Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5218/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı vəkili X2, Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 noyabr 2019-ci il tarixli, 2(004)-5685/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə və “xxxx” MMC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 30.08.2019-cu il tarixdə müraciət edərək, ona məxsus Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin, 21 nömrəli mənzilinə dair keçirilmiş hərracın nəticələri haqqında cavabdeh “xxxx” MMC-nin 12.03.2019-cu il tarixli, Y-95 nömrəli yekun protokolunun və həmin protokol əsasında bağlanmış 12.03.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 BOKT ASC ilə İddiaçı arasında bağlanmış 04.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1BOKT ASC İddiaçı illik 28 faiz ödəmək şərti ilə 60 ay müddətinə 21000 ABŞ dolları kredit vermişdir. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyətindəki Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin, 21 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Evin real bazar dəyəri 120.000 manat olsa da, borcverən ilə borcalan arasında bağlanmış ipoteka müqaviləsində mübahisəli mənzilin qiyməti 50000 manat dəyərində qiymətləndirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə Cavabdeh1 BOKT ASC ona qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və müvafiq qətnamələr qəbul edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 186950/18- 18-14 nömrəli sifariş məktubu əsasında Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2017-ci il tarixli 2(103)-6301/2017 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin, 21 nömrəli mənzili satılması üçün hərraca çıxarılmışdır. İcra tədbirləri nəticəsində “xxxx” MMC tərəfindən Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin, 21 nömrəli mənzilin ilkin satış qiyməti 50000 manat müəyyən edilmiş və həmin mənzilin son qiyməti 31875 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin hərracın nəricələri haqqında 12.03.2019-cu il tarixli, Y- 95 saylı yekun protokoluna əsasən 12.03.2019-cu il tarixdə keçirilmiş hərrac nəticəsində İddiaçı məxsus olan Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin, 21 saylı mənzili tətbiq edilmiş enmiş faizləri nəticəsində 31875 manat dəyərində qalib-alıcı Cavabdeh1 BOKT ASC-yə satılmışdır. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin, 21 nömrəli mənzilinin müəyyən edilmiş dəyəri ilə razı deyildir. Hesab edir ki, mənzilin dəyəri qat-qat aşağı salınmışdır, çünki mənzilin qiyməti 100.000-120.000 manat təşkil edir. İddiaçı hərracın keçirilməsi barədə bildirişləri şəxsən alsa da, üzürlü səbəblərdən orada iştirak edə bilməmişdir. Hərracın nəricələri haqqında 12.03.2019-cu il tarixli, Y-95 nömrəli yekun protokol, həmin protokol əsasında bağlanmış 12.03.2019-cu il tarixli əmlakın alğı-satqı müqaviləsi ləğv edilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 noyabr 2019-ci il tarixli, 2(004)-5685/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 noyabr 2019-ci il tarixli, 2(004)-5685/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, qeyd olunur ki, hərracdan göndərilmiş məktublardan məlumatı olmuşdur ki, ev hərraca çıxarılıb, çox ucuz qiymətə satılıb. Üzürlü səbəbdən hərracda iştirak edə bilməmişdir. 120000 manatlıq evi onun məlumatsızlığından istifadə edərək, 31000 manata sataraq Bank özü götürmüşdür. İndi də deyirlər ki, ev onlarındır, gəl 21000 ABŞ dollarını götür. Həmçinin yaranmış vəziyyətdən sui-istifadə edərək, evini ondan gizlin 31875 manata Bank götürmüşdür. Ona külli miqdarda maddi ziyan dəyib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli, 2(103)- 1674/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 06 noyabr 2019-ci il tarixli, 2(004)-5685/2019 saylı qətnaməsi ləğv edilərək, idia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 11 mart 2021-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili X5 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayəti və iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər, izahatlarında əlavə olaraq qeyd etdilər ki, Banka 21000 ABŞ dolları ödəniləndə, Bank evin ipotekadan azad ediləcəyini bildirmişdir. Bankın nümayəndəsinin əvvəlki apellyasiya mərhələsində bununla bağlı izahatı da alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, iddiaçı hərracın keçirilməsindən məlumatlı olmuşdur, bundan əlavə evin ilkin satış qiyməti qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunub. Digər dəlilə münasibətdə isə qeyd olunmalıdır ki, Bankla iddiaçı arasında 21000 ABŞ dolları məbləğində pul ödənilməklə iddiaçının borcdan azad olunacağı barədə hər hansı “razılaşma” olmamışdır, bunu sübut edən hər hansı yazılı və digər sübut mövcud deyildir. Cavabdeh “xxxx” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi verilməklə məlumat verilsə də, MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat vərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçını, onun vəkilini, cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 noyabr 2019-ci il tarixli, 2(004)-5685/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 04.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT ASC İddiaçı illik 28 faiz ödəmək şərti ilə 60 ay müddətinə 21.000 ABŞ dolları kreditvermişdir. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin, 21 saylı mənzili Cavabdeh1 BOKT ASCnin xeyrinə ipoteka ilə yüklü etmişdir. Tərəflərin razılaşmasına əsasən ipoteka müqaviləsində mənzilin qiyməti 50.000 manat müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09.03.2017-ci il tarixli, 2(010)-234/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı 04.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 20.321,60 ABŞ dolları əsas borcu, 8.415,57 ABŞ dolları faiz borcu, 8.862 ABŞ dolları cərimə olmaqla, cəmi 37.599,17 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Cavabdeh1 BOKT ASC-yə ödənilməsi, tutmanın – ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsait hesabına borclunun Cavabdeh1 BOKT ASC-yə olan borcunu ödənilməsi və İddiaçı əşyaları ilə brlikdə mübahisəli mənzil açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.07.2017-ci il tarixli 2(103)- 6301/2017 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı 04.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 20.321,60 ABŞ dolları əsas borcu, 8.415,57 ABŞ dolları faiz borcu, 8.862 ABŞ dolları cərimə olmaqla, cəmi 37.599,17 borc və ödənilmiş 31 manat dövlət rüsumu tutularaq Cavabdeh1 BOKT ASC-yə ödənilməsi, tutmanın – ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsait hesabına borclunun Cavabdeh1 BOKT ASC-yə olan borcunu ödənilməsi, İddiaçı əşyaları ilə brlikdə mübahisəli mənzil açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılması və tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaiti İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.07.2017-cu il tarixli 2(103)- 6301/2017 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarına əsasən 26.07.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və 04.09.2018-ci il tarixdə icra vərəqəsi verilməklə icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 186950/18-18-14 nömrəli sifariş məktubu əsasında Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2017-ci il tarixli 2(103)- 6301/2017 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin, 21 nömrəli mənzili satılması üçün hərraca çıxarılmışdır. İcra tədbirləri nəticəsində “xxxx” MMC tərəfindən Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin, 21 nömrəli mənzilin ilkin satış qiyməti 50000 manat müəyyən edilmiş və həmin mənzilin son qiyməti 31875 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin hərracın nəricələri haqqında 12.03.2019-cu il tarixli Y95 nömrəli yekun protokoluna əsasən 12.03.2019-cu il tarixdə keçirilmiş hərrac nəticəsində İddiaçı məxsus olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin, 21 nömrəli mənzili tətbiq edilmiş enmiş faizləri nəticəsində 31875 manata qalib-alıcı Cavabdeh1 BOKT ASC-yə satılmışdır. “xxxx” MMC-nin “hərracın nəticələri haqqında” 12.03.2019-cu il tarixli Y-95 nömrəli protokolundan və “xxxx” MMC ilə Cavabdeh1 BOKT ASC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 12.03.2019-cu il tarixli müqavilədən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2017-ci il tarixli 2(103)-6301/2017 nömrəli icra sənədi əsasında borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin, 21 nömrəli mənzilinin ilkin satış qiyməti 50.000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti 50000 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 31875 manat müəyyən edilmişdir. Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh1 BOKT ASC Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin 21 nömrəli mənzilini 31875 manata almışdır. “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə əsasən ipoteka Cavabdeh1 BOKT ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2017-ci il tarixli 2(103)-6301/2017 nömrəli icra sənədi əsasında borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin, 21 nömrəli mənzilinin ilkin satış qiyməti 50000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti 50000 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 31875 manat müəyyən edilmişdir. Keçirilən iki hərrac baş tutmadığına görə“İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh1 BOKT ASC Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin 21 nömrəli mənzilini 31875 manata almışdır. “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinəəsasən ipoteka Cavabdeh1 BOKT ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hərracın keçirilməsindən məlumatlı olmuşdur, o, bu faktı özünün iddia ərizəsində etiraf etmişdir. İddiaçı hərracın 19.01.2019-cu il və 16.02.2019-cu il tarixlərdə keçirilməsi barədə bildirişləri şəxsən almışdır. Lakin üzrlü səbəblər olmadan keçirilmiş hərracda iştirak etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus olan ipoteka predmeti olan mənzilin qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən ilkin satış qiyməti 50000 manat müəyyən edilməklə açıq hərraça çıxarılması və daha sonra qiymət aşağı salınmaqla 31875 manata hərracdan satılması qanunvericiliklə müəyyən edilmiş qaydalara əmək edilməklə həyata keçirilmiş, hərracın etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Odur ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 317.1, 317.2, 414.2, 414.3, 415.5, 416.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İpoteka haqqında” Qanun) 41.2, 42.1, 43.4, 43.5, 43.7, 44-cü maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İcra haqqında” Qanun) 53.2, 61.1, 61.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 11 mart 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Baxılan iş üzrə iddiaçı borcun tutulması barədə qətnamədən sonra kreditorla danışıqlar aparıldığını və 21.000 ABŞ dolları ödəyəcəyi halda qalan borcun silinəcəyi (bağışlanacağı) və mənzilinin ipotekadan azad olunacağına dair razılaşma əldə etdiklərini və məhz həmin razılaşmaya əsasən də 21.000 ABŞ dollarını əldə edib Kredti Təşkilatına birdəfəyə ödədiyini bildirmişdir. Kredit Təşkilatının nümayəndəsi, həmçinin hal-hazırda da həmin təşkilatda işləyən və iş üzrə şahid qismində dindirilmiş Nofəl İbrahimov qətnamə icraya yönldildikdən sonra iddiaçı ilə Kredit Təşkilatı arasında danışılqar apardığını və qətnamə icra mərhələsində olduğu zaman iddiaçı tərəfindən onlara 21000 ABŞ dolları ödədiyini bildirsələr (etiraf etsələr) də, tərəflər arasında qalan borcun silinəcəyi (bağışlanacağı) və mənzilinin ipotekadan azad olunacağına dair razılaşma əldə olunmadığını bildirmişlər. Həmçinin tərəflər arasında belə şərtlərlə yazılı razılığın olmadığı işin mübahisəsiz halıdır. Lakin apellyasiya instansiyası məhkəməsi MPM-in 9.3, 106.1 və 88-ci maddələrinin tələblərinə zidd olaraq belə qənaətə gəlmişdir ki, iş üzrə tərəflər arasında qalan borcun silinəcəyi və mənzilinin ipotekadan azad olunacağına dair razılaşma əldə edildiyi müəyyən edilmişdir. Məhkəmə, həmçinin MPM-in 77.1-ci maddəsinin tələbinə zidd olaraq iddiaçının istinad etdiyi və cavabdehin mövcudluğunu mübahisələndirdiyi halları sübut etmək yükünün cavabdehin üzərində olduğu barədə nəticəyə gəlmiş və hesab etmişdir ki, cavabdeh tərəf həmin halı, yəni iddiaçının qalan borcunun silinəcəyi (bağışlanacağı) və mənzilinin ipotekadan azad olunacağına dair razılaşma əldə olunmadığını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki apellyasiya mərhələsində cavabdeh tərəf iddiaçının 21000 ABŞ dolları ödədiyini etiraf etsə də, iddiaçı sübut etmə yükünə əsasən tərəflər arasında qalan borcun silinəcəyi (bağışlanacağı) və mənzilinin ipotekadan azad olunacağına dair razılaşma olması ilə bağlı mötəbər sübutlarını təqdim etməmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası əsaslı olduğu üçün, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məxəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 noyabr 2019-ci il tarixli, 2(004)- 5685/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5218/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5218/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver