Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-140/2026 24.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi,əsassız varlanma) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X9 və X10 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nəsimi Vələd oğlu İsayevin, Cavabdehin nümayəndəsi vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon məhkəməsinə müraciət edərək, ona məxsus 73000 (yetmiş üç min) manat məbləğində pul, tərəfindən dövlət rüsumu üçün ödənilmiş 310 (üç yüz on) manat pul və vəkil xidmətləri üçün ödənilmiş cəmi 2000 (iki min) manat pulun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Türkiyə Respublikasının İstanbul şəhərində yaşayıb işləyir. O, yataq dəstlərinin istehsalı və satışı ilə məşğul olur. Türkiyədə Nərgiz adlı xanım ondan yataq dəstləri alaraq özünün mebel dükanında satışı həyata keçirirdi. Təxminən 2023-cü ilin noyabr ayında o, Nərgizin vasitəsi ilə onun bacısı cavabdeh Cavabdeh adlı şəxslə tanış olmuşdur. Gülay onunla Azərbaycanda iş qurmaq istədiyini bildirmiş, lakin o, Avropaya getdiyi üçün və Fransada işlərinin olduğu üçün 8-9 ay sadəcə onunla telefonla əlaqə saxlayıb. Real əlaqələri olmasa da vizual olaraq video əlaqə ilə onlar danışıblar. Gülay onun Azərbaycana gələrək onunla evlilik qurmasını istəyib. Bundan sonra iddiaçı İddiaçı Türkiyəyə, doğma Kayseri şəhərinə qayıdıb. Gülayla danışan zaman Gülayla ona tez-tez evə ehtiyacı olduğunu, av alarsa həmin evdə birgə yaşayacaqlarını ona bildirmişdir. Gülay iddiaçı İddiaçı 400 (dörd yüz) manat müqabilində kirayə evdə qaldığını demişdir. İddiaçı İddiaçı Azərbaycanda ev almağı düşündüyü üçün Gülaya pul göndərib. Bunun üçün “Western Union” təcili pul köçürülməsi vasitəsilə əvvəlcə 3000 ABŞ dolları pulu Gülaya göndərmişdir. Gülay ayrı-ayrı xərclərin çıxdığını ona bildirərək iddiaçı İddiaçı yenidən pul göndərməsini istəmiş, həmçinin 2024-cü ilin iyulunda o, ailəsi ilə birlikdə Türkiyəyə gəlib Azərbaycana qayıtmışdır. Gülay iddiaçı İddiaçı ümumi olaraq 73000 (yetmiş üç min) manat məbləğində pulları aldadaraq almışdır. Bu pulların əksəriyyəti ev alınmasına xərclənməli idi. İddiaçı İddiaçı Gülaya əsasən bank vasitəsilə pul göndərmiş və göndərdiyi pul qəbzləri də onda vardır. O, Gülaya demişdir ki, onun adına ev alsın, lakin Gülay buna cavab olaraq onun xarici vətəndaş olduğu açan adına ev alınmasının mümkün olmadığını demişdir. Sonradan iddiaçı İddiaçı məlum olmuşdur ki, Gülay ondan aldığı bu pullarla o anası X6 adına Bakı şəhərinin Binəqədi rayonu ərazisində ev almışdır. Gülay onunla ilkin danışıqlarında onunla evlənəciyini bildirsə də, sonradan ondan pulları alındıqdan sonra yalan sözlər deyərək, bəhanələr gətirərək evlilik barədə söhbəti uzatmağa başlamışdır. Nəhayət Gülay ona zəng etməməsini iddiaçı İddiaçı dedikdə, o, Gülayın onu aldadaraq ondan külli miqdarda pullar aldığını anlamışdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. ********** saylı mədaxil qəbzdən görünür ki, hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə bağlı iddiaçı tərəfindən 309,54 (üç yüz doqquz manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
5. Bakı şəhəri ** saylı Vəkil Bürosu tərəfindən verilmiş ** nömrəli, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı İddiaçı ilə onun vəkil və nümayəndəsi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsayev Nəsimi Vələd oğlu arasında bağlanmış müqavilələrə əsasən sonuncu iddiaçı İddiaçı hüquqlarını hüquqlarının Bakı Şəhəri Binəqədi Rayon Polis Şöbəsində və Şabran Rayon Məhkəməsində müdafiə etməlidir və iddiaçı İddiaçı bunun müqabilində Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsayev Nəsimi Vələd oğluna müvafiq olaraq 1500 (min beş yüz) manat və 500 (beş yüz) manat məbləğində ödənişlər etmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Polis X11 ezam olunmuş 6-cı Polis Bölməsinin baş təhqiqatçısı X14 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
7. *********** saylı qəbzdən görünür ki, cavabdeh Cavabdeh adına ##.##.2024-cü il tarixdə 700 (yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaiti göndərilmişdir.
8. *********** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2024-cü il tarixdə 243 (iki yüz qırx üç) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
9. *********** saylı qəbzdən görünür ki, cavabdeh Cavabdeh adına ##.##.2024-cü il tarixdə 662 (altı yüz altmış iki) ABŞ dolları məbləğində pul vəsaiti göndərilmişdir.
10. *********** saylı qəbzdən görünür ki, cavabdeh Cavabdeh adına ##.##.2024-cü il tarixdə 900 (doqquz yüz) ABŞ dolları məbləğində pul vəsaiti göndərilmişdir.
11. *********** saylı qəbzdən görünür ki, cavabdeh Cavabdeh adına ##.##.2024-cü il tarixdə 900 (doqquz yüz) ABŞ dolları məbləğində pul vəsaiti göndərilmişdir.
12. *********** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2024-cü il tarixdə 250 (iki yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
13. ******** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2023-cü il tarixdə 520 (beş yüz iyirmi) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
14. ******** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2024-cü il tarixdə 50 (əlli) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
15. ******** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2024-cü il tarixdə 121 (yüz iyirmi bir) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
16. ******** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2024-cü il tarixdə 600 (altı yüz) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
17. ******** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2023-cü il tarixdə 3000 (üç min) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
18. ******** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2023-cü il tarixdə 186 (yüz səksən altı) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
19. ******** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2024-cü il tarixdə 450 (dörd yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
20. ******** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2023-cü il tarixdə 312 (üç yüz on iki) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
21. ******** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2023-cü il tarixdə 900 (doqquz yüz) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
22. ******** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2023-cü il tarixdə 307 (üç yüz yeddi) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
23. ******** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2023-cü il tarixdə 400 (dörd yüz) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
24. ******** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2023-cü il tarixdə 240 (iki yüz qırx) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
25. ******** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2024-cü il tarixdə 300 (üç yüz) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
26. ******** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2024-cü il tarixdə 855 (səkkiz yüz əlli beş) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
27. ******** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2024-cü il tarixdə 190 (yüz doxsan) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
28. ******** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına ##.##.2024-cü il tarixdə 425 (dörd yüz iyirmi beş) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
29. Şabran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2.1, 389.1, 390.1, 397.1, 397.2, 397.3, 666.1, 666.2, 668.1.3, 739.1 və 739.2-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli Qərarı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2015-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" ##.##.2019-cu il tarixli Qərarı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2021-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli Qərarı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 78.1, 88, 119.1, 216-220, 227 və 357-360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
31. Şabran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nəsimi Vələd oğlu İsayev apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni aşağıdakılara əsasən əsassız və qanunsuz hesab edir. İddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə tanış olduqdan sonra Bakıda ev almaq üçün sonuncuya pul göndərilmişdir. İddia tələbində 73 manat pul tələbi qeyd edilmişdir. Bu 73.000 manat puldan 53000 (əlli üç min) manat sırf ev alınması üçün, 20.000 (iyirmi) manat pul isə ev əşyaları mebel dəstləri alınması üçün göndərilən puldur. Burda söhbət hər hansı bir şəxs üçün, o cümlədən Cavabdeh üçün, ya onun anası üçün deyil, məhz özü üçün alınması nəzərdə tutulmuşdur. Bunun üçün tərəfindən məhkəməyə içində video və audio yazılar olan 2 ədəd disklər sübut kimi əlavə edimişdir. Nümayəndənin təkidi ilə diskdə olanlara baxış keçirilməklə dinlənilmiş və video yazıya qulaq asılmışdır. Diskdə olan video yazılarda mebellərin evə gətirilməsi əks etdirilmişdir, hansı ki, bu video yazını qarşı tərəf də məhkəməyə maddi sübut kimi təqdim etmişdir. Audio yazılar təqdim edilərkən işə baxan hakim xatırlatmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən sosial mediadan vatsap səz yazıları və audio səsləri sübut növündə qəbul edilməklə qiymətləndirilə bilər. Məhkəmənin baxış iclası zamanı sübutlar araşdırılarkən vəsatəti əsasında diskdə olanlara baxış keçirilmişdir. Baxış zamanı diskdə olanlardan da görünür ki, cavabdeh Cavabdeh iddiaçı Mehmet Şeriflə danışıqlarında “sən ev almağa kömək etdin, mən anamın torpağını da olsa satıb sənin pulunu ödəyəcəm; evi satılığa çıxarmışam; sən ev almışsın da mənim bu evə heçmi haqqım yoxdur? Mən sənin üçün anamın torpağını satıb sənə pul verərəm. Vicdanım rahat olsun ki, sən mənimlə ev söhbəti etməyəsən; Mənim bu evdə heçmi haqqım yoxdur. Mən sənə tərlik (ev ayaq geyimi), şampun, aldım..; Sən dedin evimi ver. İndi təcili evi satacam; Ev artıq lənət olmuş mənə, kredit alıb və anamın torpağını satıb sənin pulunu verəcəm; Bu ev 50.000-ə alınmış da indi əlim yandıda çox ucuz qiymətə satılar, 30.000-ə satsam sənə pulların hamısını vermiyəcəm, sənə yarısını 15000 verəcəm; Mən xəcalət çəkirəm, sənin pullarını mütləq qaytaracam; Mən demərəm ki, sən ev aldın da mən evi satıb Mehmetin pulunu verirəm; mən evi 30.000-ə satıb (30.000 dollar nəzərdə tutulur) alınmış; mənim qohum əqrəbalarım yüksək vəzifələrdə işləyirlər, dayım meşə nazirliyində.. Sən erkəklik nədir bilmirsən, onlar sənə erkəklik nədir anlatarlar” (ev istəməkdən daşındırmaq üçün İddiaçı qarşı təhdidvə aşağılayıcı formada işlədilən söslər). Buradan da görünür ki, sübut növündə təqdim etdiyi disklərdə vatsap vasitəsilə bir birinə audio səsləri göndərməklə bu danışıqlarında cavabdeh Cavabdeh iddiaçı Mehmet Şerifə bir başa formada etiraf edir ki, göndərilən pullarla ev alınmış, sonuncunun evin onun üçün alınmadığına görə pulunu istəməsi və Cavabdeh da onu bu pulları geri qaytarmaqda əmin etməsi təsdiq edilir. Bundan başqa qeyd edir ki, Mehmet Şerif ev almaq üçün pul göndərsə də, sonradan cavabdeh bu pula ona deyil anası üçün ev alıb. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilən ##.##.2025-ci il tarixli abunə müqaviləsi adlandırılmış yazılı sənəddə evin 53000 manata cavabdehin anası Səddərzadə Almasa alqı-satqı edilməsi də öz təsdiqini tapır. Onu da qeyd edir ki, məhkəməyə təqdim edilmiş Binəqədi rayon Polis İdarəsində aparılmış material üzrə dindirilərkən Mehmet Şerif evin 53.000 manata cavabdeh Cavabdeh anası X6 alınmasını qeyd etmişdir. Cavabdehin vəkili və nümayəndəsi tərəfindən təqdim edilmiş Abunə müqaviləsi adlandırılmış həmin tarixli başqa sənəddə isə ##.##.2023-cü il tarixində evin Hesablama Cədvəlində qiymətləndirmə bölümündə 55.000 manat dəyərində qiymətləndirilməsi əks olunmuşdur. Beləliklə, evin 53.000 manat pula satın alınması həm diskdə cavabdeh Cavabdeh səs yazılarındakı etiraf edici audioyazılar və cavabdehin öz nümayəndə və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş yazılı alqı-satqı qəbzində öz əksini tapır. Bundan başqa hər iki tərəfin təqdim etdikləri disklərdə 20.000 manata alınmış mebellərin evə daşınması və ustaların olması video görüntüdə əks olunur. Başqa diqqətçəkən məsələ ondan ibarətdir ki, məhkəməyə təqdim edilmiş köçürmə pul qəbzlərinin tarixindən sonrakı tarixdə evin alınması əks olunmuşdur. Belə ki, bu məsələni araşdırarkən işə baxan hakim cavabdehin nümayəndəsinin diqqətinə çatdırmışdır. Ümumiyyətlə məhkəmənin audio video yazısına baxdıqda həm bu faktın, həm evin iddiaçı Mehmet Şerif tərəfindən evin onun özü üçün alınması barədə məsələnin yazılmış diskdə Cavabdeh tərəfindən etiraf edilməsi öz əksini tapır. Bundan başqa qeyd edir ki, Cavabdeh ilk məhkəmə proseslərinin birində sualına cavab olaraq bildirmişdir ki, Mehmet Şerif özü üçün Bakı şəhərində ev almaq istəyirdi. Onun belə bir fikri vardı, lakin alınmadı. Əslində bu izahat evin Mehmet Şerif üçün alınmalı olduğunu, lakin sonradan evin onun anası üçün alınması faktını təsdiq edir. Göründüyü kimi, işə baxan məhkəmə tərəfindən təqdim edilən diski sübut növü kimi qəbul etsə də, əslində onu inventar bir əşya kimi iş materialında saxlamış, qətiyyən ona istinad etməmişdir. Onu da bildirir ki, işə baxan məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Bu borc müqaviləsi kimi deyil, bağışlama müqaviləsi kimi qeyd edilməlidir. Bu xüsusatla bağlı bildirir ki, əqdlər və öhdəliklərin yerinə yetirilməsi barədə mülki işlər üzrə müxtəlif sübutlardan, o cümlədən təhqiqat və istintaq materiallarından, tərəfin bu materiallarda izahat və ifadələri də sübut növü kimi, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən vatsap yazıları və audio səslərdən istifadə oluna bilər. Qeyd edilən sübut etmə vasitləri ilə əldə olunan faktlardan görünür ki, cavabdeh Cavabdeh İddiaçı tərəfindən pullar sonuncu üçün ev alınmasına görə göndərilmiş, göndərilən pullar əvəzsiz deyil! Bildirir ki, işə baxan hakimin Azərbaycan Respublikasının Mülki Məcəllənin 666-cı maddəsinin tələblərinə uyğun olaraq bağışlama (əvəzsiz) münasibəti kimi qiymətləndirməsi əsassızdır. Əslində söhbət daşınmaz əmlakın alqı-satqısından gedir, hansı ki, cavabdeh tərəfindən aldadılma yolu ilə pul alındıqdan sonra iddiaçı Mehmet Şerifin xarici vətəndaş olduğu bəhanə gətirilməklə sonradan yığılmış pullar anasına mülk alınmasına yönəldilmişdir. Pulların İddiaçı ev alınması ilə əlaqədar diskdə olan audio və video yazılar, Western Union vasitəsilə pul köçürülmə qəbzləri olduğu halda məhkəmə bütün bu sübutlara qiymət verməmişdir. Məhkəmədə Cavabdeh bildirmişdir ki, anası üçün alınan ev üçün pullar Gülayın Türkiyədə yaşayan bacısı tərəfindən göndərilmişdir. İşə baxan hakim cavabdehə və cavabdehin nümayəndəsinə sual vermişdir ki, əgər ananız üçün pullar Türkiyədən bacınız tərəfindən göndərilmişdirsə, bu barədə bank qəbzləri təqdim edə bilərsinizmi? Cavabdeh və nümayəndəsi də bildirmişdilər ki, təqdim edə bilərik. Lakin bu günə qədər bu bank qəbzləri məhkəməyə təqdim edilmədi. Lakin bunun əksinə cavabdeh Cavabdeh İddiaçı ev alınması üçün rəsmi olaraq 73000 manat pul göndərildiyi halda işə baxan hakim bu qəbzləri nəzərə almamış, hələ azmış kimi cəmi 12.511 dolları göndərilmələrini qətnamədə qeyd etmişdir. Hakim ya bütün göndərilmə məlumatlarını qətnamədə göstərməli idi, ya da ümumi göndərilən məbləğ barədə 1 cümlədə də qeyd edə bilərdi. Bildirir ki, iddia ərizəsi verilərkən PDF halında bank kimi adlandırılan faylla bütün bank göndərişləri qeyd edilmişdir. Bundan başqa məhkəmə prosesində sənədlərinin əsli təqdim edilmişdir, hansı ki, həmin əsli olan sənədlər PDF formasında iddia ərizəsi ilə birlikdə təqdim edilmişdir. Bütün bunlar isə hakimin birtərəfli, qərəzli, qeyri-obyektiv, ədalətsiz olmasını göstərir. İddiaçı X15 cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi Ucar Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini analogiya üzrə hazırkı işə hüquqi qiymət verilməsi üçün təqdim edir. Belə ki, yazılı müqavilə olmadan pul tələbi üzrə mülki işdə Polis İdarəsində aparılmış təhqiqat materialları da sübut növü kimi istifadə olunmuşdur. Qətnamədə qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər şəxsi, qeyri-rəsmi ailə münasibətləri xarakteri daşıyıb. Tərəflər arasında dini kəbin bağlanması, birgə ailə qurmaq barədə danışıqların uzun müddət aparılması, habelə təqdim edilmiş yazışma və səs yazılarından qarşılıqlı emosional bağlılıq və ailə müstəvisində davranışların mövcudluğu görünür. Tərəflərin təqdim etdiyi heç bir sübutda pul vəsaitlərinin göndərilməsinin müqabilində cavabdehdən konkret hüquqi öhdəlik tələb edildiyi, hər hansı xidmət göstərilməsinin qarşılıqlı şərt kimi müəyyən olunduğu və ya cavabdehin alınan məbləği mütləq qaytarmağı öz üzərinə götürdüyü barədə məlumat yoxdur. Bu halların məcmusu göstərir ki, iddiaçı tərəfindən cavabdehə göndərilən vəsaitlər şəxsi münasibətlər çərçivəsində, qarşılıqlı təminat gözlənilmədən təqdim edilib. Bununla əlaqədar bildirir ki, əvvəla təqdim edilən dini kəbin deyilən kağız saxta olmaqla İddiaçı xəbəri olmadan yazılmışdır. Belə ki, kağızda heç Mehmet Şerifin imzası belə yoxdur. Adı, soyadı, ata adı belə doğru düzgün yazılmamışdır. Belə ki, həm İddiaçı olaraq həm nümayəndə İsayev Nəsimi Vələd oğlu olaraq ərəb əlifbasında sərbəst yazıb oxunan halda bildirir ki, karandaşla oğlan deyilən qrafada Mehmed Şeirf (Mehmet Şerif olmalı), soyad Aztk (Öztürk ya ərəb yazılışında Azturk yazılmalı) idi. Dini qaydaya əsasən ata adı yazılmalı olduğu halda kağızda ərəb yazılarında ata adı yoxdur. Ata adı Zekerya ərəb əlifbasında ümumiyyətlə dini kəbin deyilən kağızda yazılmadığı halda Azərbaycan dilinə tərcümədə X1 Zekeriyya yazılıb. Yenə də bildirir ki, tərəflərin heç imzası yoxdur. Kəbin nikahı adı altında alınmış saxta sənəd İddiaçı iştirakı olmadan, onun fikri öyrənilmədən alınmışdır. Bu fakt isə yalandan ailə obrazını yaratmaq üçün gərəkli olub. Həm də Bakı şəhəri ** saylı notariat ofisinin Xüsusi notariusu X7 yalnız və yalnız tərcüməçi X5 imzasını təsdiq etmişdir. Belə olduğu halda işə baxan hakim nəyi evlilik sənədi kimi qələmə alıb? İmzasız, ad soyadı belə səhv yazılan yazının hüquqi əhəmiyyəti vardırmı? İşə baxan hakimin, həm də məhkəmə sədrinin saxta kağıza istinad etməsi və bunu hüquq verici sənəd kimi qələmə alması təəssüf hissi doğurur. Qətnamədə belə bir cümlə var: birgə ailə qurmaq barədə danışıqların uzun müddət aparılması, habelə təqdim edilmiş yazışma və səs yazılarından qarşılıqlı emosional bağlılıq və ailə müstəvisində davranışların mövcudluğu görünür. Məhkəmənin bu mövqeyi ilə əlaqədar bildirir ki, İddiaçı sosial media vasitəsilə vizual olaraq Cavabdeh ilə əlaqə saxlayıb. Məhkəməyə təqdim etdiyi pasportdan çıxarışdan görünür ki, hər dəfə bir həftə olmaqla cəmi 4 dəfə Azərbaycanda olub, bir dəfə də Cavabdeh ailəsi ilə birlikdə Türkiyədə turist kimi olublar. Evlilik söhbətinin müzakirəsi heç ailə münasibəti sayıla bilərmi? Ona qalmış o qədər nişanlı olan şəxslər var ki, heç də onların hamısının nişanı evliliklə nəticələnməyib. Tərəflər barəsində əlaqəni ailə münasibətləri və ya qeyri-rəsmi evlilik kimi nəzərə almaq olarmı? Hesab edir ki, belə olduğu halda pul əldə etmək istəyən hər hansı qız və qadınlar 4-5 dəfə kişilərlə görüşməklə “biz bir ailəyik” deyib oğlan və kişilərin pullarını ələ keçirərlər və özlərinə dayaq olaraq bu hərəkətə haqq qazandırmaq üçün analogiya olaraq hakim çıxardığı qətnaməni əsas gətirərlər. Əlbəttə həm qanun, həm hüquq, həm insani mövqe baxımından hazırki iş üzrə tərəflərin ailə münasibətlərində olması yanlış fikirdir. Azərbaycan Qanunvericiliyə görə Azərbaycan Respublikası Ailə Məcəlləsində nəzərdə tutulan normalarında rəsmi nikah, ər-arvad arasında əmlak münasibətləri əks edilmişdir. Ailə Məcəlləsinin 36-cı maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi qeyd edilmişdir. Halbuki, İddiaçı Cavabdeh ilə heç evli olmamışlar. Cavabdeh özünü Mehmet Şerifə dildə yaxın göstərməklə, onu aldatmaqla qəsdən bir bəhanələr gətirməklə ondan pulları almışdır. Cavabdeh pulları alması qeyri hüqiqi və qeyri qanunidir. Cavabdeh Mehmet Şerifə ev almaq adı ilə aldığı pullarla anası üçün ev almışdır. Bununla da mülki qanunvericiliyə əsasən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə qətnaməsində qeyd edilir ki, tərəflərin təqdim etdiyi heç bir sübutda pul vəsaitlərinin göndərilməsinin müqabilində cavabdehdən konkret hüquqi öhdəlik tələb edildiyi, hər hansı xidmət göstərilməsinin qarşılıqlı şərt kimi müəyyən olunduğu və ya cavabdehin alınan məbləği mütləq qaytarmağı öz üzərinə götürdüyü barədə məlumat yoxdur. Bu halların məcmusu göstərir ki, iddiaçı tərəfindən cavabdehə göndərilən vəsaitlər şəxsi münasibətlər çərçivəsində, qarşılıqlı təminat gözlənilmədən təqdim edilib. Bununla əlaqədar bildirirəm ki, İddiaçı tərəfindən pullar X8 köçürməvasitəsilə göndərilmişdir. Western Union köçürmə vasitəsilə pul göndərilərkən isə göndərilən pulun təyinatı, məqsədi bank əməkdaşları tərəfindən qeyd edilmir. O ki, qaldı hüquqi öhdəlik tələb etməyə, bildirir ki, məhkəməyə təqdim edilmiş diskdə olan vatsap səs yazma mesajlarında Cavabdeh açıq şəkildə Mehmet Şerifin pulları ilə ev alındığını bildirir. Cavabdeh həmin səs mesajında 30000 (yəni 30.000 dollar nəzərdə tutulur, 50.000-lik evin 30 minə satıla biləcəyini və həmin puldan Mehmet Şerifə ancaq yarısını verə biləcəyini göstərir. Onu da qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş alqı-satqı barədə qəbzdə evin 53000 manata satılması qeyd edilmişdir ki, həmin ev də Türkiyədən pullar göndərilən tarixdən sonra alınmışdır. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş Hesabat Cədvəli ##.##.2023-cü il tarixdə hazırlanmışdır. X6 rəsmi qeydiyyatda olmayan, yəni xüsusi mülkiyyətdə olmayan ev aldığı üçün hazırki mülki iş üzrə iddia tələbi pul tələbi kimi qoyulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2, 88, 106.1-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Ona görə də hesab edir ki, qarşılıqlı razılaşma əsasında cavabdehə inanılıb ona etibar edilməklə, bağlanmış bu şifahi razılaşma əsasında qanunun bu normalarına müvafiq üzərinə götürdüyü öhdəlik icra edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
33. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
34. İddiaçının nümayəndəsi və vəkili Nəsimi Vələd oğlu İsayev apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
35. Cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia qismən təmin edilməlidir.
40. Məhkəmə kollegiyası araşdırma zamanı iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə ailə qurmaq niyyətinin olduğunu, eləcə də Bakı şəhərində ev almağı düşündüyü, bu niyyətlə cavabdeh Cavabdeh ayrı-ayrı vaxtlarda 73000 manat pul göndərdiyini, lakin sonuncu tərəfindən aldadılaraq mənzili anasının adına aldığını idda edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
41. İddiaçı iddia tələbinin əsası olaraq pul köçürmələrini təsdiq edən qəbzlərə və tərəflər arasındakı səs yazılarına istinad etmişdir.
42. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir /bax bənd 29/.
43. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında pul vəsaitlərinin təqdim edilməsinə dair hər hansı əvəzli, qarşılıqlı öhdəlik yaradan yazılı və ya şifahi müqavilənin mövcudluğu sübuta yetirilməmişdir. Mövcud pul köçürmələri qəbzləri iddiaçı tərəfindən cavabdehə müəyyən məbləğlərdə pul göndərilməsini təsdiq etsə də, bu ödənişlərin təyinatı barədə heç bir sənəd və ya hüquqi əhəmiyyətli sübut təqdim edilməmiş, iddia edilən 73 000 (yetmiş üç min) manat məbləğin cavabdehə tam şəkildə verilməsi və bu vəsaitin iddiaçının adına daşınmaz əmlak alınması üçün göndərilməsi faktı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Əksinə, iş materiallarında olan səs yazılarının məzmunu və tərəflərin münasibətlərinin xarakteri göstərir ki, pul vəsaitləri iddiaçının gələcəkdə cavabdehlə aralarında nikah bağlanacağına dair şəxsi inamı və emosional bağlılığı fonunda təqdim edilmişdir. Bu cür hallarda öhdəlik yaratmaq niyyəti olmadan verilən pul vəsaitləri Azərbaycan Respublikasının Mülki Məcəllənin 666-cı maddəsinin tələblərinə uyğun olaraq bağışlama (əvəzsiz) münasibəti kimi qiymətləndirilir. Tərəflər arasında münasibətlər pozulduqdan sonra cavabdeh tərəfindən müəyyən məbləğlərin geri qaytarılması barədə iradə bildirilməsi də əvvəldən hüquqi öhdəlik yaranmasını göstərən sübut kimi qiymətləndirilə bilməz, çünki belə davranış daha çox şəxsi münasibətlərin bitməsindən sonra könüllü razılaşma niyyəti ilə izah oluna bilər və əvvəlki əvəzli hüquqi münasibətin mövcudluğunu təsdiqləmir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməli olsa da, hazırki iş üzrə iddiaçı nə 73 000 (yetmiş üç min) manat məbləğdə pul vəsaitinin tam şəkildə cavabdehə təqdim edilməsini, nə həmin vəsait hesabına cavabdehin anasının adına daşınmaz əmlak alınmasını, nə də pul köçürmələrinin öhdəlik xarakteri daşıdığını sübut edə bilməmişdir. Beləliklə, təqdim olunmuş sübutların məzmunu və qiymətləndirilməsi əsasında məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş vəsaitlərin hüquqi cəhətdən geri qaytarılması tələb oluna bilən borc və ya əvəzli öhdəlik əsasında verilməsi sübuta yetirilməmişdir, bu isə iddianın təmin edilməsi üçün zəruri hüquqi şərtlərin olmadığını göstərir. Bu səbəbdən də, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir.
44. Şabran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nəsimi Vələd oğlu İsayev apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
45. Göründüyü kimi araşdırılan mübahisə iddiaçı tərəfindən cavabdehə ev almaq niyyəti ilə pul verilməsi, ev alınmadığı üçün həmin pul məbləğinin geri qaytarılması barədədir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq qismən əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları hərtərəfli araşdırmamış, iddiaçı tərəfindən təqdim edilmiş səs yazısı müzakirə olunmamış, diskdə olan məlumatların hazırkı iş üçün əhəmiyyətli olub-olmaması öyrənilməmişdir.
47. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2008ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
49. Qeyd edildiyi kimi iddiaçı iddia tələbinin əsası olaraq tərəflər arasında olan daşnışıqları özündə əks edən səs yazılarına istinad edir.
50. Məhkəmə araşdırması zamanı mülki iş materiallarında olan səs yazısı tədqiq edilmiş, cavabdehin nümayəndəsi və vəkili həmin səs yazısının cavabdeh Cavabdeh məxsus olduğunu etiraf etmişdir.
51. Tərəflər arasında olan danışıqların məzmunundan görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında söhbət olmuş, Gülay bildirmişdir ki, «satıb paranı verəcəm...yardım edib ev almışam..15000 manat verəcəm sənə...ev konusu yapmıyasan deyə paranı verəcəm..evdə sənin də, mənim də haqqım var..evi satıb yariya böləcəm..» bildirmişdir.
52. Məhkəmə kollegiyası qeyd olunan disk materiallarını Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq qiymətləndirərək hesab edir ki, həmin səs yazılarındakı məlumatlar MPM-nin 76-cı maddəsinə müvafiq olaraq subut növü olaraq qəbul edilməlidir.
53. Kollegiya həmçinin vurğulayır ki, Gulay Bağırovanın tətqiq olunan danışıqları belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən ona pul verilmiş, həmin pula cavabdeh tərəfindən ev alınmışdır.
54. Eləcə də o da qeyd olunmalıdır ki, iddiaçı özü də iddia ərizəsində göndərilən «pulların əksəriyyəti ev alınmasına xərclənməli idi» göstərmişdir ki, bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə göndərilən pullar yalnız ev alınması üçün olmamış, həm də digər xərclərlə bağlı olmuşdur.
55. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər ailə qurmaq niyyətində olmuşlar, bu baxımdan iddiaçı cavabdehin təminatlarının qarşılanmasında iştirk etmişdir. Cavabdehə həmin pul məbləği borc və ya hər hansı öhdəlik qarşılığında göndərilməmişdir.
56. Göründüyü kimi tərəflərin ailə qurmaq və ev alaraq birlikdə yaşamaq niyyətləri olmuş, bu niyyətlə iddiaçı cavabdehin həm şəxsi təminatını qarşılamaq, həm də ev almaq niyyəti ilə cavabdehə pul göndərmişdir. Lakin sonradan tərəflər arasında münasibətlər pozulmuşdur. Bununla belə cavabdeh ev alınması üçün sərf edilmiş vəsaiti hazırki vaxtadək iddiaçıya qaytarmayaraq əsassız varlanmışdır (sonralar aradan qalxmış əsas).
57. Eyni zaman da qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim olunan sübutlarla onun tərəfindən 73.000 manat göndərilməsi öz təsdiqini tapmır.
58. Kollegiya vurğulayır ki, tətqiq olunan səs yazısında cavabdeh Cavabdeh iddiaçıya 15000 manat verəcəyinə dair etirafı iddia tələbinin qeyd olunan məbləğ həddində əsaslı olması qənaətinə gəlməyə əsas verir.
59. Kollegiya qeyd edir ki, bu halın əksini subut edən heç bir tutarlı arqument iddiaçı tərəfindən irəli sürülməmiş, dəlil olaraq göstərilməmişdir.
60. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi qismən ləğv edilməli və iddia qismən təmin olunmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.2, 385.2, 392,393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi qismən ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 15.000 (on beş min) manat tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.