Məhkəmə qərarları › İş №2(103)-5185/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5185/2025

29.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5185/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh9, Cavabdeh9 və Cavabdeh4 nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1478/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1478/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 18.000 (on səkkiz min manat) manat və Cavabdeh9 və ailə üzvlərinə 18.000 (on səkkiz min manat) manat məbləğində kompensasiya verməklə onların iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı evdən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh9 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5185/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən Cavabdeh4 da apellyasiya şikayəti vermişdir. Lakin həmin apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf mülki işin baxışdan çıxarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv olunmalı və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384 və 400-cü maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası Qərara aldı: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən işin icraata qəbul edilməsi barədə 01 sentyabr 2025-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş, Cavabdeh4 verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinin müzakirə edilməsi üçün apellyasiya baxışından çıxarılaraq Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar