Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5175/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, X2 tərcüməçiliyi, İddiaçı Yuriyeviçin, iddiaçının vəkili X5, cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Yuriyeviçin cavabdehlər Cavabdeh3, Bakı şəhəri 21 saylı Notariat Ofisi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "mülkiyyət hüququ haqqında, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və miras paylara vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-584/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Yuriyeviçin cavabdehlər Cavabdeh3, Bakı şəhəri 21 saylı Notariat Ofisi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən X4 sağ qalmış arvadı X3 adına xx xxxxxx 2012-ci il tarixli, ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən qeyd edilən əmlakın qalan 1/2 hissəsindən, 1/6 hissəyə X3, 1/6 hissəyə Cavabdeh3 Yuriyevnanın vərəsəlik hüququ tanınması, İddiaçı Yuriyeviçin 1/6 hissə payı isə açıq saxlanması barədə xx xxxxxx 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş MA seriyalı ******* nömrəli çıxarış və RX seriyalı 130577B nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/3 hissəsinə X3, 1/3 hissəsinə Cavabdeh3 Yuriyevnanın və 1/3 hissəsinə İddiaçı Yuriyeviçin vərəsəlik hüququ tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 584/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən X4 sağ qalmış arvadı X3 adına verilmiş xx xxxxxx 2012-ci il tarixli mülkiyyət hüququ haqqında və xx xxxxxx 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/3 hissəsinə İddiaçı Yuriyeviçin vərəsəlik hüququnun tanınması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında xx.xx.2020-ci il tarixdə (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində xx.xx.2020-ci il tarixdə) icraata götürülmüşdür. Digər- Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icratında olan (2(103)- 14411/2019)-680/20 saylı mülki iş üzrə İddiaçı Yuriyeviçin cavabdehlər Cavabdeh3 Yuriyevnaya və Bakı şəhər 21 saylı Notariat Kontoruna qarşı əmlakda olan payın bağışlama müqaviləsinin etibarsız sayılması, həmin payın miras kütlə hesab edilməsi, miras kütlə hesab edilən paya vərəsəlik hüququnun tanınması, əmlakda olan paya sahibliyin bərpa edilməsi, əmlakda olan paya sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə rədd edilmişdir. İddiaçı Yuriyeviç apellyasiya şikayəti vermişdir. Həmin mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında xx.xx.2019-cu il tarixdə (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində xx.xx.2019-cu il tarixdə) icraata götürülmüş və xx.xx.2019cu il tarixdə mülki iş üzrə icraat məhz hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-5175/20 saylı işi qanuni qüvvəyə minənədək dayandırılmışdır. Mülki işlərin birləşdirilməsi məsələsinin müzakirəsi zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi işlərin birləşdirilməsini məhkəmənin mülahizəsinə buraxdığını, cavabdehin nümayəndəsi digər iş üzrə tələbin hazırki tələblə əlaqəli olduğunu və işlərin bir icraatda baxılmasının zəruri olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hər iki mülki işlər üzrə eyni tərəflərin iştirak etdiyi eyni növlü iki işin bir iddiaçının iddiaları üzrə olduğunu, habelə tələblərin və mübahisə predmetləri üzrə əsasların (məqsədlərin) əlaqəli olduğunu nəzərə alaraq işlərin bir icraatda birləşdirilməsini məqsədə müvafiq hesab edir. Belə ki, prosessual qanunvericiliyin rəhbər göstərişinə görə müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir.Dayandırılmış işin ilkin olaraq icraata qəbul edildiyini nəzərə alraq hazırki icraatda olan mülki işin dayandırılmış işlə (2(103)-680/20 sayda) birləşdirilməsini kollegiya qanuvericilikdən irəli gələn zərurət hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13, 43, 169.3, 170, 263, 264, 365, 366, 372, 373, 377-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-5175/20 saylı mülki işin digər 2(103)-680/20 saylı mülki işlə bir icraatda birləşdirilsin və tələblərə 2(103)- 680/20 saylı mülki işin icratında baxılması üçün müvafiq prosessual (qeydiyyat) tədbirləri aparılsın.
Məhkəmə qərarları › İş №2(103)-5175/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5175/2020
20.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver