Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1425/2024 30.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (X27, X42, X2, X49, X43, X34, X11, X28, X44, X29, X35, X19, X45, X50, X36 üçüncü şəxslər qismində cəlb olunmaqla) qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: miras payının müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X63 (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-652/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. ********** qeydiyyat nömrəli, **********43-10301 reyestr nömrəli, xx.xx.2021- ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Qaradağlı kəndində 0,2463 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X12 daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahibləri fərdi yaşayış evi üzrə tam olaraq X37, torpaq sahəsi üzrə X30 müəyyən edilmişdir.
2. A 470081 saylı torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonu Qaradağlı kəndi ərazisində yerləşən 2463.82 kv.metr torpaq sahəsinə dair X4 adına torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli 15 saylı qərarı ilə X13 2463.82 kv.metr torpaq sahəsi verilmişdir. X4 adına torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmişdir. X68 kitabında xx.xx.2013-cü il tarixdə 18 nömrə ilə uçota alınmışdır.
3. Ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X37 xx.xx.1988ci ildə, X30 xx.xx.2007-ci ildə, X20 xx.xx.2023-cü ildə ölmüşdür.
4. Xaçmaz rayon İHB-nın Hülövlü kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2017-ci il tarixli 385 nömrəli arayışından müəyyən olunur ki, X37 1935-ci ildən xx.xx.1988-ci ilədək Xaçmaz rayonunun Qaradağlı kəndində yaşamış və orada xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra evi və təsərrüfatı X31, X38, X21 və X20 idarə etmişdir.
5. xx.xx.2017-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, Hülövlü kənd XDS İKnin 1986-1990-cı illərə aid Qaradağlı kəndi üzrə 06 saylı təsərrüfatbaşına kitabında mərhum X12 şəxsi mülkiyyətində 1967-ci ildə tikilən yaşayış evi və şəxsi istifadəsində 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur.
6. DƏDRX-nin X83 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubundan müəyyən olunur ki, X12 adına xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış verilmiş, Xaçmaz rayonu Qaradağlı kəndində torpaq sahəsi ümumbirgə olan fərdi yaşayış evi qeydə alınmışdır.
7. Xaçmaz rayon Qeydiyyat şöbəsinin sorğuya əsasən alınmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.2007-ci ildə vəfat etmiş X4 xx.xx.1961-ci il təvəllüdlü X27 doğumu aşkar olunmuşdur. 2009-cu ildə vəfat etmiş X46 xx.xx.1986-cı ildə X2 ilə rəsmi nikaha daxil olmuş və bu evlilikdən xx.xx.1987-ci il təvəllüdlü X49, xx.xx.1989-cu il təvəllüdlü X43 və xx.xx.1992 il təvəllüdlü X34 doğulmuşlar. xx.xx.1954-cü il təvəllüdlü X39 xx.xx.1981-ci ildə X11 ilə rəsmi nikaha daxil olmuş və bu evlilikdən xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh doğulmuşdur. xx.xx.1964-cü il təvəllüdlü X20 xx.xx.1991 il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuş və bu evlilikdən xx.xx.1994-cü il tarixdə X22 doğulmuşdur. Müraciətdə göstərildiyi kimi 2012 ildə vəfat etmiş X47 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun barəsində heç bir məlumat aşkar olunmamışdır.
8. Xaçmaz rayonu 1 saylı Notariat X1 ünvanladığı 20 aprel 2021-ci il tarixli 269 nömrəli məktubundan görünür ki, xx.xx.1988-ci il tarixdə Xaçmaz rayonu, Qaradağlı kəndində vəfat etmiş X6 Xaçmaz notariat ofisində miras əmlakına dair vərəsəlik işi açılmışdır. Təqdim olunan sənədlərdən aydın olmuşdur ki, vərəsəlik işi mübahisə xarakteri daşıyır. Bu səbəbdən də vərəsəlik işinin aparılması qeyri-mümkündür. Vərəsəlik işi mübahisəli xarakter daşıdığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.
9. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-4826 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X7 cavabdeh X32 qarşı cavabdeh və onun ailə üzvlərinin Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən yaşayış evindən çıxarılmaları, Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən evə atası Məməti Məmmədovun mülkiyyət hüququnun tanınması, miras kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında iddia ərizəsi qismən təmin olunmuş, X24 Xaçmaz rayonu Qaradağlı kəndində yerləşən mərhum X14 məxsus olmuş yaşayış evindən çıxarılması qət edilmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli 2(105)- 1643/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdeh X25 apellyasiya şikayəti təmin edilməmişdir. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4826/2017 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum qayınatasından miras qalmış Xaçmaz rayonu, Qaradağlı kəndindəki 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə dair ½ nisbətdə pay hüququnun tanınması və cavabdeh tərəfindən evə giriş-çıxışa yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əşyaları qeydiyyatda olduğu Xaçmaz rayonu, Qaradağlı kəndindəki 2 mərtəbəli, 6 otaqlı evdə qalmışdır. Həmin ev qayınatası X12 adınadır. Həmin mənzilə xx.xx.1991-ci ildə gəlin köçmüşdür. Cehiz apardığı əşyalar və sonradan alınan bütün əşyalar həmin evdə olmuşdur. Həmin evə qeydiyyatı vardır. Qayınatası çoxdan vəfat etdiyi üçün gəlin köçəndə qayınatasını görməmişdir. Qayınanası isə 2007-ci ildə vəfat etmişdir. Beləliklə, mərhum qayınatası X8 miras qalmış Xaçmaz rayonu, Qaradağlı kəndindəki 2 mərtəbəli, 6 otaqlı ev miras əmlak kimi həyat yoldaşı X20 və onun qardaşı X23 qalmışdır. Lakin, həyat yoldaşı X20 5 yanvar 2023-cü il tarixdə Rusiya Federasiyasında rəhmətə getmişdir. Həyat yoldaşının qardaşı X39 da rəhmətə getmişdir. Beləliklə, mərhum qayınatası X12 adına olan Xaçmaz rayonu Qaradağlı kəndindəki 2 mərtəbəli, 6 otaqlı ev miras olaraq ona və mərhum ərinin mərhum qardaşı X15 oğlu Cavabdeh miras qalmışdır. Hesab edir ki, miras əmlak onunla, mərhum ərinin mərhum qardaşı X15 oğlu Cavabdeh arasında ½ nisbətində bölünməlidir. Cavabdeh onun həmin evdən istifadə etməyinə və evə gəlib getməyinə imkan vermir. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
13. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-652/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.1988-ci ildə vəfat edən X8 miras qalmış Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən sahəsi 142,1 kv metr olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evindən 1/18 hissədə pay hüququnun müəyyən olunması və Cavabdeh tərəfindən evə giriş-çıxışa yaradılan maneənin aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Əliyeva).
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 1146, 1159.1, 1159.1., 1159.2, 1159.1.3, 1159.1.4, 1159.1.5, 1159.2, 1159.3, 1159.4, 1159.5, 1193, 1194, 1195, 1196, 1243.2, 1252-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 fevral 2020- ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.2-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-652/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək pay hüquqları düzgün müəyyən edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi payları müəyyən edərkən Məməti Məmmədovun ölümü ilə açılmış miras zamanı onun sağ olan vərəsələrinin dairəsini müəyyən edərək onlara münasibətdə pay hüququnu müəyyən etməli olması qənaətindədir. Bu zaman müəyyən olunmuşdur ki, miras qoyanın 6 övladı olub: xx.xx.2023-cü ildə ölən Bəxtiyar, 2012-ci ildə ölən Nəsir, 2009-cu ildə ölən Əhməd, 2021-ci ildə ölmüş Ağasəf, sağ qalan qızları Pərzad və Sona vərəsələr olmuşdur. Buna görə də hesab edir ki, vərəsələrin dairəsi altıdır və pay müəyyən olunarkən buna istinad olunmalı, hansı vərəsə öz payından imtina edibsə və ya digər vərəsəyə bağışlayıbsa onun payı digər vərəsələrin payına hesablanmalıdır, əks halda həmin övlada düşən pay açıq saxlanılmalıdır. Hesab edir ki, onun payının 1/18 hissədə tanınması düzgün olmamışdır. Belə ki, iş materiallarından aydın görünür ki, miras qoyanın ölmüş övladı Əhmədin qızı olan X26 atasına düşən payı ona verməsi barədə məhkəməyə teleqram vurmuşdur. Belə olan halda artıq onun payı 2/6 hissədə olur və yaxud 1/6 hissədə mərhum həyat yoldaşı Bəxtiyara düşən hissədə onun vərəsələrinin dairəsi müəyyən edilərək (o və 2 qızı Rüya və Leyla) onlara münasibətdə, yəni artıq Bəxtiyara düşən payın onun vərəsələri olaraq onların aramızda 1/3 hisbətdə bölünməli olması qənaətindədir. Eyni zamanda bildirir ki, mirasdan imtina notarial qaydada verilmiş ərizə olmalıdır, iş materiallarında olan 3-cü şəxs kimi cəlb olunan X33, X16 məhkəməyə ünvanlanmış ərizələrinə əsaslanaraq onlara hesablanmış payın aqibəti həll olunub, hesab edir ki, miras qoyanın 6 övladına münasibətdə əmlak üzərində pay hüququ tanınmalı və mirasdan kim kimin xeyrinə imtina edirdisə onu da notarial qaydada öz payını bağışlamaqla iradəsin ifadə edə bilr. Hazırkı işdən görünür ki, mirasdan imtina edən şəxslər bunu nə notarial qaydada ərizə verməklə, nə də məhkəməyə şəxsən gəlib şahid kimi ifadə verməklə etməmişlər. Onların adından məhkəməyə qeydi müəyyən iradələrini əks etdirib etdirməməsini müəyyən etməyən bir ərizə daxil olmuşdir ki, bununla da onların paylarına münasibət bildirilməsinin düzgün olmaması qənaətindədir.
17. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iddiaçı olaraq onun təqdim etdiyi sübutlara düzgün qiymət verərək miras əmlakda olan payımın müəyyən edilməsi və əmlakım üzərində sahiblik, istifadə və sərəncam hüququnun tam təmin olunması ilə bağlı gəldiyi nəticənin düzgün olmaması qənaətindədir. Belə ki, məhkəmə 1/18 hissədə onun miras əmlaka dair payının tanınmasını bildirməklə miras payını düzgün bölməmiş, bu da, onun mülkiyyət hüququ ilə bağlı Konstitusiya ilə müəyyən edilmiş hüququnun pozulmasına səbəb olmuşdur.
18. Məhkəmə vərəsə olaraq qanunla ona düşən pay hüququnu düzgün müəyyən etməməklə maddi hüquq norması ilə müəyyən edilmiş hüquqlarını pozmuşdur. Birinci növbə üzrə vərəsə kimi irsi transmissiya qaydasında mərhum ərinə atasından miras qalan əmlakı tam şəkildə tələb etmək hüququ olub, lakin məhkəmə bu zaman pay hüququnun düzgün müəyyən edilməsi ilə bağlı hüququnun pozulmasına səbəb olan qətnamə qəbul etmişdir.
19. Hazırki iş üzrə nəvələrin paylarına münasibət bildirilməsi düzgün olmamışdır, belə ki, miras qoyan Məmətinin övladları, yəni birinci növbə üzrə vərəsələri müəyyən edilməli, onlara münasibətdə əgər mirasdan imtina etməmişlərsə miras əmlakda paylar tanınmalı idi. Məhkəmə isə miras qoyanın nəvələrinə qədər bütün hamının miras əmlakda paylarını bölüb və bununla da onun vərəsəliklə bağlı hüququnu pozmuşdur.
20. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmənin müəyyən etdiyi faktlardan görünür ki, məhkəmə işdə olan sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə mübahisəli hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olmuş maddi hüquq normalarını işə tətbiq etməmiş, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Bununla da MPMnin 9-cu maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə tərəfindən miras əmlaka dair vərəsələrin dairəsi düzgün müəyyən edilməmiş, həmin vərəsələrin dairəsinə aid olan şəxslərin mirasdan imtina edib-etməmələri araşdırılmamış, bunun nəticəsində miras əmlaka dair paylar düzgün müəyyən edilməmişdir. Hesab edir ki, miras qoyanın vərəsələrinin dairəsi 6 olub, deməli miras əmlakda 1 növbə üzrə vərəsələrə düşən pay 1/6 olmalıdır, bundan sonra həmin 1/6 pay özü də həmin vərəsənin 1-ci növbə üzrə vərəsələri arasında müəyyən edilməli, digər hissə isə açıq saxlanılmalı idi, belə ki, digər vərəsələr də öz iradələrini ifadə etmək istəyəndə notariat orqanında bunun icrası mümkün olsun. Məhkəmənin hazırki 1/18 hissədə onun payının müəyyən edilməsi ilə bağlı hesab edir ki, həm onun, həm də digər vərəsələrin hüquqlarını pozur.
21. Miras qoyanın 1-ci növbə üzrə vərəsələri, yəni övladları ilə yanaşı, həmçinin nəvələrin də pay hüququna münasibət bildirilməsi və onlara münasibətdə onun payının müəyyən edilməsi qanuni maddi və prosesual hüquq normalarının tələblərinə cavab vermir. Hesab edir ki, miras qoyanın vərəsələrinin dairəsi müəyyən olunandan sonra onun payı tanınmalı, digərlərinə münasibətdə pay açıq saxlanılmalı idi. Çünki gələcəkdə həmin vərəsələr öz iradələrini ifadə edə bilsinlər. 6 övlada münasibətdə payların müəyyən edilməsi ilə bölgü aparılmalı idi, nəvələrə münasibətdə yalnız onun həyat yoldaşı olan Bəxtiyarın qızları nəzərə alınmalı idi (məsələn Bəxtiyara düşən 1/6 hissənin 1/3 hissəsində pay müəyyən oluna bilərdi).
22. İddiaçı olaraq o miras əmlaka dair hüquqlarını və vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı arayışları və digər sənədləri məhkəmə baxışına təqdim etmişdir. O sübut etmişdir ki, miras qoyan Məməti Məmmədovun 6 övladı olub, onlardan biri onun həyat yoldaşı Bəxtiyardır, vərəsələrdən dördü ölüb, ikisi Pərzad və Sona sağdır. Belə olan halda məhkəmə təqdim olunmuş sübutlara düzgün qiymət verməli idi və miras əmlaka dair 1/6 hissədə payları müəyyən etməli idi, sonradan miras qoyanın 1-ci növbə üzrə vərəsələrinin də vərəsələri irsi transmissiya ilə öz vərəsəlik hüquqarını necə həyata keçirəcəklər ona notariat orqanında miras payının bağışlanılması, qəbulu və ya imtinasına dair ərizə verməklə bildirmək hüququna sahib olardı. Hazırda buna həmin şəxslərin iradə ifadəsi olmadan onların da payları məhkəmə qaydasında nəzərə alınmaqla miras payının müəyyən edilməsi düzgün olmamışdır, hesab edir ki, MPM-nin 77-ci maddəsinin tələblərinə cavab vermir.
23. Birinci növbə üzrə vərəsələrin dairəsinin müəyyən edilməsi istiqamətində məhkəməyə təqdim olunmuş sübutlara düzgün qiymət verilməməsi qənaətindədir. Məhkəmə qətnaməsində əsaslandırmır ki, niyə görə ona 1/18 hissədə pay düşməlidir, hansı səbəbdən məhkəmə bu qənaətə gəlmişdir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
24. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan miras qoyan Məməti Məmmədovun vərəsələrinin dairəsi yəni 6 övladının olması, miras əmlaka dair birinci növbə üzrə vərəsə kimi də məhz onların paylarının müəyyən edilməsi, daha sonra isə 1/6 hissədə mərhum həyat yoldaşına atasından düşən payın tanınaraq xx.xx.2023 ildə ölmüş həyat yoldaşı X9 düşən hissədə sonuncunun da 3 vərəsəsinin (həyat yoldaşı olaraq onun və 2 qızının) olması müəyyən edilərək onlara münasibətdə məhkəmə pay hüququnu tanımalı idi. Lakin məhkəmə nədənsə bütün nəvələrin da pay hüququnu müəyyən edərək onların payını onlara münasibətdə müəyyən edib və nəticədə o 1/18 hissədə pay almışdır. Hesab edirə ki, bu düzgün olmamışdır. Məhkəmə 1/6 hissədə miras qoyanın övladlarının hər birinin 1/6 hissədə payını müəyyən edib, iddiaçı olaraq yalnız onun həyat yoldaşı Bəxtiyara düşən 1/6 hissədə payı tanımalı idi, digər hissədə (5/6 hissədə) isə paylar açıq saxlanılmalı idi. Həmin payların sahiblərinin vərəsələri də notariat orqanına mirasdan imtina, qəbul və ya bağışlama barədə notarial təsdiq olunmuş ərizələrini verməklə öz iradələrini ifadə edə bilrdilər. Hesab edir ki, işin hallarına və təqdim olunmuş sübutlara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
25. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilib ki, miras qoyan Məməti Məmmədovun 6 övladı yəni vərəsəsi olmuşdur, onlardan 4 oğlu ölmüş, 2 qızı sağdır. Məhkəmə iddiaçının 1/18 hissədə payını müəyyən etmişdir, lakin məhkəmə hansı dəlillərə və niyə görə iddiaçının 1/18 hissədə miras payı almasına dair heç bir sübuta əsaslanmamışdır.
26. Birinci instansiya məhkəməsinin qətnaməsində 1/18 hissədə iddiaçı kimi onun payının müəyyən edilməsi işin hallarına uyğun gəlmir, belə ki, miras qoyan Məməti Məmmədovun 6 övladı olub, belə olan halda da miras əmlak hər uşağa görə 1/6 hissədə bölünərək pay hüquqları tanınmalı idi. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
28. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
29. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
30. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
31. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
34. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
35. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
36. Maddə 1159.1.1.Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
37. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
38. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
39. Maddə 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-652/2024 nömrəli qətnaməsi ləğv edilməsini iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
49. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. İşin hallarına görə iddiaçının qayınatası X37 xx.xx.1988-ci ildə, qayınanası X30 xx.xx.2007-ci ildə vəfat etmişlər. Miras qoyanın vəfatından sonra uşaqları: X27 (sağdır), X42 (sağdır), X46 (2009-cu ildə vəfat edib, vərəsələri - arvadı X2, uşaqları X49, X43, X34), X39 (2021-ci ildə vəfat edib, vərəsələri - arvadı X11, uşaqları Cavabdeh, X28 və X44), X20 (2023-cü ildə vəfat edib, vərəsələri - arvadı İddiaçı, uşaqları X29, X35), X47 (2012-ci ildə vəfat edib, vərəsələri - arvadı X19, uşaqları X45, X50, X36) vərəsələri qalmışdır.
52. İddiaçı miras qoyanın gəlini İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qalmış Xaçmaz rayonu, Qaradağlı kəndindəki 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə dair ½ nisbətdə pay hüququnun tanınması və cavabdeh tərəfindən evə giriş-çıxışa yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
53. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə İddiaçı miras qalmış Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən sahəsi 142,1 kv metr olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evindən 1/18 hissədə pay hüququ müəyyən edilmişdir.
54. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən ona düşən miras payının düzgün hesablanmaması göstərilmişdir.
55. Göründüyü kimi, miras əmlaka iddiaçının vəfat etmiş ərinin Bəxtiyar Məmmədovun payı 1/6 hissəsi təşkil edir. Birinci instansiya məhkəməsi haqlı olaraq fərdi yaşayış evinin üzərində digər vərəsələrin X10, X17 paylarını nəzərə almaqla, İddiaçı həmin evə 1/18 (1/6 : 3 = 1/18) hissəsinə payını müəyyən etmişdir.
56. İddiaçı həmçinin apellyasiya şikayətinin dəlillərindən biri birinci instansiya məhkəməsi tərəfindən X33 və X16 məhkəməyə ünvanlanmış mirasdan imtina barədə ərizələrini nəzərə alınmaması ilə bağlıdır.
57. Kollegiya bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
58. Məhkəmə kollegiyası həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyi nəzərə alır.
59. Kollegiya hesab edir ki, mirasdan imtina üçün qanunverilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd olunan ərizələri nəzərə almamışdır.
60. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də maddi hüquq normalarına tamamilə uyğun olması, prosessual normaların pozulmasına yol verilmədiyi müəyyən edilmişdir.
61. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
62. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
63. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-652/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-652/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.