 Cavabdeh2-nın ofisində yuxarıda qeyd olunan mənzilin sahibi İddiaçı 77.598 manat pulun ödənilməsi həqiqətə uyğun deyildir.

45. Sonuncu cavab məktubunda göstərilənləri, yəni iddiaçıya nə ofisdə, nə də MTKnın özünə pulun ödənilməməsi MTK-nın nümayəndəsinin verdiyi izahatında təsdiq etmişdir.

46. Cavabdeh tərəf apellyasiya şikayətində qeyd edilən sonuncu məktubun məzmununda göstərilənlərlə razılaşmayaraq, hər bir halda adına verilmiş maliyyə arayışının hüquqi sənəd olmasını və bu sənədin onun tərəfindən evin pulunun MTK-ya ödənilməsi kimi qiymətləndirilməli olmasını göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, istər birinci instansiya məhkəməsinin araşdırması, istərsə də apellyasiya icraatı zamanı qeyd edilən mənzillə bağlı tərtib edilmiş alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş maliyyə arayışının mənzil alınması ilə bağlı tərəflərin iradə ifadəsinin məhsulu olmaması araşdırılan və müəyyən edilən sübutlarla öz təsdiqini tapmışdır.

47. Belə ki, cavabdeh iddiaçının oğlunu mənzil alqı-satqısından əvvəllər tanımadığını və heç bir münasibəti (o cümlədən də işguzar) olmamasını göstərsə də, bu dəlil həm iddiaçı tərəfin izahatları, həm də şahid ifadələri ilə tam təkzib edilir.

48. Cavabdeh iddiaçının oğlu ilə 2021-ci ilin sentyabr ayından əvvəl tanış olaraq münasibətlər qurmaların apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin İŞ-nin icraatlarında olan ********* saylı cinayət işinin materiallarının surətləri ilə də təsdiq edilir. Həmin sənədlərə əlavə edilmiş, cavabdehin 2022-ci ilin iyun ayında Nizami rayon prokurorluğuna yazdığı əlyazma formasında olan şikayət ərizəsinin ilk cümləsində göstərilmişdir: «Yazıb Sizə bildirirəm ki, 2021-ci ilin fevral ayında tanışım Rövşən Əmirxanovun vasitəsilə ...Sadıqovla tanış oldum» Sonradan bu ərizəsi ilə əlaqədar Polis İdarəsində kompüterdə yazılmış izahatında da o, X9 ilə 2021-ci ilin yay aylarından tanışlığı olmasını göstərmişdir.

49. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırki halda sənəd üzərində müqavilə tərəfləri Cavabdeh1 və Cavabdeh2 olsa da, sonuncu, əslində müqavilə tərəfi kimi deyil, iddiaçı ilə Cavabdeh1 arasında bağlanan müqaviləni rəmiləşdirmişdir. Belə ki, yeni tikilən binalarda mənzillərin dövlət reyestrində qeydə alınmaması səbəbindən, insanlar arasında belə mənzillərin başqa şəxsə satılmasının məhz göstərilən qaydada həyata keçirilməsi işgüzar adət kimi təşəkkül tapmışdır. Yəni, mənzilini satmaq istəyən şəxs birbaşa olaraq mənzilin satışını həyata keçirə bilmədiyindən, həmin mənzilə dair MTK ilə aralarında bağlanan müqavilə üzrə mənzildən imtina edir və digər şəxslə MTK arasında yeni müqavilə bağlanır. Bu durumda faktiki olaraq MTK alqı-satqının tərəfi kimi deyil, onun rəsmiləşdirilməsinin vasitəçisi kimi çıxış edir. Belə hallarda nə MTK mənzili satana ödədiyi pulu qaytarmır, nə də yeni alıcı həmin məbləği MTK-ya ödəmir (yəni hər hansı bir qazanc əldə etmir). Alan şəxs mənzilin dəyərini müqaviləsindən onun xeyrinə imtina edən şəxsə ödəyir. Həmin müqavilə isə qeyd edildiyi kimi, satıcının MTK və ya MMC olması anlamına gəlmir. Yəni bu əqd etibarlı əqd kimi hesab edilsəydi belə, əqd nəticəsində faydalanan şəxs MTK deyil, İddiaçı olmalı idi – hansı ki, İddiaçı mənzilin satışından hər hansı pul vəsaiti əldə etdiyi müəyyən olunmamışdır.

50. Yalan əqdin güddüyü məqsəd və digər əsasları ilə bağlı kassasiya instansiyası məhkəməsinin ətraflı izahı ilə razılaşsa da, kollegiya hesab edir ki, mübahisələndirilən əqd Cavabdeh1 və Rövşən Əmirxanov arasında yaranması planlaşdırılan birgə biznes fəaliyyəti (qanunsuz yolla tenderin udulması) ilə əlaqədar Cavabdeh1 qoyacağı sərmayəni təminat altına almaq məqsədilə bağlanmışdır. Hazırki işdə pərdələnən əqd tərəflərin gələcək birgə biznes fəaliyyəti və qanunsuz yolla tenderin udulması barədə gəldikləri razılaşmadır. Lakin əslində nəzərdə tutulan münasibətlər qanunsuz fəaliyyətin elementlərini özündə əks etdirdiyinə görə həmin əqdin qaydalarını hazırki işə tətbiq etmək mümkün deyil.

51. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin şahid ifadələri ilə bağlı dəlillərinə də qiymət verərək qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Kollegiya qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Şahidlər tərəflər arasında münasibətlərin nə vaxtdan, hansı formada olmasını aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Göstərilən hallar şahid ifadələrinin mötəbər olmasına dəlalət edir.

53. Məhkəmə kollegiyasının qənaətinə görə, şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün birinci instansiya məhkəməsi onları haqlı olaraq mötəbər sübut kimi qiymətləndirmiş və gəlinən bu qənaət də iş üzrə qəbul edilmiş qətnaməsində əsaslandırılmışdır.

54. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin evin pulunun İddiaçı MTKnın ofisində verilməsi, maliyyə arayışının alınması, iddiaçı ilə müqavilədən əvvəl heç bir münasibətinin olmamasına dair geniş dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, bu dəllilər şikayət müəllifinin subyektiv mülahizələri olmaqla heç bir mötəbər sübutlarla təsdiqini tapmır, əksinə işin araşdırılmış və diqqətəlayiq mühüm məqamları ilə təkzib olunur.

55. Cavabdeh mübahisəli mənzilin 30000 manatını bankdan kredit, 44000 manatını digər şəxsdən borc almaq yolu ilə əldə etməsini izahatında göstərsə də, bundan sonra iddiaçıya 22000 manat məbləğində iş görmək adı ilə borc verməsinə dair izahatı inandırıcı və ağlabatan görünmür. Cavabdehin mübahisəli evi borc yolu ilə almağı ilə iddiaçının oğluna bundan sonra da borc verməsi onun evin alınması ilə bağlı həqiqi niyyətiinin olmasını təsdiq etmir. Çünki cavabdeh iddiaçının oğluna verdiyi 22000 manat pulun mənbəyini başqa yerdən əldə etməsi ilə əsaslandırmağa çalışmış, lakin buna dair də hər hansı sübut təqdim etməmişdir.

56. Məhkəmə kollegiyası cavabdehin bu hissə ilə bağlı izahatında göstərilənlərin inandırıcı və ağlabatan olmaması ilə bağlı həm də onu qeyd edir ki, cavabdeh bu puldan ona 8000 manat qaytarıldığını, qalan məbləğin isə qaytarılmadığı və qaytarılmasına guman olmadığı üçün qaytarılmayan qalıq məbləğinin batmamasına görə əlavə olaraq pul ödəməklə Röşənin qohumu Elmirin təklifi ilə sonuncunun Zaqataladakı evini almasını göstərsə də, sözügedən evin alınmasına sərf edilən vəsaitin hansı mənbədən götürülməsini açıqlaya bilməmişdir. Başqa sözlə, kollegiyanın qənaətinə görə cavabdeh izahatında göstərdiyi kimi borcları olduğu halda yenidən başqa mənzilə görə pul vəsaiti ilə əmlak almaq niyyətinin olması heç də inandırıcı deyildir. Bu hallar isə iddiaçı tərəfin həqiqətən də mübahisəli evin görünüş üçün cavabdehin təklifi ilə onun adına keçirilməsinə dair dəlillərinin işin araşdırılmış və müəyyən edilən halları ilə tam uzlaşmasına dəlalət edir.

57. Cavabdeh1 iddiaçının oğlu Rövşənlə iş birliyi qurmaq adı ilə təminat kimi Rövşənin də payçı olduğu "Azor İnşaat” MMC-yə payçı kimi (alğı-satqı yolu ilə) daxil edilməsi, eləcə də, Rövşənin anası İddiaçı adına olan mənzildən başqa, qohumuna məxsus Zaqataladakı evin Cavabdeh1 adına keçirilməsi Səbail rayon Məhkəməsinin e-2(009)- 896/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində də öz əksini tapması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qətnamə qanuni qüvvəsini almamaqla həmin iş üzrə Cavabdeh1 ilə iddiaçı arasında müəyyən anlaşmalar səbəbindən sonuncu iddiasını geri götürdüyündən qətnamə ləğv edilsə də, Şahid5 yenidən Cavabdeh1 tərəfindən aldadığını göstərərək işin icraatına xitam verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qərardadını kassasiya qaydasında mübahisələndirmişdir.

58. Cavabdeh qeyd edilən qətnamənin qanuni qüvvəsini almadığı halda məhkəmənin həmin qətnamə ilə müəyyən edilmiş hallara istinad edilməsini qanunsuz saysa da, məhkəmə kollegiyası qeyd edir ki, apellyator özü də dəlillərini əsaslandırmaq üçün məhz həmin qətnamənin bəzi məqamlarına istinad etmişdir. Halbuki, apellyatorun bu dəlilləri onunla iddiaçının oğlu arasında işbirliyinin mövcuduğunun təsdiqidir. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin, iddiaçının oğlu cavabdehin 174 200 manat pulunu mənimsədiyi və Türkiyə Respublikasının İstanbul şəhərinə qaçdığı gün, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd etməyi zəruri sayır ki, işin materiallarından göründüyü kimi, iddiaçının oğlu iddia ərizəsi veriləndən sonra birinci instansiya məhkəməsinin iclasında şahid qismində iştirak etmişdir.

59. Məhkəmə kollegiyası cavabdeh tərəfin alğı-satqı müqaviləsi görünüş üçün olduğu halda iddiaçının 7 ay hərəkətsiz qalması, tenderlə bağlı heç bir sübutların olmamasına, whatsapp mobil tətbiqi üzərində Şahid1 ilə Cavabdeh1 arasında 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayındadək daima müxtəlif motivli yazışmalar və səs qeydlərində uzun müddətli dialoqların heç birində 1 dəfə belə olsun Şahid1 Cavabdeh1 əmlakların geri qaytarılmasına dair hər hansı bir müraciət etməməsinə dair şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, əvvəla iddiaçı tərəfin izahat və şahid ifadələrinə əsasən alğı-satqı müqaviləsindən iddia qaldırılan müddət ərzində cavabdeh tenderi udmalı, bundan pul qazanıb onlara pul verməli olduğu üçün bunu etməmiş, çünki həmin vaxtlarda danışıqlar qüvvədə olmuş və işin baş tutumasının alınmayacağı halda geri qaytarılma barədə hər hansı narazılıq baş verə bilərdi. Sonradan söz veriən hallar baş tutumadığından buna görə də iddiaçı aldadıldığını və hüquqlarının pozulmasını gördükdə hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Tender barədə iş materiallarında heç bir sübut olmasa da, bu əsasla iş görmək adı ilə mənzilə dair alğı-satqı müqaviləsinin formal bağlanmasına dair kifayət qədər sübutların olmasına birinci instansiya məhkəməsi düzgün qiymət vermişdir.

60. Bununla bağlı kollegiya həmçinin qeyd etməyi zəruri sayır ki, whatsapp mobil tətbiqi üzərində Şahid1 cavabdeh əmlakların geri qaytarılmasına dair hər hansı bir müraciət etməsə də belə, cavabdehin həqiqətən də mənzili qanuni əsaslarla əldə etdiyi halda və bu əmlakına sahib olmaq niyyəti olduğu təqdirdə onun iddiaçının həmin evdən cıxarılmasına dair iddia qaldirmaması və yaxud bununla bağlı iddiaçı tərəfə hər hansı formada xəbərdarlıq etməməsi, hətta iddiaçının oğlu ilə yazışmalarında belə evin boşaldılması, təhvil verilməsi ilə ədaqədar iradlarının göstərilməməsi tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin həqiqi niyyətlə deyil, görünüş üçün bağlanmasının bariz təzahürüdür.

61. Həmçinin kollegiya iddia ərizəsi verilməmişdən əvvəl bayram münasibəti ilə whatsapp proqramı ilə bir-birinə təbrik mesajlarının göndərilməsinə dair şikayətin dəlillərinə (mesajların surəti təqdim edilmişdir) də qiymət verərək bu faktın mövcudluğun özüözlüyündə tərəflər arasında səmimi münasibət olmaqla (davam etməklə) iddiaçı tərəfin qaldırdığı iddianın əsassız olmasına qətiyyən əsas yaratmır. İşin faktiki və həqiqi araşdırılmış halları iddiaçının adına olan mənzilə dair alğı-satqı müqaviləsinin görünüş üçün və formal bağlanmasını təsdiq edir.

62. Apellyator şikayətində alğı-satqı müqaviləsinin real olmasını göstərərək bu dəlilini müqavilənin notarial qaydada təsdiqlənən zaman tərəflər iradə ifadələrini və razılıqlarını bildirmələri, paylar satıcıdan alıcıya keçməsi və satıcının payın dəyərini aldığını imzası ilə təsdiqləməsi ilə əsaslandırmağa çalışmış və buna ən mötəbər sübut kimi məhz iddiaçı və onun ailə üzvlərinin paydan Cavabdeh1 xeyrinə imtina etməsinə dair notarial qaydada təsdiq olunmuş ərizələri qeyd etmişdir.

63. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, cavabdehin bu dəlilləri o halda əsaslı və inandırıcı sayıla bilərdi ki, onun mənzilin dəyərinin şəxsən, əlbəəl və şahidlərin iştirakı eləcə də, buna dair sadə yazılı formada aralarında yazılı sənəd tərtib etməklə pulu Qərənfilə Həsənovaya verilməsini subut edə bilsin. Lakin apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdeh buna dair konkret tutarlı və mötəbər sübut təqdim etməmişdir. O ki qaldı iddiaçı və onun ailə üzvlərinin paydan Cavabdeh1 xeyrinə imtina etməsinə dair notarial qaydada təsdiq olunmuş ərizələrinə kollegiya qeyd edir ki, bu sənədləşmələr notarial qaydada aparılsa da, işin araşdırılmış halları ilə bunun məhz görünüş üçün tərtib ediləcək alğı-satqı müqaviləsinin inandırıcı olması məqsədi ilə alınması öz təsdiqini tapmışdır.

64. Məhkəmə kollegiyası şikayətin şəxsin əmlakı girov qoyaraq qarşı tərəfdən pul almaq niyyəti olduğu halda bunu çox asan bir şəkildə notarial ipoteka müqaviləsi şəklində rəsmiləşdirməklə edə bilməsinə dair dəlili ilə bağlı qeyd edir ki,mübahisəli mənzil dövlət reyestrində qeydə alinmadıgindan bu dəlil hazirki iş üzrə əhəmiyyət kəsb etmir, yəni bu ahlda onun edilməsi mümkün olmamışdır.

65. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək və işin araşdırılmış hallarına əsasən hesab edir ki, hazırki mübahisə üzrə cavabdehlər arasında kooperativ mənzilin tikintisi ilə əlaqədar müqavilənin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının kooperativ mənzilə dair payından imtina ilə bağlı iradə ifadəsi olmamasına dair birinci instansiya məhkəməsinin nəticəsi işin araşdırılmış hallarına tam uyğundur.

66. Belə ki, iş üzrə sübutlar onu təsdiq edir ki, iddiaçı oğlu Rövşənin xahişi ilə onunla Cavabdeh1 arasında işbirliyi qurulduğuna görə Cavabdeh1 təminat olaraq daşınmaz əmlakın formal olaraq sonuncunun adına keçirilməsinə razılıq vermiş, mənzilin dəyəri nə iddiaçıya, nə də MTK-ya ödənilməmiş, Rövşən Əmirxanov ilə Cavabdeh1 arasında iş birliyi qurulması adı ilə Rövşənin qohumuna məxsus Zaqataladakı evin və "Azor İnşaat” MMC-yə payçı kimi (alğı-satqı yolu ilə) daxil edilmişdir.

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-898/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilməlidir.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-898/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar