Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5188/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun vəkili X2 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1355/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı kompensasiya verilməklə hüquqa xitam verilməsi və əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Qəsəbə Bələdiyyəsinin 822 saylı, xx.xx.2004-cü ıl tarixli qərarı ilə iddiaçıya Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində torpaq sahəsi verilmiş və həmin sahədə mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, korpus 40, 17 B saylı evi tikmişdir. Həmin evdə qızı və yaşlı valideynləri ilə birlikdə yaşayır. Cavabdeh iddiaçının qardaşı X1 həyat yoldaşıdır. Cavabdeh ilə qardaşı arasında olan nikah pozulmuş və qardaşı İ.Orucov xeyli müddətdir ki, Ukraynada yaşayır. İddiaçının Xırdalan şəhərində və ünvan 1 ünvanında mənzili olsa da, məcburi köçkün kimi dövlət tərəfindən verilən evi də almaq üçün bir müddət cavabdeh İddiaçı mübahisəli evdə yaşamağa icazə verməsini xahiş etmiş, o da qardaşının və uşaqlarının xətrinə iddiaçı və uşaqlarının dövlət tərəfindən onlara ev verilənə qədər mübahisəli evin bir otağında yaşamasına etiraz etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-3798/13 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı, X9, X24 və X13 qarşı miibahisəliBakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, korpus 40, 17 B ünvanında yerləşən mənzilə dair yaşayış sahəsindən istifadə hüquqlarının tanınması, həmin mənzilə qeydiyyata götürülməsi vəzifəsinin Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsinə dair iddiası təmin edilməmişdir.Bundan sonra iddiaçı Cavabdeh yenidən mübahisəli evə "istifadə hüququnun tanınması və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsı ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-5658/2018 saylı qərardadı ilə yuxarıda qeyd olunan qətnaməyə istinad edilməklə iş üzrə icraata xitam verilmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli. 2(001)-6301/18 saylı qətnaməsi ilə İddiaçı iddiası təımn edilərək, X11 və X12 mübahisəli evə istifadə hüquqları itirilmiş hesab edilmişdir. Sonradan iddiaçı Cavabdeh cavabdelılər İddiaçı, X9, X24 və X13 qarşı "mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-1622/2019 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, iddiaçının 2 yetkinlik yaşına çatmayan övladı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, korpus 40, 17 B saylı evə köçürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)-5550/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)- 6388/2019 saylı qərarı ilə isə kassasiya şikayəti təmin edilməmişdir. Bundan əlavə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu ıl tarixli qətnamosi ilə iddiaçı Cavabdehlər İddiaçı və qeyrilərinə qarşı əmlak tələbinə dair iddiası təmin edilməmiş. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019- cu il tarixli, 2(103)-9085/2019 saylı qətnaməsi ilə həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Yuxarıda qeyd olunan məhkəmə aktlarından da müəyyən olunduğu kimi tərəllər arasında uzun müddət çoxsaylı məhkəmə çəkişmələri olmuşdur. Bundan başqa, dəfələrlə Cavabdeh iddiaçıdan hüquq mühafizə orqanlarına şikayətlər etmiş, şikayətləri əsassız olduğundan təmin edilməmişdir. Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh şikayət ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi cavabdehin iddiaçı və onun ailə üzvləri ilə birgə yaşaması qeyri-miimkündür. Tərəllər arasında olan kəskin münasibətlər gələcəkdə xoşagəlməz mübahisələrin, hər hansı cinayət hadisəsinin baş verməsinə səbəb ola bilər. Buna görə də hazırkı iddia ərizəsinin verilməsi zərurəti yaranmışdır. Cavabdeh 1 ildən artıq müddətdir ki, mübahisəli evdən çıxıb getmişdir. Ona məxsus müəyyən əşyalar mübahisəli evdə qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-1622/2019 savlı qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, korpus 40, 17 B saylı evə əldə etmiş olduğu köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) 7000 manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehə məxsus əşyaların çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan ilk iddia üzrə iddiaçı ilk iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmədən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2003-cü il təvəllüdlü X19 və xx.xx.2006-cı il təvəllüdlü X20 ilə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-1622/2019 saylı qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, korpus 40, 17 B saylı evə əldə etmiş olduğu köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) 7000 manat kompensasiya verilməklə xitam verilməsi və onların əşyaları ilə birlikdə evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə yaşayış və istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Tünzalə X4 ilə xx xxxx 2003-cü il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuş, birgə nikahdan onların 2 övladı dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra birgə nikah dövründə hazırda qeydiyyatda olduğu yəni Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 40, ev 17B saylı evi tikdirmiş və 2004-cü ildən bugünədək həmin mənzildə 2 övladı ilə birgə yaşamışlar. Belə ki, bu sözügedən ev Cavabdeh gəlin köçəndən sonra onun yaşadığı ev satılaraq və onun valdeyinləri tərəfindən 7000 manat pul vesaiti veridikdən sonra tikilmişdir. O, hər zaman həmin evin tikilməsində öz köməkliyini əsirgəməyərək, daim ustaların yemək-içməklərini belə hazırlamışdır. O, məhkəmə qətnaməsi ilə iki övladı ilə birlikdə həmin evə köçürülmüşdür. Belə olan halda onların həmin evdə tam mülkiyyətçi kimi yaşayıb evdən istifadə etmək hüquqları yaranmışdır. İddiaçı isə mübahisəli mənzildə yaşaması üçün heç bir mülkiyyəti təsdiq edən sənədi və məhkəmə qaydasında tanınmış hüququ yoxdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1355/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qаrşılıqlı iddiаnın təmin еdilməməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ilkin iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv edib həmin hissədə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun vəkili X6 şikayəti müdafiə etdiklərini bildirərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilkin iddia üzrə cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız ilkin iddianın təmin edilməməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni ilkin iddia üzrə cavabdeh mübahisələndirilməmiş, ilkin iddia üzrə iddiaçı isə yalnız qeyd edilən hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1355/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ilkin iddia üzrə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-1622/2019 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı səbəblərə görə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materiallarma əsasən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə cavabdeh X21 xx xxxx 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1 mədən, korpus 40, ev 17 B tərəflərin birgə nikahı dövründə tikilmiş, lakin dövlət reyestr xidmətində qeydə alınmamışdır. Həmçinin, çox saylı şahid ifadələri ilə də təsdiq olunur ki, həmin ünvanda iki mənzil mövcud olmuşdur, həmin mənzillərin birində iddiaçı öz ailəsi ilə, digərində isə onun baldızı yaşamışdır, sonradan həmin mənzillərdən biri satılmış və cavabdehlər iddiaçının yaşadığı digər mənzilə köçmüşdürlər. Həmçinin, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh uzun müddət mübahisəsiz qaydada həmin evdə cavabdehlərlə birgə yaşamış, mənzil tərəflərin birgə nikahda olduğu müddətdə tikilmiş, həmçinin evin tikilməsində iddiaçının valideynləri maddi köməklik göstərmiş və iddiaçı və cavabdehlər təsərrüfatı birgə idarə etmişdirlər. ... Buna görə də, məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçının həmin mənzildən istifadə hüquqları, digər ailə üzvləri kimi mövcuddur və iddiaçı həmin mənzildən istifadə edə bilər. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçı Cavabdeh və iki azyaşlı övladı ... Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 40, 17B saylı evə köçürülməlidir”. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(102)-6388/2019 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Cavabdeh X21 ilə xx xxxx 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1 mədən, korpus 40, ev 17B tərəflərin birgə nikah dövründə tikilmiş, lakin dövlət reyestr xidmətində qeydə əlınmamışdır. Şahid ifadələri ilə təsdiq olunmuşdur ki, həmin ünvanda iki mənzil mövcud olmuş, həmin mənzillərin birində iddiaçı öz ailəsi ilə, digərində isə onun baldızı yaşamış, sonradan həmin mənzillərdən biri satılmış və cavabdehlər iddiaçının yaşadığı digər mənzilə köçmüşdürlər. İddiaçı Cavabdeh uzun müddət mübahisəsiz qaydada həmin evdə cavabdehlərlə birgə yaşamış, mənzil tərəflərin birgə nikahda olduğu müddətdə tikilmiş, həmçinin evin tikilməsində iddiaçının valideynləri maddi köməklik göstərmiş və iddiaçı və cavabdehlər təsərrüfatı birgə idarə etmişdirlər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarı). İş materiallarında olan Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxx 2004-cü il tarixli, 822 saylı qərarından görünür ki, həmin qərarla Bələdiyyə tərəfindən İddiaçı alqı-satqı qaydasında Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində 300 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X7 izahatında göstərmişdir ki, Cavabdeh onun xalası qızıdır. Xalası İddiaçı onun qaldığı yataqxanaya yaşaması üçün gətirmişdir. İddiaçı bir müddət orda yaşamışdır. Sonra Cavabdeh əri, İddiaçı qardaşı ev tikdi və İddiaçı da yataqxanadan köçdü. İddiaçı təhminən 2001-ci ildən 2006-cı ilədək yataqxanada yaşayıb. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X10 ifadəsində göstərmişdir ki, 1994-cü ildən yataqxanada yaşayır və deyə bilər ki, İddiaçı 4-5 il orada yaşayıb. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X16 ifadəsində göstərmişdir ki, yataqxanada yaşayır və təsdiq edə bilər ki, İddiaçı 2001-ci ildən təhminən 3-4 il müddətində yataqxanada yaşamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X14 ifadəsində göstərmişdir ki, mübahisəli evin tikildiyi torpaq sahəsinin əvvəlki mülkiyyətçisidir. Torpaq sahəsini 2004-cü ildə İddiaçı satıb. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, 1977-ci ildən həmin ərazidə yaşayır. Mübahisəli evi Əhməd tikib, sonradan İddiaçı satmışdır. Cavabdeh tanımır. Məhkəmə kollegiyasl qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iş üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı, iddia irəli sürülmüş şəxsin (cavabdehin) yaşayış sahəsindən istifadə hüququ olmalı və həmin hüququn xitamı üçün mülkiyyətçi tərəfindən bazar qiyməti ilə müvafiq kompensasiya verilməlidir. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnun qeydə alınması isə Mülki Məcəllənin 233-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla təsbit edilir (maddə 233.1). İş materiallarından isə müəyyən olunur ki, ilk iddia üzrə iddiaçının mübahisəli evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin ev özbaşına tikilidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, ilk iddia üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə, yəni o, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmadığına görə hazırkı iddianı irəli sürmək hüququna malik olan şəxs kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçının irəli sürdüyü tələb yalnız daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydə alınmış mülkiyyətçi irəli sürə bilər. Əks yanaşma Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında göstərilən mövqeyə ziddir. Belə ki, həmin qərarda məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında həmin mövqe təkrarlanmış və yuxarıda göstərilən qərara istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən,bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olanhər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı kompensasiya verilməklə hüquqa xitam verilməsi və əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair ilk iddiasının rədd edilməsi barədə gəlmiş olduğu nəticə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1355/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ilkin iddia üzrə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1355/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ilkin iddia üzrə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5188/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5188/2020
17.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver