Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5182/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh “xxxxxxx” X8 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-983/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxx” X8 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə və “xxxxxxx” X8 Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi, daha sonra iddia tələblərinin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan Lənkəran şəhəri, 22-ci məhəllə ünvanında yerləşən 11A nömrəli evə dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə xx xxxxxx 2017-ci il tarixli, 78/10 nömrəli protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2017- ci il tarixli müqavilənin və həmin evə dair “xxxxxxx” X8 Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-983/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, İddiaçı məxsus olan Lənkəran şəhəri, 22-ci məhəllə ünvanında yerləşən 11A nömrəli evə dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə xx xxxxxx 2017-ci il tarixli, 78/10 nömrəli protokolu etibarsız hesab edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2017-ci il tarixli müqavilə və həmin evə dair “xxxxxxx” X8 Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh “xxxxxxx” X8 Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı “xxxxxxx” KB ASC ilə bağladığı xx.xx.2012-ci il tarixli 12KL/11-2 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməyərək, aldığı kredit məbləğini qaytarmadığına görə tutma ipoteka predmeti olan İddiaçı məxsus olan Lənkəran şəhəri, 22-ci məhəllə ünvanında yerləşən 11A saylı fərdi yaşayış evinə yönəldilmişdir. “xxxxxxx” KB ASC tərəfindən cavabdehə qarşı 2013-cü ilin noyabr ayında qaldırılan iddia tələbinə baxan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia qismən (cərimə borcu qismən təmin olunmuş, fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlərin evdən çıxarılması tələbi təmin olunmamışdır) təmin edilmiş, sonra Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfin apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmış, həmin qətnamədən də şikayət verən cavabdeh tərəfin kassasiya şikayətinə baxan Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Daha sonra, Lənkəran Rayon Məhkəməsinin qətnaməsi icra olunması üçün Lənkəran rayon İcra şöbəsinə göndərilmiş və İcra şöbəsi tərəfindən ipoteka predmeti olan əmlakın hərrac vasitəsi ilə satışının təşkil edilməsi məqsədi ilə müvafiq tədbirlər görülmüşdür. Yəni, hərracın təşkilatçısı qanuna müvafiq olaraq açıq hərracın keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrində elanlar dərc etdirmiş, bildirişlərlə ipoteka predmeti ilə bağlı hərracların keçirilməsinin vaxtı və yeri barədə hazırkı iş üzrə iddiaçı rəsmi qaydada məlumatlandırılmış və hərracın keçirilməsinə dair bildirişlər iddiaçıya çatdırılmışdır. Hətta hərracdan sonra əmlakı qanuni əsaslarla əldə edən “xxxxxxx” KB ASC tərəfindən cavabdehlər İddiaçı və Z.İbadova qarşı fərdi yaşayış evinin boşaldılması və onların istifadə hüququna xitam verilməsi tələbi ilə xx.xx.2018-ci il tarixdə Lənkəran Rayon Məhkəməsində iddia qaldırıldıqdan dərhal sonra, işin icraatına əsassız iddia ilə süni maneə yaratmaq və icraatın dayandırılmasına nail olmaq məqsədilə İddiaçı həyat yoldaşı Zeynəb İbadova tərəfindən hazırda yenidən mübahisələndirilən xx xxxxxx 2017-ci il tarixli, 78/10 saylı hərrac protokolunun etibarsız hesab olunması ilə bağlı iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuş, sübutları tam araşdıran Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi əsassız olduğundan Z.İbadovanın sözügedən hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmiş, sonra Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Z.İbadovanın apelyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış, Bakı Apelyasiya Məhkəməsinin həmin qətnaməsindən də şikayət verən iddiaçı tərəfin kassasiya şikayətinə baxan Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. “xxxxxxx” KB ASC tərəfindən Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı alındıqdan sonra yuxarıda qeyd etdiyi bankın cavabdehlər İddiaçı və Z.İbadova qarşı fərdi yaşayış evinin boşaldılması və onların istifadə hüququna xitam verilməsi tələbi üzrə icraatı dayandırılmış mülki işin təzələnməsi barədə Lənkəran Rayon Məhkəməsinə ərizə ilə müraciət olunmuş və həmin mülki işin icratı təzələnmişdir. İddiaçı yenidən əsassız olaraq əvvəllər məhkəmə mübahisəsinin predmeti olan iddia tələbləri ilə həm Lənkəran Rayon Məhkəməsinə, həm də Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və bankın iddia tələbinin dayandırılmasına nail olmuşdur. Təəssüflər olsun ki, hazırkı işə baxan Nərimanov Rayon Məhkəməsi iş materiallarını lazımi qaydada araşdırmadan, işə əlavə olunmuş sübutlara lazımi hüquqi qiymət vermədən, iddiaçı tərəfin formal mülahizələrinə əsasən eyni predmet üzrə yuxarı instansiyalarda belə baxılaraq təmin olunmayan tələbi üzrə yenidən qaldırılmış iddianın təmin olunması barədə xx.xx.2020-ci il tarixli 2(005)-983/2020 saylı qətnaməni qəbul etmişdir. Bu zaman belə sual ortaya çıxır ki, eyni predmet üzrə işə baxan Nərimanov Rayon Məhkəməsinin (xx.xx.2018-ci il),Bakı Apelyasiya Məhkəməsinin (xx.xx.2019-cu il) və Ali Məhkəmənin (xx.xx.2019-cu il) müvafiq olaraq qətnamə və qərarında müəyyən etdiyi hallar yenidən eyni predmet üzrə işə baxan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə niyə və hansı əsaslara görə təkzib olunur ? Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin 9-cu vərəqinin 5ci abzasında da etiraf olunaraq qeyd olunur ki, “Göründüyü kimi, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişi əmlakın sahibinə göndərmiş və bununla da iddiaçı şəxs hərrac təşikilatçısı olan cavabdeh tərəfindən hərracın keçirilməsi barədə qanunvericilkilə müəyyən edilmiş qaydada məlumatlandırılmışdır.” Məhkəmə, qətnamənin 9-cu vərəqinin 6-cı abzasında isə qeyd edir ki, “Lakin buna baxmayaraq, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq icra vərəqəsi ilə qeyd edilən əmlak ilkin satış qiyməti 100.000 manat olmaqla hərraca çıxarılmış, birinci hərrac xx.xx.2016-cı il tarixə təyin edilmiş, alıcı olmadığından ikinci hərrac 85.000 manat olmaqla xx.xx.2016-cı il tarixə təyin edilmiş, bundan sonra İddiaçı məxsus olan Lənkəran şəhəri, 22-ci məhəllə ünvanında yerləşən 11A nömrəli ev yenidən hərraca çıxarılmış, 85.000 manat olmaqla xx.xx.2017-ci il tarixə təyin edilmiş, alıcı olmadığına görə xx.xx.2017-ci il tarixində hərrac protokoluna və alqı-satqı müqaviləsinə əsasən 63.750 manat qiymətinə “xxxxxxx” KB ASC tərəfindən əldə edilmişdir. Cavabdeh hərrac təşkilatı tərəfindən göndərilmiş xx.xx.2017-ci il tarixli qaimələrdə alınma tarixi xx.xx.2017-ci il tarixi göstərilmiş, cavabdeh hərrac təşkilatı tərəfindən göndərilmiş xx.xx.2017-ci il tarixli qaimələrdə alınma tarixi xx.xx.2017-ci il tarixi göstərilmiş, deməli hərracın təyin edildiyi tarixdən 1 və 3 gün sonra alınmışdır. Beləliklə, iki dəfədən artıq hərracın keçirilməsi, hərrac bildirişlərinin borcluya vaxtında göndərilməməsi, göndərilmiş bildirişlərin alınma tarixlərinin hərracdan sonrakı tarixlərə təsadüf etməsi hərrac protokolunun etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi üçün birbaşa hüquqi əsasdır.” Lakin, məhkəmənin qeyd etdiklərinin əksinə, iş materiallarında olan sənədlər də bunu deməyə əsas verir ki, əvvəla 2 (iki) dəfədən artıq hərrac keçirilməmişdir. Belə ki, • birinci hərrac xx.xx.2016-cı il tarixli açıq hərracın keçirilməsinə dair bildiriş göndərilməklə, 05 və xx xxxxxx 2016-cı il tarixli “Birja yenilkiləri”qəzetinin 23 və 25 nömrəli tirajlarında müvafiq məlumat qeyd olunmaqla - xx.xx.2016-cı il tarixdə keçirilmiş, • ikinci hərrac isə xx.xx.2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildiriş göndərilməklə, 13 və xx xxxxxxx 2017-ci il tarixli “Birja yenilkiləri” qəzetinin 85 və 87 nömrəli tirajlarında müvafiq məlumat qeyd olunmaqla xx.xx.2017-ci il tarixdə keçirilmişdir. İkinci hərracın bir il sonra, yəni xx.xx.2017-ci il tarixdə keçirilməsinə səbəb, xx.xx.2016-cı il tarixə təyin olunmuş ikinci hərracın keçirilməməsidir. Belə ki, ikinci hərrac ilə bağlı xx.xx.2016-cı il tarixli açıq hərracın keçirilməsinə dair bildiriş göndərilməklə, 09 və xx xxxxxxxx 2016-cı il tarixli “Birja yenilkiləri” qəzetinin 28 və 29 nömrəli tirajlarında müvafiq məlumat yerləşdirildikdən sonra, iş materiallarına əlavə olunan Lənkəran rayon İcra Şöbəsinin rəisi Davud Ağayevin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ünvanladığı və hərrac təşkilatının xx.xx.2016-cı il tarixdə rəsmi qaydada qəbul etdiyi xx.xx.2016-cı il tarixli 3090 nömrəli məktubunda borclu İddiaçı “icraata başlamaq haqqında” qərarından X6 Məhkəməsinə şikayət verdiyi bildirilmiş və hərrac təşkilatı olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC də öz növbəsində qanunvericiliyin tələbinə əsasən xx.xx.2016-cı il tarixə təyin olunmuş ikinci hərracı keçirməmişdir. Həmçinin, Lənkəran rayon icra şöbəsi tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə eyni məzmunlu xx.xx.2016-cı il tarixli 3090-1 nömrəli ikinci məktubda daxil olmuşdur. Sonradan, Lənkəran rayon İcra Şöbəsinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli 3090 nömrəli məktub və ona əlavə olunmuş hərracın keçirilməsi haqqında Sifariş əsasında hərrac təşkilatı xx.xx.2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildiriş göndərilməklə, 13 və xx xxxxxxx 2017ci il tarixli “Birja yenilkiləri”qəzetinin 85 və 87 nömrəli tirajlarında müvafiq məlumat qeyd olunmaqla xx.xx.2017-ci il tarixdə qanuna müvafiq qaydada ikinci hərracı keçirmişdir. Bundan əlavə, ikinci hərracın keçirilməsi barədə iddiaçı tərəfin mübahisələndirdiyi xx.xx.2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildiriş isə 1 (bir) gün sonra, yəni xx.xx.2017-ci il tarixdə İddiaçı tərəfindən qəbul edilərək, qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. Yəni, məhkəmənin qeyd etdiyinin əksinə, hərracın keçirildiyi tarixdən 1 (bir) gün sonra deyil, məhz qanunvericiliyə uyğun olaraq hərracın keçirilməsinə 30 təqvim günü qalmış verilmişdir. Məhkəmə xx.xx.2017-ci il tarixə təyin edilmiş ikinci hərracın bildirişinin 14 oktyabr tarixində alınması faktını, 14 noyabr tarixi kimi qəbul edərək səhvə yol vermişdir. Bundan əlavə, məhkəmənin qeyd etdiklərinin əksinə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixə təyin edilmiş ikinci hərrac üzrə hərrac təşkilatının xx.xx.2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişinin xx xxxxxx 2017-ci il tarixdə alınması faktının hərracdan sonrakı tarixə təsadüf etməsini, məhkəmənin bildirişin borcluya vaxtında göndərilməməsi kimi qiymətləndirərək qanunvericiliyinin tələbinin pozulması kimi qeyd etməsini düzgün hesab etmir. Çünki, hərracın 2017-ci ildə keçirldiyini nəzərə alsa, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının “İpoteka” haqqında Qanunun 42.1-ci maddəsinə görə, hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci bildiriş deyil, məhz ikinci elan verilməsi məcburi şərt hesab olunur. Yəni, yuxarıda qeyd etdiyi kimi, ikinci hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli bildirişin xx.xx.2017-ci il tarixdə alınması faktı sübut edir ki, hərrac təşkilatı hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış artıq bildirişi ipoteka qoyanın ünvanına göndərilmiş və 1 gün sonra ipoteka qoyan tərəfindən qəbul edilmişdir. Qeyd etdiyi kimi, hərracın keçirilməsinə 15 təqvim günü qalmış bildirişin verilməsi deyil, yalnız kütləvi informasiya vasitələrində ikinci elanın verilməsi məcburidir. Hesab edir ki, məhkəmənin ikinci hərrac ilə bağlı göndərilmiş ikinci bildirişin gec alınmasını qanun pozuntusu kimi qeyd etməsi, qanunvericiliyin tələbinə birbaşa ziddir. Azərbaycan Respublikasının “İpoteka” haqqında Qanunun 42.1-ci maddəsində də açıq-aydın qeyd olunur ki, “Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.” Bundan əlavə, iş materiallarında olan, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Lənkəran rayon icra şöbəsinə, “xxxxxxx” KB ASC-yə, İddiaçı və X4 ünvanladığı xx.xx.2017-ci il tarixli məktubun məzmunundan görünür ki, icra şöbəsinin xx.xx.2016-cı il tarixli 3090 saylı sifariş məktubuna əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Lənkəran şəhəri, 22-ci məhəllə, 0.04 ha torpaq sahəsi ilə birlikdə 11A saylı fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilkiləri” qəzetinin xx.xx.2017-ci il tarixli nömrəsində dərc edilmişdir. “İpoteka” haqqında Qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə uyğun olaraq bildirilmişdir ki, ipoteka qoyana və saxlayana hərracın baş tutmadığı halda kütləvi informasiya orqanları vasitəsilə məlumat verilmişdir. Məhkəmə qərarını yekunlaşdırarkən, ipoteka saxlayana ipoteka predmeti haqqında qəbul etdiyi son qərarla hərrac təçkilatının tanış edilməsi xahiş olunmuşdur. Bundan sonra, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2017-ci il tarixli 78/10 saylı porotokoluna əsasən ipoteka saxlayan “xxxxxxx” KB ASC “İpoteka” haqqında Qanunun 43-cü maddəsinin tələblərinə görə baş tutmayan təkrar hərracın elan olunduğu tarixdən sonra banka verilmiş təklifə görə ipoteka predmeti olan Lənkəran şəhəri, 22-ci məhəllə, 0.04 ha torpaq sahəsi ilə birlikdə 11A saylı fərdi yaşayış evini təkrar hərrac qiymətindən 25% aşağı, 63.750 manat qiymət ilə qəbul etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Lənkəran rayon icra şöbəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda da İddiaçı məxsus olan Lənkəran şəhəri, 22-ci məhəllə, 0.04 ha torpaq sahəsi ilə birlikdə 11A saylı fərdi yaşayış evinin 63.750 manat qiymətə tələbkar (ipoteka saxlayan) “xxxxxxx” KB ASC tərəfindən əldə edilməsi barədə məlumat qeyd olunmuşdur. Lakin buna baxmayaraq, iş materiallarına əlavə olunan Lənkəran rayon İcra Şöbəsinin rəisi Davud Ağayevin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, “xxxxxxx” KB ASCyə, İddiaçı və X4 ünvanladığı və məhkəmənin qeyd etdiklərinin əksinə hərrac təşkilatının xx xxxxxx 2017-ci il tarixli deyil, xx.xx.2017-cı il tarixdə rəsmi qaydada qəbul etdiyi xx.xx.2017-ci il tarixli 3090 nömrəli məktubunda borclu X3 “icraata başlamaq haqqında” qərarından X7 Məhkəməsinə şikayət verildiyi bildirilmiş və Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qərar qəbul edilənədək hərracın dayandırılması xahiş olunmuşdur. Göründüyü kimi, İddiaçı məxsus olan Lənkəran şəhəri, 22-ci məhəllə, 0.04 ha torpaq sahəsi ilə birlikdə 11A saylı fərdi yaşayış evi ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərrac bildirişinin ona vaxtında göndərilməməsi iddiası iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, hərracın iş materiallarında olan poçt qəbzlərinə əsasən cavabdeh hərrac təşkilatı iddiaçının pasport qeydiyyatı üzrə ünvanına bildirişləri vaxtında göndərmiş və bildirişlər həmin ünvanda qəbul edilmişdir. xx.xx.2016-cı il tarixdə keçirilmiş ilk hərrac baş tutmadığından təkrar hərracın keçirilməsi xx.xx.2016-cı il tarixə təyin edilmiş, lakin məhkəmə mübahisəsi olduğundan hərracın keçirilməsi dayandırılmış və xx.xx.2016-cı il tarixdə təkrar hərrac keçirilməmişdir. Bu hallar aradan qalxdıqdan sonra icra şöbəsinin yeni sifariş məktubu ilə xx.xx.2017-ci il tarixdə təkrar hərrac keçirilmişdir. Lənkəran Rayon Məhkəməsinin icra sənədi üzrə icraatın X4 münasibətdə dayandırılması barədə qərardadı isə bu tarixdən sonra, yəni xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, məhkəmənin qeyd etdiklərinin əksinə, məhkəmə tərəfindən iş üzrə lazımı qaydada araşdırma aparılmadığından, iş materiallarında olan sənədlər və qanunvericiliyin tələbləri məhkəmənin əsaslandığı halları təkzib edərək, təmin olunan iddianın əsasız olduğunu ortaya çıxarır. İddiaçı tərəfindən məhkəməyə iddia tələbi üzrə sübut hesab edilməyən sənədlərin əlavə olunaraq təqdim olunduğu iddia ərizəsində qeyd olunanların həqiqətə uyğun olmaması hərracın keçirilməsi ilə bağlı sənədlərlə tam təkzib olunur. İş materiallarına əlavə olunmuş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nin İddiaçı və onun ailə üzvlərinə ünvanladığı xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il və xx.xx.2017ci il tarixli “açıq hərracın keçirilməsinə dair” bildirişlərin təsdiq edilmiş surətlərindən və bu bildirişlərin çatdırılması barədə poçt xidmətini həyata keçirən təşkilatın müvafiq ştamp ilə təsdiqlənən xəbərnamələrindən, əlavə olaraq mübahisə predmeti barədə əmlakın açıq hərracda satılması və onun ilkin satış qiyməti barədə ”Birja yenilkiləri” adlanan qəzetin 05-xx xxxxxx 2016, 19-xx xxxxxx 2016, 13-xx xxxxxxx 2017, xx xxxxxxx 2017 və 17-xx xxxxxx 2017 tarixli müvafiq olaraq 23, 25, 85, 87 və 90 nömrələrində verilmiş elanlardan məlum olur ki, hərracı təşkilatı tərəfindən “İpoteka” haqqında Qanunun tələblərinə tam riayət olunmaqla hərrac keçirilmişdir. Göründüyü kimi, işə baxan Nərimanov Rayon Məhkəməsi bildirişlərin lazımi qaydada iddiaçı tərəfə çatdırılması və onların hərracın, təkrar hərracın keçirilməsi vaxtı barədə məlumata malik olmaları faktı, elanların qanunun tələblərinə uyğun kütləvi informasiya vasitələrində dərc edilməsi barədə bu kimi vacib əhəmiyyətə malik olan sübutlara lazımi hüquqi qiymət verməmiş, iddiaçının həqiqətə uyğun olmayan ərizəsi əsasında işə baxaraq, əsassız olaraq iddianın təmin olunması barədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qətnamə qəbul etmişdir. Bundan əlavə, Nərimanov Rayon Məhkəməsi tərəfindən yol verilmiş növbəti maddi hüquq normasının pozulması ondan ibarətdir ki, məhkəmə hətta iddiaçının əsassız olan iddia tələbini təmin edərkən belə, tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsində təsbit edilmiş tələbə riayət etməmiş və bununlada yenidən maddi hüquq normasını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, qarşı tərəfin apellyasiya şikayətində istinad etdiyi xx.xx.2016-cı il tarixli məktub iş materiallarında yoxdur. Təqdim olunan məktubun kserosurətinin sübut kimi mötəbərliyi şübhə doğurur. 2-ci hərrac keçirilib. Çünki, hərracı keçirən hərrac təşkilatında bu məktub yoxdur. xx xxxxxxx 2016-cı il tarixli məktub hərrac təşkilatı tərəfindən təqdim olunub. İş materiallarında hərracın dayandırılması barədə icra şöbəsinin məktubu var, 2-ci hərrac xx.xx.2016-da baş tutub. Yəni, dayandırmadan 18 gün əvvəl sentyabrda dayandırma olsaydı qətnamədə bu barədə qeyd olunardı. 3-cü hərrac təyin olunmamalı idi. Bank xx.xx.2017-ci ildə baş tutmayan hərraca əsasən xx.xx.2017ci il tarixli çıxarış əsasında əmlakı mülkiyyətinə keçirib. Konstitusiya Məhkəməsinin qərarına əsasın 3-cü hərrac keçirilə bilməzdi. Təqdim edilmiş məktubla hərrac dayandırılmayıb. Həmin məktub məlumat xarakterli olub. Hərracın dayandırılması məktubu xx xxxxxxx 2016-cı il tarixlidir. Yəni, hərracdan 10 gün sonra hərrac qanunsuz olaraq guya keçirilməyib. Bunun hüquqi nəticələrini vətəndaş çəkməməlidir. İkinci hərrac keçirildiyindən 3-cü hərracın keçirilməsi onun qanunsuzluğu deməkdir. Məhkəmə iclasında cavabdeh “xxxxxxx” X8 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 bildirdi ki, 2-ci hərrac keçirilməyib. xx xxxxxxxx 2016-cı il tarixli Lənkəran İcra Şöbəsinin məktubundan görünür ki, qarşı tərəf şikayət verib. Şikayət veriləndə isə hərrac dayandırılır. xx xxxxxx 2017-ci il tarixdə ikinci hərrac keçirilir. xx.xx.2017-ci ildə qarşı tərəf hərrac keçirilməsi barədə bildirişi alması iş materialları ilə təsdiq olunur. Qətnamədə səhvən yazılır ki, bildiriş hərracdan sonra çatıb. Qanunvericilik də bunu tələb edir ki, hərracdan əvvəl göndərilsin. 2-ci bildirişi göndərməni isə tələb etmir. 2-ci bildirişin gec çatması qanunvericiliyin tələblərinin pozulması deyil. Hərracla bağlı qanunvericiliyin heç bir tələbi pozulmayıb. Konstitusiya Məhkəməsinin 2014-cü il tarixli qərarı ilə onsuz da 3-cü hərrac keçirilə bilməzdi. Bunu hərrac mərkəzləri də bilir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, göründüyü kimi hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişi əmlakın sahibinə göndərmiş və bununla da iddiaçı şəxs hərrac təşkilatçısı olan cavabdeh tərəfindən hərracın keçirilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmışdır. Lakin buna baxmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq icra vərəqəsi ilə qeyd edilən əmlak ilkin satış qiyməti 100.000 (bir yüz min) manat olmaqla hərraca çıxarılmış, birinci hərrac xx xxxxxxxx 2016-cı il tarixinə təyin edilmiş, alıcı olmadığından ikinci hərrac 85.000 (səksən beş min) manat olmaqla xx xxxxxxx 2016-cı il tarixinə təyin edilmiş, bundan sonra, İddiaçı məxsus olan Lənkəran şəhəri, 22-ci məhəllə ünvanında yerləşən 11A nömrəli ev yenidən hərraca çıxarılmış, 85.000 (səksən beş min) manat olmaqla xx xxxxxx 2017- ci il tarixinə təyin edilmiş, alıcı olmadığına görə xx xxxxxx 2017-ci il tarixində hərrac protokoluna və alqı-satqı müqaviləsinə əsasən 63.750 (altmış üç min yeddi yüz əlli) manat qiymətinə “xxxxxxx” X8 Səhmdar Cəmiyyəti tərəfindən əldə edilmişdir. Cavabdeh hərrac təşkilatı tərəfindən göndərilmiş xx xxxxxxx 2017-ci il tarixli qaimələrdə alınma tarixi xx xxxxxxx 2017-ci il tarixi göstərilmiş, cavabdeh hərrac təşkilat tərəfindən göndərilmiş xx xxxxxxx 2017-ci il tarixli qaimələrdə alınma tarixi xx xxxxxx 2017-ci il tarixi göstərilmiş, deməli hərracın təyin edildiyi tarixdən müvafiq olaraq 1 gün və 3 gün sonra alınmışdır. Beləliklə, iki dəfədən artıq hərracın keçirilməsi, hərrac bildirişlərin borcluya vaxtında göndərilməməsi, göndərilmiş bildirişlərin alınma tarixlərinin hərracdan sonrakı tarixlərə təsadüf etməsi hərrac protokolunun etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi üçün birbaşa hüquqi əsasdır.İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni cavabdehin şikayəti üzrə yoxlanılmalı, digər şəxslərə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi, baxmayaraq ki, Konstitusiya Məhkəməsinin Plenumu da hərracın keçirilməsini bildirişlərin yazılı surətdə tələbkara və borcluya göndərilməsindən və onların məcburi iştirakından asılı olmadığını təsdiqləmişdir, ancaq hazırki işdə bildirişlərin iddiaçıya göndərilməməsi və bunun vaxtında alınmaması da təsdiq olunmur. Çünki, həm birinci, həm də ikinci hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsi və qəzetdə elanın verilməsi və bundan da iddiaçının məlumatlı olması iş materialları ilə açıq-aşkar təsdiq olunur. İkincisi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Hazırki iş üzrə hərracın üç dəfə keçirildiyi iş materialları ilə təsdiq olunmur. Belə ki, apellyasiya baxışı zamanı həm məhkəmənin, həm də cavabdehin sorğusuna cavab olaraq Hərrac Mərkəzinin daxil olan məktublarında da xx.xx.2016-cı il tarixə təyin olunmuş təkrar hərracın Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli məlumat xarakterli məktubuna əsasən, yəni borclunun icra məmurunun qərarından şikayət verdiyi üçün keçirilmədiyi təsdiqlənmişdir. Yəni, Hərrac Mərkəzi təkrar hərracın keçirilərək baş tutmadığını deyil, ümumiyyətlə keçirilmədiyini göstərmişdir. Bunlar isə fərqli hüquqi nəticələrə səbəb olur. Belə ki, təkrar hərrac keçirilib baş tutmamışdırsa üçüncü dəfə hərrac keçirilə bilməz, yox əgər təyin olunmuş təkrar hərrac ümumiyyətlə keçirilməmişdədirsə, onda yenidən təkrar, yəni ikinci dəfə hərrac keçirilməlidir. İddiaçı tərəf təkrar hərracın xx.xx.2016-cı ildə həqiqətən keçirilməsinə dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin nəyin əsasında iki dəfədən artıq hərracın keçirildiyi qənaətinə gəlməsi anlaşılan deyildir. Üçüncüsü, şikayətə əlavə olunmuş qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, iddiaçının arvadı da bundan əvvəl eyni predmet üzrə hərracın nəticələrini mübahisələndirmiş və hər üç instansiyada iddiası rədd edilmişdir. Həmin iş üzrə də eyni hazırki işdə olan iddiaçının istinad etdiyi hallar mübahisələndirilmiş, lakin öz təsdiqini tapmadığına görə də iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hazırki işə baxarkən tam və hərtərəfli araşdırma apararaq bu məhkəmə aktlarını nəzərə almamışdır. Dördüncüsü, arvadı tərəfindən eyni predmet üzrə qaldırılmış iddianın təmin olunmadığını görən iddiaçının yenidən eyni əsas və eyni predmet üzrə iddia irəli sürməsi açıq-aşkar hüquqdan pis niyyətlə sui istifadə edilməsinə dəlalət edir. Çünki, iddiaçı bilməmiş deyil ki, onun iddiasında göstərilən hallar arvadının iddiası ilə başqa iş üzrə yoxlanılaraq öz təsdiqini tapmamışdır. İddiaçı eyni zamanda dövlətin adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin uzun illər ərzində icra edilməməsinin cavabdehin də mənafeyinə zərər vurulmasına gətirib çıxarılmasına səbəb olacağına və məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirəcəyinə ümumiyyətlə əhəmiyyət vermir. Bütün bunları, birinci instansiya məhkəməsi nəinki nəzərə almamış, hətta iddiaçının əsassız iddiasını da təmin etmişdir. Bu hal isə hüquqi müəyyənlik prinsipinə zidd olmaqla ədalətliliyi də təmin etmir. Hüququn ali məqsədi isə ədalətliliyi təmin etməkdir. Ancaq hazırki iş üzrə olan qətnamənin ədalətliliyi təmin etmədiyi açıq-aşkar bəllidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-983/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “xxxxxxx” X8 Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-983/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə və “xxxxxxx” X8 Səhmdar Cəmiyyətinə qarşı “hərracın yekunları barədə protokolun, əmlakın alqı-satqısı barədə müqavilənin və həmin evə dair verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmasun. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5182/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5182/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver