Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5184/2020 04.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(004)-1332/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) icraatında hazırki mülki iş üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayətləri vardır. İşə apellyasiya qaydasında baxılarkən, Rayon Məhkəməsi məktubla Məhkəməyə müraciət edərək, iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardaddan verilmiş şikayətə baxılması üçün mülki işin Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardaddan verilmiş şikayətə baxılması üçün iş apellyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin mənasına görə, qəbul edilmiş qərardadından verilmiş şikayətlərə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi baxır. Odur ki, Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 269-cu maddəsinin tələbini rəhbər tutaraq, QƏRARA ALDİ: Hazırki mülki iş apellyasiya baxışından çıxarılsın və qərardaddan verilmiş şikayətə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5184/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5184/2020
04.12.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver