Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2287/2022 30.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X4, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “vərəsəliyin, mirasın qəbul edilməsinin və mirasdan payların müəyyən edilməsi, qəbul edilmiş miras mülkə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi olmaqlarının müəyyən edilməsi, X1 miras qalmış Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 95, 21 saylı mənzildə ifadə edilən miras əmlakın tərəflərindən qəbul edilməsinin müəyyən edilməsi, qəbul edilmiş miras mülkdən hər birinin ½ hissə olmaqla paylarının müəyyən edilməsi və müəyyən edilmiş paylara mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçılar vərəsəliyin, mirasın qəbul edilməsinin və mirasdan payların müəyyən edilməsi, qəbul edilmiş miras mülkə mülkiyyət hüququnun tanınmasını məhkəmədən xahiş etmiş, lakin bununla bağlı müvafiq notariat kontoruna müraciət etməmiş, birbaşa məhkəməyə müraciət etmişlər. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən öncə mirasın faktiki qəbulu ilə bağlı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Notariat kontoru müvafiq notariat hərəkətlərini aparmaqdan hər hansı əsasla imtina etdikdə iddiaçı hazırki iddia ərizəsində qeyd olunan cavabdehlərlə yanaşı müvafiq notariat kontorunu da cavabdeh qismində qeyd etməklə məhkəmədə yenidən iddia qaldıra bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və iddia ərizəsi yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “vərəsəliyin, mirasın qəbul edilməsinin və mirasdan payların müəyyən edilməsi, qəbul edilmiş miras mülkə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçılara, notariat kontoruna müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2287/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2287/2022
30.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver