Məhkəmə qərarları › İş №2(103)-5224/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5224/2021

12.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5224/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı SOCAR-ın İddiaçıt Birliyinin nümayəndəsi X9, cavabdeh X3 və nümayəndəsi vəkil X6 iştirakları ilə, iddiaçı SOCAR-ın İddiaçıt Birliyinin, cavabdeh X2 qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-214/2020 saylı işi üzrə 05 mart 2020-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 03 oktyabr 2019-cu il tarixdə SOCAR «Azneft» İB Cavabdeh qarşı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının balansında olan torpaq sahəsində və 2417 nömrəli neft quyusunun mühafizə zolağında ünvan 1 ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin ‘‘Azneft” İB-nin istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 23.01.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən cavabdeh X1 istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi "Bibiheybətneft” NQÇİ ərazisində yerləşir. Cavabdeh X1 istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir (səh.47), məhkəmə tikinti-texniki ekspertizasının 31.01.2020-ci il tarixli 28617 saylı rəyinə əsasən 1-ci sual üzrə:-Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin yerlquruluşu, torpaq kadastı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi R.Heydərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi "Bibiheybət” NQÇİ ərazisində yerləşir;-2-ci sual üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi R.Heydərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir.-3-cü sual üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi R.Heydərov tərəfindən 3-cü sualın cavablandırılmasının Daşınmaz Əmlakın Kadastı və Ünvan Reyestri Xidmətinin səlahiyyətləri xaricində olduğunu qeyd etmişdir. Mülki iş materiallarında cavabdeh X1 istifadəsində olan tikiliyə dair hər hansı hüquqmüəyyənedici və ya texniki sənəd olmadığına görə 3-cü sual üzrə tədqiqat aparılmadı (səh.54). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-214/2020 saylı işi üzrə 05 mart 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayət verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4944/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10.03.2021-ci il tarixli, 2(102)-1616/2021 saylı Qərarı ilə Kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərililmişdir. Qərarda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9, 22; Mülki Prosessual Məcəllənin 88, 97.1, 103.2-ci madddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı onların qanuni istifadəsində olan torpaq sahəsinin neft quyularının mühafizə zolağında cavabdeh tərəfindən 100 kv.m torpaq sahəsinin zəbt edilərək özbaşına tikili inşa edildiyinə istinad edərək, həmin tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin geri qaytarılması tələbinə dair hazırki iddianı irəli sürmüşdür.Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14.02.2003-cü il tarixli qərarına əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxdıqda məhkəmələr hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusunu müəyyən etməlidirlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınan və bu barədə müvafiq sübut hesab edilə bilən 23 yanvar 2020-ci il tarixli rəyinə əsasən, cavabdehin istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi "Bibiheybət” NQÇİ ərazisində yerləşdiyi və həmin torpaq sahəsinin də məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olduğu müəyyən edilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən alınmış 31 yanvar 2020-ci il tarixli ekspert rəyində də inşa edilən özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin "Bibiheybət” NQÇİ ərazisində yerləşdiyi və həmin torpaq sahəsinin də məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olduğu göstərilmişdir. Apellyasiya məhkəməsi qeyd edilən mütəxəssis və ekspert rəylərinə sübut qismində ümumiyyətlə hüquqi qiymət verməmiş, həmin rəylərlə razılaşmaması barədə gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmamışdır. Apellyasiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticənin əsası kimi cavabdeh tərəfindən təqdim edilmiş həmin ünvan üzrə 1920-ci ildə inşa edildiyi qeyd edilən tikiliyə dair hüquqmüəyyənedici sənədlər əsasında cavabdehin mübahisələndirilən tikilinin mülkiyyətçisi olmasına istinad etmişdir. Halbuki iddia tələbi cavabdeh tərəfindən 100 kv.m sahənin zəbt edilərək qanunsuz tikili inşa edildiyi ilə əsaslandırılmışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan tikilinin iddiaçının sökülməsini tələb etdiyi tikili ilə eyni tikili olduğu müəyyən edilməmişdir. tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sorğuya cavab məktubunda Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi 13 saylı evin 7 saylı mənzili 2 saylı DNKnın 4ə/1-168 reyestr nömrəli. 22.03.2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına 29.04.2005-ci il tarixdə qeydiyyata alındığı və hazırda mülkiyyətində olduğu bildirilmişdir . Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X8 apellyasiya şikayətini müdafiə edərək, evin 1920-ci ilə dair kötük sənədinin surətinin olduğunu, mübahisəli ərazidə cavabdehin başqa mənzilinin olmadığını, mənzilin cavabdehin mülkiyyətində olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, mübahisələndirdikləri ərazinin cavabdehin mülkiyyətindəki tikilinin olduğunu, mənzilin cavabdehin mülkiyyətində olduğunu bilmədiklərini bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 46, 47, 67, 111; Mülki Məcəllənin 139-181, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385, 386, 388, 389, 390, 420-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə müəyyən edilmiş hallar üzrə sübutlar təkzib edildiyindən və öz təsdiqini tapmadığından və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, iddia edilən tkilinin özbaşına tikili olmadığından, həmçinin mübahisələndirilən torpaq sahəsində olan tikiliyə dair hüquqmüəyyənedici rəsmi sənəd təqdim edildiyindən və kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq bu hüququn qüvvəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən təsdiq edildiyindən, habelə iddiaçı tərəfindən məhz qeyd edilən tikilinin mübahisələdirilməsi bildirildiyindən, (dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən) mütəxəssis və ekspert rəylərinə sübut qismində ümumiyyətlə hüquqi qiymət verilməsinə zərurət qalmır. Qeyd edilənlərə əsasən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki və hüquqi istinadlar ilə iddia rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mülkiyyətin toxunulmamazlığı üzrə dövlət tərəfindən tanınan hüququnun mübahisələndirilməməsi hazırki iddianın ərz edilən əsaslarla müzakirəsin yolverilməz edir və bu iddianın müzakirəsi mümkünlüyü dövlət tərəfindən tanınan mülkiyyət hüququnun ləğvi (və ya müvafiq kompensasiya verilməklə mülkiyyət hüuquna xitam verilməsi) halında mümkündür. Məhkəmələrə müraciətlərlə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməli, ekspertiza xərcləri iddiaçıdan tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-214/2020 saylı işi üzrə 05 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı SOCAR-ın İddiaçıt Birliyinin cavabdeh X2 qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 50 (əlli) manat və Cavabdeh "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xeyrinə keçirilmiş mütəxəssis rəyinin verilməsinə dair ekspertiza xərcinin əvəzi kimi 65,74 (altmış beş manat yetmiş dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar