Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5218/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, iddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-2511/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan ünvanda (abonent kodu: **********00002) təbii qazdan istifadə ilə bağlı hesablanmış 3.525,12 manat və 216 manat borc silinsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, həmin borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçıya aid olan ünvan üzrə cavabdeh xx.xx.2020-ci il tarixli akt tərtib edib. Aktda qeyd olunub ki, həmin ünvanda qaz sayğacının yivli birləşmələri korroziyaya uğrayıb, sayğacın yaddaş arxivinin oxunması mümkün deyil. Daha sonra hesabat aparılıb, dəymiş ziyanın əvəzi kimi iddiaçıya göstərilən məbləğdə borc hesablanıb. Korroziya metalların və onların ərintilərinin ətraf mühitin təsirindən dağılmasıdır. Korroziyanın baş verməsində iddaçının təqsiri yoxdur, korroziyanın səbəbi ətraf mühitdir, ətraf mühiti iddiaçı yaratmayıb, sayğac onun evindən kənarda yerləşir. İddiaçının sayğaca müdaxilə etdiyi və qazdan sayğacdankənar istifadə etdiyi müəyyən olunmur. İddiaçı belə hərəkətlərə yol vermədiyini bildirir, cavabdeh isə iddiaçının belə hərəkətlərə yol veridyini təsdiq edən sübut təqdim etməyib. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(011)- 2511/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5218/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5218/2023
08.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver