Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5205/2025 29.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-235/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətin apellyasiya baxışından çıxarılması barədə Yasamal Rayon Məhkəməsinin müraciətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli **********68-10301 saylı daşınmaz əmlakın icbari sığortası müqaviləsi əsasında sığortalanmış Xızı rayonu Yarımça kəndində yerləşən ümumi sahəsi 97.5 kv.m olan fərdi yaşayış evin təmir-tikinti üçün 15 000 (on beş min) manat, xx.xx.2023-cü il tarixli **********58-10301 saylı daşınmaz əmlakın icbari sığortası müqaviləsi əsasında sığortalanmış Xızı rayonu Yarımça kəndində yerləşən ümumi sahəsi 43,4 kv.m olan fərdi yaşayış evin bərpası üçün 36.000 (otuz altı min) manat məbləğində maddi ziyanın alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-235/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə buraxılmış müddət bərpa edilərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş Bakı Apellyasiya Məhkəməsinə daxil olduqdan sonra Nəsimi Rayon Məhkəməsi müraciət edərək cavabdeh "xxxx" ASC-nin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından şikayət verməsi ilə əlaqədar işin həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş apellyasiya baxışından çıxarılmalı və şikayət üzrə müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-235/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və iş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5205/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5205/2025
29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver