Məhkəmə qərarları › İş №2(103)-5231/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5231/2021

29.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5231/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Cavid Cəfərovun, Cavabdeh2, onun nümayəndəsi Vəfadar Həsənovun, vəkili Eynar Əliyevin, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Araz Hüseynovun iştirakı ilə, İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə və Cavabdeh2 qarşı “protokolun, müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” ilk, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(011)-2126/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35,1 kvadrat metr olan qeyri-yaşayış sahəsinin açıq hərracdan satılmasına dair hərracın nəticələri haqqında protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə cavabdeh, (qarşılıqlı iddia üzrə olan iddiaçıya) məxsus olan və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* nömrəli, 23.01.2019-cu il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onunla yaşayan bütün ailə üzvlərinin (3-cü şəxsləri) çıxarılması, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(011)-2126/2020 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35,1 kvadrat metr olan qeyri-yaşayış sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın yekunları barədə 11 dekabr 2018-ci il tarixli 47/01 nömrəli protokolun və Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış 4223 nömrəli, 12.12.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir Qətnamədən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 ayrıayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5581/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk iddia üzrə cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 Şahin qızı ayrı-ayrılıqda kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2364/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 Şahin qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5581/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasında Məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli, mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (maddə 191.2, 261.0.4). Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin imzalayaraq məhkəməyə təqdim etdikləri barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “Tərəflər sözügedən mübahisəni məhkəmədən kənar qaydada alternativ üsulla həll etmək məqsədilə aşağıdakı şərtlərlə Barışıq Sazişi bağlayırlar.

1. İddiaçı Cavabdeh2 19700 (on doqquz min yeddi yüz) manat ödəməklə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 35.1 kv.m olan qeyri-yaşayış sahəsinə Cavabdeh2 adma verilmiş Seriya RX ******* saylı çıxarış əsasında öz adına alqı-satqını həyata keçirməyi öhdəsinə götürür. 1.2. Alqı-satqı müqaviləsi üzrə ödənişi İddiaçı ödəməyi öhdəsinə götürür. 1.3. Cavabdeh2 onun adına verilmiş Seriya RX ******* saylı çıxarış əsasında ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 35.1 kv.m olan qeyri-yaşayış sahəsinini 19700 (on doqquz min yeddi yüz) manata əmlakın üzərindən qadağa götürüləndən sonra İddiaçı satmağı öhdəsinə götürür. 1.4. Cavabdeh2 alqı-satqı zamanı, sığorta, forma - 1 arayışı və vergi ilə bağlı xərcləri ödəməyi öhdəsinə götürür. 1.5 Bununla da tərəflər barışıq sazişi bağlamaqla gələcəkdə heç bir mübahisə yaratmamağı öhdəsinə götürürlər. Hər iki tərəf qarşılıqlı olaraq bir-birlərinə qarşı iddia tələblərindən imtina edirlər və gələcəkdə heç bir iddia tələbi irəli sürə bilməzlər. Tərəflər bu Sazişin 1.2-ci,1.3-cü, 1.4-cü və 1.5-ci bəndlərində göstərilmiş öhdəlikləri tərəflər eyni vaxtda icra edirlər. Tərəflər bu Sazişi imzaladıqdan sonra onun təsdiq edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edirlər. 3.1. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə iş üzrə icraata xitam veriləcək. Bununla əlaqədar tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir”müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 3.2.Bu Sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. 3.4. Bu Sazişin 3 (üç) nüsxədə tərtib edilir və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq iddiaçıda, cavabdehdə və məhkəmədə saxlanılır.” Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(011)-2126/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə və Cavabdeh2 qarşı “protokolun, müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” ilk, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair” qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar