Məhkəmə qərarları › İş №2(103)-5201/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5201/2025

10.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5201/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “qanunsuz tikilinin sökülməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-89/2025 nömrəli 22 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-2 döngəsi ünvanında yerləşən 6 saylı evi tam mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-2 döngəsi ünvanında yerləşən 6 saylı evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı evinin sanitar qovşağına bitişik sahədə qonşu tərəfindən aparılan əlavə tikinti işləri barədə Bakı şəhər İcra Hakimiyyətindən Səbail rayon İcra Hakimiyyətinə ünvanlanmış A-217-151, xx.xx.2021ci il tarixli müraciətə baxılmışdır. Qaldırılan məsələnin araşdırılması məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir. Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 45 saylı Mənzil Kommunal stismar Sahəsinin 71 saylı xx.xx.2021-ci il tarixli arayışı əsasında məlumat verirlər ki, müraciətdə qeyd olunan ünvana yerində baxış keçirilmiş və sözügedən əlavə tikinti işlərinə dair fakt tərəflərindən aşkar edilmişdir. Məlumat üçün qeyd edirlər ki, tərəflərdən görülmüş təcili tədbirlər nəticəsində qonşusu Cavabdeh məxsus evin dam örtüyü və əlavə tikinti işləri qismən sökülərək tikili əvvəlki vəziyyətə qaytarılmış və sanitar qovşağına məxsus iki ədəd pəncərəsinin qarşısı açılmışdır. Ünvan Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən nəzarətdə saxlanılır.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə, məlumat üçün X9 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, ev 6 ünvanında X3 qonşusu Vüqar Müstafayev tərəfindən ara məsafəsi gözlənilmədən aparılan tikinti işləri barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətinə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Əməkdaşları tərəfindən yerində baxış zamanı Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, ev 6 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X7 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 kv.m-ə yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir.

5. ünvan 5 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, 2-ci Bibi-Heybət döngəsi ev 6- da yaşayan X1 şikayət etdiyi qonşusu Cavabdeh yaşadığı 2-ci Bibi-Heybət döngəsi 2v saylı ev özü-tikillidir. Cavabdeh ailəsi ilə birlikdə həmin özü-tikili evdə 2006-cı ildən qeydiyyatdadırlar.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-268/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Səbail rayon MKTB-nin Cavabdeh (3-cü şəxs qismində X11) qarşı qanunsuz ttikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsi, ünvan 6 ünvanında X9 məxsus fərdi yaşayış evinin sanitar qovşağına bitişik vəziyyətdə iki mərtəbə səviyyəsində inşa olunmuş (birinci mərtəbə səviyyəsində yerləşən tikilinin eni 4,25 m, uzunluğu 5,20 m, hündürlüyü isə 2,0 m, ikinci mərtəbə səviyyəsində inşa olunmuş tikilinin eni 4,25 m, uzunluğu 7,0 m, hündürlüyü isə 3.45 m) tikilinin sökülməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2314/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki, apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(005)-268/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, Səbail rayon MKTB-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi üzrə icraata xitam verilməsi, Səbail rayon MKTB-nə izah olunsun ki, onun əldə etmə istədiyi hüquqi nəticələrlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edə, müvafiq iddia tələbinin həmin qurum tərəfindən inzibati məhkəmədə irəli sürülməsini tələb edə bilməsi, X5 izah olunsun ki, onun bilavasitə özünün Cavabdeh qarşı müvafiq iddia tələbini mülki mühakimə icraatı qaydasında irəli sürmək hüququna sahib olması, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləğinin apellyatorun özünə aid edilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, qonşusu X10 tərəfindən evinin sanitar qovşağına bitişik 2 mərtəbəli ev inşa etməsindən narazılığı barədə xx.xx.2024-cü il tarixli müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinə əsasən yeri səviyyədə dövlət şəhərsalma nəzarəti müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində mütəmadi olaraq keçirilməklə ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunması, habelə özbaşına tikililərin qarşısının alınması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir. Sözügedən evin tikintisi barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti tərəfindən Agentliyə müraciət daxil olmamışdır və Agentlikdə qonşusu Cavabdeh tərəfindən aparılmış tikinti-quraşdırma işləri barədə məlumat mövcud deyil.

8. Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/5947 saylı rəyinə əsasən: -1-ci sual üzrə: İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi- Heybət 2 döngəsi, 6 saylı evin yerləşdiyi 0.05 ha torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik Cavabdeh tərəfindən tikili inşa edilmişdir. Həmin tikilinin iddiaçının hüquqlarını məhdudlaşdırıb-məhdudlaşdırılmamasının müəyyən edilməsi məhkəmə tikintitexniki ekspertin səlahiyyətlərinə aid deyildir. - 2-ci sual üzrə: Cavabdeh tərəfindən inşa edilmiş tikilinin İddiaçı mülkiyyətində olan evin həyətində tikilmiş hamam və sanitar qovşağının təbii işıqlama və təbii hava axımının qarşısını alıb-almamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyildir. - 3-cü sual üzrə: cavabdeh tərəfindən inşa edilmiş tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2.1-ci bəndinin tələblərinə riayət edilmədiyi və bununla da tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ünvan 6 ünvanında inşa edilmiş özbaşına tikilinin Cavabdeh tərəfindən və onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, ev 6 ünvanında olan fərdi yaşayış evində atası X11 ilə birlikdə yaşayır. Həmin ev əvvəl atası X6 mülkiyyətində olmuşdur. Onlarla qonşuluqda Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi 2V saylı evdə yaşayan Cavabdeh tərəfindən müvafiq icazə sənədləri olmadan qeyri-qanuni olaraq onların evin sanitar qovşağına bitişik yeni özbaşına tikili inşa edilmişdir. Bakı şəhəri, 2-ci Bibi-Heybət döngəsi, 2V saylı evdə yaşayan Cavabdeh tərəfindən müvafiq icazə sənədləri olmadan qeyri-qanuni olaraq evinə bitişik yeni özbaşına tikili inşa etmişdir. Həmin tikili ilə əlaqədar cavabdehin qonşusu olan atası X11 tərəfindən müxtəlif orqanlara şikayət xarakterli müraciətlər edilmiş, bu tikili ilə bağlı qanunamüvafıq tədbirlərin görülməsi və nəticəsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin MİHO/2.1.1-2-2022-395 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə məktub daxil olmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, hadisə yerinə baxış zamanı ünvan 6 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X7 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2 -ə yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq, rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir. Həmçinin qeyd edilən özbaşına tikili ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin 10-A72/2-149/2 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda da qeyd edilmişdir ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 45 saylı Mənzil Kommunal İstismar Sahəsinin 71 saylı, xx.xx.2021-ci il tarixli arayışı əsasında məlumat verilmişdir ki, müraciətlərdə qeyd olunan ünvana yerində baxış keçirilmiş və sözügedən əlavə tikinti işlərinə dair fakt aşkar edilmişdir. Cavabdeh qanunsuz olaraq öz mövcud yaşadığı evinə bitişik əlavə olaraq qanunsuz tikili inşa etmiş, həmin əraziyə xidmət göstərən 45 saylı MKİS tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir ki, rəsmi icazə sənədləri olmadan inşa etdiyi tikilini söksün və yaşadığı evi əvvəlki vəziyyətinə qaytarsın, lakin cavabdeh bu xəbərdarlığa heç bir məhəl qoymamış və qeyd olunan tikilini könüllü surətdə sökməkdən imtina etmiş, bu barədə 45 saylı MKİS tərəfindən müvafiq akt da tərtib edilmişdir. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin MİHO/2.1.1-2- 2022- 395 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə məktubundan görünür ki, hadisə yerinə baxış zamanı ünvan 6 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X7 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 mə yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur. Bununla əladədar olaraq, rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir. Özbaşına tikintinin olması faktı qeyd olunan məktubla təsdiq olunur. İddia ərizəsinə əlavə etdiyi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 10-A-72/2- 149/2 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X7 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2 -ə yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur və fakt təsdiqini tapmışdır, eyni zamanda Cavabdeh qanunsuz olaraq rəsmi icazə almadan özbaşına tikinti işlərini aparmışdır. İddia ərizəsinə əlavə etdiyi 45 saylı Mənzil-Kommunal İstismar Sahəsinin aktından görünür ki, ünvan 6 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X7 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2 -ə yaxın sahədə 2 mərtəbəli əlavə özbaşına tikinti işləri aparmışdır. İddia ərizəsinə əlavə etdiyi Bakı şəhəri, Səbail rayonu, 2ci Bibi-Heybət döngəsi, ev 6-da yaşayan Cavabdeh qonşusu X6 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə ünvanladığı ərizələrdən görünür ki, ünvan 6 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və onun yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2 -ə yaxın sahədə 2 mərtəbəli əlavə özbaşına tikinti işləri aparmışdır və bununla bağlı qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən görünür ki, həqiqətən Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, ev 6 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X7 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m-ə yaxın sahədə 2 mərtəbəli əlavə özbaşına tikinti işləri aparmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin təyinatı əsasında tədqiqat aparan Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli 10/450 saylı rəyində göstərilmişdir ki, “ünvan 9 ünvanında X9 məxsus fərdi yaşayış evinin sanitar qovşağına bitişik vəziyyətdə iki mərtəbə səviyyəsində inşa olunmuş (birinci mərtəbə səviyyəsində yerləşən tikilinin eni 4,25 m, uzunluğu 5,20 m, hündürlüyü isə 2,0 m, ikinci mərtəbə səviyyəsində inşa olunmuş tikilinin eni 4,25 m, uzunluğu 7,0 m, hündürlüyü isə 3,45 m) olan tikililərin inşası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1- ci və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından norma və qaydalarına uyğun olmadığı müəyyən olunur”. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən X9 verilmiş Seriya FM 017354 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu 2-ci Bibiheybət döngəsi 6 saylı fərdi yaşayış evi X6 adına Xüsusi Mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 28 noyabr 2002-ci il tarixdə 247 saylı reyestr kitabında 17148 səhifədə 30 nömrə ilə qeydiyyat aparılmışdır. Eyni zamanda iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan 05 oktyabr 2016-cı il qeydiyyat tarixli Seriya RX № ******* olan çıxarışdan göründüyü kimi, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi əvvəl atacs X9 məxsus olmuşdur. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi 1 ********* olan 12 fevral 2019-cu il qeydiyyat tarixli Seriya RX № ******* olan çıxarışdan göründüyü kimi, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi hal-hazırda ona məxsusdur.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-929/2024 nömrəli 04 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-2 döngəsi ünvanında yerləşən 6 saylı evin yerləşdiyi 0.05 ha torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik inşa edilmiş özbaşına tikilinin Cavabdeh vəsaiti hesabına qətnamə qanuni qüvvəsini aldıqdan sonra 2 (iki) ay ərzində sökülməsi qət edilmişdir. (hakim X2)

12. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi- Heybət-2 döngəsi, 6 saylı evin yerləşdiyi 0,05 ha torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik Cavabdeh tərəfindən tikili inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin hündürlüyü 5,40 m. təşkil edir. Tikili iddiaçıya məxsus fəadi yaşayış evinin divarından 0,20 m aralıda yerləşir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2.1-ci bəndinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən inşa edilmiş tikili ilə iddiaçının fərdi yaşayış evinin arxa divarı arasında olan məsafə 1.56 m (5.20 x 0.3) təşkil etməlidir. Belə olan halda cavabdeh tərəfindən inşa edilmiş tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2.1-ci bəndinin tələblərinə riayət edilmədiyi və bununla da tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon MKTB tərəfindən qaldırılan iddia üzrə keçirilmiş ekspertiza rəyi ilə də müəyyən edilmişdir ki, ünvan 12 ünvanında X5 məxsus (hazırda İddiaçı mülkiyyətində olan) fərdi yaşayış evinin sanitar qovşağına bitişik vəziyyətdə iki mərtə səviyyəsində inşa olunmuş (Cavabdeh tərəfindən) (birinci mərtəbədə səviyyəsində yerləşən tikilinin eni 4,25m, uzunluğu 5,20m, hündürlüyü isə 2,0 m, ikinci mərtəbə səviyyəsində inşa olunmuş tikilinin eni 4,25m, uzunluğu 7,0 m, hündürlüyü isə 3,45ıfı,) olan tikillərin inşaası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yen| obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud; şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmamışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 180.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.3-cü, 217.4-cü maddələrinə, “Şəhərsalmanın Əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 64-cü, 69-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının pozuntusuna yol verməklə ilk əvvəl cavabdeh tərəfin təminat verilmiş məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, cavabdehin təqdim etdiyi sübutları görməzdən gəlmiş və nəticədə mübahisə üzrə səhv nəticəyə gəlməklə hazırda mübahisəyə səbəb olmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

d) Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1 maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər;

21. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 64.1-ci maddəsinə əsasən tikinti obyektinin təhlükəsiz istismarını təmin etmək üçün obyektin layihələndirilməsi mərhələsində aşağıdakılar nəzərə alınmalıdır: 64.1.1. tikinti obyektinin təyinatına görə istismar şəraiti; 64.1.2. ətraf mühitin tikinti obyektinə ehtimal olunan təsiri; 64.1.3. tikintidə istifadə olunması nəzərdə tutulan tikinti materiallarının xassələri, tikinti materiallarının xassələrinin dəyişmə ehtimalı və onların təbiətin zərərli təsirlərindən mühafizəsinin mümkünlüyü. 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi.

e) Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi yalnız Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-2 döngəsi ünvanında yerləşən 6 saylı evin yerləşdiyi 0.05 ha torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik inşa edilmiş özbaşına tikilinin bütövlükdə sökülməsi hissəsində səhv nəticəyə gəlmişdir. Bu səbəbdən həmin hissədə qətnamə dəyişdirilməlidir.

26. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Bibi- Heybət-2 döngəsi ünvanında yerləşən 6 saylı ev iddiaçının atasının X1 mülkiyyətində olmuş, hazırda həmin ev iddiaçının mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan mübahisəli evin yerləşdiyi torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik qonşuluqla yaşayan Cavabdeh tərəfindən özbaşına tikili inşa edilmişdir. Hazırda iddiaçı ünvan 6 ünvanında inşa edilmiş özbaşına tikilinin Cavabdeh tərəfindən və onun hesabına sökülməsini tələb edir.

27. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən iş üzrə əldə edilmiş ekspert rəyinə əsaslanmaqla ona istinad etmişdir ki, ünvan 12 ünvanında X5 məxsus (hazırda İddiaçı mülkiyyətində olan) fərdi yaşayış evinin sanitar qovşağına bitişik vəziyyətdə iki mərtəbə səviyyəsində inşa olunmuş (Cavabdeh tərəfindən) (birinci mərtəbədə səviyyəsində yerləşən tikilinin eni 4,25m, uzunluğu 5,20m, hündürlüyü isə 2,0 m, ikinci mərtəbə səviyyəsində inşa olunmuş tikilinin eni 4,25m, uzunluğu 7,0 m, hündürlüyü isə 3,45ıfı,) olan tikillərin inşaası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud; şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmamışdır.

28. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi zamanı əldə edilmiş ekspert rəyinin təsviri hissəsində göstərilir ki, baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin hündürlüyü 5.40 metr təşkil edir. Tikili iddiaçıya məxsus fərdi yaşayış evinin divarından 0.20 metr aralıda yerləşir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2- 1-bəndinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən inşa edilmiş tikili ilə iddiaçının fərdi yaşayış evinin arxa divarı arasında olan məsafə 1.56 metr (5.20x0.3) təşkil etməlidir.

29. Kollegiya qeyd edir ki, bununla bağlı apellyasiya icraatı zamanı keçirilmiş yerində baxışda Cavabdeh tərəfindən İddiaçı məxsus evin yanında yeni ev inşa edildiyi, evin damının örtülməmiş, ikinci mərtəbəsinin divarları iddiaçının sanuzelinin kiçik pəncərələrinin qarşını kəsdiyindən, divarlarda dəliklər açılararaq iddiaçının sanuzelinin kiçik pəncərələrinin qarşısının açıldığı, cavabdehin şəxsən özünün götürdüyü ölçü nəticəsində iki tikili arasındakı məsafənin 16-18 santimetr olması müəyyən edilmişdir. İddiaçının sanuzeli yerləşdiyi yerə də yerində müayinə keçirilmiş, sanuzelin havalanmasında məhdudiyyətlərin yarandığı müəyyən edilmişdir.

30. Məhkəmə kollegiyası iş materiallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyi ilə qanunla müəyyən edillən qaydada cavabdeh tərəfindən inşa edilmiş tikili ilə iddiaçının fərdi yaşayış evinin arxa divarı arasında olan məsafənin 1.56 metr (5.20x0.3) təşkil etməli olması göstərildiyindən, məhz həmin ölçüdə olan hissə cavabdehin hesabına sökülməlidir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-2 döngəsi ünvanında yerləşən 6 saylı evin yerləşdiyi 0.05 ha torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik inşa edilmiş özbaşına tikilinin bütövlükdə sökülməsi hissəsində haqlı olmamışdır. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-89/2025 nömrəli 22 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi- Heybət-2 döngəsi ünvanında yerləşən 6 saylı evin yerləşdiyi 0.05 ha torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik inşa edilmiş özbaşına tikilinin iddiaçının fərdi yaşayış evinin arxa divarı arasında olan 1.56 metr hissəsi cavabdehin hesabına sökülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-89/2025 nömrəli 22 iyul 2025-ci il tarixli qətnaməsi özbaşına tikilinin bütövlükdə sökülməsi hissəsində dəyişdirilərək Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-2 döngəsi ünvanında yerləşən 6 saylı evin yerləşdiyi 0.05 ha torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik inşa edilmiş özbaşına tikilinin iddiaçının fərdi yaşayış evinin arxa divarı arasında olan 1.56 metr hissəsi Cavabdeh vəsaiti hesabına qətnamə qanuni qüvvəsini aldıqdan sonra 2 (iki) ay ərzində sökülsün. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar