Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5185/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı "İddiaçı” MMC-nin nümayəndəsi vəkil X7 və Cavabdeh2 iştirakları ilə, iddiaçı "İddiaçı” MMC-nin - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair ilkin iddia ərizəsinə,qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh "İddiaçı” MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-437/2020 saylı işi üzrə 03.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı "İddiaçı” MMC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia üzrə iddiaçı «İddiaçı MMC» - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia (tələblərinin həcminin artırılması barədə) ərizəsi ilə müraciət edərək Cavabdeh1 göstərilmiş tibbi xidmətin qarşılığı olan 23191,14 AZN məbləğində əsas borcun, 1623,37 məbləğində dəbbə pulunun, o cümlədən ödənilmiş 30 AZN dövlət rüsumunun, ümumilikdə 24814.51 AZN cavabdehlərdən turularaq "İddiaçı” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda ilkin iddia üzrə cavabdehlər X10 və Cavabdeh2 ilkin iddia üzrə İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş mənəvi zərərə görə 100000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: 16.10.20219-cu il tarixli Həmiləliyə və doğuşa görə tibbi xidmət müqaviləsinə əsasən - 3.1.1-ci bəndinə əsasən Bakı şəhəri, Səbail r-nu, Badamdar qəs, 1 -ci yaşayış massivi 31. ünvanında yerləşən İddiaçı MMC-də, peşəkar həkim və tibb heyəti vasitəsiyiə "X9” çərçivəsində və proqramın seçilən növü üzrə doğuşa qədər, doğuş və doğuş sonrası bütün mərhələlərdə lazımi tibbi xidməti göstərməyi öhdəsinə götürür.3.2.6-cı bəndinə əsasən "X9” çərçivəsində tətbiq olunacaq poqram növünün paket qiymətini (paketə daxil olan xidmətlər Əlavə İ də təqdim olunur), Müqaviləyə əlavə sayılan "Ödəmə Planı”na (Əlavə İİİ) əsasən vaxtında və əksiksiz olaraq "Xəstəxana” ya ödəməyi öhdəsinə götürür və ödəmiş olduğu məbləği) göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini qəbul edir.3.2.7-ci bəndinə əsasən Xəstə” və ya "Xəstə yaxını” hazırkı müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmət göstərilməsi, fəsad çıxması proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği "Qiymət Cədvəli” nə əsasən müqavilənin 5.1 -ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür.5.1-ci bəndinə əsasən planlaşdırılan xidmətin qiyməti ana üçün 2100 AZN manat təşkil edir.6-cı bəndinə əsasən bu müqavilədən irəli gələn bütün mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq Səbail Rayonu Məhkəməsi tərəfindən həll edilir. 7.2-ci bəndinə əsasən, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir (l cild.iş.səh.8). 16.10.2019-cu il tarixli «doğulacaq uşağın yaxınının razılığı» adlanan sənəddən görünür ki, doğulacaq uşağın valideyni (həmin sənəddə atası yazılmışdır) bəyan edir ki, Caspian international həkimləri tərəfindən həyata keçiriləcək əməliyyatın yüksək dərəcəli ciddi həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, paket qiymətinə aid olmayan digər tibbi xidmətlərin (cərrahi müdaxilə, reanimasiya xidməti və normal doğuş paketinə daxil olmayan sair xidmətlərin) həyata keçirilməsi zəruriyyətinin ola biləcəyi barədə ona bildirildi. Məhz bu kimi hallar baş verərsə, yəni planlaşdırılan xidmət, ana və ya yeni doğulmuş uşaqların diaqnozlarına müvafiq olaraq dəyişdirilərsə faktiki həyata keçirilən xidmətlərin, eləcə də uşaq patologiya ilə doğularsa diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji İntensiv-Terapiya şöbəsinə köçürüləcəyi təqdirdə həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği daxil olarkən nəzərdə tutulan xidmət paketi üçün ödənilən məbləğdən əlavə olaraq ödəməli olacağı barədə ona müalicə həkimi və xəstə xidmətləri şöbəsi əməkdaşları tərəfindən ətraflı izahat verildi. Bundan başqa, əməliyyat zamanı və əməliyyatdan sonra ciddi ağırlaşmaların, o cümlədən anada və doğulacaq uşaqda ölüm halının baş verə biləcəyi barəsində ona məlumat verdilər. İzah olunanlara əsasən o azad iradə ilə tibbi xidmətlərin və əməliyyatın həyata keçirilməsini tələb edir və əməliyyatın və göstərilən xidmətlərin müvəffəqiyyətsizliyinin (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürür. Əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq göstərilən tibbi xidmətlərə görə xəstəxanaya ödədiyi məbləğin ona geri qaytarılmayacağını qəbul edir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (yuxarıda sadalanan hallar, eləcə də fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış, əlavə tibbi sərfiyyat və əlavə tibbi zəruriyyətli cərrahı müdaxilə halları) qarşılığı olaraq, "Qiymət Cədvəli" əsasında fakturada müəyyənləşdiriləcək məbləği əlavə olaraq xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürür (lcild. səh.14). Cavabdeh1 tərəfindən X1 MMC-yə ödədiyi qəbzlərdən görünür ki, MMC-nin hesabına cəmi 2700 manat ödənilmişdir (lcild.səh.15-38), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi”nin 22.06.2020-ci il tarixli X6 adına tərtib edilmiş 232/KEŞ saylı məhkəmə tibbi ekspert rəyinin nəticə hissəsində qərardadda qoyulan sualların ardıcıllığı ilə göstərilmişdir ki: 1.Ginekoloji təcrübəyə əsasən, "Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatın texniki cəhətdən düzgün icrasından sonra uşaqlıq qanaxmasının baş verməsi mümkündür. Bu patologiya əksər hallarda uşaqlıq əzələlərinin tonusu, yəni yığılma qabiliyyətinin pozulması, həmçinin uşaqlığın fıbroması, mioması, miometriumda çapıq çox döllük hamiləliklərdə, dölyanı mayenin çox olması, iri döl və s. səbəblərdən yarana bilər.2.Cavabdeh1 üzərində icra edilmiş "Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatından sonra, onda erkən zahılıq dövründə baş vermiş uşaqlıq qanaxmasının qarşısının alınması üçün konservativ tibbi tədbirlər görülmüş, lakin bu tədbirlərin effektsizliyi səbəbindən tibbi göstəriş əsasında "Total abdominal histerektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir.3.Cavabdeh1 baş vermiş qanaxma uşaqlığın atoniyası (yığılmaması) səbəbindən meydana çıxmışdır. Bunun qarşısınn alınması üçün tibbi göstəriş əsasında operativ müdaxilələrinin aparılması zəruri olmuşdur.4.Qanaxma mənbəyi olan uşaqlığın çıxarılmasına tibbi göstəriş olmuşdur. Lakin inkişaf edən damar daxili laxtalanma sindromu yenidən cərrahi hemostazın aparılmasına səbəb olmuş və təkrar cərrahiyyə əməliyyatı, yəni "Diaqnostik laporatomiya” və "Qalça arteriyasının bağlanması və qarınboşluğunun tamponizasiyası” icra edilmişdir.5.Hər hansı bir tibbi müdaxilə zamanı orqanın çıxarılması zəruri olduğu hesab edilirsə xəstə və xəstənin qohumlarına məlumat verilməklə bu haqda razılıq alınır. Lakin həyati göstəriş olduğu halda təxirəsalınmaz müdaxilə icra oluna bilər.6.Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Cavabdeh1 üzərində icra edilmiş "Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatı və əməliyyatından sonrakı müdaxilələr zamanı onda damarların zədələnməsi hesabına qanaxmanın baş verməsi müəyyən edilməmişdir.7.Cavabdeh1 üzərində icra edilmiş "Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatının gedişi zamanı cift götürülmüş və toxumalar bərpa edilmişdir.8.Cavabdeh1 adına təyinat vərəqələrində qeyd edilmiş dərman preparatları onun vəziyyətinə və müalicəsinə uyğun olmuşdur.9.Dərman preparatlarının xəstəyə istifadə olunubolunmamasını məhkəmə-tibbi yolla təyin etmək mümkün deyildir.10.Cavabdeh1 adına ekspertiza tədqiqatına təqdim edilmiş stasionar xəstənin tibbi kartasında metodoloji xarakterli uyğunsuzluqlar müəyyən edilmədi.11.12.13. Cavabdeh1 vəziyyətinin ağırlaşması ilə əlaqədar ona aparılmış müayinələr və icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra göstərilmiş tibbi xidmət, həmçinin aparılmış transfuziyalar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur.14. Cavabdeh1 müayinə və müalicəsi ilə əlaqədar onun digər xəstəxanalara köçürülməsi həkimlərin konsiliumunun qərarı- əsasında həyata keçirilə bilər (ıı cild.səh.1). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-437/2020 saylı işi üzrə 03.11.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 106.1, 119.1, 217.3, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 386, 442-ci maddələrinə istinadən qeyd edilmişdir ki, rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və rəyə istinadən həm ilk, həm də qarşılıqlı iddia tələblərinə də hüquqi qiymət verilməlidir.Məhkəmə ilkin iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır.a)Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin.b)İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olub- olmadığı araşdırılmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. işin araşdırılmış hallarından məlum olur ki, 16 oktyabr 2019-cu il tarixində "Tibbi Xidmət Müqaviləsi”ni xəstə Cavabdeh1 imzalamış və həmin müqavilə üzrə də öhdəliyini yerinə yetirərək müqavilənin 5.1-ci bəndinə uyğun 2100 AZN məbləğini də ödəmişdir.Bundan əlavə, ilk iddiaçı tərəf 16.10.2019-11.11.2019-cu il tarixlər aralığında xəstə Cavabdeh1 "X3” MMC-də tibbi xidmət göstərilməsini və göstərilmiş tibbi xidmətin ümumi məbləğinin 24191,14 AZN təşkil etməsini iddia edir.İşin araşdırılmış halları, eləcə də ekspert rəyi ilə də müəyyən edilmişdir ki, Cavabdeh1 vəziyyətinin ağırlaşması ilə əlaqədar ona aparılmış müayinələr və icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra göstərilmiş tibbi xidmət, həmçinin aparılmış transfuziyalar ona təyin edilmiş diaqnoza uyğun olmuş və bu hərəkətlər "Tibbi Xidmət Müqaviləsi”nin şərtləri daxilində həyata keçirilmişdir. (müqavilənin 3.1.1 bəndi) Cavabdeh1 ilə bağladığı tibbi xidmət müqaviləsi doğuşla bağlı olmuşdur və cavabdeh müqavilədə əks edilmiş qiymət ilə razılaşarkən göstərilən tibbi xidmətlərin bu məbləğ civarında ödəməsinə ümid edərək onu ödəmişdir. Lakin eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 doğuşdan sonra onda yarana biləcək fəsadların olacağını bilmirdi və bilə də bilməzdi. Ekspert rəyindən də görünür ki, Cavabdeh1 doğuşdan sonra baş vermiş qanaxma uşaqlığın atoniyası (yığılmaması) səbəbindən meydana çıxmış, bunun qarşısının alınması üçün tibbi göstəriş əsasında operativ müdaxilələrinin aparılması zəruri olmuşdur. Lakin Cavabdeh1 doğuşla bağlı tibbi xidmətlərin ödənişindən sonra əlavə olaraq ona göstəriləcək xidmətlərin də əvəzli olmaqla bunun qarşılığını ödəməsinə dair öhdəlik götürməsi işin halları ilə öz təsdiqini tapmamışdır. İşin materiallarından görünür ki, 16.10.2019-cu il tarixli «doğulacaq uşağın yaxının razılığı» adlanan sənəddə doğulacaq uşağın valideyni kimi Cavabdeh2 göstərilsə də, həmin sənəddəki imzanı Cavabdeh1 imzalamışdır. Göründüyü kimi, Cavabdeh2 ilk iddiaçı ilə öhdəliklə bağlı heç bir sənədə imza etməmişdir. (imzanın Cavabdeh1 aid olması ilkin iddiaçının və cavabdehlərin izahatı ilə təsdiq edilir) Cavabdeh1 izahatlarına əsasən ona bu sənədlərə imza etməyi ilk iddiaçının əməkdaşları bildirmiş və o elə vəziyyətdə idi ki, nəyi imzalamasının fərqində olmamışdır. Cavabdeh2 da izahatından görünür ki, tibbi xidmətlə bağlı müqavilə üzrə yalnız 2100 manat ödənilməsi barədə ona şifahi məlumat vermişlər və o ilk olaraq Cavabdeh1 adından 300 manat, 17.10.2019-cu ildə 1900 manat, yəni müqavilədə nəzərdə tutulan məbləğdən əlavə 100 manat ödəniş etmiş, lakin buna əhəmiyyət verməmişdir. 23.10.2019-cu ildə isə iki dəfəyə 500 manat ödəmiş və bunu da xəstəxananın əməkdaşlarının dedikləri qaydada ödəmişdir. Əlavə olaraq ondan həmin vaxt məbləğ ödənilməsi tələb olunmayıb.İşin materiallarından görünür ki, Cavabdeh1 iddiaçı MMC-nin hesabına müqavilədə nəzərdə tutulmuş məbləğdən əlavə 600 manat da ödəmişdir. Lakin cavabdeh tərəfin izahatlarına əsasən onlara əlavə olaraq qeyd edilən məbləğin ödənilməsi bildirilmiş və bu məbləği ödəmək iqtidarında olduqları üçün həmin məbləği ödəmişlər və onlara ilk iddiada göstərilən məbləğin ödəməli olmalarına dair həmin vaxt heç kim məlumat verməyib. Bu barədə onlara qarşı iddia qaldırılan vaxt məlum olmuşdur.İlk iddiaçı tərəfin cavabdeh tərəfi tibbi xidmət müqaviləsində göstərilən xidmətlərdən (doğuşla bağlı) əlavə göstərilən xidmətlərə görə 24191,14 AZN ödəməli olmasına dair məlumatlandırmasını, ümumilikdə isə iddiasının əsası kimi istinad etdiyi cavabdehlərin onun qarşısında öhdəlik daşıyıcısı olmasını sübut edə bilməmişdir. qarşılıqlı iddia üzrə iddiaçılar tələblərinin əsası kimi həkimlərin səhvi ucbatından Cavabdeh1 qadınlıq orqanının zədələnməsinə, doğuş zamanı cift tam götürülmədiyi üçün fəsad baş verərək onda qanaxma olduğu üçün onun və ərinin razılığı olmadan onun qadınlıq orqanını qanunsuz olaraq əməliyyat yolu ilə götürülməsi ilə onlara mənəvi zərər vurulmasını iddia etmişlər.Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. qarşılıqlı iddiaçıların həkim səhvi ucbatından onlara mənəvi zərər vurulmasına dair dəlilləri iş üzrə ekspertiza rəyi ilə təkzib edilir. Həmçinin ekspert rəyi ilə o da müəyyən edilmişdir ki, Cavabdeh1 baş vermiş qanaxma uşaqlığın atoniyası (yığılmaması) səbəbindən meydana çıxmışdır. Bunun qarşısınn alınması üçün tibbi göstəriş əsasında operativ müdaxilələrin aparılması zəruri olmuşdur. Bu zaman həyati göstəriş olduğu halda təxirəsalınmaz müdaxilə icra olunma faktı baş vermişdir ki, bu halda da qarşılıqlı iddiaçı Cavabdeh2 razılığının alınmamasında ciddi qanun pozuntusuna yol verilməmiş, qanaxma mənbəyi olan uşaqlığın çıxarılmasına tibbi göstəriş olmuşdur.Məhkəmə qarşılıqlı iddiaçıların da irəli sürdüyü dəlillərin əsaslı olmasının sübut edilməməsi və beləliklə də əsassız olmasına görə rədd edilməsi nəticəsinə gəlir . İddiaçı "İddiaçı” MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(009)- 437/2020 saylı Qətnaməsini ilkin iddia tələbinin rədd edilməsinə münasibətdə qismən ləğv edib, apellyasiya şikayətini təmin edərək cavabdehlər Abıyeva tlhamə Yaşar qızı və Cavabdeh2 qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” barədə iddia tələbinin tam təmin edilməsi, Cavabdeh1 qızma göstərilmiş tibbi xidmətin qarşılığı olan əsas borc üzrə 23191,14 AZN məbləğində pulun, 1623, 37 AZN məbləğində dəbbə pulunun o cümlədən ödənilmiş ilkin iddia üzrə 30 AZN, apellyasiya şikayəti üzrə 15 AZN dövlət rüsumunun, ümumilikdə cəmi 24859,51 AZN məbləğin cavabdehlərdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 -ci, 442-ci, 443.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7- ci, 119.1 -ci, 119.5-ci, 121.1-ci, 386-cı, 389-cu, 390-cı maddələrinə istinadən qeyd edilir ki, X10 16 oktyabr 2019-cu il tarixində İddiaçı MMC-yə müraciət etmişdir. Xəstəxana ilə xəstə X10 arasında həmin tarixdə “Hamiləliyə və doğuşa görə” tibbi xidmət müqaviləsi bağlanmışdır və müqaviləyə görə planlaşdırılan xidmətin dəyəri 2100 (iki min yüz) manat müəyyən edilmişdir. 17.10.2019-cu il tarixində qeysəriyyə əməliyyatı həyata keçirilmiş, doğuş normal keçmiş, uşaqlar dünyaya gəlmiş, ananın da vəziyyəti normal olmuşdur. Lakin əməliyyatdan bir neçə saat sonra anada qanaxma başlamış, səbəbləri aydınlaşdırılmış, peşəkar həkim tərəfindən vaxtında və lazımınca tibbi müdaxilə edilmiş, bir neçə saatdan sonra təkrar əməliyyata aparılmış, bu da bir nəticə vermədiyindən, təkrar olaraq ana 3 dəfə əməliyyat olunmuş, bir neçə gün kritik vəziyyətdə qalmış, vaxtlı göstərilən keyfiyyətli tibbi müdaxilələrdən sonradan vəziyyəti stabilləşmiş və 11.11.2019-cu il tarixində xəstə evə buraxılmışdır. Sözü gedən tibbi yardım həm kifayət qədər xərc tələb edən, həmdə tibbi praktikda çətin və mürəkkəb bir proses olmuşdur. Lakin bütün bunlara baxmayaraq cavabdehlər tərəfindən xəstəxanaya heç bir ödəniş olunmamışdır. Beləliklə 16.10.2019-11.11.2019- cu il tarixlər aralığında xəstə Cavabdeh1 “X5” MMC-də tibbi xidmət göstərilmiş və göstərilmiş tibbi xidmətin ümumi məbləği 24191,14 AZN təşkil etmişdir ki, buna görə cavabdeh 1000 AZN məbləğində ödəniş etmişdir. Geri qalan 23191,14 AZN borc məbləği barəsində edilən xəbərdarlıqlara baxmayaraq bu günə qədər cavabdehlər tərəfindən ödənilməmişdir. Qeyd etmək lazımdır ki, imzalanmış “Tibbi Xidmət Müqaviləsi”nə əsasən cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği “X5” MMC-nin xəzinədarlığına ödəməli idi. Bundan başqa “Tibbi Xidmət Müqaviləsinin” 7.2-ci maddəsinə əsasən, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 7.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir.Əməliyyat zamanı xəstənin vəziyyətində gözlənilməz ağırlaşma baş vermişdir. Xəstənin həyati təhlükəsini ardan qaldırmaq məqsədi ilə zəruri tibbi yardım göstərilmişdir. Sözü gedən tibbi yardım həm kifayət qədər xərc tələb edən, həmdə tibbi praktikda çətin və mürəkkəb bir proses olmuşdur. Lakin bütün bunlara baxmayaraq cavabdehlər tərəfindən xəstəxanaya heç bir ödəniş olunmamışdır. “Tibbi Xidmət Müqaviləsi”bağlanarkən qarşı tərəfə əməliyyat zamanı hər hansı problemin yaranma ehtimalı izah olunub və göstəriləcək əlavə tibbi xidmətin müəyyən edilmiş 2100 manatda əlavə olaraq ödəniləcəyi bildirilmişdir. Belə ki, “Tibbi Xidmət Müqaviləsinin” 5.3-cü bəndinə əsasən Proqrama daxil olmayan xidmətlərə görə ödəmə, X4 əsasən proqram qiymətindən ayrıca olaraq həyata keçirilir. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən xəstə və ya xəstə yaxını hazırki müqavilə ilə nəzərdə tutulmamış yanaşı xidmətlərin göstərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zərurətli cərrahi müdaxilə hallarında göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 5.1-ci maddəsində göstərilən məbləğdən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.5-ci bəndində qeyd edilir ki, hazırki müqavilənin 1.3-cü maddəsindəki “Planlaşdırılan xidmət” ana və ya yeni doğulmuş uşaqların diaqnozlarına müvafiq olaraq dəyişdirilərsə, “Xəstə” faktiki həyata keçirilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət cədvəli”nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. “Tibbi Xidmət Müqaviləsi”nin 5.7-ci bəndində vurğulanır ki, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə tərəfindən 5.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxannın hesabına ödənilir. Bütün bu hallar müqavilə bağlanarkən qarşı tərəf izah edilib və Cavabdeh1 da öz imzası ilə təsdiq etmişdir. “X5” MMC ilə cavabdehlər arasında əqd bağlanmışdır. Tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Cavabdehlər Cavabdeh1 göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, əqdi bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini “X5” MMC-yə ödəməyi öhdələrinə götürmüşdürlər. Nəzərə alsaq ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, “X5” MMC üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, “X5” MMC tibb müəssisəsi kimi sözü gedən əqddə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Ancaq cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdirlər. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, cavabdeh “X5” MMC qarşısında öhdəlik daşıyaraq, 23191,14 AZN ( iyirmi üç min yüz doxsan bir manat, on dörd qəpik) məbləğində pulu ödəməyə borcludurlar.Məhkəmə tərəfindən təyin edilmiş, o cümlədən qətnamədə qeyd edildiyi kimi, araşdırma zamanı müvafiq ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən məhkəmə tərəfindən müvafiq iş üzrə mötəbər sübut növü kimi qəbul edilmiş rəyin 3-cü, 8ci, 10-cu, 11-ci, 12-ci, 13-cü bəndlərindən bir daha məlum olur ki, uşaqlığın atoniyası (yığılmaması) səbəbindən meydana çıxmış qanaxmanın qarşısınn alınması üçün tibbi göstəriş əsasında operativ müdaxilələrinin aparılması zəruri olmuş, xəstənin adına təyinat vərəqələrində qeyd edilmiş dərman preparatları onun vəziyyətinə və müalicəsinə uyğun olmuş, stasionar xəstənin tibbi kartasında metodoloji xarakterli uyğunsuzluqlar müəyyən edilməmiş, Cavabdeh1 vəziyyətinin ağırlaşması ilə əlaqədar ona aparılmış müayinələr və icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra göstərilmiş tibbi xidmət, həmçinin aparılmış transfuziyalar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Belə ki, müqavilədə nəzərdə tutulmuş ilkin “Planlaşdırılmış Xidmət”dən əlavə tibbi müdaxilələrin edilməsinin xəstənin həyat və sağlamlığının qorunması üçün zəruri olması öz təsdiqini tapmışdır. Belə ki, sübut kimi təqdim edilmiş, tərəflər arasında bağlanan müqavilənin yuxarıda şərtləri sadalanan 1.3-cü, 3.2.7-ci, 5.1-ci, 5.3-cü, 5.4-cü, 5.5-ci, 5.7-ci bəndlərindən məlum olur ki, cavabdeh X11 azad iradə ifadəsi əsasında öz imzası ilə razılıq verərək, müvafiq müqavilə üzrə xəstəyə planlaşdırılmış xidmətdən əlavə edilən tibbi müdaxilələrə görə müqavilədə nəzərdə tutulmuş ilkin məbləğdən (2100 manatdan) əlavə yaranacaq borcun hesab faktura üzrə ödəniləcəyini öz öhdəsinə götürmüşdür. Yəni ki, ilkin iddia tələbi aşağıdakı zəruri şərtlərə əsasən əsaslıdır: 1.Tərəflərin iradə ifadəsi azadlığına əsaslanan müqavilədən onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşür, bu tələb birbaşa müqavilədən irəli ggəlir 2.ilkin iddia üzrə iddiaçının təqdim etdiyi işin halları barədə məruzə müqavilə mətninə uyğun Cavabdeh1 ağırlaşması ilə bağlı ona göstərilən tibbi xidmət tam olaraq zəruri olduğundan həyata keçirilmişdir. Bu da ki, öz növbəsində “Tibbi xidmət müqaviləsinin” 1.3-cü bəndində göstərilən “Planlaşdırılmış xidmət” olan “Doğuş” xidmətindən əlavə xidmət kimi göstərilmişdir . Bu səbəbdən də həmin zəruri olan əlavə tibbi xidmət müqavilənin 5 -ci maddəsində göstərilən “Müqavilənin dəyəri və ödəniş qaydalarına” müvafiq qaydada ödənilməlidir. Tərəflər arasında bağlanmış “Tibbi xidmət müqaviləsi”nə əsasən, xəstəxana öz üzərinə götürdüyü bütün öhdəlikləri tam və vaxtında icra edərək xəstənin həyat və sağlamlığını qorumağa nail olsa belə, AR MM-nin 442-ci maddəsində qeyd edildiyi kimi, xəstə X10 tərəfindən müqavilə ilə üzərinə götürülmüş öhdəlik lazımınca yerinə yetirmədiyi üçün ümumi müqavilə öhdəliyi cavabdeh tərəfindən icra edilməmişdir. Həmin məcəllənin 443.1 -ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddia tələbinin həcminin artırılması barədə 06.10.2020-ci il tarixində göndərilmiş ərizəni məhkəmə öz qətnaməsində qeyd etməmişdir. Bu isə prosessual pozuntudur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Səbail rayon məhkəməsinin hazırkı iş üzrə olan 03.11.2021-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin ediməməsi hissəsində ləğv edilərək,həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 99.1, 99.3, 102.1, 217.1, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Rəylə tanışlıq zamanı müəyyən edilmişdir ki, ekspertlər bəzi suallara natamam cavab vermiş, bəzi sualların cavablarını tam izah etməmiş və əsaslandırmamış və ekspertizanın aparılması və rəy verilməsi zamanı hansı hüquqi ədəbiyyata və elmi qaynaqlara istinad etdiklərini qeyd etməmişlər: 1-ci sual üzrə: rəydə verilmiş cavabda göstərilmişdir ki, «qeysəriyyə kəsiyi» əməliyyatının düzgün icrasından sonra uşaqlıq qanaxmasının baş verməsi əksər hallarda uşaqlıq əzələlərinin tonusunun pozulması,həmçinin uşaqlığın fıbroması və sairə səbəblərdən yarana bilər.Lakin cavabda hazırkı halda məhz bu qanaxmanın nədən baş verməsi və xəstədə bu səbəblərdən hansının olması göstərilməmişdir.2-ci sual üzrə: rəydə cavab verilmişdir ki,qanaxmanın qarşısının alınması üçün tədbirlərin effektsizliyi səbəbindən «total abdominal histerektomiya» cərrahiyyə əməliyyatı icra edilmişdir. Bu zaman «tədbirlərin effektsizliyi» deyəndə nə başa düşüldüyünü, tədbirlərin effektsiz olmasını və ya düzgün tədbirlərin nəticə verməməsinin nəzərdə tutulması aydın deyildir. 5-ci sual üzrə: rəydə cavab verilmişdir ki, orqanın çıxarılması üçün xəstənin qohumlarına məlumat verilməklə bu haqda razılıq alınır.Lakin həyatı göstəriş olduqda təxirəsalınmaz müdaxilə icra oluna bilər. Bu zaman ekspert bu barədə qoyulmuş suala konkret cavabdan yayınmışdır və ya onun cavabını tam hesab etmək olmaz.Çünki sual qərardadda belə qoyulmuşdu ki, xəstənin vəziyyətinin kritik ağırlaşması 18-00-da baş verib,əməliyyata isə 21-00-da qərar verilibsə,bu müddət ərzində xəstə yaxınına bu barədə məlumat verilib razılığı alınmalı idimi? Cavabda isə məhz bu kokret vaxt zamanında- 3 saat ərzində həkimlərin xəstə yaxınına məlumat vermək vəzifəsinin yaranıb-yaranmaması, 3 saat ərzində vaxt olduğu təqdirdə,məlumat verilmədən orqanın xaric edilməsi «təxirəsalınmaz müdaxilə» kimi qiymətləndirilə bilərdimi sualı açıq qalmışdır. 10-cu sual üzrə: sual xəstəlik tarixçəsi ilə real tibbi tədbirlər arasındakı uyğunsuzluğun olub-olmaması kimi qoyulub və buna dair konkret faktlar sadalanıb,rəydə isə cavab verilib ki,tibbi kartaya əsasən metodoloji uyğunsuzluq aşkar edilməmişdir.Burdan da görünür ki, ekspertlər ya bilərəkdən tədqiqat apararaq suala cavab verməkdən yayınmışlar,ya da sualı düzgün başa düşməmişlər.Çünki sual kartada qeyd edilən tədbirlərin metodoloji uyğunluğu barədə deyil,kartada göstərilən tədbirlərlə faktiki hadisələr arasındakı fərqlərin izah edilməsi barədə olmuşdur. Bu hallar əlavə ekspertiza keçirilməsini tələb edir. Belə ki,verilmiş rəydən görünür ki,rəy 3 hissədən- İş barədə materiallar və nəticə hissəsindən ibarətdir və bu rəydə tədqiqat hissəsi mövcud deyildir. Hansı ki,həmin tədqiqat hissəsində ekspertlər gəldikləri nəticəni əsaslandırmaq üçün hansı elmi metodlardan,elmi ədəbiyyatdan,Beynəlxalq Prokollardan və sairə istifadə etdiklərini göstərməklə öz rəylərini əsaslandırmağa borclu idilər.Lakin həmin rəydə bu əsaslandırma yoxdur və bu tələbə riayət edilməməsi rəyi əsassız və qanunsuz ekspertiza keçirilərkən ekspertlər xəstə İ.Abıyevanı ekspertizanın keçirilməsinə dəvət etməyiblər,onunla sorğu-sual aparmayıblar, ekspertizanın gedişində iştirak etmək, ekspertizanın aparılması metodologiyasını bilmək, suallar qoymaq və digər hüquqlarını pozmuşlar. Bundan əlavə, verilmiş rəylə tanışlıqdan və iş materialları təkrar araşdırıldıqdan ssonra işin obyektiv və qanuni həll edilməsi üçün zəruri olan bir sıra digər suallar da meydana çıxmışdır. 1.Əməliyyatdan öncə xəstədən anamnez məlumatları toplanmışdırmı (Dərman asılılığı, allergiya, qan köçürülməsi, medikamentoz müalicələr və anestetiklərə qarşı reaksiya barədə məlumatlar), cavab müsbət halda, həmin anamnezin həcmi, keyfiyyəti və nəticəsi xəstənin Qeysəriyyə kəsiyi əməliyyatına görürülməsinə kifayət etmişdirmi? 2.Klinik müayinələr kifayətedici həcmdə aparılmışdırmı? 3.Doğuşdan əvvəl xəstənin daxili müayinəsi keçirilmişdirmi? 4.Tromboprafılaktika aparılmışdırmı və əgər aparılmışdırsa,nəticələri xəstənin QK əməliyyatına aparılmasına göstəriş olmuşdurmu? 5.Bütün profilaktika mövcud Protokola uyğun olmuşdurmu? 6.Doğuşdan sonra xəstəyə nəzarət Klinik Protokollara əsasən qənaətbəxş olmuşdurmu?7.Protokola əsasən, Hamilə qadına QK əməliyyatı haqqında məlumat aydın formada təqdim olunmalıdır Hamilə qadına QK haqqında elmi cəhətdən əsaslandırılmış məlumat çatdırıldıqdan sonra ondan əməliyyata razılıq almaq olar.Xəstəyə belə bir sübutlu məlumatlar verilmişdirmi və belə bir razılıq alınmışdırmı? 8.Protokola əsasən, Respirator ağırlaşma riskini azaltmaq məqsədilə QK əməliyyatı hamiləliyin 39 həftəsindən sonra (əkizlərdə - 38 həftədə) aparılmalıdır. Xəstəlik tarixçəsindən də görünür ki,xəstədə hamiləlik 36 həftəlik olmuşdur.Bu halda xəstədə QK əməliyyatı keçirilməsi düzgün olmuşdurmu və bu halda aparılan QK əməliyyatı həkim səhvidirmi? 9.Hazırkı əməliyyat zamanı Cərrahi texnika bacarığına malik mama-ginekoloq, anestezioloqreanimatoloq, həkim-neonatoloqdan ibarət ixtisaslaşmış mütəxəssislər briqadası iştirak etmişdirmi? 10.Travma səbəbindən postpartum qanaxma çox vaxt zədələnmələr (məs., perineal, vaginal, servikal, uşaqlığın), cərrahi kəsiklər (məs., histerektomiya, epiziotomiya) və ya uşaqlığın cırılması səbəbindən baş verir. Cırılmalar əsasən doğuşa yardım zamanı yardımçı alətlərdən istifadə hallarında çox rast gəlinir.Araşdırılan bu hadisədə həmin hallar baş vermişdirmi və bunu məhkəmə tibbi ekspertiza yolu ilə müəyyən etməyin yolları elmi cəhətdən mövcuddurmu? 11. Qazanılmış və anadangəlmə qanaxma diatezləri bir çox hallarda trombositopeniya və/və ya hemostazın çatışmazlığı ilə bağlı olur. Qazanılmış qanaxma diatezinin səbəblərinə hamiləliklə bağlı pozuntular (məs., ağır preeklampsiya, HELLP sindromu, abruptio placentae, dölün ölümü, amniotik mayenin emboliyası, sepsis), habelə cərrahi yara qanaxmaları aid edilir. Həmin hallarda qanaxmaların baş verməsi mexanizmlərinə hemodilyusiya, qaraciyərin funksional çatışmazlığı (laxtalanma faktorlarının sintezinin pozulması) və ya disseminə olunmuş damardaxili laxtalanma daxildir. Həmin sənədlərində bu halların müəyyən edilməsi üçün anamnez toplanılmış və müayinələr, analizlər apanlmışdırmı? 12.Elmi tədqiqatlara görə müəyyən edilmişdir ki, bu cür qanaxmaların səbəbləri sırasında ciftin uşaqlıqdan tam xaric edilməməsi,doğuş zamanı zədələnmələr.doğuşa yardım üçün müxtəlif alətlərin istifadəsidir.Bu hadisə zamanı həmin hallardan hər hansı biri baş vermişdirmi və bu halın baş verməsi ehtimal edilirmi? 13.Bütün tibbi sənədlərə baxış nəticəsində hamiləlik və doğuş dövründə,eləcə də doğuşdan sonra baş vermiş qanaxma və ağırlaşmaların aradan qaldırılması,uşaqlığın xaric edilməsi mövcud Klinik Protokolara uyğun olmuşdurmu və bu zaman həkim səhvi baş vermişdirmi? Bu suallara və tədqiqat zamana yarana biləcək suallara aydınlıq gotirilməyincə iş üzrə tam,obyektiv,qanuni və əsaslı qətnamə çıxarılması mümkün olmayacaqdır və əlavə sualların yaranması əlavə ekspertizanın keçirilməsini zəruri edirBu hallar müəyyən edilsəydi həkim səhvi tam ortaya çıxacaqdı və bunu da nəticəsində qarşılıqlı iddia təmin ediləcəkdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "İddiaçı” MMC-nin nümayəndəsi vəkil X7 apellyasiya şikayətini müdafiə edərək, tərəflər arasında 16.10.2019cu ildə müqavilə bağlanıldığını, 17.10.2019-cu ildə uşaqların dünyaya gəldiyini, uşaqlar dünyaya gəldikdən bir neçə saat sonra Cavabdeh1 qanaxma meydana gəldiyini, həmin qanaxmanın qarşısının alınması məqsədilə əməliyyat edilərərk uşaqlığın götürüldüyünü, sonradan yenidən qanaxma baş verdiyindən ikinci əməliyyatın həyata keçirildiyini, əməliyyatların keçirilməyəcəyi halda cavabdehin ölüm riskinin olduğunu, bu halın ekspert rəyi ilə də təsdiq edildiyini, tərəflər arasında bağlanılmış müqavilənin 5.3, 5.4, 5.5-ci maddələrinə əsasən göstərilmiş əlavə tibbi müdaxilə ilə bağlı ödəniş edilməli olduğunu bildimiş və apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, arvadının 4 gün komada olduğundan onun xəbərsiz olduğunu, xəstəxanadan onun vəziyyəti barədə soruşduqda süni olaraq yatızdırıldığının bildirildiyini, ona vurulmuş mənəvi ziyanı tələb etdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 337-354, 385-390, 404, 420, 560, 1096, 1097.1, 1114-1115, 1131, 1132; Mülki Prosesual Məcəllənin 14.2, 48- 49,72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il Q ə r a r na əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Mülki qanunvriciliyin tələblərinə əsasən müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir və hazırki tələblərin əsas qayyəsi müqavilə münasibətlərdən irəli gələn mübahisədir. Qanunvericilik hüquqdan sui-istifadəni qadağan edir vəbu əsas üzərində həyata keçirilən razılaşma və hərəkətlərin isə etibarsızlığını müəyyən edir. Xüsusn qeyd edilməlidir ki, təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən, qiymətlərin əsassız qısa müddətdə yüksəldilməsini (qiymətlərin qısamüddətli yüksəldilməsi) nəzərdə tutan müddəalar etibarsız sayılır. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Mülki qanunvericilik müqavilə şərtlərini təfsir edərkən məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 13 və 16-cı maddələrində ehtiva edilənlərə əsasən, tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək; təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərmək; özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərmək: xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək; xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək kimi özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələridir. Özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15- 19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıbbağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir. Qeyd edilənlərə əsasən diqqətə çatdırılmalıdır ki, iddiaçının müqavilənin etibarsız şərtlərinə istinad etməsi və öz vəzifəsinə uyğun həyati təhlükə qarşısında durmuş şəxsə təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün qarşı tərəfin təsəvvürü olmayan tənasübsüz yüksək məbləğ tələb etməsi və sui-istifadəyə şərait yaradan bu növ müqavilə şərtləri müstəvisində nəzərdən keçirilən tələblər əsassızdır. Diqqətə çatdırılmalıdır ki, cavabdehlərin iddiaçıdan asılı (döğum gözləntisi və əməliyyat həyəcanı) vəziyyətdə iddiaçının fəaliyyətinin əsasını təşkil edən reqlamentə (qanunvericiliyə, gözlənilən və ümid edilən rəftara) zidd və mücərrəd şərtlərin müqaviləyə daxil edilməsi özlüyündə bu şərtlərin əhəmiyyətsizliyini müəyyən edir. Cavabdehlərin tələblərinə (apellyasiya şikatlərinin dəlillərinə) münasibətdə qeyd edilməlidir ki, bu dəlillər vəzifəli şəxsin təqsirlliliyinin müəyyən edilməsinə yönəlik cinayət təqibinin predmeti kimi müvafiq növ icraat həddində mümkün olsa da mülki icraat üzrə prosessual səlahiyyətlərdən kənardır. Ona görə müvafiq araşdırmanın hüquqi nəticəsi kimi iddiaçının (vəzifəli şəxsinin) təqsirliliyi müəyyən edildiyi təqdirdə ondan irəli gələn mənəvi zərər tələbi üzrə cavabdehliyin müzakirə edilməsi mümkündür. Hazırki vəziyyətdə isə tərəflərin öz risk dairələrinə aid hərəkətlər (hərkətsizlik) həddində mülki məsuliyyətləri özlərinə aiddir. Şərh edilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 384, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "İddiaçı” MMC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-437/2020 saylı işi üzrə 03.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5185/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5185/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver