Məhkəmə qərarları › İş №2(103)-5231/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5231/2025

12.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5231/2025 12.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5, X8, X2 və Mail-zadə Elnarə Nazim qızına qarşı ("xxxx" ASC, "xxxx" ASC və "xxxx" MTK mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab olunması və payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-493/2025 saylı qətnaməsindən Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5, X8, X2 və Mail-zadə Elnarə Nazim qızına qarşı ("xxxx" ASC, "xxxx" ASC və "xxxx" MTK mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi və iddia tələbinin dəyişidirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının xx.xx.2024-cü il tarixdə, reyestrdə 4Ə-1243№ ilə qeyd edilmiş 53 saylı notariat ofisində X4 adına özgəninkiləşdirilmiş bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini Cavabdeh1 ünvan 4iat ofisində reyestrdə 4Ə-1220 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsin və onun əsasında verilmiş Reyestr nömrəsi **********64, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evini ünvan 4iat ofisində reyestrdə 4Ə-1285 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin və onun əsasında Reyestr nömrəsi **********08- 10301, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evini X8 ünvan 4iat ofisində reyestrdə 4Ə-2137№ ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestr nömrəsi **********08- 10301, qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini ünvan 6ində reyestrdə 4Ə-1286 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqısatqı müqaviləsinin və onun əsasında verilmiş reyestr nömrəsi **********04, qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarış etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini ünvan 7ində reyestrdə 4Ə-518 № ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2024cü il tarixdə ünvan 8 ünvanında yerləşən 0,12 torpaq sahəsini ünvan 9ömrəsi olan alqısatqı müqaviləsinin və onun əssaında verilmiş reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə Cavabdeh5 ünvan 8 ünvanında yerləşən 0,12 torpaq sahəsini ünvan 10 nömrəsi olan alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş Reyestr nömrəsi **********44, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi və hər bir əmlak üzərində 1\2 pay hüququnun müəyyən edilməsi, ** ML *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qırmızı rəngli, BAN:VF7AA8HSC84200892, şəhadətnamə: AD512773 olan “Citroen Nemo” yük avtomaşının üzərində 1/2 pay hüququnun müəyyən edilməsi, "xxxx" MTK ilə bağlanmış MN-444\19 nömrəli, xx.xx.2019-cu il tarixli və MN- 445\19 nömrəli, xx.xx.2019- cu il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin 2 saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən 444 nömrəli və 2 otaqlı 445 saylı mənzillərin üzərində 1/2 pay hüququnun müəyyən olunması, ünvan 11 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının "xxxx" MMC-yə - X9 aylıq 250 manata icarəyə verilməsi ilə həmin icarə haqqının da yarısının, yəni 125 manatının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə "xxxx" ASC, "xxxx" ASC və "xxxx" MTK müstəqil tələblər irəli sürməyən üçüncü şəхs qismində işə cəlb edilmişlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-493/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasını xx.xx.2024-cü il tarixdə, reyestrdə 4Ə- 1243№ ilə qeyd edilmiş 53 saylı notariat ofisində X4 adına оlan bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, X4 adına xx.xx.2024-cü il tariхdə verilmiş Reyestr nömrəsi **********33, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin xx.xx.2024-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış ünvan 4iat ofisində reyestrdə 4Ə- 1220 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması, Cavabdeh4 adına xx.xx.2024-cü il tariхdə verilmiş Reyestr nömrəsi **********64, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evini ünvan 4iat ofisində reyestrdə 4Ə-1285 № ilə qeyd edilmiş, AN-İ№ ******* nömrəli xx.xx.2024-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, Cavabdeh2 adına verilmiş Reyestr nömrəsi **********08-10301, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini ünvan 6ində reyestrdə 4Ə1286 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli xx.xx.2024-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, Cavabdeh2 adına Reyestr nömrəsi **********04, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, ünvan 8 ünvanında yerləşən 0,12 torpaq sahəsini ünvan 9ömrəsi olan xx.xx.2024-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış alqı-satqı müqaviləsi alqı-satqı müqaviləsinin etibarsız sayılması, Cavabdeh5 adına оlan Reyestr nömrəsi **********44, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binası, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi, "xxxx" MTK ilə bağlanmış MN-444\19 nömrəli, xx.xx.2019-cu il tarixli və MN-445\19 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin 2 saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən 3 оtaqlı 444 nömrəli mənzil və 2 otaqlı 445 saylı mənzillərin, **-ML-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qırmızı rəngli, BAN:VF7AA8HSC84200892, şəhadətnamə: AD512773 olan “Citroen Nemo” yük avtomaşının üzərində iddiaçının 1/2 pay hissədə hüquqlarının müəyyən edilməsi, ünvan 11 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının "xxxx" MMC-yə - X9 icarəyə verilmiş aylıq 250 manatın yarısı, yəni 125 manat iddiaçıya ödənilməsi, ünvan 2 üzrə tərəflər əvvəlki vəziyyətə qayıtdığı üçün Cavabdeh1 tərəfindən Cavabdeh4 55.000 manat məbləğinin qaytarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdilər. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki vəziyyətdə Cavabdeh1 apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsas yoxdur. Belə ki, “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-493/2025 saylı qətnaməsindən həm Cavabdeh1, həm də üçüncü şəxs "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilən apellyasiya şikayətlərinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildiyi göstərilsə də, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti həmin işə əlavə edilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi hüquqi nəticə etibarı ilə cavabdehin apellyasiya şikayətininin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamamışdır. Bu da öz növbəsində qeyd edilən prosessual hərəkətin yerinə yetirilməsi üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılmasını şərtləndirir, bu baxımdan da hazırki vəziyyətdə üçüncü şəxsin apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalı, bu səbəbdən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılması hazırki vəziyyətdə qeyri-mümkün hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 363-364-cü, 366-cı, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-493/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-493/2025 saylı qətnaməsindən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılması qeyri-mümkün hesab edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar