Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-523/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) “özbaşına inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “özbaşına inşa edilmiş tikilinin sökülməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndə və vəkili Vəkil3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh1 qarşı “özbaşına inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra işə yeni cavabdeh cəlb edərək Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə cavabdehə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (Yeni qaydalarla” AZ1117, ünvan 2 ünvanındakı fərdi yaşayış evinin torpaq sahəsinin sərhədində inşa edilən tikilinin Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi, ərazinin ilkin vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev “87” a üvanında 99.2 m2 ümumi torpaq sahəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi yaşayış evinin qeydiyyat vəsiqəsini və texniki pasportunun surətini iddia ərizəsinə əlavə etmişdir. Texniki pasportla müəyyən olunan ümumi torpaq sahəsinin fərdi evinin altındakı torpaq sahəsindən başqa çox cüzi, azacıq həyatyanı sahəsi vardır. Fərdi yaşayış evinin torpaq sahəsinin sərhədində, ara məsafəsi gözlənilmədən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (Yeni qaydalarla: AZ1117, ünvan 3 ünvanına yeni köçən cavabdeh tərəfindən tikili inşa edilməyə başlanılmışdır. Cavabdeh ona həyətyanı sahəsinin digər hissəsində tikinti inşa edəcəyini bildirmiş, daha sonra məlum olmuşdur ki, cavabdeh onu aldatmışdır. Belə ki, cavabdeh tərəfindən inşa edilən tikilinin hasarı onların divarlarına söykənir, təbii günəş işığının, hava axının qarşısını alır. Cavabdeh torpaq sahəsində olan çoxillik ağacları kəsərək, yaşıllıqları məhv etmişdir. Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin hündürlüyü nəticəsində yaşayış evinə təbii gün işığı düşməsinin qarşısı alınır. Cavabdeh qanunsuz olaraq tikinti və şəhərsalma qaydalarını pozmaqla, yaşayış evinin yeganə işıq mənbəyi olan azacıq həyətyanı sahəsinin qarşısında tikinti işləri aparmaqla evi işıqlanma və havalanma mənbəyindən məhrum etmişdir. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsinə, Biləcəri Bələdiyyəsinə, Binəqədi Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə yazılı müraciətlər, şikayətlər göndərmişdir. Lakin müraciətlərinin nəticəsi olmamışdır. Ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdeh qanunsuz hərəkətlərini davam etdirdiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (X3) ilə iddia qismən təmin edilmiş, ünvan 4 ünvanda inşa edilən (yeni qaydalarla: ünvan 9 tikilinin üzbəüz durduqda sol və arxa tərəfdən 1.56 metr hissəsi Cavabdeh2 öz hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh2 tutularaq İddiaçı Hacıəli oğluna ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatların dəyərini təşkil edən cəmi 150 (bir yüz əlli) manat məbləğində vəsaitin Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************), iş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 300 (üç yüz) məbləğində vəsaitin Cavabdeh2 tutularaq “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun hesabına ödənilməsi (VÖEN **********, H/h: AZ04AZFİ********************, "xxxx" ASC Sahil fililalı, Bankın VÖENi: **********, M/h AZ81NABZ********************, Kod: 501305, SWİFT: AZFİAZ22) qərara alınmışdır.
4. İddiaçı qətnaməni mübahisələndirməmişdir.
5. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur, o, həmin torpağı mübahisəli torpaq sahəsini Cavabdeh1 adlı şəxsdən almışdır, daha sonra həmin ünvanda inşa edilmiş tikilini davam etdirmiş, lakin müəyyən səbəblərə görə tikinti başa catdırılmamışdır. Eyni zamanda cavabdehin tikilisi ilə iddiaçının evi arasındakı olan məsafə iddiaçı ilə razılaşmışdır. Belə ki, İddiaçı Hacıəli oğlu Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlandığı məktubunda bildirmişdir ki, onun A.Zeynallı küçəsi, ev 403A ünvanında yaşayan qonşusu Cavabdeh1 qonşuluğunda ev tikməsinə heç bir etirazı yoxdur. Bundan başqa, orada tikinti başa çatdırılmadığından, həmin qətnamənin icası da mümkün deyil, yerli baxış keçirilməyib, qətnamə əsassızdır. Odur ki, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil3 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Cavabdeh1 və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
10. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
11. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 002647 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 87 “a” nömrəli ev İddiaçı Hacıəli oğlunun xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. Bu barədə reyestr kitabında xx.xx.1999-cu il tarixdə qeydiyyat aparılmışdır.
12. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (yeni qaydalarla: ünvan 9 mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2022- ci il tarixdə qeydiyyata alınmışdır.
13. İddiaçı Hacıəli oğlunun Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəsindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 403A ünvanında yaşayan qonşusu Cavabdeh1 qonşuluğunda ev tikməsinə heç bir etirazı yoxdur. Xahiş etmişdir ki, evin tikilməsində onlarda kömək etsinlər. Doğurdan da yaşadığı evdə yaşayış mümkün deyil. Allaha min şükür Ramil ev tikmək qərarına gəlib. Ramil zəhmətkeş oğlandır və qonşu olaraq onlarda evin tikilməsində köməklik edəcəklər.
14. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi ev 87-də yaşayan İddiaçı Hacıəli oğlunun xx.xx.2022-ci il tarixdə və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 86-da yaşayan Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-yə yazdığı ərizələri baxılması üçün icraata daxil olmuşdur. Vətəndaş İddiaçı Hacıəli oğlu ərizəsində bildirmişdir ki, qonşusu evinə bitişik yerdən iki mərtəbəli həyət evi tikdiyi üçün evinə düşən günəş və havanın qarşısını alır. Cavabdeh1 bildirmişdir ki, qeyd olunan özünə məxsus ünvanda tikinti işləri aparan zaman qonşusu Valeriy adlı şəxs qızı Natalya ilə birlikdə onun divarını sökərək maneçilik yaradırlar. Araşdırma zamanı məlum olmuşdur ki, göstərilən xüsusatlar mülki xarakterli əhəmiyyət daşıdığına görə məsələnin həlli üçün vətəndaşlar mülki qaydada məhkəməyə müraciət etməlidir. Ona görə də vətəndaşlara məhkəməyə müraciət etməsi rəsmi qaydada bildirilmişdir.
15. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Baki Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Binəqədi Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə və məlumat üçün İddiaçı Hacıəli oğluna ünvanladığı xx.xx.2022- ci il tarixli məktubdan görünür ki, əməkdaşlar tərəfindən yerində baxış zamanı, ünvan 6 ünvanında Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində təqribən 120 m2 ölçüdə ara məsafəsi gözlənilmədən fərdi yaşayış evinin inşa edilməsi müşahidə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq müvafiq tədbirlərin görülməsi, nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş edilmişdir.
16. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İddiaçı Hacıəli oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sonuncunun müraciətinə baxılmış və araşdırma zamanı ünvan 7 ünvanı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Cavabdeh1 yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməklə xüsusi mülkiyyətində (fərdi yaşayış) olduğu məlum olmuşdur. Sözügedən ünvana keçirilən baxış zamanı nar kolunun kiçik diametrli budaqlarının kəsildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” xx.xx.2014-cü il tarixli qanununun 3-cü bəndinə və “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarına əsasən xüsusi, mülkiyyətdə olan yaşıllıqların məhv edilməsi, götürülməsi və ya ziyan vurulması ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid edilmədiyindən aidiyyəti üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon Polis idarəsinə müraciət edilməsi tövsiyyə olunmuşdur.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, cavabdehin mülkiyyətində olan tikilinin iddiaçıya maneə yaradıb-yaratmaması məsələsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə daxil olmadığına görə, qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, cavabdeh tərəfindən Ваkı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən 87 saylı (yeni qaydalarla: AZ1117, ünvan 8 ünvanda inşa edilmiş tikilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş **********69- 10301 reyestr nömrəli Texniki Pasportun göstəricilərinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsin 69.5.2-1-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.
18. “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X5 xx.xx.2023- cü il tarixli məktubuna əlavə edilmiş tədqiqat obyektinə dair mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 87 “a” nömrəli evin mətbəxində, yataq və qonaq otaqlarında aparılmış müayinələrin göstəricilərinə əsasən işıqlanma və hava cərəyanının surəti tələb olunan normadan azdır.
19. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə X1 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (yeni qaydalarla: ünvan 9 ünvanında inşa edilmiş tikili ilə İddiaçı Hacıəli oğlunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 87 “a” nömrəli fərdi yaşayış evi arasındakı 30 sm ara məsafəsinin olması fövqəladə hal baş verdiyi təqdirdə iddiaçının evinə təhlükə yaradır (yanğının qarşısı alınması, zəlzələ və sair). Cavabdeh tərəfindən inşa edilmiş tikili iddiaçıya məxsus evə havanın gəlməsinə və günəş şüalarının düşməsinə məhdudiyyət yaradır. Tikiliyə dalan hissədən baxdıqda sol hissəsi. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (yeni qaydalarla: ünvan 9 ünvanında inşa edilmiş tikili ilə İddiaçı Hacıəli oğlunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 87 “a” nömrəli fərdi yaşayış evi arasındakı 30 sm ara məsafəsinin olduğunu və bu ara məsafəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2.1-ci maddəsinin tələbinə uyğun olmadığını nəzərə alaraq, cavabdeh tərəfindən inşa olunmuş tikilinin fövqəladə hal baş verdiyi təqdirdə iddiaçının evinə təhlükə yaradacağı (yanğının qarşısı alınması, zəlzələ və sair) müəyyən olundu. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 87 “a” nömrəli evin mətbəxində, yataq və qonaq otaqlarında aparılmış müayinələrin göstəricilərinə əsasən işıqlanma və hava cərəyanının surəti tələb olunan normadan az olduğu müəyyən olundu. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.
21. 23.04.2024-cü il tarixli, AN-İ ******* nömrəli notarial qaydada bağlanmış alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (yeni qaydalarla: ünvan 9 15.000 manata Cavabdeh2 satılmışdır.
22. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (yeni qaydalarla: ünvan 9 mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, cavabdeh tərəfindən inşa olunan tikilinin hündürlüyünün 6.2 metr olduğunu nəzərə alaraq, həmin tikili ilə sərhəd hasarı arasındakı məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2.1-ci maddəsinə əsasən 1.86 metr olmalıdır. Həmin tikilinin sərhəd hasarına bitişik olduğunu nəzərə alaraq, tədqiqat obyekti olan tikilinin üzbəüz durduqda arxa tərəfdən və sol tərəfdən 1.86 metr hissəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələbinə uyğun olmadığı müəyyən edildi. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları:
24. Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaların və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin:
26. 69.1-ci maddəsinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.
27. 69.2-ci maddəsinə əsasən, ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur.
28. 69.4-cü maddəsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.
29. 69.5.2-1-ci maddəsinə əsasən, ara məsafəsi bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə divar hündürlüyünün 0,3 hissəsində müəyyən edilir.
30. 80.1-ci maddəsinə görə, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
31. 80.2-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
32. 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanları) və ya müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) və ya müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
33. 80.5-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) həyata keçirir.
34. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».
35. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
37. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 şikayətinə əsasən, iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib qeyd edir ki, mülki iş materiallarında olan müvafiq rəylərlə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (yeni qaydalarla: ünvan 9 ünvanında inşa edilmiş tikili ilə İddiaçı Hacıəli oğlunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 87 “a” nömrəli fərdi yaşayış evi arasındakı 30 sm ara məsafəsinin olması fövqəladə hal baş verdiyi təqdirdə iddiaçının evinə təhlükə yaradır (yanğının qarşısı alınması, zəlzələ və sair). Cavabdeh tərəfindən inşa edilmiş tikili iddiaçıya məxsus evə havanın gəlməsinə və günəş şüalarının düşməsinə məhdudiyyət yaradır. Tikiliyə dalan hissədən baxdıqda sol hissəsi. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (yeni qaydalarla: ünvan 9 ünvanında inşa edilmiş tikili ilə İddiaçı Hacıəli oğlunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 87 “a” nömrəli fərdi yaşayış evi arasındakı 30 sm ara məsafəsinin olduğunu və bu ara məsafəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2.1-ci maddəsinin tələbinə uyğun olmadığını nəzərə alaraq, cavabdeh tərəfindən inşa olunmuş tikilinin fövqəladə hal baş verdiyi təqdirdə iddiaçının evinə təhlükə yaradacağı (yanğının qarşısı alınması, zəlzələ və sair) müəyyən olundu. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 87 “a” nömrəli evin mətbəxində, yataq və qonaq otaqlarında aparılmış müayinələrin göstəricilərinə əsasən işıqlanma və hava cərəyanının surəti tələb olunan normadan az olduğu müəyyən olundu.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
41. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
42. Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
43. Beləliklə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, cavabdehə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (Yeni qaydalarla” AZ1117, ünvan 2 ünvanındakı fərdi yaşayış evinin torpaq sahəsinin sərhədində inşa edilən tikili iddiaçı üçün təhlükə yaratdığından, birinci instansiya məhkəməsi cavabdehə məxsus tikilinin qeyd edilən hissədə sökülməsi barədə iş üzrə düzgün qənaətə gəlmişdir.
44. Həmçinin Cavabdeh2 apellyasiya şikayətində də bildirdiyi, iddiaçının mübahisəli yaşayış sahəsinin tikilməsinə razı olduğunu qeyd etməsi barədə dəlili ilə bağlı da rayon məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bəli, iddiaçı Cavabdeh1 tərəfindən evin tikilməsinə bir qonşu kimi razılıq vermişdir, lakin bu razılıq o demək deyildir ki, inşa ediləcək tikili iddiaçının maraqlarına zidd, onun yaşayış evinə havanın gəlməsinə və günəş şüalarının düşməsinə məhdudiyyət yaratmaqla, habelə fövqəladə hal baş verəcəyi təqdirdə isə onun evinə təhlükə yaradacaq şəkildə inşa edilsin. Nəticə:
45. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh2 özünə aid edilməlidir.
47. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehi Cavabdeh2 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.