Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5211/2025 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “maddi zərərin ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili nümayəndə2, Cavabdehin nümayəndələri X1, nümayəndə1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı İddiaçı cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mülkiyyətində olan “Toyota Rav-4 minik” markalı, ** AO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən vurulan 65851 (altmış beş min səkkiz yüz əlli bir) manat zərər və 287,55 (iki yüz səksən yeddi manat əlli beş qəpik) manat dövlət rüsumu, cəmi 66138 (altmış altı min yüz otuz səkkiz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində cəlb edilməsini və dəymiş maddi ziyanın 5.000 manat azaldılaraq 61.138 (altmış bir min bir yüz otuz səkkiz) manat müəyyən edilməsini xahiş etmişdir.
3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2024-cü il tarixdə, saat 14:20-də cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə məxsus “Toyota Rav-4” minik markalı **-AO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsini Bakı şəhəri, Sabit Orucov küçəsində idarə edərkən Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə iddiaçı İddiaçı məxsus “Mersedes” markalı **-MY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində iddiaçı İddiaçı idarə etdiyi “Mercedes” markalı nəqliyyat vastəsinə xeyli miqdarda zərər dəymişdir. Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə onun barəsində ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və bununla bağlı ##.##.2024-cü il tarixli qərar qəbul edilərək Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunub 40 manat məbləğində cərimə olunmuşdur. Qüsur aktına əsasən iddiaçı İddiaçı məxsus “Mercedes” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsinə cəmi 65851 (altmış beş min səkkiz yüz əlli bir) manat məbləğində zərər dəymişdir. Nəqliyyat vasəsinin təmiri cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üzərinə düşsə də, o, bu günə kimi vurduğu zərəri könüllü ödəmək istəmir. Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə məxsus “Toyota Rav-4” minik markalı **-AO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsi idarə edilərkən iddiaçı İddiaçı məxsus “Mercedes” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsinə zərər vurulmuşdur. Həmin zərər nəqliyyat vasitəsinin mülkiyyətçisi Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən ödənilməlidir.
4. Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən 2150 (iki min yüz əlli) manat məbləğində pul alınaraq iddiaçıya ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən alınaraq iddiaçıya ödənilməsi, qalan hissəsinin isə iddiaçıya aid edilməsi, mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pulun 50 (əlli) manat hissəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən, qalan 250 (iki yüz əlli) manat hissəsinin isə iddiaçıdan tutularaq “xxxx” MMC-nin hesabına (Alternativ Ekspertiza Markazi MMC, VÖEN: 1603758761, IBAN: AZ94BRES00380394402474602201, bank: “xxxx” ASC, VÖEN: 9900001901, Müxbir hesab: AZ80NABZ01350100000000014944, Kod: 513489, SWIFT: BRESAZ22) köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, cavabdeh qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri:
6. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, rayon məhkəməsi iş materiallarında olan sübutlara obyektiv yanaşmamış və rəylər arasında ziddiyyət olmasına baxmayaraq, ekspetrlərin rəy verməkdən imtina etdiyini bildirməklə kifayətlənmişdir. Nəqliyyat vastəsinə dəyən zərərlə əlaqədar iki rəy vardır, rəylərdən birində zərər 8.150 manat, digərində isə 65.851,68 manat olduğu müəyyən edilmişdir. Rayon məhkəməsi qiymətləndirmə rəylərində ziddiyət olduğunu müəyyən etsə də, yeni ekspertiza keçirilməsinə dair qərardad qəbul etmiş və sonda ekspertin ekspertiza keçirilməsindən imtina etdiyinə əsaslanaraq qanunsuz nəticəyə gəlmişdir. Iş materiallarında olan nəqliyyat vastəsinin foto-şəkillərindən hansı eytiyyat hissələrənə zərər dəyməsi və göstərilən markada olan avtomobilin, hissələrin bazar dəyərinin müəyyən edilməsi çətinlik yaratmır və hamıya məlumdur. Hazırkı mübahisənin avtomobilə dəyən zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı olmasına baxmayaraq, məhkəmə işin tam və obyektiv aparılması məqsədilə eksperiza keçirib, qanuni və əsaslı qətnamə qəbul etmək əvəzinə, qətnamədə mübahisənin mahiyyətinə aidiyyatı olmayan bir çox qanunlara istinad edərək cavabdehə dəstək nümayiş etdirməyə çalışmışdır. Odur ki, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayəti müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, əlavə olaraq qeyd etdi ki, iddiaçının avtomobili təzə olmaqla olduqca bahalı komplektasiyaya malikdir. Belə ki, avtomobil 2020-ci il buraxılışlıdır. hazırda qiyməti təxminən 260-270 min manat arası dəyişir. Onun sıradan çıxmış hissələrinin müəyyən edilməsi üçün mütləq qaydada maşının bilavasitə tədqiq olunması zəruridir. “xxxx” MMC tərəfindən ekspertiza keçirilərkən avtomobilə baxış keçirilmədən rəy hazırlanmışdır, buna görə həmin rəy əsaslı hesab edilə bilməz. Iddiaçının avtomobilin ehtiyat hissələrinin çox baha olması hamıya məlumdur. Buna görə maddi zərər kimi 8150 manat və 9220 manat kimi müəyyənləşdirilən rəylər aşkar əsassızdır. Vəkil eyni zamanda da bildirdi ki, cavabdehin Ədliyyə Nazirliyinə bağlı qurum olması səbəbindən mütəxəssislər bu iş üzrə rəy verməkdən çəkinirlər.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri Ü.Sanıyev, nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
10. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2019-cu il olan “Toyota Rav-4” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taborudur (qeydiyyat tarixi: ##.##.2020).
11. Minik avtomobili üçün 1-## ### 2024-cü il tarixləri üzrə ****** nömrəli yol vərəqəsindən görünür ki, Penitensiar Xidmətə məxsus “Toyota Rav-4” minik markalı, **-AO- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sürücü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilmişdir.
12. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2020-ci il olan “Mercedes Benz S450” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdır (qeydiyyat tarixi: ##.##.2024).
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Avtonəqliyyat Təsərrüfatının ##.##.2024-cü il tarixli arayışından görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2024-cü il tarixdən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Avtonəqliyyat təsərrüfatında baş mütəxəssis (sürücü) vəzifəsində işləyir.
14. Xətai rayonu DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında IXP seriyalı ******* nömrəli, ##.##.2024-cü il tarixli protokoldan və inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli, həmin tarixli qərardan görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2024-cü il tarixdə saat 14:20-də Sabit Orucov küçəsində “Toyota Rav-4” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərkən Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir.
15. Iddiaçının sifarişi əsasında “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli sənəddən görünür ki, iddiaçının avtomobilinə dəymiş zərərin məbləği 50899,92 manat, görüləcək işlərin ilkin qiyməti isə 4906,59 manat müəyyən edilmiş, ƏDV hesablanmaqla, cəmi məbləğ 65.851,68 (50899,92+4906,59+10.045,17 (ƏDV)= 65.851,68) manat təşkil edir.
16. “xxxx” ASC tərəfindən tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair ##.##.2024-cü il tarixli, ****** nömrəli hesabatdan görünür ki, 2020ci il buraxılışlı “Mercedes Benz S450” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin material və ehtiyat hissələrinə görə 6.380,00 manat, görüləcək işlərə görə 1.770,00 manat olmaqla, avtomobilə dəymiş zərərin məbləği cəmi 8.150 manat təşkil edir.
17. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, ##.##.2024-cü il tarixdə saat 14:20 dəqiqədə Sabit Orucov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli – “Toyota Rav-4” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdur (mülkiyyətçisi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboru və hadisə zamanı etibarnamə ilə sürücüsü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs). Yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz S450” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir.
18. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taborunun mülkiyyətində olan “Toyota Rav-4” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixdən 1 il müddətinə - ##.##.2024-cü il tarixədək “xxxx” ASC tərəfindən sığorta edilmişdir.
19. ##.##.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı hesabına 5.000 manat sığorta ödənişi köçürülmüşdür.
20. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 290 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
21. “xxxx” MMC-nin ## #### 2025-ci il tarixli, ** nömrəli mütəxəssis rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, ****** nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, 2020-ci il buraxılışlı “Mercedes Benz S450” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir və bərpa xərclərinin ümumi yekun dəyərinin 8150,00 manat məbləğində, “xxxx” MMC-nin ##.##.2024- cü il tarixli, Z***-***** nömrəli sənəddə isə avtomobilin təmir və bərpa xərclərinin ümumi yekun dəyərinin 55806,51 manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ##.##.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2020-ci il buraxılışlı “Mercedes Benz S450” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin “xxxx” ASC-nin tərtib etdiyi ##.##.2024-cü il tarixli, ****** nömrəli hesabatdakı yekun qiymət və ya “xxxx” MMC-nin tərtib etdiyi ##.##.2024-cü il tarixli, Z***-***** nömrəli sənəddəki yekun qiymət olub-olmaması, həmin nəqliyyat vasitəsinə ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislərin (ustaların) iştirakı ilə baxış keçirilib müxtəlif testlər aparıldıqdan sonra müəyyən edilə bilər.
22. “xxxx” MMC-nin ## #### 2025-ci il tarixli, ** nömrəli məktubundan görünür ki, aparılmış ekspertiza xidmətinin xərci 300 (üç yüz) manat təşkil edir.
23. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, müştəri İddiaçı ##.##.2024-cü il tarixində həmin rəsmi servis mərkəzinə müraciət edərək, “Mercedes-Benz S450 4 Matic Sedan long” markalı minik avtomobilinin ümumi texniki vəziyyətinin (işlək hissələrin yoxlanılması, dəmirçi tərəfindən qiymətləndirilmə, elektron diaqnostika olunması) qiymətləndirilməsini xahiş etmişdir. Mercedes Benz servisinin əməkdaşları tərəfindən sözügedən nəqliyyat vasitəsinə müvafiq baxış keçirilərək ümumi texniki vəziyyəti qiymətləndirilmiş və buna dair ##.##.2024-cü il tarixli “Ilkin Təmir Sifarişi” tərtib edilmişdir. Həmin sənədə əsasən nəqliyyat vasitəsi üzrə görüləcək işlər 65.851,68 (altmış beş min səkkiz yüz əlli bir manat altmış səkkiz qəpik) manat məbləğində qiymətləndirilmiş, lakin həmin işlərin icra edilməsi rəsmi servis mərkəzində həyata keçirilməmişdir. Nəqliyyat vasitəsinin ümumi texniki vəziyyətinin qiymətləndirilməsinə görə xidmət haqqının məbləği vergilər daxil 266.95 (iki yüz altmış altı manat doxsan beş qəpik) manat təşkil etmiş və tərəflər arasında buna dair Icra edilmiş Xidmətlərə dair Akt tərtib edilmişdir. Sözügedən məbləğ müştəri tərəfindən “xxxx” MMC-yə ##.##.2024-cü il tarixində ödənilmişdir (müvafiq sənədlər məktuba əlavə edilmişdir).
24. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, № MB 18/1633 ekspert rəyindən görünür ki, ##.##.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2020-ci il buraxılışlı “Mercedes-Benz S450” minik markalı **MY*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 9220 (doqquz min iki yüz iyirmi) manat təşkil edir.
25. “xxxx” MMC-nin QCM/M **-***/** nömrəli, ##.##.2026-cı il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, 2020-ci il buraxılışlı “Mercedes-Benz S450” minik markalı **MY*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 40920,0 (qırx min doqquz yüz iyirmi) manat təşkil edir.
26. Mülki iş materiallarına, həmçinin, yol-nəqliyyat hadisəsindən sonra sürücülərin yazdıqları izahatlar, hər iki avtomobilin fotoşəkilləri əlavə edilmişdir.
27. Mülki iş materiallarında olan ##.##.2026-cı il tarixli qəbzdən müəyyən olur ki, iddiaçı İddiaçı “xxxx” MMC-nin bank hesabına qiymətləndirmə xidmətinin həyata keçirilməsi üçün 500 (beş yüz) manat ödəmişdir. Tətbiq edilən maddi hüquq normaları:
28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Tətbiq edilən prosessual hüquq normaları:
29. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
32. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, rayon məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
33. Hazırkı işin hallarından müəyyən edilir ki, ##.##.2024-cü il tarixdə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə məxsus “Toyota Rav-4” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə edərkən Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədərək iddiaçı İddiaçı mülkiyyətində olan və həmin vaxt onun özü tərəfindən idarə edilən “Mercedes Benz S450” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisədə üçüncü şəxs təqsirli bilinmiş və onun barəsində Xətai rayonu DYPŞ tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadisə zamanı üçüncü şəxsin idarə etdiyi, cavabdehə məxsus avtomobil icbari sığorta növündə “xxxx” ASC-də sığortalı olmuşdur. Ödəniş tapşırığından 5.000 manat məbləğində sığorta ödənişinin ##.##.2024-cü il tarixdə “xxxx” ASC tərəfindən iddiaçının hesabına köçürülməsi müəyyən edilir.
34. Rayon məhkəməsi iddia tələbini qismən təmin edərək hesab etmişdir ki, “xxxx” ASC tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticəsi əsas götürülməli, 5.000 manat məbləğində sığorta ödənişin ASC tərəfindən, habelə 1.000 manat məbləğində pulun üçüncü şəxs tərəfindən iddiaçıya ödənilməsi nəzərə alınmaqla, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən 2.150 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə əsassız olduğundan və mötəbər sübutlarla təsdiq olunmadığından, təmin edilməməlidir.
35. Qətnaməni mübahisələndirən iddiaçı rayon məhkəməsi tərəfindən müəyyən edilən maddi zərərin məbləği ilə razılaşmayaraq, apellyasiya şikayətində qeyd etmişdir ki, iş materiallarında olan rəylərdən birində avtomobilə dəymiş zərərin məbləği 8.150 manat, digərində isə 65.851,68 manat olduğu halda həmin rəylər arasındakı ziddiyyət aradan qaldırılmamış, əsassız olaraq “xxxx” ASC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatında göstərilən 8.150 manat məbləği əsas götürülmüşdür.
36. Apellyasiya icraatı zamanı mülki iş materiallarında olan rəylər arasında ziddiyyətlərin - uyğunsuzluğun aradan qaldırılması üçün ekspertiza təyin edilmiş, “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 9220 (doqquz min iki yüz iyirmi) manat təşkil etdiyi müəyyən edilmişdir.
37. Mülki işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etmək məqsədi ilə yeni mütəxəssis rəyinin alınması zəruri olduğundan təkrar qiymətləndirmə təyin edilmiş və “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli mütəxəssis rəyi ilə avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin 40920,0 (qırx min doqquz yüz iyirmi) manat təşkil etdiyi müəyyən olmuşdur.
38. Məhkəmə mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, mülki işdəki rəyləri nəzərdən keçirirək hesab edir ki, rayon məhkəməsi iddiaçının avtomobilinə dəyən zərərin məbləğini müəyyənləşdirərkən düzgün nəticəyə gəlməmişdir.
39. Belə ki, rayon məhkəməsi zərərin həcmini müəyyən edərkən avtomobilin markasını, buraxılış ilini, xüsusən də həmin avtomobilin xüsusi komplektasiyaya malik olmasını, müvafiq olaraq da avtomobilin və onun ehtiyat hissələrinin bazar dəyərinin daha yüksək olmasını nəzərə almamışdır.
40. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mülki iş üzrə verilmiş sonuncu - “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli mütəxəssis rəyi daha dolğun, əsaslıdır və işin hallarına da uyğun gəlir. Cavabdeh tərəfindən də həmin rəyi şübhə altına alan mötəbər sübut və dəlil təqdim edilməmişdir. Məhkəmə iddiaçının vəkilinin mütəxəssislərin hazırkı iş üzrə rəy verməkdən çəkinmələri ilə bağlı bildirdiklərinə münasibətdə qeyd edir ki, avtomobilə dəymiş zərərin qüsur aktında 8150 manat, digər mütəxəssis rəyində 9220 manat məbləğində göstərilməsi, eləcə də Məhkəmə Ekspertiza Mərkəzinin və başqa bir mütəxəssisin isə ümumiyyətlə rəy verilməsindən imtina etməsi halları heç də bu mülahizələrin əsassız olmadığını göstərir.
41. Məhkəmə xüsusi olaraq qeyd edir ki, rayon məhkəməsinin iddiaçının qüsur aktını ayrıca mübahisələndirməməsinə əsaslanmaqla dəymiş zərərin real məbləğinin müəyyən etməkdən imtinası əsaslı sayıla bilməz. Iddiaçının iddia ərizəsindən, eləcə də onun məhkəmələrə təqdim etdiyi yazılı izahat və vəsatətlərindən, habelə onun təqdim etdiyi həmin avtomobil üzrə ixtisaslaşmış MMC-in mütəxəssislərinin verdiyi rəsmi sənədlərdəki məlumatlardan aşkar şəkildə görünür ki, iddiaçının avtomobilinə dəymiş zərərlə bağlı məhkəmənin əsas götürdüyü qüsur aktında göstərilən məbləğ iddiaçının avtomobilinə dəymiş real zərəri əks etdirmir. Iddiaçının həmin qüsur aktını ayrıca mübahisələndirməli olmasına dair də rayon məhkəməsinin qənaəti düzgün olmamışdır. Çünki hazırkı halda iddiaçının avtomobilinə dəymiş zərərin qarşılanması icbari sığorta müqaviləsinə əsaslanmışdır ki, bu zaman da sığorta şirkətlərinin əsas marağı vurulmuş zərərin icbarı sığorta məbləğini – 5000 manatı aşıb-aşmaması ilə məhdudlaşır, yəni vurulmuş zərərin məbləğinin 5000 manatdan artıq olduğu hallarda sığorta şirkətlərinin realr zərərin dəqiqləşdirilməsi və onun həqiqi həcminin müəyyən edilməsində hər hansı marağı olmur və müvafiq olaraq da onların tərtib etdiyi qüsur aktı yalnız ödəməli olduqları icbari sığorta məbləğinin həcminə münasibliyi ilə bağlı olur. Demək ki, bu halda sığorta şirkətinin tərtib etdiyi qüsur aktı iddiaçının avtomobilinə dəymiş zərərin həcminin müəyyən edilməsi baxımından əsaslı dəlil hesab edil bilməzdi.
42. Bundan başqa, iddiaçının təqdim etdiyi və məxsusi olaraq həmin avtomobilin satışı və servis xidmətlərini həyata keçirən “xxxx” MMC-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli sənəddən məlum olur ki, iddiaçının avtomobilinə dəymiş zərərin məbləği 50899,92 manat, görüləcək işlərin qiyməti isə 4906,59 manat olmaqla, ayrı-ayrılıqda müfəssəl olaraq qeyd edilmişdir. Rayon məhkəməsi iddiaçının təqdim etdiyi bu sübuta hər hansı münasibət bildirməmişdir. Bu isə öz növbəsində MPM-in 88-ci maddəsinin tələblərinin gözlənilmədiyini göstərir.
43. Bununla yanaşı, rayon məhkəməsində müəyyən edilmişdir ki, vurulmuş zərərin 1.000 (min) manat məbləğində olan hissəsinin üçüncü şəxs tərəfindən iddiaçıya ödənilməsi faktı hər iki tərəfin izahatı ilə təsdiqlənərək hazırkı işin mübahisəsiz halına çevrilmişdir.
44. Belə olan halda Məhkəmə qeyd edir ki, iddiaçıya “xxxx” ASC tərəfindən 5000 (beş min) manat sığorta ödənişinin və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən 1000 (min) manat verilməsini nəzərə alaraq, iddiaçının avtomobilinə dəymiş maddi zərərin məbləği 40920-(5000+1000)=34920 (otuz dörd min doqquz yüz iyirmi) manat müəyyən edilməlidir.
45. Eləcə də mülki iş materiallarında olan ##.##.2026-cı il tarixli qəbzdən müəyyən olur ki, iddiaçı tərəfindən ekspertiza tədqiqatının – qiymətləndirmənin keçirilməsi üçün 500 (beş yüz) manat ödənilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
49. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
50. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
51. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Haqları üzrə Avropa Məhkəməsinin qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
52. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir” Nəticə:
53. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli - cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən iddiaçı İddiaçı xeyrinə tutulmalı məbləğ 34920 (otuz dörd min doqquz yüz iyirmi) manat müəyyən edilməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
55. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
56. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, birinci instansiyada mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat cavabdehdən tutulub “xxxx” MMC-ə ödənilməli, apellyasiya icraatı zamanı keçirilmiş və iddiaçı tərəfindən ödənilmiş ekspertiza xərci 500 (beş yüz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilsin və cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən iddiaçı İddiaçı xeyrinə tutulmalı məbləğ 34920 (otuz dörd min doqquz yüz iyirmi) manat manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatını dəyəri olan 300 (üç yüz) manat cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən alınaraq “xxxx” MMC-nin hesabına (Alternativ Ekspertiza Markazi MMC, VÖEN: 1603758761, IBAN: AZ94BRES00380394402474602201, bank: “xxxx” ASC, VÖEN: 9900001901, Müxbir hesab: AZ80NABZ01350100000000014944, Kod: 513489, SWIFT: BRESAZ22) köçürülsün, apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.