Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-322/2026 10.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh4 Mənzil Tikinti Kooperativi, cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X7 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə, İddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh4 Mənzil Tikinti Kooperativi, cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı xxxxnə dair iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, cavabdeh1, cavabdeh3 və cavabdeh2 İddiaçı MMC-nin fəaliyyət göstərdiyi sexə qanunsuz hücumları, özbaşınalıqları nəticəsində 600.000 manat dəyərində - 3000 kv.m.lik sex dağıdılmış, 150.000 manat dəyərində - mazayka istehsal edən qurğu sıradan çıxmış, 100.000 manat dəyərində - mazayka özü, xammal (şüşə, kavalin, setka) və 50.000 manat dəyərində - işıq avadanlıqları (kabellər, şitlər, avtomatlar, sayğaclar) məhv olmuşdur. Akt Babaşov Mahir Ağası oğlu, Babaşov Ağası Mahir oğlu, X3, X4 və X5 tərəfindən tərtib olunmuş və imzalanmışdır.
2. Abşeron rayon polis idarəsinin təhqiqat şğbəsinin təhqiqatçısı, polis mayonu C.H.Nəzərovun ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Babaşov Mahir Ağası oğlu ##.##.2025-ci il tarixdə Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2007-ci il tarixdə X2 və Quliyev Mehmanla birlikdə cavabdeh4 Mənzil-Kommersiya Müəssisəsi (xxxx) yaradılmışdır. Həmin MTK-nın nəznində Abşeron rayonu ərazisində çox saylı uca mərtəbəli evlər inşa edilmişdir. X2 vəfat etdikdən sonra onun oğlu cavabdeh3 atasının yerinə MTK-nın təsisçilərindən biri olmuşdur. 2024-cü ildə cavabdeh3 onun imzasını saxtalaşdıraraq “öhdəlik müqaviləsi” düzəldib və həmin müqavilədə qeyd olunan külli miqdarda borc pul vəsaitini onu hədələyərək tələb etməsi barədə məlumat vermişdir. Tərəflər arasında mövcud olan mübahisə mülki xarakter daşıdığından həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
3. Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə cavabdeh Babaşov Mahir Ağası oğlundan 8.003.800 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 4.823 manat məbləğində pulun tutularaq iddiaçı cavabdeh3 ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 1.227 manatın iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci olan 105 manat və sənədlərin məhkəmə-texniki ekspertizasının xərci olan 100 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının dəyəri olan 1.000 manat məbləğində pulun yarısının - 500 manatın iddiaçıdan, qalan 500 manatının isə cavabdehdən tutularaq “X6 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh Babaşov Mahir Ağası oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə və Babaşov Mahir Ağası oğluna qarşı xxxxnə dair iddiasının rədd edilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı İddiaçı MMC cavabdehlər cavabdeh4 Mənzil Tikinti Kooperativi, cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 1000000 manat pulun, eləcə də dövlət rüsumu qismində ödənilmiş 1290 manatın cavabdehlər cavabdeh4 Mənzil Tikinti Kooperativi, cavabdeh1, cavabdeh3 və cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Babaşov Mahir Ağası oğlunun rəhbəri olduğu İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü ilin əvvəlinə kimi Abşeron rayonu, Hökməli ərazisində fəaliyyət göstərsə də cavabdehlərin təzyiqləri və özbaşınalıqları nəticəsində MMCnin fəaliyyət göstərdiyi sex dağıdılmış və bununla da Babaşov Mahir Ağası oğluna ziyan dəymişdir. Belə ki, Babaşov Mahir Ağası oğlunun təsisçisi olduğu cavabdeh4 Mənzil Tikinti Kooperativində Mahir Babaşov və həyat yoldaşına qarşı qanunsuzluqlar olduğundan, paylarına düşən gəlirlər onlara verilmədiyindən, MTK-dakı fəaliyyətlərinə əsassız şəkildə süni maneələr yaradıldığından aidiyyəti hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət etdikdən sonra Mahir Babaşovun rəhbəri olduğu fərdi MMC-yə qarşı təzyiqlər başlamışdır. Bütün bunlara rəhbərliyi məhz cavabdeh4 MTK-nın direktoru kimi özünü təqdim edən cavabdeh1 etmişdir. Bir daha qeyd edir ki, Mahir Babaşov cavabdeh4 MTK-da baş verən pozuntulara görə müraciətlər, şikayətlər etdikdən sonra direktor cavabdeh1, cavabdeh3, cavabdeh2 öz adamları vasitəsilə rəhbəri olduğu sexin fəaliyyət göstərdiyi Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisindən çıxarılmasını tələb etmişdir. Mahir Babaşov da buna etiraz etdikdə cavabdehlər özbaşına dağıntı işlərini təşkil edərək sexin dağılmasına, malların ziyan olmasına və külli miqdarda ziyanla üzləşməsinə səbəb olmuşdurlar. Nəzərə alınmalıdır ki, ərazinin başqasına məxsus olması halı belə Mahir Babaşovun sexinin zor gücünə sökülməsinə, mallara ziyan vurulmasına əsas vermir. Bunun üçün sübutlarla aidiyyəti məhkəməyə müraciət edilə bilərdi. Qeyd edir ki, Mahir Babaşov MTK-da pay hüququna malik qanuni təsisçi olmaqla MTK-nın inkişafı üçün çox əziyyət çəkmiş, maddi dəstək olmuş, o cümlədən, fəaliyyət göstərdiyi ərazinin müqabilində cavabdeh1 kifayət qədər vəsait vermiş və cavabdeh1 də söz vermişdir ki, yaxın müddətdə yeni bir ərazinin verilməsini təşkil edəcəkdir. Lakin görünən odur ki, cavabdeh1 Mahir Babaşovun haqlı şikayətlərindən sonra öz öhdəliyini yerinə yetirməyərək Mahir Babaşova qarşı qanunsuzluqlarını davam etdirərək tam qanuni əsaslarla ona məxsus sexin fəaliyyət göstərdiyi ərazidən təzyiqlərlə çıxarılmasını əvvəlcədən planlaşdırmışdır. 2023-cü ilin əvvəlində cavabdehlər tərəfindən sexin uçurulması, ərazidən çıxarılması tələbi səbəbindən Mahir Babaşov bir neçə ay yeni sex, ərazi axtarmış və bu müddətdə də fəaliyyət olmadığından işçilər işsiz qalmış və ziyanlarla üzləşmişdir. Hər keçən gün sexin fəaliyyətsiz qalması əlavə xərclərə, ziyanlara səbəb olacağından Mahir Babaşov sexin başqa əraziyə keçirilməsinə məcburi şəkildə razı olmuşdur. Cavabdehlərin təqsiri üzündən Mahir Babaşov 3000 kv.m. ərazisindən məhrum olmuş, aylarla sex fəaliyyətsiz qalmış, sexdəki avadanlıqlar, məhsullar xarab olmuşdur. Aylar keçdikdən sonra Mahir Babaşov hazırda fəaliyyət göstərdiyi ərazi üzrə icarə müqaviləsi bağlamışdır və cavabdehlərin təqsiri üzündən Mahir Babaşov icarə haqqı ödəyir, bundan əlavə ödənişlər də ödəməyə məcburdur. Sexin sökülməsi qanunsuz olduğundan, rəhbəri olduğu MMC-yə qarşı özbaşınalıq edildiyindən və bunu da cavabdehlər çox yaxşı bildiyindən cavabdeh4 MTK-nın direktoru cavabdeh1 Mahir Babaşova yeni ərazi və sexin veriləcəyinə dair vədlər versə də, artıq keçən müddət göstərir ki, bu, baş verməyəcəkdir. Belə olduğu halda cavabdehlər iddiaçı şirkətə vurulan ziyanı ödəməyə borcludur. Sexin uçurulması, mallara ziyan vurulması, aylar üzrə fəaliyyətsiz qalma, icarəyə yeni ərazinin, sexin tapılması səbəbindən Mahir Babaşov ümumilikdə 1000000 manat məbləğində ziyana düşmüş, bu da cavabdehlərin təqsiri üzündən baş verdiyindən onlar müştərək qaydada Mahir Babaşov və onun rəhbəri olduğu İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında cavabdehlik daşıdığından dəymiş ziyanı tam şəkildə ödəməlidirlər. Bildirir ki, mübahisənin məhkəmədən kənar həlli üçün addımlar atılsa və əvvəllər cavabdehlər tərəfindən vədlər verilsə də hazırkı günə heç bir mötəbər tədbir görülməmiş, iddiaçı şirkətə dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən də iddiaçı şirkət hüquqlarının müdafiəsi və tələbin təmini üçün aidiyyəti qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı şirkət cavabdeh cavabdeh2 məxsus ərazidə fəaliyyət göstərmişdir. Torpaq sahəsi cavabdeh cavabdeh2 məxsus olduğu üçün cavabdehlər həmin ərazini dağıtmışdır. İddiaçı İddiaçı MMC-yə dəymiş ziyan ilə bağlı akt tərtib olunmuş və iddiaçı şirkətə 100000 manat zərər dəydiyi müəyyən edilmişdir. Bildirilir ki, iddiaçı şirkətin rəhbəri Mahir Babaşovun cavabdeh4 Mənzil Tikinti Kooperativinə qarşı mülki işi vardır. Cavabdeh cavabdeh2 Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıdan 100000 ABŞ dolları pul tutulmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin qərarı ləğv edilmişdir və hazırda sözügedən mülki iş üzrə icraat davam edir. Məhkəməyə iddiaçı şirkətin rəhbəri Mahir Babaşov və digərləri tərəfindən tərtib edilən akt təqdim edilmişdir. İddiaçı şirkətin fəaliyyət göstərdiyi ərazi cavabdehlər tərəfindən dağıdıldığı zaman Mahir Babaşov polisə şikayət etmişdir. Cavabdehlər hazırkı iddiaya qarşı əks arqument qoya bilmirlər. İddiaçı şirkətin rəhbəri Mahir Babaşovun öz əmlakına dəymiş ziyana görə onlar iddia qaldırmışdırlar. Bu zərər kommersiya fəaliyyətindən irəli gəlmir və buna sübut kimi Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə və akta istinad edirlər. İddiaçı tərəf olaraq obyekt özlərinə məxsus olduğu üçün onlar ziyanın həcmini 1000000 manat məbləğində müəyyənləşdirmişdirlər.
8. Cavabdeh cavabdeh4 Mənzil Tikinti Kooperativi iddia tələbinə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, iddia tamamilə əsassızdır. Belə ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 6 ha torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsində cavabdeh4 MTK tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisi həyata keçirilir. cavabdeh2 cavabdeh4 MTK-nın təsisçilərindən biridir. Qeyd edilən torpaq sahəsi və təsis payı ona mərhum əri X2 miras əmlak kimi qalmışdır. Belə ki, torpağa mülkiyyət hüququna dair (JN-0053 KOD 30800036 ) Dövlət aktı ilə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində 7 ha torpaq sahəsi X2 məxsus olmuş, bu barədə ona ##.##.2008ci il tarixli, 1608013602 qeydiyyat nörməli çıxarış verilmişdir. X2 ilk növbədə cavabdeh4 MTKnın hüquqi varisi olduğu “xxxx” MTK-nın təsisçisi olmuş və ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində tikinti işlərinə razılıq vermişdir. Məhz bu səbəbdən Abşeron rayon İcra Hakimiyyəti Başçısının ##.##.2007-ci il tarixli Sərəncamı ilə 7 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Həmin vaxtdan bəri “xxxx” MTK, daha sonra hüquqi varis cavabdeh4 MTK tərəfindən sözügedən ərazidə davamlı olaraq çoxmənzilli yaşayış binaları tikilməkdə davam etmişdir. X2 ##.##.2016cı il tarixdə vəfat etmiş və vərəsəliyi cavabdeh2 qəbul etmişdir. Torpaq sahəsi cavabdeh2 adına keçəndə 1 ha torpaq sahəsində yerləşən binanın sakinlərinə çıxarışlar təqdim edildiyindən 6 ha torpaq sahəsinə dair çıxarış cavabdeh2 təqdim olunmuşdur. Eyni zamanda torpaq sahəsinin koordinatlarını göstərən torpaq sahəsinin plan və ölçüsündə cavabdeh2 təqdim olunmuşdur. “xxxx” MTK (hüquqi varis kimi cavabdeh4 MTK) və İddiaçı MMC Kamil Quliyevin vəsaiti hesabına qurulmuş, MTK-da 5 təsisçi olmalı olduğuna görə Mahir Babaşov və yoldaşı Dilşad Babaşova Kamil Quliyevin göstərişlərinə əsasən formal olaraq təsisçi kimi qeyd edilmişdirlər. Eyni zamanda İddiaçı MMC Kamil Quliyevin vəsaiti hesabına qurulmuş və ona məxsus olan ərazidə yerləşən binada fəaliyyətə başlamışdır. cavabdeh2, oğlu cavabdeh3 və cavabdeh4 MTK ilə Mahir Babaşovun mübahisələri başlanandan sonra Mahir Babaşov cavabdeh2 məxsus torpaqda yerləşən MMC-ni başqa əraziyə köçürmüş və orada fəaliyyətini davam etdirmişdir. cavabdeh2 mərhum əri Kamil Quliyevin vərəsəsi kimi iddiaçılar İddiaçı MMC və Mahir Babaşova qarşı Nəsimi Rayon Məhkəməsində ilkin olaraq “paya mülkiyyət hüququnun tanınması və s.” tələblə, daha sonra iddia dəqiqləşməsi apararaq “xxxx” ilə iddia qaldırmış və mərhum əri tərəfindən MMC-yə qoyulmuş 100000 ABŞ dolları məbləğində pulun iddiaçı şirkətdən və Mahir Babaşovdan tutulmasını xahiş etmişdir. İş hal-hazırda baxılmaqdadır. İddiaçı İddiaçı MMC Kamil Quliyevin vəsaiti hesabına qurulmuş, MMC ona məxsus, hazırda isə cavabdeh2 məxsus ərazidə uzun müddət fəaliyyət göstərmişdir. İddiaçının iddia etdiyi zərərin heç bir sübutu mövcud deyildir. Həmin ərazi ona məxsus olmamışdır. Eyni zamanda uzun müddət fəaliyyətsiz qalması da ağlabatan deyildir. Bu barədə də hər hansısa sübut təqdim olunmamışdır. Ümumiyyətlə, Sumqayıt Kommersiya Məhkəməsində iddiaçının təsisçisi Mahir Babaşovun cavabdeh4 MTK-ya qarşı saysız işləri mövcuddur. Hamısı da mövcud mübahisələrdən sonra qaldırılmışdır. Bunlar da bir daha sübut edir ki, iddiaçının ərizəsi formal mülahizələrə əsaslanır. Görünən odur ki, iddiaçı tərəfin qaldırmış olduğu iddia ilə bağlı heç bir mötəbər sübutu mövcud deyildir. Yəni iddiaçının iddia etdiyi obyektin ona məxsusluğu heç bir mötəbər sənədlə sübut olunmur. Lakin cavabdeh tərəf olaraq MTK-nın yerləşdiyi ərazi cavabdeh2 məxsusdur. Eyni zamanda məhkəmənin diqqətinə bir hal da çatdırır ki, Mahir Babaşov Kamil Quliyevin yaxın köməkçisi olmuş, Kamil Quliyev öz vəsaiti hesabına aldığı əmlakları Mahir Babaşovun adına sənədləşdirmiş, eyni zamanda ona borca pul vəsaiti də vermişdir. Bununla bağlı Mahir Babaşovun yazmış olduğu “öhdəlik ərizəsi” mövcuddur. Həmin ərizə üzrə öhdəliklər yerinə yetirilmədiyindən cavabdeh3 tərəfindən Mahir Babaşova qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırılmış, iddia təmin olunmuş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsində qüvvədə saxlanılmışdır. Bütün bunlar bir daha Mahir Babaşovun formal təsisçi olmasını sübut edir. Odur ki, göstərilənlərin nəzərə alınaraq, o, iddiaçı şirkətin əsassız iddiasının təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
9. Məhkəməyə şahid qismində dindirilmiş Babaşov Ağası Mahir oğlu məhkəmə ifadəsində bildirmişdir ki, cavabdehlər cavabdeh3 və cavabdeh1 ekskavatorla və fəhlələrlə birlikdə obyektə gəlib söküntü işləri aparmağa başlamış, ona məxsus mozaik aparatlarını, şəkilləri və avadanlıqlarını aparmışdırlar. İddiaçı şirkətə ümumilikdə 1000000 manat məbləğində zərər vurulmuşdur. Məhz həmin gün onlar tərəfindən akt tərtib olunmuşdur. Təkcə sexi yenidən inşa etmək üçün 600000 manat xərc çəkilməlidir. Onun mozaikaları 100000 manat, istehsal aparatları isə 150000 manat dəyərində olmuşdur. Qeyd edir ki, cavabdehlər tərəfindən sexin yerləşdiyi ərazinin dağıdılması hadisəsi 2023-cü ilin aprel ayında baş vermişdir. Onların hüquqi təhsilləri olmadığından bu məsələ ilə bağlı sakit qalmışdırlar.
10. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia rədd edilmiş və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1290 manat dövlət rüsumunun iddiaçı İddiaçı MMC-yə aid edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən təqdim edilmiş ziyanın təsdiqi barədə akt, cavabdehlərin MMC-yə qarşı maraqlarının təmin edilməməsi barədə Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi və cavabdehlərin təqsirinin şahidi olmuş şəxslərin şahid qismində iştirakının vacibliyi diqqətə alınmamış, hətta aktlar məhkəmə qətnaməsində əksini tapmamışdır. Halbuki məhkəmə qeyd edilən aktın nə üçün sübut kimi qəbul edilmədiyi barədə əsaslandırma etməli idi. Bunun əksi isə məhkəmənin işdəki sübutlara natamam baxdığını, prosessual normaların tələblərini də pozduğunu göstərir. Qeyd edilən akta imza atmış, hadisənin şahidi olan şəxs kifayət qədər əsaslı fikirlər bildirsə və suallara dolğun şəkildə cavab versə də məhkəmə şahid ifadəsini nəzərə almamış, tərəfindən təqdim edilmiş mötəbər sübutları, faktları görməzdən gəlməyi seçmiş və bununla da cavabdehin pozuntusunun qarşısını almağa şərait yaratmayaraq hüquqlarının bir daha kobud şəkildə pozulmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, cavabdehlər prosesdə iştirak etməmiş, sadəcə olaraq cavabdeh1 etiraz yarazaraq MMC-nin guya cavabdeh3 və anasına aid olmasına və bu barədə Nəsimi Rayon Məhkəməsində məhkəmə işinin olduğunu qeyd etsə də, sözügedən məhkəmə işi üzrə tələbin əsassız olması səbəbindən iddianın rədd edilməsi barədə qətnamə sübut qismində sistemə əlavə edilmiş, məhkəmə isə bu nüansı görməzdən gəlməyi seçmişdir. Cavabdehlər iddianın əsassızlığına, təqdim edilmiş sübutların mötəbərsizliyinə dair heç bir fakt irəli sürməmiş və iddiaçının sübutlarını təkzib etməmişdir. Belə olan halda hakimin iddianın əsaslılığı sübuta yetirilməmişdir kimi formal cümlə yazması ədalətli məhkəmə araşdırmasına adekvat olan hal deyildir. İşin hallarından görünür ki, cavabdehlərin hərəkətləri nəticəsində MMC-yə ziyan dəymişdir. Odur ki, cavabdehlər onun qarşısında məsuliyyət daşıdıqlarından iddia tələbinin təmin edilməsi zəruridir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
13. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
16. Cavabdeh cavabdeh4 Mənzil Tikinti Kooperativi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının heç bir əsaslı sübutunun mövcud olmadığını, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
18. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...)
19. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
20. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. İş materiallarında olan ##.##.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, cavabdeh1, cavabdeh3 və cavabdeh2 İddiaçı MMC-nin fəaliyyət göstərdiyi sexə qanunsuz hücumlariŞ özbaşınalıqları nəticəsində 600.000 manat dəyərində - 3000 kv.m.lik sex dağıdılmış, 150.000 manat dəyərində - mazayka istehsal edən qurğu sıradan çıxmış, 100.000 manat dəyərində mazayka özü, xammal (şüşə, kavalin, setka) və 50.000 manat dəyərində - işıq avadanlıqları (kabellər, şitlər, avtomatlar, sayğaclar) məhv olmuşdur. Akt Babaşov Mahir Ağası oğlu, Babaşov Ağası Mahir oğlu, X3, X4 və X5 tərəfindən tərtib olunmuş və imzalanmışdır.
30. İddia ərizəsindən görünür ki, İddiaçı MMC cavabdeh cavabdeh2 məxsus ərazidə fəaliyyət göstərmişdir. MMC-nin direktoru Mahir Babaşov bir neçə ay yeni sex, ərazi axtarmış və bu müddətdə də fəaliyyət olmadığından işçilər işsiz qalmış və ziyanlarla üzləşmişdir. Hər keçən gün sexin fəaliyyətsiz qalması əlavə xərclərə, ziyanlara səbəb olacağından Mahir Babaşov sexin başqa əraziyə keçirilməsinə məcburi şəkildə razı olmuşdur. Cavabdehlərin təqsiri üzündən Mahir Babaşov 3000 kv.m. ərazisindən məhrum olmuş, aylarla sex fəaliyyətsiz qalmış, sexdəki avadanlıqlar, məhsullar xarab olmuşdur. Aylar keçdikdən sonra Mahir Babaşov hazırda fəaliyyət göstərdiyi ərazi üzrə icarə müqaviləsi bağlamışdır və cavabdehlərin təqsiri üzündən Mahir Babaşov icarə haqqı ödəyir, bundan əlavə ödənişlər də ödəməyə məcburdur. Sexin sökülməsi qanunsuz olduğundan, rəhbəri olduğu MMC-yə qarşı özbaşınalıq edildiyindən və bunu da cavabdehlər çox yaxşı bildiyindən cavabdeh4 MTK-nın direktoru cavabdeh1 Mahir Babaşova yeni ərazi və sexin veriləcəyinə dair vədlər versə də, artıq keçən müddət göstərir ki, bu, baş verməyəcəkdir. Belə olduğu halda cavabdehlər iddiaçı şirkətə vurulan ziyanı ödəməyə borcludur.
31. Göründüyü kimi iddiaçı həm sexin başqa əraziyə keçirilməsinə məcburi şəkildə razı olduğunu, həm ona yeni ərazi və sexin veriləcəyinə dair cavabdeh tərəfin vədlər verib əməl etmədiyinə, həm də cavabdehlərin ona qarşı mülki hüquq pozuntusu törətməsinə istinad edərək mövcud iddianı qaldırmışdır.
32. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. Lakin iddiaçı cavabdehlərin özbaşınalıqla onun fəaliyyət göstərdiyi sexi dağıtmalarını, bununla da iddiaçı şirkətə 1000000 manat məbləğində ziyan dəydiyini göstərsə də, cavabdehlərin ona qarşı mülki hüquq pozuntusu ilə nəticələnən təqsirli, hüquqa zidd əməlləri barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.
34. İddiaçı tərəfindən istinad olunan ##.##.2023-cü il tarixli aktı isə kollegiya mötəbər sübut kimi qəbul etmir və qeyd edir ki, göstərilən akt işin nəticəsində maraqlı olan şəxs Babaşov Mahir Ağası oğlu və onunla işləyən şəxslər tərəfindən tərtib edilmişdir. Aktın tərtib edilməsində maraqlı olması şübhə doğurmayan şahidlərin iştirakı təmin olunmamışdır. O cümlədən, təqsirli hərəkətləri əks etdirən videogörüntü, hər hansı sənəd, material və s. məlumatları iddiaçı məhkəməyə təqdim edə bilməmişdir.
35. İddiaçının istinad etdiyi məhkəmə qərarlarında isə hazırkı mübahisənin əsasını təşkil edən sexin dağıdılması, bunun nəticəsində iddiaçıya zərər vurulmasına dair hallar öz əksini tapmamışdır.
36. Kollegiya hesab edir ki, iddianın əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
37. Kollegiya qeyd edir ki, mövcud iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
40. Beləliklə cavabdeh tərəfindən iddiaçının əmlakına ziyan vurulması halı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.