Məhkəmə qərarları › İş №2(103)-5177/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5177/2025

15.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5177/2025 15.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Ərizəçi prosessual müddətin bərpasına dair ərizəsinə baxılması üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3203/2025 nömrəli 05 avqust 2025-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-3203/2025 nömrəli qərardadı ilə Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı ahıl şəxsə qulluq etmə faktının müəyyən edilməsinə dair mülki iş üzrə icraata xitam verilmiş və ərizəçiyə hazırkı tələblə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Qərardad xx.xx.2025-ci il tarixdə Ərizəçi elektron kabinetinə yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə ərizəçi həmin qərardaddan şikayət və şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, qərardaddan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3203/2025 nömrəli 05 avqust 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, qərardaddan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasından imtina edilmişdir. Hazırda ərizəçi həmin qərardaddan şikayət vermiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir (maddə 268.1). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ərizəçinin elektron kabinetinə xx.xx.2025-ci il tarixində yerləşdirilmiş, qərardaddan şikayət isə xx.xx.2025-ci il tarixində məhkəməyə təqdim edilmişdir. MPM-nin 135.5-ci maddəsinə görə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə haqlı olaraq göstərmişdir ki, ərizəçi qanunvericilikdə müəyyən olunmuş prosessual müddətinin ötürülməsinin üzrlü səbəblərlə bağlı olduğunu bildirsə də, müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsaslar mövcud deyil. Ərizəçi elektron kabinetdə yaranmış texniki problemlə bağlı qərardadı görə bilmədiyini və problemin 17 iyul tarixində aradan qalxdığını qeyd etsə də, bu halı təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Kollegiya hesab edir ki, ərizəçi tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır, şikayətin dəlilləri əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3203/2025 nömrəli 05 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar